1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

45 



 

da  xeyli  hissəsinə  Cavidan  rəhbərlik  etmişdi.  816-cı  ildə  döyüşlərin  birində 

Cavidan Əbu İmranı öldürdü və bundan üç gün sonra aldığı yaradan özü də öldü. 

Babək  Cavidan  mülkünün  sahibi  və  xürrəmilər  icmasının  rəhbəri  oldu.  Babək 

bütün ömrü boyu Xilafətə qarşı mübarizə aparmış və Azərbaycanda islamdan əvvəl 

mövcud  olan  qayda-qanunları  ola  bilsin  ki,  bərpa  etməyə  çalışmışdı.    Xürrəmilər 

Babəkə  qədər  Xilafətə  qarşı  iki  dəfə  üsyan  etdilər.  Birinci  üsyan  778-ci  ildə  baş 

verdi.  808-cı  ildə  xürrəmilərin  ərəblərə  qarşı  daha  güclü  bir  isyanı  başlandı. 

İsfahanda  başlanan  bu  üsyan  bir  çox  əraziləri  bürüdü.  Xəlifənin  amansız  cəza 

tədbirləri  xürrəmilərin  azadlıq  uğrunda  mübarizə  əzmini  məhv  edə  bilmədi. 

Babəkə  qədər  xürrəmilər  Xilafət  üçün  ciddi  narahatlıq  yarada  bilmirdilər.  Babək 

xürrəmilər  icmasında  rəhbərliyi  ələ  aldıqdan  sonra  vəziyyət  tamamilə  dəyişdi. 

Azadlıq  ordusunun  əsas  hərəkətverici  qüvvəsini  kəndlilər  təşkil  etsə  də,  orada 

şəhər yoxsulları, sənətkarlar, orta və xırda feodallar, əhalinin müxtəlif təbəqələrinə 

mənsub  adamlar  da  az  deyildi.  Azadlıq  mübarizəsi  bir  çox  əraziləri  bürüsə  də, 

bütün mənbələr təsdiq edir ki, Babəkin və xürrəmilərin vətəni Azərbaycan idi və 

azadlıq mübarizəsi buradan başlanmışdı. 819-cu ilə qədər xəlifə xürrəmilərə qarşı 

nizami  ordu  göndərmədi.  Üsyançılara  qarşı  Azərbaycandakı  hərbi  hissələrin 

qüvvələrindən istifadə etdi. Xəlifə Məmun 819-cu ildə sərkərdə Yəhya ibn Müazın 

başçılığı ilə Babəkə qarşı ilk nizamı ordu göndərdi. Xürrəmilər bu ordunu əzdilər. 

Bu  qələbədən  sonra  on  il  müddətində  üsyançılar  Xilafətin  bir  neçə  nizami 

ordusunu  məhv  etdilər  və  sərkərdələrini  əsir  aldılar.  829-cu  il  iyunun  3-də 

Həşdadsər dağında  xürrəmilərlə həlledici döyüş başladı. Döyüşdə iştirak edən 150 

minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. Qanlı vuruşma zamanı sərkərdə 

Məhəmməd  ibn  Hümeyd  öldürüldü.Xürrəmilər  830-cu  ildə  qələbə  çalaraq  böyük 

strateji  əhəmiyyəti  olan  Həmədanı  tutdular.  Bu  üsyançıların  nizami  ərəb  orduları 

üzərində  beşinci  parlaq  qələbəsi  idi.  IX  əsrin  30-cu  illərin  əvvəlləri  azadlıq 

müharibəsinin ən müvəffəqiyyətli dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar. 

Bizansla müharibə, Suriya və Misirdəki üsyanlar xürrəmilərin azadlıq müharibəsi 

ilə bir vaxta düşdüyündən Xilafəti çaşdırmışdı. 833-cü il dekabrın 25-də Həmədan 




 

 

46 



 

yaxınlığında  şiddətli  döyüş  başlandı.  Bu  döyüşdə  xürrəmilər  ilk  dəfə  olaraq  ağır 

məğlubiyyətə düçar oldular. Həmədan döyüşündəki qələbə Mötəsimə öz sələfinin 

üsyançılara  qarşı  tətbiq  etdiyi  hərbi  taktikanın  qüsurlarını  anlatdı.  Bizansla 

müharibəni  dayandırıb  bütün  ordunu,  maddi  və  hərbi  sursatı  Babəkilərə  qarşı 

mübarizəyə  sərf  etdi.  Afşin  Heydər  ibn  Kavus  832-ci  ildə  xürrəmilərə  qarşı 

vuruşan  ərəb  ordusuna  baş  komandan  təyin  edildi.  Müharibə  uzandıqca  qüvvələr 

nisbətindəki  fərq  ərəblərin  xeyrinə  dəyişdi.  Afşinin  köməyinə  göndərilmiş  adlı-

sanlı sərkərdə Buğa əl-Kəbirlə 836-cı ildə Həşdadsər   dağı yaxınlığındakı döyüşdə 

xürrəmilər  onun  ordusunu  əzdi,  bir  neçə  sərkərdəsini  məhv  etdi.837-ci  ilin 

avqustunda ərəb qoşunu Bəzz qalasına yaxınlaşdı və onu mühasirəyə aldı. Döyüş 

daha yaxşı silahlanmış və təchiz olunmuş düşmən üçün əlverişli vaxtda, 837-ci il 

avqustun  26-dabaşlandı.  Bu  döyüşdə  yaralananlardan  və  itkin  düşənlərdən  əlavə, 

ərəblərdən  100  min  nəfər,  üsyançılardan  80  min  nəfər  həlak  olmuşdu.  Bəzzin 

süqutundan  və  ailə  üzvlərini  itirdikdən  sonra  Babək  qardaşı  Abdulla  ilə  birlikdə 

Arazdan  keçib  Arrana  gəldi.  Məqsədi  Bizans  imperatorunun  yanına  getmək  yeni 

qüvvə  toplayıb  ərəblərə  qarşı  müharibəni  davam  etdirmək  idi.  Lakin  Babək 

xəyanət nəticəsində ələ kecirildi və 838-ci il martın 14-də xəlifə Mötəsimin hökmü  

ilə  edam  edildi.  Bu  hərəkat  istiqlaliyyət  uğrunda  azadlıq  müharibəsi  idi.  Xilafət 

Azərbaycan xalqının mübarizə əzmini söndürə bilmədi. 



 

 

 

 

 

 

 

 

 

 


 

 

47 



 

 

 

21. IX-XI əsrlərdə Azərbacyan feodal dövlətləri (Şirvanşahlar-

Məzyədilər, Sacilər, Salarilər) 

Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil 

feodal dövlətləri meydana gəldi. Hələ xilafətin tərəqqisi dövründə  Azərbaycanda, 

xüsusilə Arranda ərəblərdən asılı olan Sünik, Varsan, Beyləqan, Qəbələ, Şəki və s. 

kimi  knyazlıqlar  vardı.  IX-XI  əsrlərdə  Azərbaycanda  yaranmaqda  olan  feodal 

dövlətləri  ərəblərin  hakimiyyətindən  imtina  edir  və  özlərinin  istiqlaliyyətinə  nail 

olurdular.   

 

 



 

 

 



 

 

 



 

 

Şirvanşahlar.  Bu  dövlətin  yaradıcısı  Heysəm  ibn  Xalid  Şirvanın  birinci 

rəsmi məliki Yəzid ibn Məzyədin nəvələrindən idi. Ona görə də sülalə Məzyədilər 

(861-1538) adlanırdı. IX əsrin 60-cı illərində xilafətdə başlanan yeni iğtişaşlardan 

istifadə edən Heysəm ibn Xalid özünü Şirvanın müstəqil hakimi (şahı)elan etdi və 

mərkəzi  hökümətlə  əlaqəni  kəsdi.  Beləliklə,  Şirvanın  istiqlaliyyəti  bərpa  edildi. 

Məzyədilər  sülaləsinin  hakimyyətinin  ilk  dövründə  Şirvanşahların  sərhədləri 

cənubda Kür çayı, şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə 

Xəzər  dənizi  ilə  əhatə  edilirdi.  Məzyədilərin  uğurlu  siyasəti  nəticəsində  müxtəlif 

dövrlərdə Şəki, Beyləqan və Bərdə Şirvanşahların tabeçiliyinə keçmişdi. Dövlətin 

paytaxtı  əvvəlcə  Şirvan,  X  əsrin  birinci  rübündən  etibarən  Yəzidiyyə  (Şamaxı) 

şəhəri olmuşdu. Məzyədi sülaləsinin uğurlu siyasətinə baxmayaraq, bəzən özləri də 

asılı vəziyyətə düşürdülər. IX əsrin axırlarında Məzyədilər öz vassaları ilə birlikdə 

əvvəlcə  Sacilər,  sonra  isə  Salarilər  dövlətinə  tabe  idilər.  Daxili  idarə  işini  öz 

əllərində saxlamaqla Məzyədilər onlara xərac verirdilər. XI əsrin 60-70-ci illərində 

Fəriburzun  hakimiyyəti  dövründə  Şirvanda  siyasi  vəziyyət  daha  da  ağırlaşdı. 

Şəddadilər  hakimi  Şavurun  Şirvana  hücumları  başlandı.  Şavur  Şirvanda  bir  sıra 

qalaları  ələ  keçirdi  və  40  min  dinar  xərac  alıb  geri  qayıtdı.  Ön  Qafqazda 

hakimiyyəti  ələ  keçirən  səlcuq  türklərinin  Şirvanda  da  təsiri  gücləndi.  Sultan 

Məlikşahın  dövründə  Dərbənd  iqta  şəklində  İraq  hakiminə  bağışlandı.  Şirvanşah 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə