1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 

 

32 



 

E.ə.  I  minilliyin  ortalarında  albaniyada sənətkarlığın  və  ticarətin inkişafı üçün 

əlverişli olan yerlərdə salınmış yaşayış məskənləri böyüməyə başlamışdı. Ellinizm 

dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. Nəticədə belə məskənlərdən bəziləri 

şəhərlərə çevrilmişdi. Strabon alban şəhərlərindən yalnız Uti vilayətində yerləşən 

Ayniana və Anariakanın adını çəkmiş, Plini isə Alban dövlətinin əsas şəhəri olan 

Kabalakanı  (Qəbələ)  qeyd  etmişdir.  II  əsrdə  yaşamış  antiq  müəllif  Klavdi 

Ptolomey  Albaniyanın  29  şəhər  və  böyük  yaşayış  yerlərinin  adını  çəkmişdir  ki, 

bunlardan  Teleba,  Gelda,  Albana və  Qaytara  Xəzər dənizi  sahillərində  yerləşirdi. 

Antiq  qaynaqlarda  adı  çəkilən  şəhərlərdən  yalnız  Kabalakanın  (Qəbələ)  və 

Şamaxının (Gemaxiya) yeri dəqiq məlumdur.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

33 



 

 

 



15. Qafqaz Albaniyasında Roma işğalçılarına qarşı mübarizə. 

 

E.ə.  IV-III  əsrlərdə Makedoniyalı  İsgəndərin  və  Selevkilərin Kaspi dənizi 

və onun ətraf bölgələrinə göndərdikləri ekspedisiyalardan sonra Albaniya ərazisinə  

hər hansı bir yürüş haqqında mənbələrdə heç bir məlumat verilmir. E.ə. I əsrin 60-

cı  illərinə  qədər  Yaxın  Şərqdə  baş  verən  hərbi-siyasi  hadisələrdən  kənarda  qalan 

Alban dövləti üçün bu dövr əmin-amanlıq dövrü olmuşdur.  

E.ə. I əsrdə romalıların hərbi planlarında Albaniya və qonşu İberiya önəmli 

yer  tutmağa  başladı.  Romalılar  Albaniyada  möhkəmlənməklə  Hindistanı  Qara 

dənizə  birləşdirən,  bir  hissəsi  Kaspi  dənizindən  –Kür  çayından  və  quru  ərazidən 

keçən ticarət yollarını ələ keçirmək niyyətində idilər.  

Albaniyanın ələ keçirilməsi Romaya bu ərazidən Parfiyaya zərbə endirmək 

və  digər  ölkələrə  yürüş  etmək  imkanı  verirdi.  E.ə.  66-cı  ildə  Roma  sərkərdəsi 

Pompey  Alban  torpaqlarına  yürüşə  başlayaraq  Kür  çayı  sahilində  hərbi  düşərgə 

saldı.  Alban  hökmdarı  Oroysun  başçılıq  etdiyi  40    minlik  ordu  romalılar  üzərinə 

hücuma  keçdi.  Həmin  ilin  dekabr  ayında  Kür  çayı  sahilində  baş  vermiş  qanlı 

döyüşdə daha güclü və təcrübəli olan Roma ordusu qalib gəldi. 

Romalılar  İberiyaya  yürüş  edəndə  albanlar  onları  arxadan  təqib  edərək 

Roma  qoşunu  üçün  təhlükəli  vəziyyət  yaratdıqlarından  Pompey  e.ə.  65-ci  ildə 

yenidən albanlar üzərinə yürüşə çıxdı. Albanlara gözlənilməz zərbə vurmaq üçün 

romalılar İori ilə Alazan çayları arasında susuz çöllə hərəkət etməyi qərara aldılar. 

Pompey bir neçə albanı əsir alaraq ordusunu daha qısa və rahat yolla aparmaq üçün 

onlardan bələdçi kimi istifadə etdi. Lakin ölümündən qorxmayan albanlar düşməni 

daha uzun və çətin yolla apararaq xeyli ləngitdilər. Alazan çayı sahilində döyüş baş 

verdi.  60  min  piyada  və  12  min  atlıdan  ibarət  Alban  qoşununa  Oroysun  qardaşı 

Kozis başçılıq edirdi. Süvari qoşunda albanlar, piyada qoşunda isə romalılar daha 

güclü  idilər.  Pompeyin  düşünülmüş  taktikası  əsasında  Roma  ordusunun  önündə 




 

 

34 



 

olan  atlı  dəstəsi  qəsdən  geriyə  qaçaraq  albanları  öz  arxasınca  aparıb  mühasirəyə 

saldı.  Döyüş  vaxtı  Kozis  Roma  sərkərdəsi  Pompeyə  nizə  ilə  zərbə  endirsə  də, 

möhkəm  zireh  Pompeyi  ölümdən  qurtardı.  Pompeyin  cavab  zərbəsi  ilə  Kozis 

ölümcül  yaralandı.  Döyüş  romalıların  qələbəsi  ilə  başa  çatdı.  Romalılara  qarşı 

kişilərlə  birlikdə  alban  qadınlarının  da  qəhrəmanlıqla  vuruşması  antik  Roma 

müəlliflərinin heyrətinə səbəb olmuşdu. Döyüşdən sonra Pompeyin tələbi əsasında 

onun  düşərgəsinə  gəlməyən  alban  hökmdarı  Oroys  məktub  və  hədiyyələr 

göndərməklə  kifayətləndi.  Pompey  barışığa  gəlmək  və  tabe  olmaq  haqqında 

Oroysun  vədlərini  qəbul  edib,  xəzər  dənizi  sahillərinə  çıxmaq  üçün  ölkənin 

içərilərinə  doğru  irəliləməyə  başladı.  Ciddi  müqavimətlə  qarşılanan  Pompey  bu 

məqsədindən əl çəkməyə məcbur olub Albaniyanı tərk etdi.  

E.ə.  36-cı  ildə  Antoninin  Atropatenə  və  Albaniyaya  yürüşünün  nəticəsi 

olaraq Alban hökmdarı Zober romalılardan asılılığı qəbul etmişdi. Roma hökmdarı 

Oktavian  Avqustun  hakimiyyətinin  sonlarında  tərtib  olunmuş  məşhur  Ankir 

kitabəsində  Alban  hökmdarının  Roma  ilə  dostluq  etmək  niyyətindən  bəhs 

edilmişdir. Bu yazı göstərir ki, eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil 

idarə  edən  alban  hökmdarları  Roma  ilə  dinc  münasibətlər  qurmağa  çalışırdılar. 

Qobustanda  bir  qaya  üzərində  Roma  imperatoru  Demisianın  adı  ilə  bağlı  olan 

kitabənin qalması eramızın I əsrində Roma-Alban əlaqələrindən xəbər verir. Roma 

imperatoru  Trayanın  (96-117-ci  illər)  Ön  Asiyaya  yürüşü  zamanı  Albaniyanın 

ərazisi toxunulmaz qaldı. Belə bir şəraitdə albanlar öz torpaqlarının tam sahibləri 

idilər. II əsrdə Roma imperatoru Adrian (117-138-ci illər) Alban dövləti ilə dostluq 

əlaqələri saxlanmasına xüsusi əhəmiyyət verirdi.  

 

 

 



 

 

 




 

 

35 



 

 

 



16.Azərbaycanda feodal münasibətlərinin yaranması. Feodal cəmiyyətinin 

sinifləri, feodal mülkiyyət formaları, vergilər. 

 

III-V əsrlərdə Azərbaycanda feodalizmə xas olan əsas iqtisadi münasibətlər 

bərqərar oldu. Çox təəssüf ki, yazılı qaynaqların yoxluğu üzündən Azərbaycanda 

quldarlıq  çağı  təsərrüfatı  və  sosial  münasibətlərinin  feodal  ictimai-iqtisadi 

münasibətlərinə  keçməsini  izləmək  mümkün  deyil.  Lakin  sonrakı  dövrə  aid 

qaynaqlar  və  qonşu  ölkələrdəki  iqtisadi  və  sosial  vəziyyət  Azərbaycanda  erkən 

feodalizm münasibətləri barədə təsəvvür yaratmağa imkan verir. 

Məhsuldar  qüvvələrin  və  istehsal  münasibətlərinin  tədricən  inkişafı  feodal 

istehsal  üsülunun  bərqərar  olmasına  şərait  yaradırdı.  Əmək  alətlərinin 

təkmilləşməsi  və  onların  hazırlanmasında  dəmirin  tətbiqi  əkinçiliyin  və 

sənətkarlığın geniş inkişafına səbəb oldu. Hökmdar və onun ətrafındakı istismarçı 

sinif  nümayəndələri  torpaq  sahibkarlarına  çevrilirdilər.  Hökmdar,  yaxud  dövlət 

torpaqları  xidmət  əvəzi  olaraq  hərbçilər  və  dövlət  işçilərinə  paylanırdı,  bəzən  də 

hədiyyə verilirdi. 

 

Xüsusi  xidmət  adamlarına  paylanmış  belə  torpaqlar  feod,  yəni  “mülk” 



adlanırdı. Feodalizm adı da buradan əmələ gəlmişdi. Feodal torpaqlarında  kəndli 

əməyindən geniş istifadə olunurdu. Kəndli feodaldan asılı vəziyyətdə idi,  çünki o 

feodalın torpağını becərməli, məhsulun müəyyən hissəsini ona verməliydi. Kəndli 

eyni  zamanda  müxtəlif  mükəlləfiyyətləri  yerinə  yetirməli  idi.  Lakin  onun  əsas 

gəliri icarəyə götürdüyü feodal torpağı ilə bağlı idi. 

Bəzən  onlar  torpaqsız  kəndliləri  feodal  torpağını  becərmək  üçün  işə  cəlb 

edirdilər.  Feodal  torpağında  müflisləşmiş  kəndli  əməyi  tətbiq  olunurdu,  lakin 

kəndlilərin torpağa təhkimləşməsi bərqərar olmadı, yalnız xidmətçilik genişləndi.   

Feodalızm dövründə iki sinif-feodal və kəndli sinifi yarandı. Kəndlilər əsas 

istehsalçı  qüvvəni  təşkil  edirdilər.  kəndli  sinifinin  daxilində  baş  vermiş  mülki 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə