1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

48 



 

Məzyədilər daxili istiqlaliyyətlərini saxlamaq şərtilə səlcuqların vassalına çevrildi 

və  hər  il  sultanın  xəzinəsinə  40  min  dinar  xərac  verməli  oldu.Şirvanşahlar  titulu 

ləğv  edildi.Məzyədilərin  də  iki  növ  qoşunu  vardı.  Əsas  qoşun  şahın  xüsusi 

qvardiyasından  ibarət  idi.  Bundan  əlavə  iri  feodalların  və  vilayət  hakimlərinin 

xüsusi qoşun dəstələri olurdu.   

 

 

 



 

 

 



Sacilər  dövləti.  IX  əsrdə  xilafətə  qarşı  mübarizə  şəraitində  Azərbaycanda 

meydana  gələn  feodal  dövlətlərdən  biri  də  paytaxtı  Ərdəbil  şəhəri  olan  Sacilər 

dövləti (889-942-ci illər ) idi. Sacilər mənşəcə türk idilər. Əbu Sac Divdad və onun 

varisləri Məhəmməd və Yusif müxtəlif vaxtlarda xilafətin əyalət hakimləri olmuş, 

Abbasilər hakimyyətinə qarşı baş baş vermiş üsyanların yatırılmasında fəal iştirak 

etmişlər. Sacilərin banisinin Əbu Sac Divdad hesib edilməsinə baxmayaraq, dövlət 

onun  ölümündən  xeyli  sonra  oğlanları  Məhəmmədin  və  Yusifin  dövründə 

yaranmışdı.  Xidmətləri  ilə  xəlifənin  rəğbətini  qazandığına  görə  889-cu  ildə 

Məhəmməd Azərbaycanın hakimi təyin olundu. 901-ci ilin martında Məhəmmədin  

ölümündən  sonra  hakimiyyətə  oğlu  Divdad  keçdi.  Həmin  ilin  avqustunda  əmisi 

Yusif  Divdadı  hakimyyətdən  salıb  özü  xəlifənin  Azərbaycan  hakimi  və  canişini 

oldu.  Azərbaycan  bütövlüklə  onun  hakimiyyəti  altında  birləşmişdi.  Yusif  hər  il 

Xilafətin  xəzinəsinə  120  min  dinar  xərac  verirdi.  927-ci  il  dekabrın  27-də  Kufə 

şəhəri yaxınlığındakı döyüş zamanı Yusifin qoşunu məğlub oldu. O  özü yaralandı, 

əsir  düşdü  və  öldürüldü.  Yusifin  ölümündən  sonra  hakimiyyət  əldən-ələ  keçdi. 

Onun  sərkərdəsi  Deysəmin  dövründə  Azərbaycan  yenidən  müharibə  meydanına 

çevrildi. 942-ci ildə Sacilər sülaləsinin hakimyyətini Salarilər əvəz etdilər. 

Salarilər  dövləti.  Dövlətin  yaradıcısı  Mərzuban  ibn  MəhəmmədGilan 

vilayətindəki  Salarilər  tayfasına  mənsub  olduğundan  dövlət  Salarilər 

adlandırıldı.O,  942-ci  ildə  Sacilər  hakimi  Deysəmi  məğlub  edərək  Azərbaycanı 

tutdu. Həmin tarixdən hakimyyət onun təmsil etdiyi Salarilər sülaləsinin (942-981) 

əlinə  keçdi.  Salarilər  dövlətinin  də  paytaxtı  Ərdəbil  idi.  Salari  hakimi  Mərzuban 

ibn  Məhəmməd  çətin  mübarizə  şəraitində  Sacilər  dövlətinin  hakimyyəti  altında 

olan  Azərbaycan  torpaqılarına  sahib  olaraq  öz  səltənətini  möhkəmləndirməyə 



 

 

49 



 

çalışdı. Azərbaycanın şimal-qərb vilayətlərini və Ərməniyəni öz hakimiyyəti altına 

keçirdi.  Sacilərin  dövründə  olduğu  kimi,  Şirvanşahlar  Məzyədilərin  dövləti 

Salarilərə tabe edildi. Bununla da Salarilərin şimal sərhədi Dərbəndə qədər uzandı. 

Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin və Qəzvinin 

İsfahan  hakiminin  asılılığında  qalması  Mərzubanı  narahat  edirdi.  Onun  məqsədi 

Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətlə 948-

ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Savaş Mərzubarın məğlubiyyəti ilə 

başa  çatdı.  O,  sərkərdələri  ilə  birlikdə  əsir  düşdü.  Lakin  Mərzuban  anasının  və 

yaxın  adamlarının  köməkliyi  ilə  953-cü  ildə  əsirlikdən  qaçıb  Ərdəbilə    gələrək 

hakimyyəti  ələ  keçirdi.  Mərzuban  vilayətlərdən  alınan  vergiləri  nizama  saldı, 

maliyyə işlərinə nəzarəti və diqqəti artırdı. Onun dövründə iki cür vergi toplanırdı. 

Onlardan  biri  torpaq  və  əmlak  vergisi  idi.  İkincisi,  asılı  ölkələrin  hakimlərindən 

alınan  illik  xərac  idi.  957-ci  ilin  dekabrında  Mərzuban  ibn  Məhəmmədin 

ölümündən  sonra  oğlanları  və  qardaşı  Vəhsudan  arasında  hakimyyət  uğurunda  

mübarizə  nəticəsində  mərkəzi  dövlət  zəiflədi  və  parçalandı.  Mərzubanın  oğlu 

İbrahimin hakimiyyəti (961-981-ci illər) dövründə Məzyədilər, Dərbənd və Gəncə 

vilayəti Salarilər dövlətinin tarkibindən çıxdı. Şəddadilər dövlətinin yaranması ilə 

Arranın bir hissəsi və Ərməniyə də onların əlindən çıxdı. Belə bir şəraitdə Əhər və 

Təbriz  hakimi  Rəvvadilər  nəslindən  olan  Əbülheyca  981-ci  ildə    Salari  İbrahimi 

məğlub edib əsir aldı və dövlətin paytaxtı Ərdəbili tutmaqla hakimiyyəti öz əlinə 

keçirdi. 

 

 

 



 

 

 



 

 



 

 

50 



 

 

 



22. Şəddadilər və Rəvvadilər dövlətləri 

X  əsrin  II  yarısında  Azərbaycanda  yaranan  müstəqil  feodal  dövlətlərdən 

biri də Şəddadilər dövləti idi. Paytaxtı Gəncə səhəri idi. Ərazisinə əsasən

 

 Kür və 



Araz  çayları  arasındakı  torpaqlar  daxil  idi.  Dəbil  şəhəri,  Ərməniyyənin  xeyli 

hissəsi Şaddadilər dövlətinə tabe idi:  

Şəki  və  Kxetiya  çarlığının  bəzi  əraziləri  müəyyən  dövrlərdə  bu  dövlətdən 

asılı olmuşdur. 

Şəddadilər  dövləti  Salarilərin  ərazisində  meydana  gəlmişdi.  Bu  dövlətin 

əsasını  Məhəmməd  ibn  Şəddad  qoymuşdu.  O,  Şəddadilərin  zəiflədiyi  dövrdə 

Dəbili  ələkecirib  müstəqil  əmirlik  yaratsa  da  burada  möhkəmlənə  bilmədi.  Onun 

ölümündən sonra oğlanları Fəzl və Ləşkəri Gəncəyə gələrək 971-ci ildə Salarilərin 

Gəncədəki naibini qovub hakimiyyəti ələ keçirdilər. Salari hökmdarı İbrahim ibn 

Mərzuban  Şəddadilər  dövlətini  tanımağa  məcbur  oldu.  Beləliklə,  971-ci  ildə 

Şəddadilər  dövləti  yarandı.  Ləşkərinin  dövründə  Bərdə,  Şəmkir,  Ərməniyyənin 

xeyli hissəsi, Fəzlin dövründə isə Beyləqan Şəddadilər dövlətinə birləşdirildi. 

Fəzl uğurlu daxili və xarici siyasət yeritmiş, ticarət və hərbi məqsədlə Araz 

cayı  üzərində  körpü  saldırmış,  öz  adına  pul  kəsdirmişdir.  Əbüləşvər  Şavur 

hakimiyyəti  illərində  (1050-1067)  iqtisadi,  ictimai  həyatda,  orduda  islahatlar 

kecirmiş,  Gürcüstan  və  Şirvanşahlarla  müharibələri  davam  etdirmiş,  alan 

tayfalarından  və  Səlcuq  türklərindən  qorunmaq  ücün  tədbirlər  görmüşdür.  Onun 

tapşırığı  ilə  Dəmirçi  İbrahim  1063-cü  ildə  Gəncənin  dəmir  qapılarını  düzəltdi. 

Şavur hakimiyyətinin sonunda Səlçuqlardan asılılığı qəbul etmişdir. 

III  Fəzlu  (1074-1088)  Səlcuqlara  tabe  olmaq  istəmədikdə  Səlcuq  Sultanı 

1088-ci ildə Gəncəni ələ kecirib, III Fəzluni hakimiyyətdən saldı. Beləliklə 1088-ci 

ildə  Şəddadilər  dövləti  ləğv  edildi.  Bu  dövlət  monarxiya  tipli  dovlət  idi,  onun 

başçısı  əmir  titulu  daşıyırdı.  Məlikşah  III  Fəzlunu  əsir  götürərək  Bağdada 

göndərdi. O, 1991-ci ildə orada əsirlikdə öldü. Məlikşah Gəncəyə öz əmirini təyin 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə