160
təkrarlanırsa, hər dəfə yeni parolu yadda saxlamaq rahatsızlıq yaradır. Məhz bu
hallar üçün TeamViewer-də fərdi parol quraşdırmaq funksiyası gerçəkləşdirilib. Bu
daimi parolla işləmək rahatdır, çünki yalnız özünüzün bildiyiniz bu parol kompüter
yenidən yükləndikdə dəyişmir.
TeamViewer proqramında fərdi parolun yaradılması
1. Siçanın göstəricisini parol sahəsinin (Password) önünə aparın. Password options
simgəsi yaranacaq.
2. Həmin simgəni çıqqıldadın və açılan kontekst menyusunda Set personal
password bəndini seçin. TeamViewer Options dialoq pəncərəsi açılacaq.
3. Fərdi parolunuzu daxil edin.
4. OK düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın.
TeamViewer proqramının bütün mobil platformalar və müxtəlif əməliyyat sis-
temləri üçün versiyaları da mövcuddur.
TeamViewer proqramının uzaqdan idarəetmə rejimi ilə yanaşı, başqa əsas iş rejimləri də
vardır: faylların ötürülməsi,
gap xidməti, öz iş masanızın nümayişi.
File transfer rejimi başqa kompüterə fayl ötürməyə və ondan fayl qəbul etməyə imkan
verir.
Dostunuzla TeamViewer vasitəsilə bağlantı qurun və onunla qarşılıqlı fayl mübadiləsi
aparın.
Özünüzü yoxlayın
1.
Uzaqdan idarəetmə proqramı vasitəsilə başqa kompüterə bağlanmaq üçün nəyi bilmək
lazımdır?
2.
Kompüterin uzaqdan idarə edilməsi proqramlarının hansı üstünlükləri var?
3.
TeamViewer proqramı kompüterin tanınma kodunu nəyə əsasən müəyyənləşdirir?
4.
TeamViewer proqramının uzaqdan idarəetmə ilə yanaşı, daha hansı imkanları var?
5.
Hansı halda fərdi paroldan istifadə əlverişli olur?
A D D I M 2
A D D I M –
ö y r ə n ə k
A R A Ş D I R A Q –
LAYİHƏ
161
Kom
p
ü
ter
5
ÜMUMİLƏŞDİRİCİ
SUAL VƏ TAPŞIRIQLA
R
1. Hansı mühakimələr doğrudur?
a)
Programs bölümünün köməyi ilə quraşdırılmış proqramları,
eləcə də əməliyyat
sisteminin özünün bəzi komponentlərini uzaqlaşdırmaq və ya dəyişdirmək olar.
b)
Tarixin, zamanın, saat qurşağının, eləcə də sistemdə istifadə olunan dilin və regional
standartların quraşdırılması İdarəetmə panelinin Clock, Language, and Region
bölümdə aparılır.
c)
İstifadəçilərin hesablarının köklənməsi, onların uzaqlaşdırılması, yeni hesabların əlavə
edilməsi, eləcə də valideyn nəzarətinin quraşırılması İdarəetmə panelinin Görünüş və
fərdiləşdirmə (Appearance and Personalization) bölümündə həyata keçirilir.
d)
Windows əməliyyat sisteminin müxtəlif hadisələrə, hərəkətlərə bağladığı səslər MP3
formatında olmalıdır.
e)
Administrator kompüteri bütövlükdə idarə edir, başqa insanların ondan istifadə
etməsinə icazə verir və ya qadağa qoyur.
f)
Uyuma rejimində verilənlər ayrıca faylda saxlanılır və kompüter tamamilə enerjidən
kəsilir.
g)
Tanınma kodu avtomatik generasiya olunur, avadanlığın xarakteristikalarına əsaslanır
və sonradan dəyişmir.
h)
Hər dəfə başladılanda TeamViewer təhlükəsizlik məqsədilə yeni müvəqqəti parol
generasiya edir.
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
a)
Windows əməliyyat sistemini və onun elementlərini kökləmək üçün ___ adlandırılan
xüsusi alət vardır.
b)
Sisteminin elektrik enerjisinə qənaət parametrlərinin köklənməsi və optik disklərin
avtomatik başladılması parametrlərinin dəyişdirilməsi İdarəetmə panelinin ___
bölümündə aparılır.
c)
Səs informasiyasını kompüterə daxil etmək üçün ___ istifadə olunur.
d)
___ səsi yüksəldərək çıxışa verir, kompüterdəki verilənlərin ikilik koddan səsə
çevrilməsini isə ___ yerinə yetirir.
e)
Windows əməliyyat sistemi üç növ istifadəçi hesabı yaratmağa imkan verir: ___, ___
və ___.
f)
___ rejimində sistem tamamilə söndürülür, bütün saxlanmamış verilənlər itirilir. İşə
başlamaq üçün sistem yenidən yüklənməlidir.
g)
___ proqramları İnternetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri
məsafədən idarə etməyə imkan verir.
h)
TeamViewer proqramının uzaqdan idarəetmə rejimi ilə yanaşı ___, ___, ___
kimi iş
rejimləri də vardır.
3. TeamViewer proqramı kompüterlər və mobil qurğuları nəyə görə tanıyır (iden-
tifikasiya edir)?
LAYİHƏ