1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi



Yüklə 93,38 Kb.
səhifə38/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   35   36   37   38   39   40   41   42   43
Huquq 75

beynəlxalq təşkilatlar; Əksər universal müqavilələr, məsələn, İnsan hüquqları haqqında 1966-cı il Beynəlxalq Paktları, İşgəncə əleyhinə 1984-cü il Konvensiyası BMT Baş Assambleyasının qətnamələri vasitəsilə, Üzv-dövlətlərin nümayəndələritərəfindən səs verildikdən sonra qəbul olunmuşdur. 
Beynəlxalq konfranslarda və beynəlxalq təşkilatlarda son zamanlar müqavilə mətnləri konsensusvasitəsilə, yəni iştirakçılardan heç birinin etirazı olmadıqda, səsvermə keçirilməməklə qəbul olunur. 

Müqavilənin məcburiliyinə razılığın ifadə olunması 

Bildiyimiz kimi, dövlətin razılığı əgər yoxdursa, o, heç bir müqavilə ilə bağlı ola bilməz. Buna görə də müqaviləyə razılığın ifadə olunması həmin müqavilənin qüvvəyə minməsi üçün zəruri mərhələdir. 1969-cu il Vyana Konvensiyasının 11-ci maddəsinə görə, belə bir razılıq aşağıdakı üsullardan biri ilə ifadə oluna bilər:  

müqavilənin imzalanması; 

müqaviə sənədlərinin dəyişdirilməsi; 

ratifikasiya; 

təsdiq etmə; 

qəbul etmə; 

müqaviləyə qoşulma.        

Buna əlavə, 11-ci maddədə göstərilir ki, müqavilənin tərəfləri  müqavilənin məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ bilərlər.  


Belə bir xüsusi razılığa gəlmə məşhur Deyton sazişi bağlanarkən olmuşdu. Bu saziş – Bosnya və Hersoqovinada sülhə dair Ümumi Çərçivə Sazişi (on iki Əlavə ilə birlikdə) 1995-ci il noyabrın 21-də Deytonda (Ohayo ştatı) paraflanmış və 1996-cı il dekabrın 14-də Parisdə imzalanmışdı. “Çərçivə Sazişinin paraflanması haqqında” adlanan xüsusi razılaşma nəzərdə tutulurdu ki, Sazişin paraflanması nəinki tərəflərin üzərinə sonralar Sazişın müvafiq mətnlərini imzalamaq vəzifəsi qoyur, habelə onların bu mətnlərin  məcburiliyinə razılığını ifadə edir. Çərçivə Sazişinin IX maddəsi və əlavə olunmuş Sazişlərin hamısı nəzrə tuturdu ki, onlar imzalandığı andan avtomatik qüvvəyə minir. 

Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitısi ilə ifadə olunur ki, həmin müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli olmasın. Əgər müqavilənin sonradan ratifikasiya və ya təsdiq olunması nəzərdə tutulubsa, onda bu halda imzalama, yuxarıda qeyd edildiyi kimi, yalnız müqavilə mətninin autentikliyinin müəyyən edilməsi rolunu oynayır. Beynəlxalq müqavilənin məcburiliyinə razılığın məhz imzalama vasitəsilə ifadə olunması, adətən, həmin müqavilənin özündə göstərilir. 


Müqavilələr beynəlxalq praktikada qəbul olunmuş müəyyən qaydalara müvafiq olaraq imzalanır. Məslən, ikitərəfli müqavilələrin imzalanması alternat, yəni növbələmə prinsipi əsasında həyata keçirilir. Bu prinsipə görə, müqavilənin həmin nüsxəsi hansı dövlətdə qalırsa, onun nümayəndəsinin imzası hər iki dildəki mətnlərdə birinci yerdə (soldan, əgər imzalar yan-yanadırsa və ya yuxarıdan, əgər imzalar alt-üstdürsə) gəlir. Çoxtərəfli müqavilələrdə isə dövlətlərin nümayəndələrinin imzaları dövlətlərin adlarının əlifba qaydasında qoyulur. 

Müqavilə sənədlərinin mübadiləsi, yəni müvafiq dövlətlərin nümayəndələrinin bir-birinə nota və ya məktub göndərməsi müqavilənin məcburiliyinə razılığı bildirməyin sadələşdirilmiş üsuludur. Məhz üsula əl atılması bu barədə xüsusi razılaşma olduqda olur. 

Müqavilənin məcburiliyinə razılığın eldə olunmasının ən geniş yayılmış üsulu ratifikasiyadir. Ratifikasiya ali hakimiyyət orqanı (adətən, parlament, və ya dövlətin başçısı) tərəfindən müqavilənin təsdiq olunmasıdır.Ratifikasiya həm dövlətdaxili aktda (qanunda, fərmanda və s.), həmdə beynəlxalq aktda (ratifikasiya sənədində) öz əksini tapir. Beynəlxalq təşkilatların özünün hər hansı müqaviləsi ilə bağlı rəsmi təsdiq aktı ratifikasiyaya bərabər tutulur. 
1969-cu il Vyana Konvensiyasının 14-cü maddəsinə görə, müqavilənin məcburiliyinə razılıq aşağıdakı hallarda ratifikasiya vasitəsilə ifadə olunur: 

a) müqavilənin özündə bu birbaşa nəzərdə tuulubsa; 

b) başqa cür müəyyən olunbsa ki, danışıqlarda iştirak edən dövlətlər ratifikasiyanın zəruriliyi haqqında razılığa gəlmişlər; 

c) dövlətin nümayəndəsi müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamışdırsa; 

ç) dövlətin müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamaq niyyəti onun nümayəndəsinin vəkalətindən irəli gəlirsə və yaxud danışıqlar zamanı ifadə olunmuşdursa. 

Hər bir dövlət öz qanunvericiliyində, imzalamış olduğu hansı beynəlxalq müqavilələrin və hansı qaydada ratifikasiya olunmasını müəyyən edir. 

Burada qeyd edək ki, dövlətin müqaviləni imzalayıb sonra onu ratifikasiya etməməsi beynəlxalq hüquq pozuntusu hesab olunmur. 

Dövlət hər hansı müqavilənin ratifikasiya olunması haqqında qərar çıxardıqdan sonra ratifikasiya sənədi tərtib edir.Ratifikasiya sənədində aşağıdakılar göstərilir; a) müqaviləni ratifikasiya etmiş dövlət orqanının adı; b) müqavilənin bütöv mətni (əgər qeyd-şərtlər və ya bəyanatlar edilmişsə, onlar da bu hissəyə əlavə olunur); c) həmin müqavilənin vicdanla yerinə yetiriləcəyi haqqında dövlətin bəyanatı. 


Ikitərəfli müqavilə bağlanarkən onun iştirakçısı olan dövlətlər öz ratifikasiya sənədlərini bir-birinə verir. Çoxtərəfli müqavilələrdə isə radifikasiya sənədləri depozitariyə saxlanmağa verilir. Depozitarimüqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin razılığı ilə müəyyən olunan dövlət (adətən, müqavilənin imzalandığı dövlət), beynəlxalq təşkilat və ya bu təşkilatın baş vəzifəli şəxsi deməkdir. Məsələn, BMT çərçivəsində qəbul olunmuş müqavilələrin(o cümlədən, sözü gedən 1969-cu il və 1986-ci il Vyana Konvensiyalarının) depozitarisi, bir qayda olaraq, BMT-nin Baş Katibidir. 

Vyana Konvensiyalarına görə, depozitari bu funksiyaları yerinə yetirir: a) vəkalətlər, ratifikasiya sənədləri, qoşulma sənədləri kimi sənədlərin saxlanılması; b) müqavilənin əslindən təsdiq olunmuş nüsxələrin hazırlanması və müqavilənin iştirakçısı olan və iştirakçısı olmaq hüququ olan dövlətlərə və beynəlxalq təşkilatlara göndərilməsi; c) hər bir saxlanılmağa verilmiş ratifikasiya sənədi, habelə qeyd-şərtlər və onlara etirazlar və müqavilənin qüvvəyə minməsi haqqında müqavilənin iştirakçılarına məlumat verilməsi və s. 



Təsdiq etmə qəbul etmə ratifikasiyaya çox yaxındır, lakin nisbətən sadələşdirilmiş prosedur hesab olunur. Müqavilənin məcburiliyinə bu yollarla razılıq, adətən, dövlət başçısı və parlament tərəfindən deyil, dövlətin digər orqanları tərəfindən verilir. 
Nəhayət, beynəlxalq müqavilənin məcburiliyinə razılıq həmin müqaviləyə qoşulmaq vasitəsilə ifadə oluna bilər. Dövlət, adətən, artıq qüvvəyə minmiş müqaviləyə qoşulur. Müqaviləyə həm onun mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etməmiş dövlətlər, həm də müqaviləni artıq imzalamış, lakin həmin müqavilənin qüvvəyə minməsinə qədər, onun məcburiliyinə razılıq verməmiş dövlətlər qoşula bilər. Hər bir müqaviləyə necə qoşulmaq qaydası müqavilənin özündə müəyyən olunur. Qoşulma, bir qayda olaraq, ratifikasiya sənədinin və ya qoşulma haqqında digər sənədin (nota, məktub və s.) saxlanılmağa verilməsi yolu ilə həyata keçirilir. 


  1. Yüklə 93,38 Kb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə