1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

 

19 



 

Ön  Asiyada  fəallaşdı.  Urartu  hökmdarı  Argişti  (e.ə.  781-760)  e.ə.  779-774-cü 

illərdə Mannaya bir neçə dəfə yürüş etmişdir. 

Urartu  hökmdarı  II  Sarduri  (e.ə.  760-730)  Mannaya  qarşı  yürüşləri  davam 

etdirmişdi. O, e.ə. 750-ci ildə Manna üzərində qələbə çaldığını bildirir. E.ə. 747-ci 

ildə indiki Qaradağ ərazisinə soxularaq Puluadini tutur. E.ə. 745-ci ildə Mannanın 

cənub  torpaqlarına  soxulur,  e.ə.  740-cı  ildə  Mannanın  müəyyən  hissəsini  Urartu 

hakimiyyətinə tabe edir. Lakin bu uzun sürmədi.  

E.ə.  VIII  əsrin  ortalarından  Ön  Asiyada  siyasi  vəziyyət  dəyişdi.  Yenidən 

güclənən Assuriya III Tiqlatpalasarın (e.ə. 744-727) dövründə Mannanın Mazamua 

(Urmiya  gölünün  cənubu  və  cənub  qərb  hissəsi)  vilayətini  tutdu,  Urartunu  bu 

ərazidən sıxışdırdı.  

İranzu  (e.ə.  740-719)  III  Tiqlatpalasarla  ittifaqa  girərək  Urartu  tərəfindən 

işğal olunan əraziləri geri qaytardı. Iranzunun hakimiyyəti illərində Manna demək 

olar ki, Cənubi Azərbaycan ərazisində bərqərar oldu.  

Bu  dövrdə  Mannada  Assur  və  Urartu  meylli  qüvvələr  mövcud  idi.  Urartu 

hökmdarı I Rusa (e.ə. 730-714) Urartu meylli qüvvələrdən istifadə edərək İranzuya 

qarşı qiyam qaldırdı. Assur hökmdarı II Sarqonun köməkliyi ilə e.ə. 719  –cu ildə 

baş vermiş qiyam yatırıldı.  

Iranzudan sonra hakimiyyətə gəlmiş Aza (e.ə. 718-716) I Rusanın təhriki ilə 

Urartu  meylli  qüvvələr  tərəfindən  sui-qəsd  nəticəsində  öldürüldü.  Azadan  sonra 

hakimiyyətə  gələn  Ullusunu  (e.ə.  716-680)  Assuriya  ilə  deyil  Urartu  ilə  ittifaqa 

girdi.  Assur  hökmdarı  II  Sarqon  e.ə.  716-cı  ildə  Mannaya  hücum  etdi,  paytaxtı 

İzirtu şəhərini tutdu. Ullusunu Assuriya ilə ittifaqa razılaşmalı olur. Lakin I Rusa 

Mannaya qarşı təcavüzündən əl çəkmir. E.ə. 715-ci ildə II Sarqon I Rusa və Manna 

müxalifətlərinə qarşı yürüşə çıxır və onları məğlub edir.  

E.ə.  714-cü  ildə  II  Sarqon  Mannaya  böyük  yürüş  edir.  O,  bu  yürüşdə 

Mannanı Urartu təsirindən qurtarmaq, Assuriyanın mövqeyini möhkəmləndirmək, 

Mannada mərkəzdənqaçma hallarına son qoymaq, xəracın vaxtlı-vaxtında Assuriya 

xəzinəsinə göndərilməsini təmin etmək məqsədini qarşıya qoymuşdu.  




 

 

20 



 

Manna e.ə. VII əsrin I rübündə Qafqazdan gəlmiş, iskit tayfaları ilə ittifaqa 

girdi.  Manna  hökmdarı  Ahşerinin  (e.ə.  675-650)  tam  müstəqilləşməsi  və 

Assuriyaya qarşı çıxması yeni savaşlara səbəb oldu. E.ə. 660-659-cu ildə assurlarla 

mannalılar  arasında  baş  verən  savaşda  Ahşeri  məğlub  olur.  Bu  məğlubiyyətdən 

sonra  Mannada  daxili  çəkişmələr  başlanmmış  və  Ahşeri  e.ə.  650-ci  ildə  üsyan 

nəticəsində  öldürüldü.  Ahşerinin  oğlu  Ualli  (e.ə.  650-630)  Assuriya  ilə  ittifaqı 

bərpa  etməyə  məcbur  olmuşdur.  E.ə.  VII  əsrin  sonlarında  Assuriya  Babilistanla 

ölüm-dirim savaşına çıxanda Manna müttəfiqlik borcuna sadiq qalmışdı. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

21 



 

 

 



 

10.Midiya dövlətinin yaranması. 

Kiaksarın Midiya dövlətini gücləndirməsi 

    


     

Midiya  Mannadan  cənub-şərqdə,  İranın  mərkəzində  yerləşirdi.  Midiya 

dövlətinin  paytaxtı  Ekbatana  (indiki  Həmədan)  şəhəri  idi.  Mannanın  Qizilbunda 

vilayəti hər iki ərazinin sərhədini təşkil edirdi. Midiya haqqında  ilk  məlumatlar  

e.ə.IX əsrə aiddir. E.ə.IX - VIII əsrdə Midiya ərazisi  kiçik vilayətlərə bölünmüşdu 

və ayrı-ayrı hakimlər tərəfindən idarə olunurdu. Midiya e.ə.IX əsrin II yarısından 

etibarən xarici müdaxilələrə məruz qaldı. Xüsusulə Assuriya Midiya ərazisini ələ 

keçirməyə çalışırdı.   

     

Midiya tayfalarını birləşdirərək yeni dövlətin əsasını qoyan  Deyokdan (e.ə. 



712-675)  sonra  Fraorta  (e.ə.675-653)  onun  işini  davam  etdirmişdir.  Fraorta  həm 

xarici  hərbi  müdaxilələrin  qarşısını  aldı  və  həmçinin  Midiyanı  vahid  mərkəzdə 

birləşdirməyə  nail  oldu.  Mixi  yazılarda  o,  Kaştariti  adlanırdı.  Lakin  Fraortanın 

Asuriya  və  Skit  çarlığı  ilə  apardığı  mübarizə  uğursuz  oldu.  Nəticədə  Fraorta 

öldürüldü və Midiya Skit çarlığından asılı hala düşdü (e.ə. 653-625-ci illər). 

   


 E.ə.  625  –  ci  ildə  hakimiyyətə  gələn  Midiya  hökmdarı  Kiaksar  əvvəlcə 

skitlərin Midiya ərazisindən çıxarılmasına nail oldu və hətta öz ərazilərini cənub - 

şərqdə  yerləşən  fars  torpaqlarına  qədər  genişləndirdi.  Farsların  ölkəsini  də 

Midiyaya  tabe  etdi.  Mərkəzləşmiş  dövlət  yaratdıqdan  sonra  Kiaksar  Assuriyaya 

qarşı  müharibəyə  hazırlaşdı.  O,  Midiya  ordusunu  yenidən  təşkil  etdi.  Kiaksar 

ordunu  silahlarına  uyğun  olaraq  nizəçi  və  oxçu  dəstələrə  böldü,  süvarilər  dəstəsi 

yaratdı.  Yeni  Midiya  hökmdarı  Assur  ağalığına  son  qoymaq  üçün  Babilistan 

hökmdarı  Nabupalasar  ilə  ittifaqa  girdi.  Müttəfiqlərin  Assuriya  üzərinə  hücumu 

e.ə.  616–cı  ildə  baş  tutdu.  E.ə.615-  612-  ci  illərdə  Assuriya  üzərinə  növbəti 

həmlələr də uğurlu oldu. Assuriya e.ə. 604 – cü ildə süquta uğradıldı. Onun ərazisi 




 

 

22 



 

Midiya və Babilistan arasında bölüşdürüldü.  

   

 Kiaksarın  Midiya  ərazisini  genişləndirmək  cəhdləri  Assuriyanın  məğlub 



edilməsindən  sonra  da  davam  etdi.  Kiçik  Asiya  üzərində  yerləşən  Urartu 

Midiyanın tərkibinə qatıldı. Mannanın aqibəti naməlum qalır. Ola bilsin ki, Manna 

Midiyanın  siyasi  ağalığını  tanımış  və  bununla  da  daxili  idarəetmə  müstəqilliyini 

saxlaya bilmişdi. Manna müharibə meydanından kənarda yerləşirdi. Kiaksar Kiçik 

Asiyaya  yola  düşdü  və  Egey  dənizi  sahillərinə  çıxmaq  məqsədi  ilə  Lidiya 

hökmdarı  Aliatta  ilə  müharibəyə  başladı.  Kiaksarın  Lidiya  ilə  müharibəsi  beş  il 

(590-585)  davam  etdi.  E.ə.  585-ci  ildə  hər  iki  tərəf  sülh  müqaviləsi  bağlamağa 

məcbur oldu. Diplomatik nigah bağlanır, yəni Aliatta qızını Kiaksarın oğlu Astiağa 

ərə  verir.  Müqaviləyə  görə,  Kiçik  Asiyanın  Halis  (indiki  Qızıl  İrmak)  çayı  iki 

dövlətin sərhədi kimi müəyyənləşdirilir və beləliklə  Midiya Ön Asiyanın qüdrətli 

dövlətinə çevrilir.  

Kiaksarın  vəfatından  sonra  hakimiyyətə  onun  oğlu  Astiaq  (e.ə.  585-550) 

gəlir.  Astiaqın  hakimiyyətinin  son  illərində  Midiyanın  daxili  və  xarici  vəziyyəti 

mürəkkəbləşir.  Harran  vilayətinə  görə  qonşu  Babilistan  ilə  münasibətlər 

kəskinləşir.  Hər  iki  dövlət  bu  vilayəti  ələ  keçirmək  istəyirdi.  Astiaq  Harran 

vilayətinə  hücum  etdikdə  saray  əyanlarının  bir  qismi  Astiaqa  qarşı  bu  fürsətdən 

istifadə  etdilər.  Daxili  siyasətdə  Astiaq  nəsli  zadəganların  hüququnu 

məhdudlaşdırdığı  üçün  hökmdar  ilə  əyanlar  arasında  ziddiyyət  yaranmışdı. 

Herodota  görə  Midiya  sarayında  fars  meylli  qüvvələr  də  gizli  fəaliyyət 

göstərirdilər. mərkəzi hakimiyyətə müxalif qüvvələrin sayəsində II Kir ordusu ilə 

birlikdə Midiya torpaqlarına soxulur. O, üç il (e.ə. 553-550-ci illər) davam edən bu 

müharibədə qalib gələrək Ekbatana şəhərini tutur. Digər rəvayətə görə Kir midiya 

sarayında  xidmət  edirmiş.  Astiq  onu  Azərbaycan  ərazisindəki  kadusiləri  tabe 

etmək üçün hərbi səfərə göndərmişdi. Lakin Kir kadusilərlə sazişə girərək, onların 

köməyi ilə Astiaqa qalib gəlmişdir. Beləliklə e.ə. 550-ci ildə Midiya dövləti süquta 

uğrayır və Midiya Əhəməni dövlətinə birləşdirilir.   

 



Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə