162
VEB-LAYİHƏ
6.1.
Veb-sayt
layihəsi
6.2.
Word proqramında veb-səhifənin hazırlanması
6.3.
Excel cədvəllərinin veb-səhifə kimi saxlanması
6.4.
PowerPoint proqramında veb-təqdimat
6.5.
Saytların İnternetdə nəşri və onların qiymətləndirilməsi
LAYİHƏ
164
İlkin yoxlama
1.
Məhdud zaman və resurs çərçivəsində bənzərsiz məhsul və ya xidmət yaratmaq
üçün məqsədyönlü fəaliyyət necə adlanır?
a) sistem
b) alqoritm
c) layihə
d) plan
2.
Bu proqramlardan hansı Microsoft Office paketinə daxil deyil?
a) OpenOffice Writer
b) Excel
c) PowerPoint
d) Access
3.
"Dünya hörümçək toru"nun dili hansıdır?
a) Python
b) WWW
c) C++
d) HTML
4.
İnternet xidmətləri göstərən şirkət necə adlanır?
a) provayder
b)
brauzer
c) haker
d) veb-dizayner
5.
informatika.edu.az domen adında birinci səviyyəli domen nədir?
a) informatika.
b) .edu
c) .az
d) edu.az
6.
Saytın veb-serverdə yerləşdirilməsi və ona xidmət göstərilməsi necə adlanır?
a) monitorinq
b) hostinq
c) yerləşdirmə
d) texniki xidmət
7.
Saytların yerləşdirildiyi kompüterə nə deyilir?
a) server
b) FTP-server
c) DNS-server
d) veb-server
8.
Bunlardan hansı protokol deyil?
a) IP
b) FTP
c) PHP
d) TCP
9.
FTP nədir?
a) lokal şəbəkə
b) internet protokolu
c)
şəbəkə kabeli
d) fayl köçürməsi protokolu
10.
Bu qısaltmalardan hansı saytın İnternetdəki ünvanını göstərir?
a) FTP
b) WWW
c) URL
d) IP
LAYİHƏ
165
Veb-layi
hə
6
V
EB-SAYT LAYİHƏSİ
Sizcə, saytlar hansı məqsədlə yaradılır?
Ötən tədris ilində veb-layihənin mərhələləri, bu il isə layihə və onun mərhələləri ilə tanış
oldunuz. Hər iki bölgünü müqayisə edin.
Layihənin mərhələləri
Veb-layihənin mərhələləri
Başlatma
Layihələndirmə
Planlaşdırma
Dizaynın hazırlanması
İcraetmə
Səhifələrin maketlərinin qurulması
Bitirmə
Servislərin proqramlaşdırılması
Nəzarət
Saytın nəşri
Layihənin müşayiəti
– Soldakı sütunda verilmiş hər bir mərhələyə sağdakı hansı mərhələlər uyğundur?
Ötən il siz veb-saytların hazırlanması mərhələləri ilə qısaca tanış olmuşsunuz.
Ancaq nəzərə almaq lazımdır ki, başqa layihələr kimi veb-layihələrin də bu cür
mərhələlərə bölgüsü şərtidir. Yəni mərhələləri başqa cür də müəyyənləşdirmək olar,
məsələn:
1. Saytın mövzusunun, məqsəd və vəzifələrinin
müəyyənləşdirilməsi;
2. Saytın strukturunun layihələndirilməsi, bölümlərin və səhifələrarası
əlaqələrin müəyyənləşdirilməsi;
3. Saytın dizaynının, yəni səhifələrin tərtibat üslubunun işlənib-hazırlanması;
4. Veb-səhifələrdə yerləşdiriləcək materialların (mətn və qrafikaların) hazır-
lanması;
5. Saytın səhifələrinin qurulması, yəni HTML-kodunun yaradılması;
6. Saytın şəbəkədə yerləşdirilməsi (nəşri) və testlənməsi.
F Ə A L İ Y Y Ə T
6.1
LAYİHƏ