- De-yure tanıma tam, qəti tanımadır. Bu halda tanıyan dövlət tanımanın obyekti ilə diplomatik münasibətlər qurmağa hazır olduğunu bəyan edir; istənilən halda, diplomatik münasibətlərin qurulması de-yure tanıma hesab olunur. Beləliklə, tanımanın iki forması arasında fərq onların doğurduğu hüquqi nəticələrin həcmindədir.
Praktikada elə hallara rast gəlinir ki, bir-birini tanımayan iki dövlət konkret məsələlərin həlli üçün rəsmi əlaqəyə girməyə məcbur olurlar. Bu faktik, qeyri-rəsmi tanıma ad hoc tanıma adlanır (yəni bu hal üçün, bir dəfə üçün).
Dostları ilə paylaş: |