1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   43   44   45   46   47   48   49   50   51

106
Onu da qeyd edək ki, təkcə U.A. Orbeli deyil, bir çox şərqşünaslar (P.Lerx, V. Minorski,
V.Nikitin,  R.Leski,  N.Rudenko,  M.  Bozarslan,  Q.Kuptayev  vəs.) “Mən  və Zin”  poemasını
Fizulinin “Leyli və Məcnun”, Şeksprin “Romeya və Culyetdası” və s. əsərlərlə müqayisə
edərə, müəllifinin adını Firdovsi, Sədi, Rustaveli, Fizuli, Rumi və s. kimi dahi şairlərlə bir
sırada çəkmişlər. Məsələn, V. Nikitin yazır: “görünür ki, Əhməd Xani öz yaradıcılığında
Cəlaləddin Ruminin nümunəsini davam etdirmişdir” (51,389).
XVIII əsrdən sonrakı dövrdə də adını Şərq ədəbiyyatı tarixinə yazdıran kürd şairləri
və yazıçıları az deyil. Onlardan bir neçəsinin adını qeyd edək: Nali (1800-1856), Ə. Səlim
(1805-1869),  M.  Kurdi (1812-1850),    Mah  Şərəf-xanımın  Kürdüstani-Məsturə (1805-
1847), Hacı Kadir Koyi (1816-1894), Mir Şəkər əli Dinavərvand (1825-1865),R. Tələbani
(1842-1910), Abbas  xan  Azadi (1858-1899), Abdulla  bəy Ədəbi (1859-1916), Zivər
(1875-1948),  Pirəmerd (1868-1959), Behud (1878-1955),  Səlam (1892-1959),  Nuri  Şeyx
Saleh (1898-1958),  Qani  Muxtar (1898-1960),  Faiq  Bekəs (1905-1948),  Ş.Ciyərxun
(1903-1984),  A.  Qaran (1904-1962),  O,  Səbri (1905-1993), Ə.Həjar(1920-1991), Əmine
Əvdal (1906-1964), Ərəb  Şamilova (1879-1978),  Vəzire  Nadiri (1911-1946),  Haciye
Cındi (1908-1999), Caume  Cəlil (1908-1999), Əli Əbdülrəhman (1920-1994), Mikiaile
Rəşid (1925-1984), Yılmaz  Güney (1937-1984), Kaçaxe  Mırad (1914-1979),  Şıkoye
Həsən (1928-1971), Şamil Əsgər (1929-2007), Hüseyn Kürdoğlu (      ) və s.
Yuxarıda  qeyd  edilən ədiblər  arasında  sağlığında  klasikləşən,  20  kitabın,  o
cümlədən  səkkiz  divanın  və kürdüstan  tarixinə aid  iki  dəyərli  monoqrafiyanın  müəllifi
Şeyxmus  Ciyərxunu  xüsusi  qeyd  etməyi  mənəvi borcumuz  sayırıq.  S.  Ciyərxunun  hələ
sağlığında  onun  yaradıcılığına  bir  neçə dissertasiya  işi  həsr  olunmuş  və müvafiq
monoqrafiyalar nəşr edilmişdir. Həmin monoqrafiyalardan Ş. Əsgərovun “Xalqın şairi” və
Ordixane Cəlilin “Ciyərxunun vətənpərvərlik poeziyası” adlı kitablarını xüsusi qeyd etmək
lazımdır.  Birinci  kitab  Bakıda  azərbaycanca,  ikinci  isə Yerevanda  kürdcə nəşr  olunub
(186,187).
Hər  iki  kitabın  adından  göründüyü  kimi  müəlliflər  hələ sağlığında  (şair  1984- cü
ildə vəfat  edib, əsərləri  isə 1966  və 1968-ci  illərdə nəşr  olunub)  klasikləşən  dahi
Ciyərxunun  poeziyasında  Xəlqiliyin  və vətənpərvərlik  ideyalarının  başlıca  yer  tutduğuna
diqqəti cəlb etmişlər. Onu da qeyd edək ki, hələ 1959-cu ildə Bakıda Azərbaycan dilində
nəşr  olunan  “Kürd ədəbiyyatı almanaxı ”nda  ölməz  şairin  “Nə vaxtacan”  və “Antantika
İttifaqı” adlı iki şeiri (hər iki şeiri Ş. Əsgərov tərcümə etmişdir) verilmişdir (189,23-24).
“Nə vaxtacan” şeiri xalq milli-azadlıq mübarizəsinə səsləyən milli marşa bənzəyir.
Belə ki, burada şair öz  xalqına  müraciətlə:  “  Nə vaxtadək qul  kimi-belə rüsvay  ola  biz?!
Nə vaxtadək  yadların əlaltısı  olaq  biz?!  və s.  kimi  suallar  verdikdən  sonra  onu  ayağa
qalxmağa səsləyir:”


107
Dahi  şairin şeirlərinin  demək  olar  ki,  80-90  faizi  belə “milli marşlardan”  ibarətdir.
Həm yaradıcılıq  xüsusiyyətlərinə,həm  də doğma  xalqı  arasındakı  böyük  nüfuzuna  görə
Ş.Ciyərxunu cəsarətlə Azərbaycanın XX əsr dahi şairləri Səməd Vurğunla (şeirləri  doğma
xalqı arasında dillər əzbəri olması baxımından) və Xəlil Rza Ulutürklə (bütün həyatın və
yaradıcılığını milli azadlıq uğrunda mübarizəyə həsr etdiyi üçün) müqayisə etmək olar.
Almanaxda verilmiş “Atlantika İttifaqı” adlı ikinci şeirdə milliyətçi olduğu qədər də
beynəlmiləlçi  (X.R.  Ulutürk  kimi)  olan  Şeyxmus  Ciyərxun NATO-nun  müharibə
planlarını nifrətlə pisləyir, həmin hərbi ittifaqı ədalətə, sülhə səsləyir:
Dahi şairin Kürdüstan tarixinə aid iki monoqrafiyası da elmi dəyərinə milli ruhu ilə
diqqəti cəlb edir (190,191).
Tanıyıram mən sizi-döyüşdə nəhəg kimi,
Qoca Şərqə səs salın şir kimi, pələng kimi!
Vuruşlardan qorxmayın, tərpənməyin ləng kimi.
Gözünüzü tutmasın pərdə qara rəng kimi.
Dəmdir, qalxın ayağa-hər yandan bölük-bölük,
Nə vaxtadək daşıyaq çiynimizdə ağır yük?!
Nə vaxtadək itlərin öznündə önündə olaq sümük?!
Sizdə vicdan hanı, ədalət hanı?!
Deyin, niyə qırsın insan-insanı?..
... Qan-qırğın salmağa etməyin niyyət!
Vaxtdır, ibrət alın, tarixdən ibrət!
(189,24-25).


108
Müasir dövrdə də çoxsaylı kürd şairləri və yazıçıları öz sələflərinin ədəbi irsini daha
da  inkişaf  etdirmək  və yeni  dövrün  tələblərindən  irəli  gələn  ideyalarla  zənginləşdirmək
üçün  dəyərli əsərlər  yaratmaqdadırlar.  Belə kürd  yazarlarından  aşağıdakılarımisal
göstərmək  olar:  Karlene  Çaçani, əmərike  Sərdar, Əsgəre  Boyik,  Çərkəze  Rəş,  Hərəme
Rəş, Əhməde  Həpo,  Babaye  Kələş,  Temure  Xəlil,  Saleh  Sayadi,  Тosine  Rəşid,  Şerko
Bekəs,  Mehmet Əmin  Bozarslan,  Fərhad  Şakəli,  Mahmud  Baksi,  Naci  Kutlay,  Orxan
Kotan,  Kamal  Burkay,  Rəşo  Zilan,  Malmisanij,  Mahvur  Mayi, Məmməd  Uzun,  Fırat
Cəvari, Xəlil Dihoki, Kərim Husami və s.
Bir  məsələni  də xüsusilə qeyd  etmək  lazımdır  ki,  yuxarıda  adları  çəkilən  kürd
ədəbiyyatının  görkəmli  nümayəndələri  sırasına  fars,  türk, ərəb  dillərində sanballı əsərlər
yaratmaqla  həmin  xalqların ədəbiyyatını  zənginləşdirən  yazar  lar  (belələrinin  sayı
yüzlərlədir) salınmamışdır.    Məlum  həqiqətdir  ki,  Türk ədəbiyyatının ən  görkəmli
nümayəndələrinin xeyli hissəsi kürd mənşəli yazarlardır. Kürd mənşəli ziyalılar təkcə türk
əədəbiyyatının  deyil,  türk incəsənətinin,  xüsusilə,  musiqi  və kino  sənətinin  inkişafında
böyük rol oynamış və oynamaqdadır. Türk hökumətinin yeritdiyi  “tək  millət, tək bayraq,
tək  dil”  siyasətindən  irəli  gələn  tızyiq  və təqiblərdən  qorxan  bəzi:  kürd  ziyalıları  və
sənətkarları  ya  milli  kimliyini  danır,  ya  doğma  ana  dilində yazmaqdan  və oxumaqdan
çəkinir  (İbrahim  Tatlısəs,  Mahsun  Qırmızıgül  və s.    kimi),  ya  da  ölkəni  tərk  etmək
məcburiyyətində qalırlar.
Öz milli mənliyini heç nədən qorxmayaraq şərəflə qoruyan kürd ziyalıları isə “PKK-
çı  yanlışı”
damğası  ilə həbsə atılır,  ya  da  dövlətin əli  ilə gizli  terorun  qurbanı  olur.
Məsələn,  türk  kino  sənətinin  inkişafında  ölməz  xidmətləri  olan  Yılmaz  Güney  öz  milli
mənliyini  biruzə verənkimi  həbs  edildi.  Mənəvi  təzyiq  və təqiblərə,  həbsxanada  verilən
amansız  işgəncələrə tab  gətirməyən  dahi  kinorejissor,  dramaturq  və aktyor  Fransaya
qaçmağa  məcbur  oldu.  Lakin  burada  da  onu  dinc  buraxmadılar.  Məruz  qaldığı  mənəvi
teror onun ağır xəstəliyə düçar olmasına səbəb oldu, 47 yaşında qürbətdə vəfat etdi.
Təkcə onu qeyd  etmək  kifayətdir ki, 26  illik  yaradıcılıq həyatının  15 ildən  çoxunu
türmədə, sürgündə və müharicətdə keçirən Y. Güney 110 bədii filmə aktyor kimi çəkilmiş,
rejissor kimi 17 film yaratmış, 53 kino ssenarisi, dörd sanballı roman və yüzlərlə hekayə
yazmışdır.  1971-ci  ildə Adana  şəhərində keçirilən  kino  festivalında  yeddi  mükafatdan
altısını  (!)  Y.  Güney    qazanmışdır.  Türk  mədəniyyətinə göstərdiyi bütün  bu  xidmətlərə
görə Türk hökuməti ona 11 illik türmə həyatı “bağışladı”.
Türk estradasının ən parlaq ulduzu Əhməd Qayanın taleyi də Y. Güneyin aqibəti ilə
eynidir. Belə misalların sayı tək-tək deyil, onlarladır.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə