1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

35
Dərsimdə şiəlik  geniş  yayıldığı  üçün  onlar  Şah  İsmayıl  ilə yaxşı  münasibətlər
qurmuş,  Kəmah qalasını hərbi baza kimi ona güzəştə getmiş, Çaldıran döyüşü (1514-cü il)
zamanı səfəvilərə kömək etmişlər (26,75-76). Sultan Səlim Kürdüstan ərazisini bütövlükdə
İranın  hökmranlığından  çıxarıb  Osmanlı  imperiyasna  qatmaq  məqsədi  ilə kürd
əmirliklərini öz tərəfinə çəkmək qərarına gəlir. O, bu məqsədə nail olmaq üçün görkəmli
kürd alimi İdris Bidlisinin nüfuzundan istifadə edir. Kürdlərə tam muxtariyyət verəcəyini
vəd edən Sultan Səlimin sözlərinə inanan İdris Bidlisi öz nüfuzundan istifadə edərək kürd
əmirlərinin  xeyli  hissəsini  osmanlıların  tərəfinə çəkə bilir.  Lakin  dərsimlilər  boş  vədlərə
inanmayıb müstəqil hərəkət etməyə üstünlük verirlər.
1635-ci  ildə IV  Sultan  Murad  muxtar  hakimiyyətə malik  kürd əmirliklərini
tamamilə aradan  qaldırmaq  üçün  böyük  qüvvə ilə onların  üzərinə qoşun  yeridir  və
Ərzuruma gəlib çıxsa da Dərsimə daxil ola bilmir.
Osmanlı  imperiyasının  demək  olar  ki,    bütün  sultanları  hakimiyyətə gələn  kimi
Dərsim  üzərinə qoşun  yeritmiş,  lakin  öz məqsədlərinə (Dərsim  kürdlərini  öz  itaəti  altına
salmaq) nail olmamışdır.
1923-cü  ildə qurulan  Türkiyə Cümhuriyyətinin  ilk  illərində də Dərsim  vilayəti
mərkəzi  hökuməti  tanımırdı.  1936-cı  ildə Mustafa  Kamal (Atatürk) Türkiyənin  Böyük
Millət Məclisindəki nitqində demişdi: “Daxili işlərimizdən ən mühüm bir səhifə varsa o da
Dərsim məsələsidir. Daxildə mövcud olan bu yaranı, bu qorxulu çibanı ortadan qaldırmaq
və kökünü kəsmək üçün nəyin bahasına olursa-olsun, tədbir görülməli və bunu üçün təcili
qərarlar qəbuluna görə hökümətə tam və geniş səlahiyyətlər verilməlidir” (26,259).
Atatürkün bu çıxışından və tapşırığından dərhal sonra General Abdullah Alpdoğan
dərsim valis və hərbi komandanı təyin olunur, ona az vaxt ərzində “nəyin bahasına olursa-
olsun” dərsimlilərin müqavimətini qırmaq, burada baş qaldırmış üsyanı yatırtmaq tapşırığı
verilir.  Olduqca  böyük  hərbi  qüvvə və texnika  ilə Dərsimə girən  General  A. Alpdoğan
yenə də Səid Rızanın başçılıq etdiyi dərsimlilərin ciddi müqavimətinə rats gəlir. Qəhrəman
dərsimlilərin müqavimətini qıra bilmədiyini görən Genral Abdullah Alpdoğan dinc yaşayış
məntəqələri də daxil olmaqla vilayətin ərazisini hərbi təyyarələr vasitəsi ilə bombardman
edir.
Müharibənin  uzun  sürəcəyini  görən  türk  ordusu Ərzincan  valisi  vasitəsilə Səid
Rızaya  sülh  təklif  edir  və danışıqlar  üçün  onu Ərzincana  çağırır.  Türk  hökumətinin
dərsimlilərə muxtariyət verəcəyinə inanan  Səid Rıza Ərzincana gəlir və burada xaincəsinə
həbs  olunur.  Hərbi  məhkəmənin  qərarı  ilə Səid  Rıza  Elazığ (Eləziz) şəhərinin  Buğday
meydanında  edam  edilir.  Edam  zamanı  qəhrəman  kürd  oğlu  Səid  Rıza  uca  səslə son
sözünü  deyir:  “75  yaşım  var,  şəhid  oluram,  Kürdüstanın  şəhidlərinə qarışıram.  Dərsim


36
məğlub  olur,  lakin kürdlük  və kürdüstan  yaşayacaqdır! Kürd  gəncliyi  intiqam  alacaqdır.
Zalımlara və yalançılara lənət olsun!” (26,290).
1938-ci ildə Dərsim aviasiya bombardmanından sonra tamamilə dağıdıldı, minlərlə
dinc əhali məhv edildi və didərgin düşdü. Dərsimin adı dəyişdirilərək Tanceli qoyuldu.
Orta əsrlərdə mövcud  olmuş  müstəqil  və ya  rarımmüstəqil  kürd əmirliklərinin,
vilayətlərinin  qısa  tarixi  səciyyəsi  göstərir  ki,  həmin  dövrlərdə kürd  xalqı  öz  azadlığı,
müstəqil  dövlət  qurmaq  uğrunda  daima  mübarizə aparmış  yadelli  işğalçılara (ərəblərə,
osmanlılara,  farslara,  monqollara  və s.) qarşı  qəhrəmancasına  vuruşmuş  və bu  yolda
milyonlarla qurban vermişdir.
Çox  təəssüflər  ki,  bütün  bu  küharibələr  nəticəsiz  qalmış,  milyonlarla  kürd
şəhidinin  qanı  yerdə qalmış,  ayrı-ayrı  kürd  feodal  dövlətləri (əmirlik  və vilayətləri)
birləşib  müstəqil  Kürdüstan  dövləti  yarada  bilməmişdir.  Bunun əksinə olaraq,  XX ərsdə
(1223-cü  ildə)
Kürdüstanın ərazisi  rəsmi  olaraq (Lozanna  müqaviləsinə əsasən) dörd
dövlət (İran,  Türkiyə,  İraq,  Suriya) arasında  bölüşdürüldü  (52,274).  Bununla  qətiyyən
razılaşmayan Kürdlər həmin dövlətlərlə silahlı mübarizəyə qalxdılar.
Beləliklə, XX əsr, qısa fasilələr istisna olmaqla, kürdlərlə onları əsarətdə saxlamaq
istəyən Türkiyə, İran, İraq hökümətləri arasında qanlı müharibələr əsrinə çevrildi.  Həmin
müharibələrdən bir neçəsinə qısa nəzər yetirməyi məqsədəuyğun hesab edirik.
Lozanna  müqaviləsindən  dərhal sonra  Türkiyənin kürdlər  yaşayan  şərq və cənub-
şərq  vilayətlərində başlayan  həyəcan  və narazılıqlar (Atatürkün  kürtlərə muxtariyyət
verəcəyi barədəki vəədləri boşa çıxanda bu narazılıqlar daha da gücləndi) tezliklə silahlı
üsyana çevrildi. Həmin üsyanlardan bir neşəsinin qısa səciyyəsinə diqqət yetirək.
1925-ci  ildə Şeyx  Səidin  başçılığı  ilə Türkiyənin  kürdlər  yaşayan  14  cənub  şərq
vilayətini əhatə edən  üsyan  demək  olar  ki  şimali  kürdüstanı  demək  olar  ki,  Şimali
Kürdüstanı (Türkiyə kürdüstanı) tamami  ilə bürüdü  (53,308).  Şeyx  Sədini  bu  üsyanda
başlıca məqsədi paytaxtı Diyarbəkir olmaqla müstəqil kürdüstan dövləti yaratmaq idi.
Öz ətrafına  10  min  silahlı  toplayan  Şeyx  Səid  14  fevral  1925-ci  ildə vilayət
mərkəzi  olan  Gənc  şəhərini ələ keçirtdi.  Türk  məmurları  və vali əsir  alındı.  Şeyx  Səidin
sərəncamı  ilə Gənc  şəhəri  Kürdüstanın  müvəqqəti  paytaxtı  elan  edildi  (54,121).  Fevralın
29-da Licə və Xani qəzalarını özünə tabe edən Şeyx Səid Diyarbəkir yaxınlığındakı Tala
adlanan  yerdə KÜrd  ordusunun  qərərgahını  yaratmağa  başladı.  Tarixçilərin  məlumatına
görə bu  zaman  kürd  ordusunun  qərərgahını yaratmağa  başladı.  Tarixçilərin  məlumatına
görə bu zaman Kürd ordusunun sayı 20 min nəfərə yaxın idi (54,122).
11 Mart 1925-ci ildə Diyarbəkirin Mardin qapısından şəhərə daxil olan kürd


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə