1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.

səhifə1/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 



 

Azərbaycan Tarixi Fənni Üzrə 

 Kollokvium Suallarının Cavabları 

 

1.

 

Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq 

 

Azərbaycan  tarixi  müxtəlif  mənbələr,  yəni  qaynaqlar  əsasında  öyrənilir  ki, 



bunlar  da  arxeoloji  və  yazılı  abidələrdir.  Yazıyaqədərki  tarix  birmənalı  olaraq 

arxeoloji abidələrin tədqiqi sayəsində öyrənilir. Yazı yarandıqdan sonrakı tarix isə 

arxeoloji tədqiqatlarla üst-üstə düşürsə, bu daha mükəmməl, dəqiq tarix olur. 

Arxeoloji qazıntılar mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış 

məskənlərindən  aşkar  edilmiş  müxtəlif  əmək  alətlərindən,  silahlardan,  məişət 

əşyalarından, tikintilərin memarlıq xüsusiyyətlərini öyrənməkdən və s. ibarətdir. 

 

Yazılı  abidələr  əsasən  sinifli  cəmiyyətdə  meydana  çıxmışdır.  Lakin  sinifli 



cəmiyyət formalaşana qədər də müxtəlif şəkli yazılar – piktroqrafik (piktos “şəkil”, 

qrafo “yazı” deməkdir) yazılar olmuşdur. Sonralar İkiçayarasında (Mesopotamiya) 

mixi yazı növü meydana çıxmışdır. 

 

Azərbaycan  tarixinin  qədim  dövrü  Mesopotamiya  ərazisində  e.ə.III-I 



minilliklərdə  bir  birini  əvəz  edən  qədim  Şumer,  Akkad,  Assuriya  və  Van  gölü 

ətrafında  mövcud  olmuş  Urartu  mixi  yazıları  vasitəsilə  öyrənilir.  Söz  yox  ki,  o 

dövrdə  Azərbaycan  ərazisində  də  müxtəlif  yazı  növləri  olmuşdur.  Çünki, 

mənbələrdə o yazıları oxuyan və onlara cavab yazan  “mirzələrdən” söhbət açılır. 

Bu  yazılarda  ərazimizdə  mövcud  olmuş  Aratta,  Kutium,  Lullubum  və  Manna 

dövləti haqqında məlumatlar vardır. 

E.ə.V-eramızın III əsrlərinə aid Antik mənbələrdə ölkəmizə aid məlumatlar 

saxlanmaqdadır. Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində, Yunan, Roma 

tarixçi və coğrafiyaşünaslarından Strabon, Ptolomey, Plini, Arrian və digərlərinin 

əsərlərində Azərbaycan haqqında yazılı məlumatlara rast gəlinir. 

Eramızın  IV-X  əsrlərinə  aid  Bizans  qaynaqlarında  da  maraqlı  məlumatlara 

rast gəlinir. Alban tarixçisi Musa Kalankətlinin “Alban tarixi” əsəri bu baxımdan 




 

 



 

daha diqqətəlayiqdir. Bu bizim yerli yazılı abidələrimizdir. 

VII  əsrdən  sonra  tariximiz  ərəb  mənbələrində  işıqlandırılmışdır.  Təbəri, 

Müqəddəsi,  İbn  Xordadbeh,  İbn  Havqəl

 

və  başqalarının  əsərlərində  Azərbaycan 



haqqında geniş məlumatlar vardır. 

Pəhləvi  dilində  daş,  qala  divarı  üzərində  həkk  olunan  epiqrafik  yazılarda 

Azərbaycanın  ölkə  adları  əksini  tapmışdır.  XI-XVIII  əsrlərə  aid  orta  əsr  yazılı 

mənbələri  ərəb,  fars,  türk  dillərində  yazılmışdır.  Azərbaycanda  səlcuqların 

hakimiyyəti  dövrü  Sədr-əd-din  Hüseynin  əsərində  öz  əksini  tapmışdır. 

Azərbaycanda  monqol  hakimiyyəti  dövrü  haqqında  Rəşid-əd-din,  Həmdullah 

Qəzvini  və  İbn  əl-əsirin  əsərlərində  geniş  məlumatlar  verilmişdir.  Orta  əsr 

tarixçiləri  –  Məhəmməd  Naxçıvani,  Həsənbəy  Rumlu,  İsgəndər  Münşi, 

Məhəmməd  Tahir  Vahid,  Xondəmir,  Övliya  Çələbi  və  b.  Ağqoyunlu  və 

Qaraqoyunlu  dövlətlərinin,  Səfəvilər  dövlətinin  tarixinə  dair  ətraflı  məlumatlar 

vermişlər.  Eyni  zamanda  orta  əsrlərdə  Azərbaycana  gəlmiş  Avropa  səyyahları 

Adam Oleari, Yan Şarden, Tavernye, Kempfer və b. Azərbaycanın siyasi, iqtisadi 

və mədəni həyatı barədə məlumatlar vermişlər. 

XIX əsrdə yaşamış tarixçilər Mirzə Adıgözəl bəy, Mirzə Yusif, Əhməd bəy 

Cavanşir, Mirzə Camal Qarabaği, Əhməd bəy Cavanşir, Kərimağa Fateh və Hacı 

Seyid  Əbdul  Həmid  xanlıqlar  dövrü  haqqında  maraqlı  əsərlər  yazmışlar.  A. 

Bakıxanov isə “Gülüstani-İrəm” əsərində qədim zamanlardan 1813-cü ilə kimi baş 

vermiş tarixi hadisələri şərh etmişdir. 

Kapitalizm  dövründə  Azərbaycan  tarixinin  öyrənilməsi  üçün  o  dövrdə  nəşr 

olunmuş qəzet və jurnal materiallarının böyük əhəmiyyəti vardır. 

Azərbaycan  tarixi  elmi  baxımdan  XIX  əsrdən  öyrənilməyə  başlanmışdır. 

Azərbaycan tarixinə dair Sovetlət birliyi zamanında xeyli sayda əsərlər yazılmışdır.  

Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  tariximizə  maraq  bir  qədər  də 

artmış,  tariximiz  qərəzli  öyrənmələrdən  xilas  olmuş,  keçmişimizə  dair  obyektiv, 

sanballı  əsərlər  yazılmışdır.  Buraya  çoxsaylı  monoqrafik  əsərləri,  o  cümlədən 

yeddi cildlik “Azərbaycan tarixi” ni də əlavə etmək lazımdır. 




 

 



 

 

 

 

2.

 

Azərbaycan ərazisində ibtidai-icma cəmiyyətinin mərhələləri.  

Onların dövrləşməsi. 

Bəşər    cəmiyyətinin  ilkin  inkişaf  mərhələsi  ibtidai  icma  quruluşu  adlanır. 

İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma 

quruluşu  ilk  insanların  yaranması  ilə  başlamış  və  uzun  inkişaf  yolu  keçmişdir. 

İbtidai-icma quruluşunun inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, 

təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.  

İbtidai-icma  quruluşu  şərti  olaraq  üç  dövrə  ayrılır:  daş  dövrü,  tunc  dövrü, 

dəmir  dövrü.  Əlverişli  təbii-coğrafi  mühit  olan  yerlərdə  (şirin  su  qaynaqlarının, 

bitki  və  heyvanlar  aləmi  zəngin  olan,  təbii  mağaraların  və  sığıncaqların  olduğu 

yerlər)  qədim  insanlar  məskən  salaraq  həyat  sürmüşlər.  Azərbaycan  belə 

ərazilərdən biri olmuşdur.  

Azərbaycanda  ilk  insanlar  1,5  milyon  il  bundan  əvvəl  yaşamışlar. 

Arxeoloqlar  Azərbaycan  ərazisində  -  Qarabağ  (Azıx,  Tağlar,  Zar,  Naxçıvan 

(Qazma),  Qazax  (Daşsalahlı,  Damcılı),  Lerikdə  (Buzeyir)  qədim  insanların 

yaşadığı məskənləri öyrənmişlər. 

Daş  dövrü  bir  neçə  mərhələdən  ibarət  olmuşdur.  Qədim  daş  dövrü  – 

paleolit(e.ə. 1,5 mln. ildən e.ə. 12-ci minilliyə qədər), orta daş dövrü – mezolit(e.ə. 

XII-VIII  minilliklər),  yeni  daş  dövrü  –  neolit  (e.ə.  VII-VI  minilliklər),  mis  daş 

dövrü  –  eneolit  (e.ə.  VI-IV  minilliklər)  adlanır.  İbtidai  icma  quruluşunun  ilkin 

pilləsi olan Paleolit dövrü üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst 

Paleolit.  

Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq e.ə. 100-cü minilliyə 

qədər  davam  etmişdir.  Azərbaycan  ərazisində  alt  paleolit  mərhələsi  Qarabağda 

Quruçay  vadisində  yerləşən  Azıx  mağarası  əsasında  öyrənilmişdir.  Alimlər 

müəyyən  etmişlər  ki,  qədim  insanlar  Azıx  mağarasına  1-1,2  milyon  il  əvvəl 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə