1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə18/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

39
Məsələn, “Milliyət” qəzeti üsyançıların məğlubiyyətindən sonra öz səhifəsində Ağrıdağın
ətəyində qazılmış  bir  məzar  şəkli  vermişdi.    Məzar  daşının üstündə yazılmışdı:    “Burada
xəyal edilən Kürdüstan dəfn edilmişdir” (61,76).
Həmin sətirlərin müəllifi indi sağ olsaydı nə qədər yanıldığını anlayar və gözləri ilə
görərdi ki, 6 min ildən çox Kürdüstan uğrunda mübarizə aparan kürdlərin doğma vətənini
“dəfn etmək” tarix boyu nəhəng imperiyalara (İran, Roma, Bizans, Osmanlı, Ərəb xilafəti,
Monqol-tutur  və s.)
qismət  olmadığı  kimi,  bu,  Yürkiyə cumhuriyyətinə də nəsib
olmamışdır və heç zaman nəsib olmayacaqdır. Həmin şəklin çap olunduğu ildə Türkiyənin
baş  naziri  İsmət  İnönü    Sivasdakı  dəmir  yolunun  açılışına  həsr  olunmuş  tədbirdəki
çıxışında  deyirdi:  “Bu  ölkədə yalnız  türk  milləti  etnik  və irqi qüquqlar  tələb  edə bilər.
Başqa heç bir ünsürün buna haqqı yoxdur” (54,147).
Elə baş nazirin həmin çıxışından sonra Türkiyədə yaşayan kürdlər öz milli haqları
uğrunda  yeni  hərəkata  başladılar.  Və bu  hərəkatın  mərkəzi əsrlər  boyu  Osmanlı
imperiyasına  baş əyməyən  və “Kürdüstanın  qapısı”  adlandırılan  Dərsim  vilayəti  oldu.
Yuxarıda qeyd etdiyimiz kimi dərsimlilərin hərəkatı 1938-ci ilədək davam etdi.
İkinci  Dünya  müharibəsindən,  xüsusilə 1960-cı  il  dövlət  çevrilişindən  sonra
Türkiyədə kürdlərin  öz  milli  haqları  uğrunda  mübarizəsi  yenidən  canlanmağa  başladı  və
bu  mücadilə bu gün də davam  etməkdədir.  Dövlət  çevrilişindən  sonra  qurulan  yeni  Türk
höküməti bəyan etdi ki, “vahid Türkiyənin  türklərə məxsus olması fikri başqa məqsədlər
güdən bəzi şəxslərə aşılanacaqdır”  (62).  Yeni hökumət həmin fikrin aşılanması yolunu da
(kütləvi həbslər, sui-qəsdlər, təzyiq və hədə-qorxular ) tezliklə müəyyənləşdirdi. Elə həmin
ildə yeni hökumət 244 nəfər görkəmli kürd xadimini həbs etdirdi (63,109).
Kürdləri  inkar  etmək  siyasətini  həyata  keçirək  yeni  Türk  hökuməti    “Yaşayış
məntəqələri ” (Məskunlaşma) haqqında 2510 № li qanuna əlavə 105 № li qanun qəbul etdi.
Həmin  qanunda  öz  milli  haqlarını  tələb  edən  kürdlərin  doğma  vətənindən  keçirilməsi
nəzərdə tutulurdu  (64,  101-103). 1961-ci ildə Türkiyə Kürdüstanından 55  nəfər görkəmli
kürd  ziyallısı  və siyasətçisi  ölkənin  qərb  vilayətlərinə sürgün  edildi.  Bundan  bir  qədər
əvvəl  isə
(1460-cı  ilin  oktyabrında)
147  nəfər  professor-müəllim    ölkənin
universitetlərindən  xaric  edilmişdi.  Onların  hamısının    günahı  “Müstəqil  kürdüstanın
yaradılmasına yönəlmiş fəaliyyət” idi (65,40).
Yeni Türk hökumətinin kürdlərə qarşı apardığı assimliyasiya və repressiya siyasəti
ölkədə yeni  narazılıq  dalğası  yaratdı.  XX əsrin  60-cı  illərindən  başlayaraq  kürdlər  siyasi
mübarizə ilə yanaşı,  partizançılıq  yoluna  üstünlük  verdi.  Türkiyə hökuməti  kürd
partizanlarını “bandit, quldur,bölücü” adlandıraraq onlara qarşı kəskin mübarizəyə başladı.
1966-cı ilin iyunda Türk hökuməti 21 nazirin iştirakı ilə gizli iclas keçirtdi.


40
İclasda  kürd  milli  hərəkatının  qarşısını  almaq  və
ölkədə
kürdlərin
assimliyasiyasını
gücləndirmək  üçün  tədbirləri  planı  müzakirə edildi.  Eyni  zamanda  gözdən  pərdə
asmaq məqsədi ilə ölkənin kürdlər yaşayan 16 şərq vilayətində mədəni və iqtisadi inkişaf
üçün müəyyən tədbirlərin həyata keçirilməsi qərara alındı.
1967-ci  ildə Türkiyə hökuməti  kürd  hərəkatının  yatırılmasının  “hüquqi  bazasını”
möhkəmləndirmək  məqsədi  ilə 6/7635  №  li  dekret  qəbul  etdi.  Həmin  dekretə görə kürd
dilində xarici  mənşəli  hər  hansı  materialın (yazılı  materiallar,  plastinkalar,  maqnitafon
lentləri  və s.) Türkiyə gətirilməsi  və yayılması  qadağan  edildi  (66).  Həmin  ilin
sentyabrında  Türkiyə hökumətinin  inkraçılıq,  etnik  haqları  tapdalamaq  və assimliyasiya
siyasətinə
etiraz
əlaməti  olaraq,  Cenevrə
şəhərində
Beynəlxalq  Hüquqşünaslar
Assosasiyası məruzə dərc etdirdi (67,12).
Kürdlərin  Assimliyasını  gücləndirmək  məqsədi  ilə60-cı  illərdə (XX əsr) kürd
uşaqları üçün xüsusi internat məktəbləri açıldı. Həmin məktəblərin başlıca vəzifəsi kürdlər
arasında türk dili və mədəniyyətinin təsirini gücləndirmək idi. Həmin məqsədlə, həmçinin,
60-cı illərin axırlarında kürdlərin üstünlük təşkil etdiyi Diyarbəkir, Van, Ərzurum, Kars və
digər şərq vilayətlərinin  mərkəzi şəhərlərində yaradılan  radiostansiyalardan geniş istifadə
olunurdu.
Türkiyə hökumətinin  bütün  bu  tədbirləri (təzyiqlər,  qadağalar,  həbslər) kürdlərin
siyasi  mübarizəsini  daha  da  güclədirdi.  60-cı  illərin  axırından  başlayaraq  Diyarbəkir  və
digər  kürd  vilayətlərini  mitinq  və yürüşlər  dalğası  bürüdü. Türkiyədə 1965-ci  ildə siyasi
partiyalar  haqqında  qəbul  edilmiş  qanunda  azsaylı  xalqların  siyasi  partiya  yaratması
qadağan  edildi.  Ona  görə də həmin  illərdə kürd  ziyalıları  qeyri-leqal  şəraitdə Türkiyə
Kürdüstanı  Demokratik  Partiyasını (TKDP) yaratdılar.  Həmin  partiya  Türkiyə dövləti
çərçivəsində kürdlərəinzibati və mədəni muxtariyyətin verilməsi, kürdlərin milli haqlarının
tanınması,  kürd  dili  və mədəniyyətinin  inkişaf  etdirilməsi  uğrunda  mübarizəni  öz
qarşısında  məqsəd  qoymuşdu.  Həmin  dövrdə Türkiyə Kürdüstanında,  həmçinin  T  ürkiyə
Kürdlərinin Azadlıq Partiyası, Azadlıq Assosasiyası, Kürdüstan döyüşçüləri Təşkilatı və s.
Gizli fəaliyyət göstərirdi (68).
1970-ci ildə Türkiyə Fəhlə Partiyası özünün IV qurultayında kürd məsələsinə dair
xüsusi  qətnamə qəbul  etdi.  Həmin  qətnamədə deyilirdi:  “Türkiyə Fəhlə Partiyası  rəsmi
surətdəbəyan  edir  ki, Türkiyənin  şərqində kürd  xalqı  mövcuddur. Lap əvvəldən
hakim siniflər tərəfindən təsdiq edilən faşist rejimi kürd xalqına qarşı münasibətdə tez-tez
qanlı əməliyyatlar  forması  alan əzmək,  terror  və assimlyasiya siyasəti  aparmışdır
(69,205)”.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə