36
bərabərsizlik onların bir qisminin varlanmasına və xırda mülkədarlara çevrilməsinə
səbəb oldu. Ölkədə baş verən siyasi hərc-mərclik, hakimiyyətin sasanilərə tabe
edilməsi, dini mübarizə yoxsulların sayını daha da artırır, feodalların isə
varlanmasına şərait yaradırdı. Kəndlilər, sənətkarlar və tacirlər dövlətə vergi verən
təbəqəyə mənsub idilər. Sasani dövlətində əhali dörd sosial təbəqəyə kahin,
döyüşçü, mirzə və vergi verən təbəqələrinə bölünmüşdü. Son təbəqə can (qezit) və
torpaq (xaraq) vergisi verirdi. Bundan başqa kəndlilər əmək mükəlləfiyyətinə cəlb
olunurdular.
III-VII əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf edir, feodal
istismarı möhkəmlənirdi. Feodallar arasında iri və xırda feodal təbəqələri
formalaşırdı. Iri feodallar patrik ( Bizans qaynaqlarında), xırda feodallar azat (İran
qaynaqlarında) adlanırdılar. Feodal münasibətlərı dini idarələri də bürümüşdü.
Torpaq sahələri olan məbəd və kilsələrə əhali dini ibadət xətrinə vergi
verməyə və müəyyən mükəlləfiyyətləri yerinə yetirməyə məcbur edilirdi. Əsas
istehsalçılar şinakan və ramik adlanırdılar. Onlar qismən torpağa təhkim
olunmuşdular. Lakin təhkimçilik qeyri-xristian təsərrüfatında yayılmadı, burada
feodaldan asılı kəndli təbəqələri yarandı.
Feodal torpaq mülkiyyəti dastakert (irsən keçən mülk) adını daşıyırdı. Belə
torpaqlar kəndlilərə icarəyə verilirdi.
Kəndlilərin
torpağa təhkimləşməsi Azərbaycanın ancaq xristian
feodallarının mülklərində meydana gəlməyə başladı. Iranda hakimiyyətə gəlmiş
Sasani sülaləsi (III-VII əsrlər) mərkəzdən asılı, lakin müəyyən daxili müstəqilliyə
malik olan dövlət quruluşlarını ləğv etdi. Işğal olunmuş torpaqlarda mərkəz
nümayəndələri tərəfindən idarə olunan əyalətlər yaratdılar. Belə əyalətlərdən biri
Azərbaycan idi. Burada canişin hakimiyyəti bərqərar edildi. Qaynaqlar canişini
mərzban (sərhəd qoruyan) adlandırırdı. Iran şahları işğal olunmuş, yaxud mərzban
torpaqlarının sahibkarı kimi çıxış edirdilər. Belə ərazilərin idarəsi hakim sülaləyə
mənsub adamlara tapşırılırdı. Əslində bu torpaqlar şah mülkiyyəti hesab olunurdu.
Azərbaycanda hökmdar hakimiyyəti ləğv edildikdən sonra feodal torpaq
37
sahibkarlığı gücləndi.
17. Azərbaycanda Sasani işğalları
224-cü ildə İranın cənubunda yerləşən Fars vilayətinin Sasan nəslindən olan
hökmdarı Ərdəşir (Artoşir) Papakan Arşaki hökmdarı V Artabanı məğlubiyyətə
uğradır. 226-cı ildə o, İran şahənşahı elan edilir, Ktesifon-Selevkiya Sasanilərin
paytaxtı olur. I Ərdəşir dövlətə tabe olan ölkələri canişinliklərə bölür. Azərbaycan
ərazisi canişinlik sisteminə daxil edilir. Lakin ilk dövrdəAzərbaycan (Adərbayqan
və Albaniya) I Ərdəşirin hakimyyəti altına alınmamışdı. Burada hökmranlıq edən
Arşaki sülalə nümayəndələri Sasanilərə tabe olmağa tələsmirdilər. Məhz I Şapur
(241-272) ilk dəfə sasanilərə tabe olan ölkələr arasında 260-cı ildə Azərbaycanın
da (Adurbaden və Albaniya) adını çəkmişdi, lakin sasani şahının buraya hərbi
yürüş təşkil etməsi barədə məlumat yoxdur. Çox güman ki, Azərbaycan yenə də
hərbi münaqişələrdən kənarda qalmaqla Sasanilərin hakimiyyətini tanıyırdı.
Sasanilər Roma ilə müharibəni davam etdirirdilər. III əsrdə Sasani Şahı I Şapur
(241-272) Roma ordusunu məğlubiyyətə uğratdı (260-cı il) və Roma imperatoru
Valerian əsir düşdü. Albanlar və iberlər bu dövrdə Sasani şahını müdafiə etmirdilər
və Romaya meyl edərək Valerianı əsirlikdən azad etmək üçün vədlər verirdilər. Bu
zaman Albaniyada hakimiyyətə I Vaçe gəlmişdi (255-262-ci illər) və o, Arşaki
sülaləsinin nümayəndəsi kimi Roma ilə ittifaqa meyl edirdi. Lakin 262-ci ildə
Albaniya da Sasanilər dövlətinin tərkibinə daxil oldu. I Şapurun 262-ci ildə Nəqşi-
Rüstəmdəki məbəd divarında həkk etdirdiyi yazıda Sasani dövlətinə daxil olan
ölkələr arasında Adərbayqan, Albaniya və onun vilayətinə çevrilmiş Balasakan
(Kürlə Arazın qovuşduğu ərazi nəzərdə tutulur) da yad edilir. I Şapurun
ölümündən sonra (272-ci il) Albaniya yenə də müstəqil xarici siyasət yürüdürdü.
Albaniya bu dövrdə Roma meylli siyasət aparırdı.
İranda II Şapur (309-379) hakimyyətə gələn zaman Albaniyada daxili şərait
mürəkkəbləşmişdi. Albaniyaya xristian dini yol açmışdı.IV əsrin 30-cu illərində
Albaniyanın Raytakaran vilayətində Sanatürk (298-338) özünü hökmdar elan
38
etmişdi. O, Albaniyanın müstəqilliyini qoruyub saxlamaq, Armeniyanın və ona
arxa olan Romanın işğalçılıq niyyətlərinin və xristian dininin Albaniyada
yayılmasının qarşısını almaq məqsədini güdürdü. Sanatürk 337-ci ildə Armeniya-
ya yürüş etdi və bir il oranı əlində saxladı. Lakin 338-ci ildə Sanatürk məğlub olur
və Paytakarana sıxışdırılır. IIŞapur albanların köməyinə hərbi dəstələr
göndərmişdi. II Şapur Albaniya ilə ittifaqı bərpa etdi. Bu dövrdə Albaniyanı II
Şapurun bacısı ilə evlənmiş Urnayr (359-371) idarə edirdi. II Şapur Armeniyaya
havadarlıq edən və Sasinilərə qarşı onu sipər sayan romalılara qarşı yürüş təşkil
etdi. 359-cu ildə Amid döyüşündə Sasanilər qələbə çaldı. Armeniya çarı II Arşak
zindana salındı. Arsax, marların ölkəsi, Kaspiana, iberiya vilayətləri və s. yenə də
Sasanilərin hakimyyəti altına keçdı. 371-ci ildə Sasanilər Dzirav döyüşündə
yenidən Roma və erməni dəstələrinə qarşı çıxış etdilər. Döyüşün nəticələri
Azərbaycan üçün ağır oldu. Albaniya Uti, Şakaşen, Girdiman vadisi, Kolt və qonşu
vilayətlərdən məhrum oldu. Lakin 387-ci ildə Armeniya Roma və Sasani İranı
arasında bölüşdürüldü. Albaniya yenidən öz vilayətlərinə sahib oldu.
IV əsrdə Ön Asiyada, o cümlədən İranın siyasi təsir dairəsinə daxil olan
ölkələrdə xristianlıq yayılmağa başladı. Sasnilər xristian dininə mənfi münasibət
bəsləyirdilər, çünki xristianları Romanın tərəfdarları kimi qəbul edirdilər. IV əsrin
30-cu illərində xristianlıq artıq Roma imperiyasının dövlət dini və ideologiyası
kimi təqib olunurdu. Xristianlığın təqib olunması II Şapurun hakimiyyəti illərində
başlandı və fasilə ilə V əsrin sonuna kimi davam etdi. Bu müddətdə Roma
imperiyası süquta uğramış və şərqdə onun yerini Bizans dövləti tutmuşdu.
Xristianlar indi də Bizansın ideoloqları kimi çıxış edirdilər. Şah I Yezdəgird (399-
421) hakimiyyətə gəldikdən sonra İran əyanlarının və kahinlərinin dövlət işlərinə
güclü təsirini qırmaq üçün orta təbəqələrə arxalanırdı. Onların içərisində xristianlar
da vardı. Şah xristianlara müəyyən güzəştlər etdi, lakin hakimiyyətinin sonunda bu
siyasəti dəyişməyə məcbur oldu. Artıq güclənmiş xristian dairələrinin Bizansla
yaxınlaşması təhlükəsi yaranmışdı. Buna görə də Bəhram Gur (421-438)
xristianlığın ardıcılları ilə mübarizəni gücləndirdi. Sasanilərə tabe olan ölkələrdə
Dostları ilə paylaş: |