|
1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi
|
səhifə | 34/43 | tarix | 24.01.2022 | ölçüsü | 93,38 Kb. | | #83104 |
| Huquq 75Deklarativ nəzəriyyə («bəyan etmək» sözündən) əksinə hesab edir ki, tanıma obyektiv fakt kimi artıq mövcud olan beynəlxalq- hüquqi subyektliyi yalnız bəyan edir. Yeni yaranmış dövlətin beynəlxalq hüququn subyekti olması onun başqa dövlətlər tərəfindən tanınmasından qətiyyən asılı deyildir. Deklarativ nəzəriyyə beynəlxalq praktikaya uyğun gəlir. Bu nəzəriyyə Avropa İttifaqının Yuqoslaviya üzrə Arbitraj Komissiyasının qərarında (1993-cü il) əsas götürülmüşdür. Beləliklə, əgər hər hansı bir qurum dövlətçiliyin yuxarda qeyd etdiyimiz meyarlarına cavab verirsə, onda o, tanınmadan asılı olmayaraq dövlət olacaqdır.
'Tanımanın iki forması mövcuddur: de-fakto (de facto ) və de- yure (de jure).
- Dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə və uzun müddət qalacağına tam əmin deyildir. De-fakto tanıma zamanı müvafiq dövlətlər arasında, adətən, yalnız konsulluq münasibətləri qurulur.
Dostları ilə paylaş: |
|
|