1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

16 



 

çayı,cənub  və  cənub  şərqdə  Kassi  ölkəsi,  qərbdə  Urartunun  cənubuna  qədər 

uzanırdı.  Manna  dövlətinin  paytaxtı  İzirtu  şəhəri  idi.  E.ə.  VIII  –VII  əsrlərdə 

Mannada hakimiyyət irsən ötürülürdü. Iranzudan sonar taxta onun böyük oğlu Aza 

(e.ə. 718-716), sonar digər oğlu Ullusunu (e.ə. 716-680) oturmuşdu. Ahşerini oğlu 

Ualli əvəz etmişdi. Dövlətin ərazisi vilayətlərdən ibarət idi. Vilayətləri hökmdarın 

təyin etdiyi hakimlər və canişinlər idarə edirdilər. Mannanın sərhədboyu və ucqar 

vilayətlərinin  hakimləri  bəzən  mərkəzi  hakimiyyətə  tabe  olmaq  istəmir, 

separatçılıq hərəkətlərinə yol verirdilər. 

E.ə. VII əsrin 70-50-ci illərində Manna hökmdarı Ahşerinin (e.ə. 675-650) 

tam  müstəqilləşməsi  və  Assuriyaya  qarşı çıxması  yeni  savaşlara  səbəb  oldu.  E.ə. 

660-659-cu illərdə assurlarla mannalılar arasında baş verən savaşda Ahşeri məğlub 

oldu. Bu məğlubiyyətdən sonar Mannada daxili çəkişmələr başlamış və Ahşeri e.ə. 

650-ci ildə üsyan nəticəsində öldürülmüşdü. Hakimiyyətə oğlu Ualli (e.ə. 650-630) 

gəlmişdir.  E.ə.  VII  əsrin  sonlarında  Assuriya  Babilistanla  ölüm-dirim  savaşına 

çıxanda  Manna  müttəfiqlik  borcuna  sadiq  qalıb,  ona  hərbi  qüvvə  ilə  yardım 

göstərmişdi.  

Mannanın adı e.ə. 593-cü ildə Bibliyada çəkilmişdir. Burada Manna iskitlər 

və Urartu ilə birlikdə Babilə qarşı mübarizəyə çağrılmışdır. E.ə. 590-cı ildə Manna 

torpaqları  Midiya  ordusu  tərəfindən  işğal  olunmuş  və  Manna  dövləti  süquta 

uğramışdı.  

 Mannanın təsərrüfat həyatı. 

Əlverişli  təbii  –coğrafi  mövqeyi  Mannada  əkinçiliyin  və  maldarlığın 

inkişafına  şərait  yaratmışdı.  Burada  dəmyə  əkinçiliyi  ilə  yanaşı,  süni  suvarma 

əkinçiliyi  yayılmışdı.  Mannada  arpa,  buğda  və  darı  əkilirdi.  əkinçilikdə  dəmir 

toxalardan,  oraqlardan  və  tunc  kotanlardan  istifadə  edilirdi.  Assur  yazılarında 

Mannada  taxıl  (buğda  və  arpa)  un  ehtiyatı,  yağ  və  çaxır  anbarları  haqqında  çox 

dolğun məlumatlar verilmişdir.  

Manna  dağlıq  ölkə  olduğundan  burada  maldarlığın  inkişafı  üçün  hər  cür 

şərait  var  idi.  Mixi  yazılarda  Manna  torpaqlarında  iri  və  xırdabuynuzlu  mal 




 

 

17 



 

saxlanılması  və  at  ilxıları  bəslənilməsi  haqqında  maraqlı  məlumatlar  verilmişdir. 

Manna  əhalisi  oturaq  olduğundan  burada  yaylaq  maldarlığı  geniş  yayılmışdı. 

Mannada atçılığın inkişafı atdan daha çox hərbi işdə və qoşqu vasitəsi kimi istifadə 

edilməsi ilə bağlı idi. Həsənlidə tapılmış qablar üzərindəki təsvirlərə görə Mannada 

bir və ya iki at qoşulmuş döyüş arabaları var idi.  

Manna  çox  zəngin  faydalı  qazıntılara  malik  idi.  Mis,  dəmir,  qızıl  və 

qurğuşun yataqlarının olması Mannada dağ-mədən işinin və sənətkarlıq sahələrinin 

yüksəlişi  üçün  əlverişli  şərait  yaratmışdı.  Burada  mis  qab-qacaqlar,  zərgərlik 

məmulatları  hazırlanırdı.  Manna  sənətkarları  yüksək  keyfiyyətli  saxsı  qablar 

istehsal  edirdilər.  Mannada  ayrı-ayrı  sənət  sahələri  üzrə  (dəmirçilik,  misgərlik, 

zərgərlik  və  silah  istehsalı)  emalatxanalar  fəaliyyət  göstərirdi.  Həsənli,  Ziviyə  və 

Marlıqtəpədə tapılan qızıl və gümüş qablar, zərgərlik məmulatları (qızıl kəmərlər, 

sırğalar,  boyunbağılar,  bilərziklər  və  s.)  bədii  metalişləmənin  çox  yüksək 

səviyyədə olduğunu göstərir. Mannada memarlıq, daşyonma və bənnalıq sənətləri 

də yüksək səviyyəsi ilə seçilirdi. Toxuculuq və boyaqçılıq sənəti də inkişaf etmişdi.  

Mannada  bütpərəstlik  və  çoxallahlılıq  yayılmışdı.  Şəhərlərdə  allahların 

heykəlləri  saxlanan  məbədlər  fəaliyyət  göstərirdi.  Həsənlidə  tapılan  qızıl  camın 

üzərində  mannalıların  ibadət  və  qurbanvermə  mərasimi  təsvir  edilmiş  Müharibə, 

Günəş  və  Ay  allahları  təsvir  edilmişdi.  Mannada  Dirilik  həyat  ağacına  sitayiş  də 

geniş yayılmışdı.  

 

 

 

 

 

 

 

 

 



 

 

18 



 

 

 

 

9. Manna dövlətinin Assuriya və Urartu dövlətləri ilə münasibətləri 

 

     


E. ə. IX əsrin ortalarında yaranmış Manna dövləti  Assuriya və Urartu kimi 

çox  qüdrətli  dövlətlərin  çoxsaylı  talanedici  yürüşlərinə  məruz  qalmışdır. 

Assuriyanın  Manna  ərazisinə  basqınları  hələ  mərkəzləşmiş  dövlətin  yaranmadığı 

dövrdə başlamışdı. E.ə. 880-ci ildə Assur hökmdarı II Aşşurnasirpal (e.ə. 883-859) 

Zamua  ərazisinə  hücum  etmiş,  hökmdar  Ameka  ölkənin  müdafiəsini  təşkil  edə 

bilmir, assurlar Messi qalasından başqa demək olar ki, Zamuanı ələ keçirirlər.  

Assur hökmdarı III Salmanasar (e.ə. 859-824) 856-cı ildə Mannanın Zamua 

vilayətinə  hücum  edir.  Urmiya  gölünün  qərbində  yerləşən  Gilzan  vilayəti  də 

assurların  hücumuna  məruz  qalır.  III  Salmansar  e.ə.  835-ci  ildə  Mannanın 

cənubunda  Messi  vilayətinə  də  hücum  edir.  E.ə.  829-cu  ildə  Assuriya  Manna 

hökmdarı  Ualkinin  (Udaki)  hakimiyyəti  altında  olan  torpaqlara  soxulur,  paytaxtı 

Zirtu (sonrakı İzirtu) şəhərini ələ keçirir.  

Assur hökmdarı V Şamşi-Adad (e.ə. 823-811) Manna üzərinə hücum edərək 

Zamuanı,  e.ə.  820-ci  ildə  isə  Qızılbunda  (Gizilbunda)  ölkəsini  işğal  etdi.  Assur 

hökmdarı III Adadnirari (e.ə. 810-783) öyünür ki, Günbatan (Xəzər) dənizinə kimi 

olan əraziləri işğal etmişdir. 

E.ə.  IX  əsrin  sonunda  Manna  dövləti  Assuriyaya  qarşı  daha  uğursuz 

müqavimət göstərib, xərac verməklə asılı olmağa məcbur olub.  

E.ə.  IX  əsrin  2-ci  yarısında  Assuriya  və  Urartu  arasında  Manna  uğrunda 

çəkişmələr başlandı. Urartu  hökmdarı  İşpuini  (e.ə. 825-812) və  oğlu  Menua  (e.ə. 

810-781)  Manna  üzərinə  yürüş  təşkil  etdilər.  e.ə.  812-ci  ildə  Mannanın  Menişta 

vilayətini  ələ  keçirdilər.  Menua  e.ə.  809-cu  ildə  yenidən  Manna  ərazilərinə 

soxuldu.  

E.ə.  VIII  əsrin  I  yarısında  Assuriyanın siyasi  böhran  keçirilməsi ilə  Urartu 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə