1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

88
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
yatırır.  Belə  siyasətin  yürüdülməsi Azərbaycan  kimi  istehsalçı  ölkə  üçün 
olduqca vacibdir. Türkiyədə və digər qonşu ölkərlərdə neft emalı və neft-
kimya  məhsulları  istehsalına  böyük  həcmdə  investisiyaların  yatırılması 
və  yanacaqdoldurma  stansiyalarının  “SOCAR”  brendi  altında  açılması 
Azərbaycanı  xammal  ölkəsindən  hazır  neft  məsulları  ixrac  eden  dövlətə 
çevirir ki, bu da neft gəlirlərinin axınını bir neçə dəfə artırır. 
ARDNŞ  ilk  dəfə  Gürcüstanda  neft  “downstream”  bazarına 
investisiyaların  yatırımına  başlayıb,  lakin  son  bir  neçə  ildə  daha  çox 
Türkiyədə bunu etməklə sərmayə siyasətini genişləndirir. Məsələn, 2006-cı 
ildə ARDNŞ Türkiyənin pərakəndə yanacaq satışı ilə məşğul olan “Turcas 
Petrol”  şirkəti  ilə  strateji  tərəfdaşlıq  formalaşdırıb.  Sonra  Türkiyədə 
investisiya imkanlarını genişləndirmək məqsədilə hər iki şirkət “STEAS” 
(SOCAR  Turcas  Enerji  AS)  adlı  birgə  müəssisə  yaradıb
7
.  2008-ci  ilin 
iyulunda Türkiyə hökuməti neft-kimya şirkəti olan “PETKİM”-in yarısını 
özəlləşdirməyə  qərar  verdiyi  zaman  şirkət  ilk  dəfə  fəaliyyətə  başlayırdı
8

Konsorsium  “SOCAR”,  “TURCAS”  və  Səudiyyə  Ərəbistanı  şirkəti  olan 
və  51%  paya  iddia  edən  “İnjaz”  şirkətlərindən  ibarət  idi,  lakin  “İnjaz” 
şirkətinin yatırdığı 2,04 milyard dollar kifayət etmirdi. Sonradan Türkiyənin 
Özəlləşdirmə Administrasiyası mövqeyini dəyişir və “İnjaz” konsorsiumu 
tərk edərək payını geri təhvil verir. 
“PETKİM”  Azərbaycanın  Türkiyədəki  investisiyalarının  başlanğıc 
nöqtəsi oldu. “STEAS” Türkiyə üçün gündə iki yüz min barel neft məhsulları 
istehsal etmə gücünə malik yeni neft hasilatı zavodunun Aliağada qurulması 
barədə  biznes planını - növbəti bir neçə on ilin ambisiyalı layihəsini tərtib 
etdi.  Dörd  milyard  ABŞ  dolları  həcmində  sərmayə  qoyulacaq  zavodun 
2014-cü  ildə  işə  düşəcəyi  gözlənilir.  “PETKİM”  həmçinin  Türkiyədə  ən 
böyük bazara sahib olmaq ümidi ilə neft-kimya istehsalını diversifikasiya 
etmək  niyyətindədir.  “STEAS”  Qara  dəniz  regionunda  ARDNŞ-i  neft-
kimya məhsulları istehsal edən lider şirkətə çevirməyi böyük strategiyasının 
bir hissəsi edib.
Aralıq  dənizi  sahilində  neft-kimya  məhsullarının  istehsalına  yatırdığı 
investisiya ARDNŞ-i Qara və Aralıq dənizləri regionunda neft məsullarının 
nəhəng ixracatçısına çevirir ki, dənizlər vasitəsilə şirkət bu məhsulları uzaq 
ölkələrin bazarlarına ixrac etmək imkanına malik olacaq. Bunun nəticəsində 
7   http://www.socarturcas.com.tr/UserFiles/Files/Steas/Sayi1/files/search/searchtext.xml (accessed Octo-
ber 25, 2011)
8   “Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ARDNŞ-in Türkiyədə inşa etdiyi neftayırma zavodu-
nun təməlqoyma mərasiminə qatılacaq” 
http://az.apa.az/news.php?id=238711
 (October 25, 
2011) 


89
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
ARDNŞ-in mövqeyi neft məhsulları ixrac etdiyi ölkələrdə, xüsusilə Avropa 
bazarlarında  daha  da  möhkəmlənəcək  və  əlavə  gəlirləri  təmin  edəcək. 
Beləlklə,  Azərbaycan  şirkəti  məhsuldarlığını  və  effektivliyini  artırmaq 
niyyətindədir. Buna görə ARDNŞ-in müəssisəsi olan “Azərkimya” 2020-
ci ilədək “PETKİM” ilə yaxından əməkdaşlıq etməli, bununla da regionda 
hasilatın və qiymətin optimallaşdırılmasına töfhə verməlidir. Eyni zamanda, 
2007-ci ilin dekabrında açılan və İsveçrədə yerləşən “SOCAR Trading” hər 
iki şirkət üçün liqroin almaq səlahiyyətindədir
9
.
“STEAS”-lə  əməkdaşlıq  nəticəsində  ARDNŞ  növbəti  bir  neçə  ildə 
Türkiyənin  enerji  bazarında  daha  güclü  rol  oynaya  bilər.  2010-cu  ilin 
dekabr  ayında Türkiyənin  Enerji  Piyasası  Düzenleme  Kurumu  (EPDK)
10
 
“STEAS”-ı  30  illik  marketinq  lisenziyası  ilə  təltif  edib.  Bunu  2010-cu 
ilin  iyununda  “SOCAR”  və  “BOTAŞ”  arasında Anlaşma  Memorandumu 
imzalanmasının  məntiqi  nəticəsi  hesab  etmək  olar.  Sonra  EPDK  bəyan 
edib ki, ARDNŞ və “PETKİM”-ə Türkiyənin daxili bazarında 1,2 milyard 
kubmetr qaz satmağa icazə verir və qazın yerdə qalan hissəsini “STEAS” 
daxili  istehlakçılara  özü  satacaq.  ARDNŞ-in  Türkiyə  bazarında  qaz 
istifadəçilərinə  birbaşa  çıxışı  böyük  üstünlükdür.  Şirkət  bununla  özünü 
neftə  fiksə  olunmuş  qaz  qiymətlərinin  mütəmadi  dəyişməsi  nəticəsində 
satış  zamanı  hər  hansı  maliyyə  itkisindən  sığortalamış  olur.  Bunu  xarici 
şirkət  üçün  müstəsna  üstünlük  hesab  etmək  olar,  cünki  Türkiyənin  özəl 
şirkətləri  və  dövlət  inhisarçıları  yerli  qaz  paylayıcı  bazarda  dominantlıq 
edirlər.  Beləliklə,  Azərbaycanın  Avropaya  qaz  satışı  ilə  bağlı  apardığı 
danışıqların  nə  qədər  mürəkkəb  və  cətin  şəraitdə  keçməsi  məlum  olur. 
Azərbaycan  Türkiyəyə  qazın  ucuz  satılmasını  bu  qazın  birbaşa  türk  və 
Avropa  istehlakçılarına  satma  hüququna  sahib  olması  ilə  izah  edə  bilər. 
Qeyd edək ki, memorandumda hər iki məsələ öz əksini tapır. 
2011-ci il oktyabrın 26-da Türkiyənin İzmir şəhərində Azərbaycan ilə 
Türkiyə  arasında  qaz  tranziti  haqqında  imzalanan  sazişdən  əlavə,  dəyəri 
5  milyard  dollar  həcmində  olan  neft  emalı  zavodunun  2015-ci  ilədək  bu 
şəhərdə SOCAR və TURCAS tərəfindən tikilməsinə dair razılıq əldə edilib. 
Bu barədə sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 
Türkiyənin Baş naziri Rəcəb Tayyıb Ərdoğan imzalayıblar
11
. Sazişə əsasən, 
SOCAR birgə müəssisənin 75% payına sahib olacaq. Türkiyənin birdəfəlik 
9   http://www.socartrading.ch/  (accessed October 26, 2011)
10   http://www.epdk.gov.tr/web/guest;jsessionid=2D5A9B575513C81FE5AFCE6531CBF1F8 (October 
26, 2011)
11   “Azərbaycan-Türkiyə qaz sazişləri imzalandı” http://www.socar.az/3889-news-view-az.html (October 
27, 2011)


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə