00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

 
 
177 
 
 
 
Veb-layi

 

 
 
 
Faylı saxladığınız qovluğa baxsanız, həmin qovluğun daxilində Computer_files 
adlı  qovluğun  yarandığını  görəcəksiniz.  Təqdimatın  bütün  slaydları  ayrıca  veb-
səhifə  kimi  bu  qovluqda  saxlanılır.  İndi  Computer.htm  faylını  brauzer  proq-
ramında açın.   
 
  
 
  LAYİHƏ


178 
 
 
 
Gördüyünüz  kimi,  təqdimatın  bütün  slaydlarının  adları  brauzer  pəncərəsinin 
solunda  siyahı  şəklində  (qara  fonda  ağ  rənglə)  yerləşib.  Bu  adların  hər  biri 
hiperistinaddır və onları çıqqıldatmaqla uyğun səhifəyə keçmək olar.    
Təqdimatı bütövlükdə deyil, onun bir hissəsini də veb-səhifə kimi saxlamaq olar. 
Bunun  üçün  öncə  Save  As  dialoq  pəncərəsində 
  düyməsini 
çıqqıldatmaqla Publish as Web Page dialoq pəncərəsini açmaq, sonra isə Slide 
number variantını qeyd edib istədiyiniz intervalı göstərmək lazımdır.  
 
 
 
Bu  pəncərədə  veb-səhifənin  başlığını  da  dəyişə  bilərsiniz.  Bütün dəyişiklikləri 
etdikdən  sonra  Publish  düyməsini  çıqqıldatmaqla  pəncərəni  qapadın.  Bu  halda 
yalnız seçilmiş slaydlar veb-səhifə kimi saxlanılacaq. 
 
 
PowerPoint  proqramında  "Kompüterin  məntiqi  əsasları"  mövzusunda  təqdimat 
hazırlayın. Bunun üçün dərsliyin sonunda verilmiş yardımçı materiallardan, eləcə 
də İnternetin imkanlarından istifadə edin. Yaratdığınız təqdimatı veb-səhifə kimi 
saxlayın. 
 
 
Özünüzü yoxlayın 
1. 
PowerPoint proqramında hazırlanmış təqdimatı veb-səhifələr kimi saxlamaq üçün nə 
etmək lazımdır? 
2. 
Təqdimatı bütövlükdə veb-formata çevirdikdə nə baş verir?  
3. 
Veb-səhifənin hansı parametrlərini kökləmək olar? 
4. 
Təqdimatın yalnız müəyyən slaydlarını veb-səhifə kimi saxlamaq olarmı?  
5. 
Veb-təqdimatı redaktə etmək üçün onun HTML-kodunu dəyişdirmək vacibdirmi? 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
 
179 
 
 
 
Veb-layi

 

 S
AYTLARIN İNTERNETDƏ NƏŞRİ VƏ ONLARIN 
QİYMƏTLƏNDİRİLMƏSİ
 
 
 
 
 
"
IP-ünvan" nədir və ondan nə üçün istifadə olunur? 
 
"Domen adları sistemi" (DNS) nədir və onun IP-ünvanla hansı əlaqəsi var?  
 
 
 
1.  Brauzer  proqramını  başladın  və  ünvan  zolağında  www.speedguide.net/ip/  yığıb 
 klavişini basın. 
2.  Açılan səhifənin Search IP address or hostname sahəsinə e-derslik.edu.az yazıb 
 klavişini basın.  
 
– Göstərilən ünvanda hansı resurs yerləşir? 
– Həmin resursun yerləşdirildiyi serverin IP-ünvanı nəyə bərabərdir?  
 
Sayt yaradıldıqdan sonra onu veb-serverdə nəşr (elan) etmək lazımdır. Saytın 
nəşri  və  ya  elan  edilməsi  dedikdə  saytı  təşkil  edən  veb-səhifələrin,  şriftlərin  və 
qrafik faylların veb-serverə yüklənməsi nəzərdə tutulur. Bunu bir neçə yolla etmək 
olar: 
1.  Hazırlanmış saytın faylları diskə, yaxud başqa bir informasiya daşıyıcısına 
yazılır və veb-serverin administratoruna təqdim olunur. Administrator ver-
diyiniz  faylları  serverdə  müvafiq  qovluğa  köçürür  və  proqram  təminatını 
kökləyir.  
2.  Bəzi ödənişsiz veb-serverlər istifadəçiyə öz saytının fayllarını veb-brauzer va-
sitəsilə yükləməyə imkan verir. İstifadəçi, sadəcə, daxiletmə sahələrinə lazım 
olan faylların adlarını yazır və Submit (Göndər) düyməsini çıqqıldadır. 
3.  Saytların  veb-serverdə  nəşri  üçün  üçüncü  üsulun  əsasını  FTP  protokolu 
təşkil edir. Bu ən geniş yayılmış üsul olduğundan onun üzərində bir qədər 
ətraflı dayanaq. 
 
Veb-serverin  administratoru  FTP-server  adlandırılan  kompüterdə  eyniadlı 
proqramı  başladır  və  kökləyir.  Sonra  saytını  serverdə  nəşr  etdirmək  istəyən  isti-
fadəçinin sorğusu əsasında bu sayt üçün kök qovluğu yaradır. İstifadəçi FTP-müş-
təri adlandırılan xüsusi proqram (məsələn: CuteFTP) vasitəsilə FTP-serverə qoşulur 
F Ə A L İ Y Y Ə T  
6.5 
  LAYİHƏ


180 
 
 
 
və  yeni  yaradılmış  kök  qovluğa  öz  saytının 
fayllarını  göndərir.  FTP-serverə  qoşulmaq 
üçün  istifadəçi  öz adını  və  parolunu daxil  et-
məlidir.  Bunları  ona  serverin  administratoru 
verir.  FTP  protokolunun  özəlliyi  ondadır  ki, 
istifadəçi  (müştəri)  FTP-serverlə  öz  kompü-
terinin  lokal  diski  kimi  işləyir;  o,  fayllar  və 
qovluqlar yarada, istədiyi yerə onları köçürə və 
ya yerini dəyişə bilər. Nəhayət,  administrator 
veb-serveri  elə  kökləyir  ki,  server  yeni  saytı 
"görsün". 
Bəzi veb-redaktor proqramlarında saytın idarə edilməsi funksiyaları vardır, yəni 
həmin proqram yaradılmış saytı FTP protokolu ilə nəşr etməyə imkan verir. Belə 
proqramlara  örnək  olaraq  Macromedia Dreamweaver,  Microsoft  FrontPage  kimi 
proqramları göstərmək olar. 
Bildiyiniz kimi, hər bir saytın İnternetdə öz adı – domeni və ya domen adı var. 
Tam  domen  adı  bir-biri  ilə  nöqtə  ilə  ayrılan  bir  neçə  hərf-rəqəm  ardıcıllığından 
ibarət olur; məsələn: informatika.edu.az. Adətən, "domen adı" dedikdə "tam domen 
adı" nəzərdə tutulur.  
Sayta daxil olmaq üçün istifadəçi brauzerin ünvan zolağında onun domen adını 
yazır. Ancaq bilmək lazımdır ki, saytın İnternetdə gerçək ünvanı domen adı deyil, 
onun  IP-ünvanıdır.  Saytın  domen  adına  görə  onun  IP-ünvanını  DNS  serverləri 
müəyyənləşdirir. 
"Domen adı" və "hostinq" anlayışları bir-biri ilə sıx bağlıdır. Hostinq dedikdə 
istifadəçinin veb-saytının provayderin serverində yerləşdirilməsi və dəstəklənməsi 
nəzərdə  tutulur.  Hostinq  xidməti,  adətən,  ödənişli  olur.  Sual  oluna  bilər:  hostinq 
xidmətinə  nə  ehtiyac  var?  Sayt  sahibi  onu  öz  kompüterində  saxlaya  bilməzmi? 
Əslində, saxlaya bilər, ancaq bu halda bir neçə problemin həll edilməsi lazımdır: 
1.  Həmin kompüter, yəni saytın saxlandığı kompüter daim işlək vəziyyətdə 
qalmalıdır. 
2.  Daim İnternetə bağlı olmalıdır. 
3.  İnternetə bağlantı sürəti yüksək olmalıdır, çünki sayta eyni zamanda bir 
neçə yerdən baxmaq istədikdə adi sürətli bağlantı yetərli olmayacaq. 
4.  Bundan  başqa,  həmin  kompüterdə  kifayət  qədər  mürəkkəb  proqram 
təminatı quraşdırılmalıdır. 
Göründüyü  kimi,  saytın  istifadəçinin  öz  kompüterində  yerləşdirilməsi  böyük 
problemlər və xərclərlə bağlıdır. Ona görə də ən yaxşı həll yolu provayderin təklif 
etdiyi hostinq xidmətindən yararlanmaqdır. 
 

Saytın nəşri 

Veb-server 

FTP protokolu 

FTP-server 

FTP-müştəri 

Domen adı 

Hostinq 

Saytın qiymətləndirilməsi 

Ölü istinad 

AR
 

zl
ə
r 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə