1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

36 



 

bərabərsizlik onların bir qisminin varlanmasına və xırda mülkədarlara çevrilməsinə 

səbəb  oldu.  Ölkədə  baş  verən  siyasi  hərc-mərclik,  hakimiyyətin  sasanilərə  tabe 

edilməsi,  dini  mübarizə  yoxsulların  sayını  daha  da  artırır,  feodalların  isə 

varlanmasına şərait yaradırdı. Kəndlilər, sənətkarlar və tacirlər dövlətə vergi verən 

təbəqəyə  mənsub  idilər.  Sasani  dövlətində  əhali  dörd  sosial  təbəqəyə  kahin, 

döyüşçü, mirzə və vergi verən təbəqələrinə bölünmüşdü. Son təbəqə can (qezit) və 

torpaq (xaraq) vergisi verirdi. Bundan başqa kəndlilər əmək mükəlləfiyyətinə cəlb 

olunurdular. 

III-VII  əsrlərdə    Azərbaycanda  feodal  münasibətləri  inkişaf  edir,  feodal 

istismarı  möhkəmlənirdi.  Feodallar  arasında  iri  və  xırda  feodal  təbəqələri 

formalaşırdı. Iri feodallar patrik ( Bizans qaynaqlarında), xırda feodallar azat (İran 

qaynaqlarında) adlanırdılar. Feodal münasibətlərı dini idarələri də bürümüşdü. 

Torpaq  sahələri  olan  məbəd  və  kilsələrə  əhali  dini  ibadət  xətrinə  vergi 

verməyə  və  müəyyən  mükəlləfiyyətləri  yerinə  yetirməyə  məcbur  edilirdi.  Əsas 

istehsalçılar  şinakan  və  ramik  adlanırdılar.  Onlar  qismən  torpağa  təhkim 

olunmuşdular.  Lakin  təhkimçilik  qeyri-xristian  təsərrüfatında  yayılmadı,  burada 

feodaldan asılı kəndli təbəqələri yarandı. 

Feodal torpaq mülkiyyəti dastakert (irsən keçən mülk) adını daşıyırdı. Belə 

torpaqlar kəndlilərə icarəyə verilirdi. 

 Kəndlilərin 

torpağa  təhkimləşməsi  Azərbaycanın  ancaq  xristian 

feodallarının  mülklərində  meydana  gəlməyə  başladı.  Iranda  hakimiyyətə  gəlmiş 

Sasani sülaləsi (III-VII əsrlər) mərkəzdən asılı, lakin müəyyən daxili müstəqilliyə 

malik  olan  dövlət  quruluşlarını  ləğv  etdi.  Işğal  olunmuş  torpaqlarda  mərkəz 

nümayəndələri  tərəfindən  idarə  olunan  əyalətlər  yaratdılar.  Belə  əyalətlərdən  biri 

Azərbaycan  idi.  Burada  canişin  hakimiyyəti  bərqərar  edildi.  Qaynaqlar  canişini 

mərzban (sərhəd qoruyan) adlandırırdı. Iran şahları işğal olunmuş, yaxud mərzban 

torpaqlarının  sahibkarı  kimi  çıxış  edirdilər.  Belə  ərazilərin  idarəsi  hakim  sülaləyə 

mənsub adamlara tapşırılırdı. Əslində  bu torpaqlar şah mülkiyyəti hesab olunurdu. 

Azərbaycanda  hökmdar  hakimiyyəti  ləğv  edildikdən  sonra  feodal  torpaq 



 

 

37 



 

sahibkarlığı gücləndi.  

 

17.  Azərbaycanda Sasani işğalları 

224-cü ildə İranın cənubunda yerləşən Fars vilayətinin Sasan nəslindən olan 

hökmdarı  Ərdəşir  (Artoşir)  Papakan  Arşaki  hökmdarı  V  Artabanı  məğlubiyyətə 

uğradır.  226-cı  ildə  o,  İran  şahənşahı  elan  edilir,  Ktesifon-Selevkiya  Sasanilərin 

paytaxtı olur. I Ərdəşir dövlətə tabe olan ölkələri canişinliklərə bölür. Azərbaycan 

ərazisi canişinlik sisteminə daxil edilir. Lakin ilk dövrdəAzərbaycan (Adərbayqan 

və Albaniya) I Ərdəşirin hakimyyəti altına alınmamışdı. Burada hökmranlıq edən 

Arşaki  sülalə  nümayəndələri  Sasanilərə  tabe  olmağa  tələsmirdilər.  Məhz  I  Şapur 

(241-272)  ilk  dəfə  sasanilərə  tabe  olan  ölkələr  arasında  260-cı  ildə  Azərbaycanın 

da  (Adurbaden  və  Albaniya)  adını  çəkmişdi,  lakin  sasani  şahının  buraya  hərbi 

yürüş  təşkil  etməsi  barədə  məlumat  yoxdur.  Çox  güman  ki,  Azərbaycan  yenə  də 

hərbi  münaqişələrdən  kənarda  qalmaqla  Sasanilərin  hakimiyyətini  tanıyırdı. 

Sasanilər  Roma  ilə  müharibəni  davam  etdirirdilər.  III  əsrdə  Sasani  Şahı  I  Şapur 

(241-272)  Roma  ordusunu  məğlubiyyətə  uğratdı  (260-cı  il)  və  Roma  imperatoru 

Valerian əsir düşdü. Albanlar və iberlər bu dövrdə Sasani şahını müdafiə etmirdilər 

və Romaya meyl edərək Valerianı əsirlikdən azad etmək üçün vədlər verirdilər. Bu 

zaman  Albaniyada  hakimiyyətə  I  Vaçe  gəlmişdi  (255-262-ci  illər)  və  o,  Arşaki 

sülaləsinin  nümayəndəsi  kimi  Roma  ilə  ittifaqa  meyl  edirdi.  Lakin  262-ci  ildə 

Albaniya da Sasanilər dövlətinin tərkibinə daxil oldu. I Şapurun 262-ci ildə Nəqşi-

Rüstəmdəki  məbəd  divarında  həkk  etdirdiyi  yazıda  Sasani  dövlətinə  daxil  olan 

ölkələr  arasında  Adərbayqan,  Albaniya  və  onun  vilayətinə  çevrilmiş  Balasakan 

(Kürlə  Arazın  qovuşduğu  ərazi  nəzərdə  tutulur)  da  yad  edilir.  I  Şapurun 

ölümündən sonra (272-ci il)  Albaniya yenə də müstəqil xarici siyasət yürüdürdü. 

Albaniya bu dövrdə Roma meylli siyasət aparırdı.  

 

 

İranda II Şapur (309-379) hakimyyətə gələn zaman Albaniyada daxili şərait 



mürəkkəbləşmişdi.  Albaniyaya  xristian  dini  yol  açmışdı.IV  əsrin    30-cu  illərində 

Albaniyanın  Raytakaran  vilayətində  Sanatürk  (298-338)  özünü  hökmdar  elan 




 

 

38 



 

etmişdi.  O,  Albaniyanın  müstəqilliyini  qoruyub  saxlamaq,  Armeniyanın  və  ona 

arxa  olan  Romanın  işğalçılıq  niyyətlərinin  və  xristian  dininin  Albaniyada 

yayılmasının qarşısını almaq məqsədini güdürdü.  Sanatürk  337-ci  ildə  Armeniya-

ya yürüş etdi və bir il oranı əlində saxladı. Lakin 338-ci ildə Sanatürk məğlub olur 

və  Paytakarana  sıxışdırılır.  IIŞapur  albanların  köməyinə  hərbi  dəstələr 

göndərmişdi.  II  Şapur  Albaniya  ilə  ittifaqı  bərpa  etdi.  Bu  dövrdə  Albaniyanı  II 

Şapurun  bacısı  ilə  evlənmiş  Urnayr  (359-371)  idarə  edirdi.  II  Şapur  Armeniyaya 

havadarlıq  edən  və  Sasinilərə  qarşı  onu  sipər  sayan  romalılara  qarşı  yürüş  təşkil 

etdi.  359-cu ildə Amid döyüşündə Sasanilər qələbə çaldı. Armeniya çarı II Arşak 

zindana salındı. Arsax, marların ölkəsi, Kaspiana, iberiya vilayətləri və s. yenə də 

Sasanilərin  hakimyyəti  altına  keçdı.  371-ci  ildə  Sasanilər  Dzirav  döyüşündə 

yenidən  Roma  və  erməni  dəstələrinə  qarşı  çıxış  etdilər.  Döyüşün  nəticələri 

Azərbaycan üçün ağır oldu. Albaniya Uti, Şakaşen, Girdiman vadisi, Kolt və qonşu 

vilayətlərdən  məhrum  oldu.  Lakin  387-ci  ildə  Armeniya  Roma  və  Sasani  İranı 

arasında bölüşdürüldü. Albaniya yenidən öz vilayətlərinə sahib oldu.  

IV  əsrdə  Ön  Asiyada,  o  cümlədən  İranın  siyasi  təsir  dairəsinə  daxil  olan 

ölkələrdə  xristianlıq  yayılmağa  başladı.  Sasnilər  xristian  dininə  mənfi  münasibət 

bəsləyirdilər, çünki xristianları Romanın tərəfdarları kimi qəbul edirdilər. IV əsrin 

30-cu illərində xristianlıq artıq Roma  imperiyasının  dövlət  dini  və  ideologiyası 

kimi təqib olunurdu. Xristianlığın təqib olunması II Şapurun hakimiyyəti illərində 

başlandı  və  fasilə  ilə  V  əsrin  sonuna  kimi  davam  etdi.  Bu  müddətdə  Roma 

imperiyası süquta uğramış və şərqdə onun  yerini  Bizans  dövləti  tutmuşdu. 

Xristianlar indi də Bizansın ideoloqları kimi çıxış edirdilər. Şah I Yezdəgird (399-

421) hakimiyyətə gəldikdən sonra İran əyanlarının və kahinlərinin dövlət işlərinə 

güclü təsirini qırmaq üçün orta təbəqələrə arxalanırdı. Onların içərisində xristianlar 

da vardı. Şah xristianlara müəyyən güzəştlər etdi, lakin hakimiyyətinin sonunda bu 

siyasəti  dəyişməyə  məcbur  oldu.  Artıq  güclənmiş  xristian  dairələrinin  Bizansla 

yaxınlaşması  təhlükəsi  yaranmışdı.  Buna  görə  də  Bəhram  Gur  (421-438) 

xristianlığın  ardıcılları  ilə  mübarizəni  gücləndirdi.  Sasanilərə  tabe  olan  ölkələrdə 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə