|
1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi
|
səhifə | 33/43 | tarix | 24.01.2022 | ölçüsü | 93,38 Kb. | | #83104 |
| Huquq 75Konstitutiv nəzəriyyəyə görə («təsis etmək», «yaratmaq» sözündən), dövlət yalnız tanındıqdan sonra beynəlxalq hüququn subyektinə çevrilir. Tanıma dövlətçiliyin, beynəlxalq-hüquqi subyektliyin ilkin zəruri şərtidir. Beləliklə, tanıma dövləti və ya hökuməti «yaradir>. Konstitutiv nəzəriyyənin bir sıra mühüm qüsurlar vardır. Belə çıxır ki, yeni qurumun beynəlxalq-hüquqi subyektliyi üçüncü tərəflərin subyektiv mövqeyindən asılıdır. İkinci bir tərəfdən, sözügedən nəzəriyyədən aydın deyildir ki, hər hansı bir dövlətin beynəlxalq hüququn subyekti sayılması üçün nə qədər dövlət onu tanımalıdır: bir dövlət, yoxsa «aparıcı» dövlətlər və ya dünyanın bütün ölkələri.
Dostları ilə paylaş: |
|
|