1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə18/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
Pedogika imtahan suallarının cavabları copy

Qəbul edilmiş məqsədlər;

  • Sosial tələbatlar;

  • Sosial və elmi nailiyyətlər;

  • Şəxsi tələbatlar;

  • Pedaqoji imkanlar.

    Təhsilin məzmununda iki aspekt gözlənilir: Milli və ümumbəşəri.
    Milliliyə ana dili və ədəbiyyat, vətən tarixi, vətəninin fiziki və iqtisadi coğrafiyası, nəğmə və musiqi daxildir. Qalanları isə ümumbəşərdir.
    Tədris prosesinin məzmunu bir sistem kimi müxtəlif strukturda təqdim edilir. Hazırda təhsilin məzmunun xətti, konsentrik, spiralvari, qarışıq strukturları geniş yayılmışdır.
    Xətti struktur-Tədris materialının ayrı-ayrı hissələri bir-biri ilə six əla­qə­də fasiləsiz ardıcıllıqla, məktəb təlimi dövründə bir dəfə öyrədilir. Bu strukturda müvafiqlik, tarixilik, sistemlilik, ardıcıllıq tələblərinə əməl edilməlidir. Tarixin, əsas götürəndə ardıcıllıq, tarixilik, sistemlilik, müvafiqlik tələblərinə riayət et­mək lazımdır. Tədris materialının xətti strukturu tarixin, dilin, ədəbiyyatın təd­ri­sin­də özünü doğruldur.
    Konsentrik struktur- əvvəl öyrənilən biliklərə qayıtmağı nəzərdə tutur. Eyni bir material bir neçə dəfə təkrar olunur.
    Spiralvari strukturunxarakterik xüsusiyyəti odur ki, burada şagirdlər başlanğıc problemi diqqətdən kənarda qoymur, onunla bağlı olan biliklərin dairəsini müddət keçdikcə dolğunlaşdırır.
    Qarışıq struktur bu gün tədris proqramları və dərslikləri tərtib edənlər daha çox adi qarışıq strukturun imkanlarından istifadə edirlər. Bu struktur xətti konsentrik və spiralvari strukturların birləşməsidir.
    Təhsilin birinci atributu onun məzmunu hesab olunur. Qalan forma, üsul, vasitə və digər komponentlər məzmuna istinadən yaranır. Başqa sözlə, onun məntiqinə uyğun olaraq formalaşır. Odur ki, təhsil islahatları aparıldığı zamanlarda həmişə onun məzmununun daha uğurlu olması diqqət mərkəzində saxlanılmışdır. Bu tələb indi də zəruri şərt kimi öz qüvvəsində qalır.



    Yüklə 102,17 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   14   15   16   17   18   19   20   21   ...   35




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə