1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

39 



 

atəşpərəstliyi  möhkəmləndirmək  üçün  tədbirlər  görüldü.  Adərbayqanda  da 

atəşpərəstlik mövcud idi və burada məşhur Şiz od məbədi yerləşirdi.   

 18. Azərbaycanda Sasani işğallarına qarşı üsyanlar 

 

V  əsrin  əvvəlində  Albaniya  daxili  müstəqilliyni  saxlıyırdı,  lakin 

Sasanilərdən  asılı  vəziyyətə  düşmüşdü.  Mənbələrdə  Urnayrdan  sonrakı  alban 

hökmdarları barədə məlumat verilmir. 

 

 

 



 

 

 



II  Yezdəgirdin  (438-457)  vaxtında  Ön  Qafqazı  idarə  edən  Sasani 

mərzbanları xristianlığa qarşı  mübarizəni gücləndirdilər.  O,  Albaniyanın və  digər 

Qafqaz ölkələrinin xristian dini pərəstişkarı olan hakimlərini Ktesifona çağırtdırdı 

və  onları  atəşpərəstliyi  qəbul  etməyə  vadar  etdi.  Vilayət  hakimləri  öz  ölkələrinə 

qayıtdılar və bir müddət atəşpərəstlik inamına xidmət etdilər.    

 

 



V əsrin ortalarında Albaniyada hakimyyətə II Vaçe gəldi (440-463). II Vaçe 

qaynı II Yezdəgirdin təkidi ilə xristianlıqdan imtina etmiş və atəşpərəstliyi qəbul 

etmişdi. Lakin Sasanilərin dini siyasətinə qarşı gizli mübarizə gedirdi. Armeniyada 

bu mübarizəyə Vardan Mamikonyan başçılıq edirdi. Alban çarı II Vaçe Sasanilərə 

qarşı  mübarizəyə  qoşulmadı.  Lakin  Sasanilərə  qarşı  mübarizəyə  alban 

xristianlarının  dini  başçısı  katalikos  və  hərbi  rəislərdən  biri  qoşulmuşdu.  450-cı 

ildə Xalxal şəhəri yanında döyüşdə Sasani dəstələri məğlub oldu. Albaniya Vardan 

Mamikonyanın  başçılığı  altında  Sasanilərə  qarşı  aparılan  mübarizəyə  qoşulmadı. 

Albaniyada  Sasani  hakimyyətinə  meyl  güclü  idi.  Ancaq  xristianpərəst  alban 

əyanları Sasani hakimyyətinə qarşı mübarizəyə qalxmışdılar.    

 

II  Yezdəgird  Ön  Qafqaza  Mihr  Nersenin  başçılığı  altında  ordu  göndərdi. 



Eyni  zamanda  o,  xristianlığa  qarşı  təqibini  dayandırdı,  müxtəlif  dinlərin    azad 

ibadədini elan etdi. 451-ci il mayın 26-da Avarayr çölündə Vardanın başçılıq etdiyi 

dəstələr  ilə  Sasani  ordusu  arasında  döyüş  oldu.  Vardan  öldürüldü,  üsyançılar 

məğlub oldu. Xristian dininin tərəfdarları Aranı tərk edib dağlarda məskən saldılar.  

İranda  2  il  davam  edən  hakimiyyət  uğrunda  mübarizə  zamanı  (457-459) 

Albaniyada  II  Vaçe  daxili  siyasətini  dəyişdi.  457-ci  ildə  II  Vaçe  qaynı  II 




 

 

40 



 

Yezdəgirdin vəfatından sonra zərdüştlük dinindən imtina etdi. II Vaçe İranda baş 

vermiş  siyasi  hadisələrdən  istifadə  edərək  Albaniyada  xristianlığı  yaymaq 

məqsədilə  Sasanilərin  tabeliyindən  çıxdı.  İranda  Firuz  (459-484)  hakimiyyətə 

gəldikdən  sonra  II  Vaçe  Cora  dərəsini  tutdu,  maskutları  öz  tərəfinə  çəkdi  və 

Qafqazın on bir hökmdarı ilə ittifaqa girdi. II Vaçe Sasanilərlə müharibəyə başladı. 

Bu müharibə 460-cı ildə baş vermişdi, çünki  əvvəlki dövrlərdə Firuz xoşluqla II 

Vaçeni  yola  gətirmək  istəyirdi  və  ona  qarşı  ciddi  tədbirlər  görmürdü.  Lakin 

münasibətlər  kəskinləşəndə  Firuz  hunları  alban  hökmdarına  qarşı  müharibəyə 

qaldırdı.  Haylandur  hunları  462-ci  ildə  Albaniyaya  soxuldular.  Bir  il  uzanan  bu 

müharibə  II  Vaçenin  463-cü ildə hakimyyətdən  əl  çəkməsilə başa  çatdı.  Vaçenin 

xahişi  ilə  atasının  miras  qoyduğu  mülk  şah  Firuz  tərəfindən  onun  sərəncamına 

verildi.  Vaçe  min  evdən  ibarət  təsərrüfata  sahib  oldu.  Vaçe  adi  zahid  həyatı 

sürməyə  başladı.  Vaçenin  sasanilərə  qarşı  çıxışı  heç  də  xalq  kütlələrinin 

narazılığından  doğmamışdı.  Lakin  Vaçenin  hərəkəti  o  zaman  məhz  xristian  dini 

dairəsinin  rəğbətinə  və  tərifinə  səbəb  olmuşdu.  Albaniyanın  sürətlə 

xristianlaşmasına  Sasani  şahları,  həmçinin  xristianlığı  qəbul  etməyən,  albanlara 

köməyə  gələn  hunlar  və  başqa  tayfalar  sədd  çəkirdilər.    II  Vaçedən  sonra  30  il 

ərzində  Albaniya  müstəqilliyini  itirdi  və  Sasanilərin  təyin  etdiyi  mərzban 

tərəfindən idarə olunmağa başladı. Moisey Kalankatlı yazırdı ki, “Vaçedən Mömin 

Vaçaqana kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı”. II Vaçenin vəfatından 

sonra onun qardaşı Vaçaqan təxminən 470-ci ildə öz fəaliyyətini Arsaxın hökmdarı 

kimi  başlamışdı.  Çox  güman  ki,  şah  Firuzun  dini  siyasəti  nəticəsində  o, 

xristianlıqdan imtina edib atəşpərəstlik etiqadını qəbul etmişdi. Moisey Kalankatlı 

xəbər  verir  ki,  “Vaçaqan  başqaları  ilə  birlikdə  şahın  dəhşətli  qəzəbi  üzündən 

maqların dinini (atəşpərəstliyi) qəbul etdi, lakin Xristosa gizlincə pərəstiş edirdi”. 

Sasani şahı Balaşın (484-488) dövründə dini etiqadların azad təliminə ixtiyar 

verildi.  Vaçaqanın  bütün  Albaniyaya  hökmdar  olması  üçün  şərait  yarandı.  III 

Vaçaqan  (493-510)  Albaniyada  xristian  dininin  fəal  təbliğinə  başladı.  O,  əhaliyə 

zorla  xristianlığı  qəbul  etdirdi.  Adamları  xristian  dininə  sövq  etmək  üçün 




 

 

41 



 

məktəblər  açılırdı.  Köhnə  din  (bütpərəstlik)  tərəfdarları,  atəşpərəstlər  və  başqa 

etiqad  sahibləri  də  təqib  olunurdu.  Bu  tədbirlərə  baxmayaraq  xristianlıq 

Albaniyada  dərin  kök  sala  bilmədi.  Təxminən  510-cu  ildə  III  Vaçaqanın 

hakimiyyəti  sona  yetdi.  Sasanilər  Ön  Qafqaz  ölkələrində  müstəqil  dövlət 

quruluşlarını ləğv etdilər.             

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə