00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə27/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

 
87 
 
 
 
Verilənlər bazas
ı 

3.  Cədvəlin  strukturunu  yaratmaq  üçün  View  (Görünüş)  düyməsini  çıqqıldadın  və 
konstruktor rejimini (Design View) seçin. Save As (... kimi saxla) dialoq pəncərəsi 
açılacaq.  
 
4.  Table  Name (Cədvəlin adı) sahəsinə Tələbələr adını yazın və OK düyməsini çıq-
qıldadın. "Tələbələr" cədvəli konstruktor rejimində açılacaq. 
 
5.  Blankın  yuxarı  hissəsində  Field  Name  (Sahənin  adı)  sütununda  sahənin  adını 
(TələbəKodu) daxil edin. Qonşu Data Type (Verilənin tipi) sütununda susqunluqla 
təyin  edilmiş  AutoNumber  (Sayğac)  verilən  tipini  dəyişməyin.  Əgər  bu  sahə 
haqqında  açıqlama  vermək  istəyirsinizsə,  Description  (Təsvir)  sütununda  uyğun 
qeydlərinizi yazın.  klavişini basın. Access proqramı cədvəlin birinci sətrini 
(TələbəKodu  sahəsini)  susqunluqla  başlıca  açar  kimi  təyin  edir.  Başlıca  açar  üçün 
sahənin  Indexed  (İndekslənmiş)  xassəsinin  qiyməti  belə  təyin  olunur:  Yes  (No 
Duplicates), yəni bu sahə indekslənib və onun qiyməti təkrarlana bilməz. Sahənin 
başlıca açar olmasını Field Name (Sahənin adı) sütununun solundakı boz sütundakı 
açar simvoluna görə bilmək olar. 
6.  İkinci sahənin adını (Soyadı) daxil edin və onun tipini Text (Mətn) seçin. Sahənin 
xassələri (Field Properties) bölümündəki General (Ümumi) səhifəsində Field Size 
(Sahənin ölçüsü) sətrini tapın. Orada susqunluqla mətn sətrinin maksimal uzunluğu – 
255 qiyməti qoyulub. Həmin qiyməti dəyişərək 20 edin. Bu qiymət ən uzun soyad 
üçün yetərlidir. 
7.  Eyni qayda ilə "Tələbələr" cədvəlinin qalan sahələrini də daxil edin. 
8.  Baş  pəncərənin  yuxarısındakı  Save  düyməsini  çıqqıldatmaqla  dəyişiklikləri  yadda 
saxlayın. 
  LAYİHƏ


88 
 
 
 
9.  Yeni "Ali məktəblər" cədvəlini yaratmaq üçün Create menyusunu açın və Tables 
bölümündə  Table  bəndini  çıqqıldadın.  Cədvəllər  siyahısına  yeni  cədvəl  əlavə  olu-
nacaq. 
 
10.  View düyməsini çıqqıldadın və Design View rejimini seçin. Açılan Save as dialoq 
pəncərəsində Table Name (Cədvəlin adı) sahəsinə Ali məktəblər adını yazın və OK 
düyməsini çıqqıldadın.  
11.  5–8 addımlarını "Ali məktəblər" cədvəli üçün təkrar edin.  
12.  Eyni qayda ilə "İxtisaslar" cədvəlini yaradın.
 
 
"Students" verilənlər bazasının cədvəlləri arasında müəyyən əlaqələrin olduğunu 
görmək  çətin  deyil.  Belə  bir  əlaqə  istər  "Tələbələr"  cədvəli  ilə  "Ali  məktəblər", 
istərsə də "Tələbələr" cədvəli ilə "İxtisaslar" cədvəli arasında mövcuddur. Belə ki, 
hər bir tələbə müəyyən ali təhsil müəssisəsinə və müəyyən ixtisasa qəbul olunur.
  
 
 
Cədvəllər arasında əlaqələrin yaradılması 
1.  Database ToolsRelationships menyu komandasını seçin. 
 
2.  Relationships səhifəsi, eyni zamanda Show Table dialoq pəncərəsi açılacaq. 
3. 
Ardıcıl  olaraq  "Tələbələr",  "Ali  məktəblər" 
və "İxtisaslar" cədvəllərini seçdirin və Add 
düyməsini çıqqıldadın. Sonda Show Table 
dialoq  pəncərəsini  qapadın.  Relationships 
səhifəsində  üç  kiçik  düzbucaqlı  pəncərə 
yaranacaq. Hər pəncərənin başlığında uyğun 
cədvəlin adını görəcəksiniz.
 
 
 
 
A D D I M   2  
A D D I M –
  LAYİHƏ


 
89 
 
 
 
Verilənlər bazas
ı 

 
 
4.  Cədvəllər arasında əlaqə yaratmaq üçün öncə baş pəncərənin iş sahəsində açıq qalmış 
Tələbələr, Ali məktəblər və İxtisaslar səhifələrini qapadın.  
5.  Göstəricini "Tələbələr" cədvəlinin AliMəktəbKodu sahəsinin üzərinə aparın, siçanın 
düyməsini  basın  və  onu  "Ali  məktəblər"  cədvəlinin  AliMəktəbKodu  açar  sahəsinə 
doğru  hərəkət  etdirin.  Sahənin  üzərinə  çatdıqda  siçanın  düyməsini  buraxın.  Edit 
Relationships dialoq pəncərəsi açılacaq. 
 
 
 
6.  Bu  pəncərədə  əlaqəli  cədvəllərin  və  əlaqələrin  təmin  olunduğu  sahələrin  adları 
verilib. Pəncərənin aşağı hissəsində cədvəllərarası əlaqənin (münasibətin) tipi verilib 
(“One-To-Many” – “Birin çoxa”). 
7.  Öncə Enforce Referential Integrity (Verilənlərin tamlığının təmin edilməsi), sonra 
isə Cascade Update Related Fields (Əlaqəli sahələrin ard-arda yenilənməsi) və 
Cascade  Delete  Related  Records  (Əlaqəli  sahələrin  ard-arda  uzaqlaşdırılması) 
yoxlama sahələrini qeyd edin.  
8.  Eyni qayda ilə "Tələbələr" və "İxtisaslar" cədvəlləri arasında əlaqə qurun. 
  LAYİHƏ


90 
 
 
 
9.  Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq. 
 
10.  Baş pəncərənin yuxarısındakı Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda 
saxlayın. 
 
 
Ali  təhsilin  bakalavriat  səviyyəsi  ixtisaslarının  siyahısında  ümumilikdə  yüzdən  artıq 
ixtisas var. Ancaq məlumdur ki, hər bir ali məktəbə bu ixtisasların yalnız bir qismi aiddir. 
"Students" verilənlər bazasının strukturunda elə dəyişiklik aparın ki, tələbənin təhsil aldığı 
ali təhsil müəssisəsini qeyd etdikdən sonra ixtisası seçən zaman "İxtisaslar" cədvəlində 
olan bütün ixtisasların siyahısı deyil, yalnız həmin ali təhsil müəssisəsində olan ixtisasların 
siyahısı açılsın.  
İpucu. Bunun üçün hər bir təhsil müəssisəsi üzrə ixtisasları özündə saxlayan yardımçı bir 
cədvəl yaradın. 
 
Özünüzü yoxlayın 
1. 
Cədvəllərin strukturu hansı rejimdə yaradılır?
 
2. 
"Students" verilənlər bazası normallaşdırma tələblərini ödəyirmi?
 
3. 
Cədvəllərarası əlaqələr necə qurulur?  
4. 
Verilənləri cədvəllərə hansı yollarla daxil etmək olar? 
5. 
Əgər sizə orta məktəbi bitirdiyi il ali məktəbə qəbul olunmuş tələbələrin siyahısı lazım 
olarsa, sorğu şərtini necə verəcəksiniz? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə