|
1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləriMehmanxananın marketinq və satış bölmasi
|
səhifə | 27/46 | tarix | 11.05.2022 | ölçüsü | 47,98 Kb. | | #86618 |
| aydın mlm.imtahan44. Mehmanxananın marketinq və satış bölmasi. Marketinq və satış bölməsi mehmanxana strukturunda başqa bölmələrə nisbətən yenidir.Lakin bu bölmənin rolu mehmanxana biznesində getdikcə artır və artıq mühüm yer tutur.Marketinq bölməsinin əsas vəzifəsi, mehmanxananın nömrə fondunu, mütəmadi və yüksək səviyyədə doldurmasını təmin etməkdir. Bölmənin 90% işçisi, əsasən mehmanxanadan kənarda, yeni alıcılar axtarmaqla məşğuldurlar.Marketinq bölməsinin əsas vəzifələrindən biri, müştəriləri mehmanxanaya cəlb etmək üçün yeni üsullardan istifadə etməkdir.Bölmənin funksiyalarından biri, mehmanxana və xidmətlərin reklamını təşkil etmək və otelin işini yaxşılaşdırmaq, inkişaf etdirmək üçün təkliflər və tövsiyyələr hazırlamaqdır. Marketinq və satış bölməsi, qəbul və yerləşdirmə bölməsi üçün, nömrə fondunun doldurulması proqnozlarını hazırlayır. Marketinq və satış bölməsi, oteldə yaşayan qonağın tələbatının necə ödənildiyi barədə təhlillər aparır.Marketinq və satış bölməsinin əsas vəzifələrindən biri də qiymət siyasətidir. Otel öz bukletlərində otaqların qiymətini göstərir.Otel müxtəlif güzəştlər təqdim edir.Sonda qeyd etmək lazımdır ki, məlumatların toplanması və saxlanılmasına görə, marketinq və satış bölməsi, mehmanxananın qapalı və məxfi bölməsidir.
Dostları ilə paylaş: |
|
|