1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   2   3   4   5   6   7   8   9   10   ...   57

20
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
müqavilələrinin Türkiyəyə verdiyi zəmanət hüququ Türkiyənin bu məsələdə 
mövqeyini gücləndirib, Ermənistan və Rusiyanı isə daha ehtiyatlı olmağa 
məcbur edib.
9
Ötən  əsrin  90-cı  illərinin  əvvəllərində  türk  ictimaiyyəti  və  millətçi 
qrupların  təzyiqlərinə  və  Azərbaycanın  gözləntilərinə  baxmayaraq, 
Türkiyənin erməni işğalına qarşı hərbi müdaxilə etməməsinin obyektiv və 
subyektiv səbəbləri olub. 
1.  Azərbaycan rəsmi olaraq heç vaxt Türkiyədən hərbi dəstək istəməyib. 
Azərbaycan  Qarabağ  həqiqətlərinin  Qərb  dövlətlərinə  çatdırılmasında 
Türkiyənin dəstəyini gözləyib.
10
2.  Qərb dövlətləri Azərbaycana dəstək verməməsi üçün Türkiyəyə təzyiq 
göstərib.
11
3.  Azərbaycanı  hərbi  sahədə  dəstəkləmək  üçün  Türkiyə  tərəfində  güclü 
imkanlar və siyasi iradə yox idi. 
4.  Sovet  İttifaqının  dağılmasından  sonra  Rusiya  Türkiyə  üçün  hələ  də 
təhlükə  mənbəyi  olaraq  qalırdı.  Türkiyə  Azərbaycan  tərəfinə  hərbi 
dəstəyin Rusiya-Türkiyə müharibəsinə yol aça biləcəyindən narahat idi. 
O dövrün Türkiyə Baş Qərargah rəisi Doğan Gürəş Rusiyanın Türkiyə 
üçün böyük təhdid olaraq qaldığını bildirmişdir. Xocalı soyqırımından 
sonra Prezident Turqut Özal Türkiyənin müharibəyə girmə ehtimalından 
danışmış və Türkiyədə müharibəyə müdaxilə məsələsi ciddi müzakirəyə 
səbəb  olmuşdu.  Rusiyanın  müdafiə  naziri  Yevgeni  Şapoşnikov 
Türkiyənin müdaxiləsinin üçüncü dünya müharibəsinə yol aça biləcəyini 
bildirmişdi.
12
Həmin  illərdə  Türkiyə  hadisələrə  hərbi  müdaxilə  edə  bilməsə  də, 
beynəlxalq  aləmdə  Azərbaycanı  dəstəkləyən  və  məsələni  beynəlxalq 
təşkilatların gündəliyinə gətirən tək dövlət olub. O dövrün Türkiyə xarici 
işlər  naziri  Hikmət  Çətin  Qarabağ  məsələsini  Avropa  Təhlükəsizlik 
və  Əməkdaşlıq  Təşkilatının  (ATƏT)  gündəliyinə  gətirmək  üçün  ciddi 
diplomatik  fəaliyyət  göstərib.  1992-ci  ildə  ATƏT  tərəfindən  Qarabağ 
məsələsinin diplomatik yolla həlli üçün Minsk Qrupu yaradılıb. Türkiyə də 
bu qrupun üzvü olub. Lakin 6 dekabr 1994-cü ildə yaradılan Minsk Qrupu 
həmsədrləri  arasında  Türkiyə  yer  ala  bilməyib  və  bu  hadisə  Türkiyənin 
Qarabağ məsələsinə diplomatik müdaxilə imkanlarını məhdudlaşdırıb. 
Türkiyə dövlətinin Qarabağ müharibəsinə aktiv müdaxiləsi 1993-cü ildən 
9   Bilal Şımşır, “Azerbaycan”, Bilgi Yayınevi, İstanbul, 2011, s. 175.
10   Svante E. Cornell, göstərilən əsəri, s. 60. 
11   Svante E. Cornell, göstərilən əsəri, ss.63-65. Yakup Hurç, göstərilən əsəri, ss. 49-50. 
12   Cumhuriyet, 21 Mayıs 1992, s. 17


21
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
etibarən başlayıb.  Kəlbəcərin işğalından (3 aprel 1993-cü il) sonra Türkiyə 
Ermənistanı  işğaldan  əl  çəkməyə  çağırıb  və  münasibətlərini  mərhələli 
olaraq  məhdudlaşdırıb.  Lakin  Ermənistanın  işğalı  davam  etdirməsindən 
sonra  Türkiyə  bu  ölkə  ilə  sərhədlərini  bağlamaq  qərarına  gəlib.  5  aprel 
1993-cü ildə Prezident Turqut Özal ilə birlikdə türk respublikaları səfərinə 
çıxan  xarici  işlər  naziri  Hikmət  Çətin  bəyan  edib  ki,  Türkiyə  üzərindən 
Ermənistana  gedən  bütün  humanitar  yardımlara  icazə  verilməyəcək,  bu 
qadağanı pozmaq istəyən təyyarələrə atəş açılacaq. 
13
1993-cü  ildən  sonra  Türkiyənin  Qarabağ  məsələsinə  müdaxiləsi, 
sərhədlərini bağlı saxlaması Azərbaycanın lehinə oldu.  Sərhədləri açması 
üçün Türkiyəyə beynəlxalq səviyyədə ciddi təzyiqlər olmasına baxmayaraq, 
rəsmi Ankara daxili ictimai fikri və Azərbaycanın mövqeyini nəzərə alaraq 
sərhədləri açmayıb. 
Lakin 2000-ci illərdən etibarən Qarabağ məsələsinin həllinin uzanması 
ilə  Türkiyədə  fərqli  fikirlər  səsləndirilməyə  başlanılıb.  Bu  nöqtədə  əsas 
iddialar aşağıdakılar olub:
1.  Ermənistan bağlı sərhədlərlə yaşamağa öyrəndiyi üçün bu, məsələnin 
həllinə müsbət təsir göstərmir
2.  Azərbaycan Qarabağ məsələsini həll etmək istəmir, bu səbəbdən Türkiyə 
sərhədləri açarsa, Qarabağ məsələsinin həllində rolu arta bilər.  
3.  Türkiyə-Ermənistan sərhədləri açılarsa, Ermənistanın Rusiyadan asılılığı 
azalar, Türkiyənin Ermənistanda siyasi qərar vermə prosesinə təsiri artar 
və  Ermənistanın  Qarabağ  məsələsində  müsbət  addım  atmasına  təsir 
göstərər. 
4.  Türkiyə Ermənistanla sərhədləri bağlamaqla Cənubi Qafqaz siyasətini 
Qarabağın əsiri edib, tərəf olub və Cənubi Qafqazın bütövlüyünə təsir 
etmək imkanı bu şəkildə məhdudlaşıb. 
5.  Türkiyə  Ermənistanla  sərhədləri  bağladığı  üçün  bir  çox  dövlətlə,  o 
cümlədən Avropa İttifaqı və ABŞ ilə münasibətləri zərər görür. 
Bu iddialar Türkiyənin Ermənistan və Qarabağ siyasətinin dəyişməsinə 
səbəb oldu. Proses Türkiyə-Ermənistan arasında əvvəlcə gizli görüşmələrin 
başlaması, sonra isə sərhədlərin açılması və diplomatik əlaqələrin inkişafına 
dair  protokolların  imzalanması  ilə  nəticələndi.  10  oktyabr  2010-cu  ildə 
Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarda Dağlıq Qarabağ 
şərti  yer  almadı.  Ermənistan  Qarabağ  məsələsinin  Türkiyə-Ermənistan 
sərhədləri məsələsinə aid olmadığını bildirərək ABŞ və Rusiya vasitəsilə 
Türkiyəyə təzyiq edərək Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail 
13   Ayın Tarihi, Nisan 1993. Yakup Hurç, göstərilən əsəri, s. 55.


22
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə zərər verməyə çalışdı.
Vaxtaşırı  Ermənistanla  görüşən  Azərbaycan  Türkiyə-Ermənistan 
diplomatik  görüşmələrinə  qarşı  çıxmadı.  Azərbaycanda  etiraz  doğuran 
məsələ görüşmələrin gizli davam etməsi və protokollarda Qarabağ şərtinin yer 
almaması oldu. Sərhədlərin bağlı olmasını Ermənistana təzyiq vasitəsi kimi 
görən Azərbaycan Qarabağ məsələsi həll edilmədən sərhədlərin açılmasına 
qarşı  çıxdı.  Azərbaycan  sərhədlərin  açılmasından  sonra  Ermənistanın 
güzəştə  getməyəcəyini  və  daha  da  cəsarətlənəcəyini  düşünürdü.  Bundan 
başqa, belə fikir də mövcud idi ki, Rusiyanın Ermənistana təsiri və gücü 
kifayət qədərdir və sərhədlərin açılması Türkiyəyə rəsmi Yerevanın siyasi 
qərarlarına təsir etmə imkanı verməyəcəkdi. Azərbaycan tərəfi bildirirdi ki, 
Ermənistan 2008-ci ildə qlobal dünyada baş verən iqtisadi böhran və Rusiya-
Gürcüstan müharibəsinin iqtisadi cəhətdən mənfi təsirindən qorunmaq üçün 
sərhədlərin açılmasına daha çox ehtiyac duyur.  
Bu  hadisə  regional  bir  məsələdə Türkiyə-Azərbaycan  arasında  ortaya 
çıxan  fikir  ayrılığıdır.    Lakin  bu  fikir  ayrılığı  uzun  çəkmədi  və  Türkiyə 
Böyük  Millət  Məclisi  (TBMM)  protokolları  təsdiqləmədi.  Ermənistan 
Konstitusiya Məhkəməsinin aldığı qərar isə prosesi dondurdu
14
. Protokolların 
imzalanmasından  sonra  Türkiyə  Qarabağ  məsələsini  beynəlxalq  aləmdə 
daha çox gündəliyə gətirdi. Türkiyə Ermənistanla normallaşma prosesinə 
daxil olmaq yolu ilə Minsk Qrupu həmsədr ölkələri arasında yer almağa 
çalışdı  və  bu  nöqtədə Azərbaycan  da  Türkiyənin  Minsk  Qrupu  həmsədr 
ölkələri  arasına  daxil  olmasını  dəstəklədi.  Lakin  Rusiya  və  Ermənistan 
protokolların Qarabağ məsələsinə aid olmamasını əsas gətirərək buna qarşı 
çıxdılar. 
Qarabağ  məsələsindən  başqa  Türkiyə  və  Azərbaycanı  erməni 
məsələsində birləşdirən digər məqam hər iki dövlətin beynəlxalq aləmdə 
erməni diasporunun hədəfində olmasıdır. Erməni diasporu Türkiyəyə qarşı 
iddialarını və Qarabağın işğalını qəbul etdirmək üçün beynəlxalq aləmdə 
təbliğat aparır. Erməni diasporuna qarşı mübarizə apara bilmək üçün 2007-
ci ildə Bakıda Türkiyə-Azərbaycan Diasporlararası Əməkdaşlıq Qurultayı 
keçirilib.  Hazırda  ABŞ  və  Avropada  Türkiyə  və  Azərbaycan  diaspor 
təşkilatları  erməni  iddialarına  qarşı  birlikdə  hərəkət  edir.  2010-cu  ildə 
ABŞ  Konqresinin  Nümayəndələr  Palatasının  Xarici  əlaqələr  komitəsinin 
1915-ci  il  hadisələri  ilə  əlaqədar  qəbul  etdiyi  qərara  qarşı  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyev  Türkiyə  Respublikasının 
14   Cavid Vəliyev. Türkiyə-Ermənistan protokolları: udan kim, uduzan kim? //“SAM-ın icmalı”, buraxılış 
1, may 2010, s. 25. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə