1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 

 

29 



 

saqartilər,  kadusilər,  gellər,  utilər,  maqlar,  kaspilər  və  başqaları  yaşayırdılar.  Bu 

tayfaların dil mənsubiyyəti dəqiq müəyyən edilməmişdir.  

 

Atropatena  əlverişli  təbii-coğrafi  mövqeyə  və  iqlim  şəraitinə  əsaslanan 



zəngin təsərrüfata malik olmuşdur. Əhali əkinçilik və maldarlıqla məşğul olurdu. 

Atropatenada heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması haqqında qiymətli 

məlumatlar var. 

Atropatena qədimdən yüksək inkişaf etmiş sənətkarlıq ölkəsi kimi məşhur 

olub, müxtəlif sənət sahələrinin inkişafı üçün çox zəngin faydalı qazıntılara malik 

idi.  Dulusçuluq  geniş  inkişaf  etmişdi.  Atropatena  sənətkarları  yüksək  keyfiyyətli 

metal  və  gil  qablar,  müxtəlif  silah  növləri,  toxuculuq  məmulatı,  bəzək  şeyləri, 

təsərrüfat və məişət əşyaları istehsal edirdilər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

30 



 

 

 



 

14. Qafqaz Albaniyası dövlətinin yaranması.  

Tayfaları, şəhərləri, təsərrüfatı.  

E.ə.  IV  əsrdə  Azərbaycanın  Araz  çayından  şimalda  yerləşən  torpaqlarında 

yaşayan və qədim türk soylarından biri olan albanlar öz dövlətlərini qurmuşdular. 

Hələ e.ə. V əsrdə Herodot Araz çayından şimaldakı torpaqlarda kaspi adlı Alban 

tayfasının  yaşaması  haqqında  məlumat  vermişdir.  E.ə.  331-ci  il  Qavqamela 

döyüşündə  Əhəməni ordusunun  tərkibində  alban döyüşçülərindən ibarət bir hərbi 

dəstə Makedoniyalı İsgəndərə qarşı vuruşmuşdur.  

Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə Alban hökmdarlığının mövcud 

olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Plini İsgəndərin e.ə. 327-ci 

ilə  düşən  Hindistan  yürüşü  zamanı  Alban  çarının  ona  iki  dənə  qeyri-adi 

böyüklükdə köpək bağışlaması haqqında məlumat vermişdir. Bu məlumat bir daha 

təsdiq  edir  ki,  e.ə.  IV  əsrin  II  yarısında  Azərbaycanın  cənubunda  Atropatena, 

şimalında isə Alban dövləti mühüm siyasi amilə çevrilmişdir.  

E.ə.  IV-III  əsrlərdə  Albaniyanı  idarə  edən  hökmdarların  adları  tarixdə 

qalmamışdır.  Buna  baxmayaraq  e.ə.  III  əsrdə  Makedoniyalı  İsgəndərin  pullarına 

oxşar  yerli  gümüş  alban  pullarının  kəsilməsi,  üzərində  müxtəlif  süjetlərin  əks 

olunduğu  üzük  formalı  möhürlərdən  istifadə  olunması  dövlətin  mövcudluğundan 

xəbər  verir.  Dövlət  sənədlərini  təsdiq  etmək  üçün  hökmdarların  daşıdıqları  belə 

möhürlərdən  bizim  eranın  III  əsrinədək  istifadə  olunmuşdur.  Qədim  Alban 

dövlətinin paytaxtı Qəbələ şəhəri idi.  

Albaniyanın  ictimai  quruluşu  haqqında  əsas  məlumatlar  arxeoloji  abidələr  və 

yazılı qaynaqların öyrənilməsi nəticəsində əldə edilmişdir. Strabon e.ə. 60-cı illərin 

hadisələri ilə bağlı yazırdı ki, hazırda bütün alban qəbirlərini bir padşah idarə edir. 

E.ə.  I  əsrdə  Pompeyin  yürüşləri  zamanı  Albaniyanı  Oroys,  Antoninin  yürüşləri 

vaxtı  isə  Zober  idarə  edirdi.  Alban  Arşakilərinə  qədər,  yəni  I  əsrin  ortalarınadək 

Albaniyanı onun ilk hökmdarı olmuş Aranın nəsli Aranşahlar idarə etmişdir.  




 

 

31 



 

Albaniyada  hakim  zümrəyə  əyanlar  və  kahinlər  daxil  idi.  Cəmiyyət  ali  zümrə 

ilə yanaşı kəndlilər, sənətkarlar və tacirlərdən ibarət idi. 

Albaniyada  təsərrüfatın  müxtəlif  sahələrində    qul  əməyindən  istifadə 

olunmuşdur.  Burada  əməkçi  əhalinin  böyük  əksəriyyətinin  azad  adamlar,  yəni 

vergi  ödəyən  zümrələr  (kəndlilər,  sənətkarlar  və  s.)  təşkil  edirdi.  Albaniyada 

quldarlıq,  yalnız  bir  təsərrüfat  ukladı

   


kimi  mövcüd  olmuş  və  cəmiyyətin  bütün 

sosial-iqtisadi həyatını tamamilə əhatə etməmişdir.  

Albaniya dövlətinin şərq sərhədini Kaspi dənizi, qərb sərhədini isə İberiya (İori 

çayınadək)  təşkil  edirdi.  Şimal  sərhədləri  Dərbənddən  yuxarıdakı  Samur  dağ 

silsiləsindən başlayıb,  Böyük  Qafqaz dağlarının  ətəkləri  boyu  İori  çayının  yuxarı 

axarınadək uzanırdı. Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunur.  

Alban  əhalisi  vahid  dildə  danışmırdı.  Strabona  görə  bu  ölkədə  26  dil  var  idi. 

Albaniyada yaşayan tayfalar içərisində kaspiləri, utiləri, qarqarları, qardımanlıları, 

leqləri,  gelləri  və  başqalarını  göstərmək  olar.  Kaspilər,  utilər  və  başqaları  e.ə.  I 

minilliyin  ortalarında  daha  böyük  tayfanın  adı  ilə  albanlar  adlandırılmışdır. 

Albaniyada yaşayan tayfaların dili türk, qafqaz və s. dillər ailəsinə daxil idi.  

Antiq  dövrdə  alban  əhalisi  taxılçılıq,  tərəvəzçilik,  bağçılıq,  üzümçülük  və 

maldarlıqla məşğul olurdu.  

Albaniyada  sənətkarlığın  müxtəlif  sahələri  inkişaf  etmişdi.  Sənətkarlıq  əsasən 

şəhərlərdə qismən də kəndlərdə cəmləşmişdi. Sənətkarlıq məhsulları ölkənin daxili 

tələbatını  ödəməklə  yanaşı,  bir  hissəsi  qonşu  ölkələrə  ixrac  olunurdu. 

Silahqayırma,  qiymətli  metallardan  qab  istehsalı  və  qiymətli  parça  növlərinin 

toxunması  şəhər  sənətkarlıq  emalatxanalarında  cəmləşmişdi.  Metalişləmə 

sahəsində silah istehsalı, əmək alətləri və məişət əşyaları, bəzək əşyaları daha geniş 

yayılmışdı.  

Albaniyada dulusçuluq sənəti də geniş yayılmışdı. Toxuculuq sənəti öz yüksək 

səviyyəsi ilə seçilirdi.  

Antiq  dövrdə  Albaniyada  daxili  ticarət  sürətlə  inkişaf  edir  və  ölkənin  xarici 

ticarət əlaqələri genişlənirdi. 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə