00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə26/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

84 
 
 
 
  "
T
ƏLƏBƏLƏR" VERİLƏNLƏR BAZASI LAYİHƏSİ 
 
 
 
Sizə  məktəbinizin  məlumat  bazasını  hazırlamaq  tapşırılsa 
idi, həmin bazaya şagirdlər haqqında hansı məlumatları daxil 
edərdiniz?
 
 
 
Microsoft Access 2007 proqramında "Tələbələr" adlı verilənlər bazası və həmin baza 
tərkibində strukturu aşağıdakı kimi olan eyniadlı cədvəl yaradın.  
 
"Tələbələr" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

TələbəKodu 
Soyadı 
Adı 
AtasınınAdı 
Təvəllüdü 
ÜmumtəhsilMəktəbi 
Sinif 
Bitirdiyiİl 
Qəbulİli 
QəbulBalı 
AutoNumber 
Text 
Text 
Text 
Date/Time 
Text 
Text 
Number 
Number 
Number 
 
– Bu struktura daha hansı sahələrin əlavə olunmasını zəruri hesab edirsiniz?  
– Cədvəlin hansı sahələrinin qiymətləri ayrı-ayrı tələbələrdə eyni ola bilər? 
– Əgər bu bazanı yalnız öz məktəbinizin məzunları ilə bağlı yaratsa idiniz, cədvəldəki 
hansı sahəni artıq hesab edərdiniz? 
 
Tutaq  ki,  müxtəlif  illərdə  məktəbinizi  bitirmiş,  ali  və  ya  orta  ixtisas 
məktəblərinə  qəbul  olmuş  məzunlarla  bağlı  baza  yaratmalısınız.  Bunun  üçün 
F Ə A L İ Y Y Ə T  
3.3 
  LAYİHƏ


 
85 
 
 
 
Verilənlər bazas
ı 

öncə  yaratdığınız  "Tələbələr"  cədvəlinin  strukturunu  bir  daha  diqqətlə  təhlil 
edək.  Baza  yalnız  öz  məktəbinizin  məzunlarını  əhatə  edəcəyindən  aydındır  ki, 
cədvəldəki ÜmumtəhsilMəktəbi sahəsinin qiyməti (tələbənin məzun olduğu ümum-
təhsil məktəbi) bütün yazılarda eyni olacaq. Deməli, bu sahə artıqdır, çünki bazadakı 
bütün tələbələr eyni bir ümumtəhsil məktəbinin məzunlarıdır. 
Məzunun hansı ali və ya orta ixtisas məktəbinə qəbul olunması önəmlidir, ancaq 
"Tələbələr" cədvəlində belə bir sahə yoxdur.  Ona görə də cədvəlin strukturuna ali 
təhsil  müəssisəsinin  adını  göstərən  sahə  (məsələn:  AliMəktəb  sahəsi)  əlavə 
edilməlidir. Burada bir məsələyə xüsusi diqqət yetirilməlidir: bir neçə tələbə eyni ali 
və ya orta ixtisas məktəbinə qəbul oluna bilər. Onda cədvəli verilənlərlə doldurarkən 
eyni məlumatı bir neçə dəfə yenidən yazmaq lazım gələcək. Nəticədə "Tələbələr" 
cədvəli təxminən aşağıdakı kimi olacaq: 
 
"Tələbələr" cədvəli 
Tələbə
Kodu 
Soyadı 
 
Adı 
 
AtasınınAdı 
 
... 
 
AliMəktəb 
 
12 
Əhmədli 
Sevinc 
Elşən 
... 
Bakı Dövlət Universiteti 
13 
Əlizadə 
Orxan 
Arif 
... 
ADA Universiteti 
14 
Kərimli 
Əli 
Cəmil 
... 
Bakı Dövlət Universiteti 
15 
Məmmədova  Günel 
Vüqar 
 
Bakı Dövlət Universiteti 
   
Bu halda bir neçə problem yaranır. 
Birincisi, belə verilənlər bazası sərt diskdə daha çox yer tutur. Əgər hər hansı ali 
məktəbin adını (məsələn: Bakı Dövlət Universiteti) bir dəfə yazıb saxlamaq kifayət 
edirsə, onun üç və ya daha çox dəfə yazılmasına nə ehtiyac var? 
İkincisi, eyni bir informasiyanın təkrar-təkrar daxil edilməsi nəticəsində qaçılmaz 
xətalar  yarana  bilir;  məsələn,  hansısa  yazıda  ali  məktəbin  adında  bir  hərf  səhvi 
olarsa, həmin ali məktəbə görə axtarış apardıqda, yaxud sorğu verdikdə alınan nəti-
cələr tam olmur.   
Üçüncüsü,  hər  hansı  təhsil  müəssisəsinin  adı  dəyişildikdə  həmin  adın  olduğu 
bütün yazılarda müvafiq dəyişikliyin edilməsi zərurəti yaranır. 
Bu problemin düzgün həlli "Tələbələr" cədvəlini iki cədvələ – "Tələbələr" və "Ali 
məktəblər"  cədvəllərinə  ayırmaq,  sonra  isə  onları  uyğun  açar  sahələrə  görə 
əlaqələndirməkdir.   
 
Eyni fikirləri  tələbənin  qəbul olunduğu  (oxuduğu)  ixtisasla  bağlı  da  demək  və 
həmin problemi də analoji qaydada həll etmək olar.    
Beləliklə,  "Tələbələr" verilənlər  bazasının bir cədvəldən  deyil,  üç cədvəldən  –  
"Tələbələr", "Ali məktəblər" və "İxtisaslar" cədvəllərindən təşkil edilməsi daha məq-
sədəuyğundur.  
  LAYİHƏ


86 
 
 
 
"Tələbələr" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

TələbəKodu 
Soyadı 
Adı 
AtasınınAdı 
Təvəllüdü 
Sinif 
Bitirdiyiİl 
AliMəktəbKodu 
İxtisasKodu 
Qəbulİli 
QəbulBalı 
AutoNumber 
Text 
Text 
Text 
Date/Time 
Text 
Number 
Number 
Number 
Number 
Number 
 
"Ali məktəblər" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

AliMəktəbKodu 
AliMəktəbAdı 
AutoNumber 
Text 
 
"İxtisaslar" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

İxtisasKodu 
İxtisasAdı 
AutoNumber 
Text 
 
Hər bir cədvəldə birinci sahə başlıca açar kimi müəyyən olunub, çünki bu 
sahələr həmin cədvəllərdəki yazıları birqiymətli təyin edir. 
 
 
"Students" ("Tələbələr") bazasının yaradılması 
1.  Microsoft Access 2007 proqramını başladın. 
2.  "Students" adlı boş verilənlər bazası faylını yaradın. Proqramın baş pəncərəsi cədvəl 
rejimində (Datasheet) açılacaq və pəncərədə Table1 adlı yeni boş cədvəl əks olu-
nacaq. 
 
 
 
A D D I M   1  
A D D I M –
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə