1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   2   3   4   5   6   7   8   9   ...   39

  

 
          - İndi gedin, yatın. 
           Artıq hamı ayaq üstə idi. Hacı Lətif kişi Güllü xanıma mənal-mənalı baxıb: 
           - Uşaqları yerbəyer elə! – dedi və həyətə çıxdı. 
 
************** 
****** 
1918 
III 
              Miladi tarixlə 1918-ci ilin mart ayının sonları idi...  
              Bakıdan  pis-pis  xəbərlər  gəlirdi.  Digər  yerli  sahibkarlar  kimi  Nuxalı 
sahibkarlar  da,  həyəcan  və  səksəkə  içərisində  yaşayırdılar.  2  noyabr  1917-ci  ildən  
Fəhlə-kəndli  və  əsgər  deputatları  Soveti  adı  ilə  ortaya  atılan  bolşevik  Bakı  Sovetinin 
hansı  məzhəbə  qulluq  etməsi  nəinki  mülk  və  kapital  sahiblərinə,  hətta  fəhlələrin  və 
kəndlilərin, əsgərlərin  özlərinə belə o qədər də aydın deyildi. Hələ ki, kəndliyə çatan 
bir  şey  olmasa  da,  fəhləyə  xeyli  güzəştlər  edilmişdi.  Bu  da  rus  və  erməni  fəhlələrin 
çoxluğuna görə  olmuşdu.  İş saatı bəzi yerlərdə səkkiz saata endirilmiş, söz və  mətbuat 
azadlığına qol qoyulmuşdu. 
           Çar hökumətinin 1840-cı il 10 aprel tarixli islahatına əsasən 1841-ci il yanvarın 
1-dən  adı  dəyişdirilib    Kaspi  vilayətinin  tərkibində  Nuxa  qəzası  kimi  sənədləşdirilən 
Şəki artıq yetmiş yeddi il idi ki, rəsmi sənədlərdə Nuxa adı ilə təmsil olunurdu. Kökü 
bu  torpaqda  olanlar  isə  bir  qayda  olaraq  ona    həm  Nuxa,  həm  də  Şəki  deyir,  Nuxa 
deyəndə Şəki, Şəki deyəndə Nuxa başa düşürdülər. Əlbəttə ki, gəlmələr bunu eyni bir 
şəhərin bir-birinə bitişik iki məhəhəlləsinin adı kimi başa düşməkdə çətinlik çəıkirdilər. 
Axı, bu – tarix idi. Şəhər gah bu, gah da o məhəllənin adı ilə təmsil olunurdu.   
           Ruslar  Azərbaycanı  işğal  edəndən sonra  inzibati-ərazi bölgüsündə komendant, 
quberniya  kimi  idarə  etmə  dəyişiklikləri  ilə  bərabər  yer-yurd  və    şəhər  adlarında  da 
yeniliklər etməklə xalqı çaşdırıb özlərinə yaxınlaşdırmaq istəmişdilər.   
          1804-cü ildən Gəncənin adını dəyişdirib Yelizavetpol qoysmuşdular. Camaat isə 
ona  Gəncə  deməkdə  davam  edirdi.  Baməzə  adamlar  da  Yelizavetpol  əvəzinə 
Yelizavetbol  deyirdilər.  Bir  sözlə,  Yelizavetlər  bolluğunda  hökumətin  kağızında  
yazılanlar  camaatın  ağzında  lətifəyə  çevrilirdi.  1817-ci  ildən  almanların  Qafqazda 
məskunlaşmasına əlahəzrət imperator I Aleksandrın razılıq verməsi 22 avqust 1819-cu 
ildə Azərbaycanda ilk alman koloniyası Helenendorfun əsasının (indiki Göygöl rayonu. 
Müəllif qeydi) qoyulması ilə nəticələnmişdi.  
      
 
  1827-ci  ildə  tarixi  Qarabulaq  kəndinin  (indiki  Füzuli    rayonu.  Müəllif  qeydi.), 
1867-ci  ildə  isə  bütövlükdə  Cəbrayıl  qəzasının  I  Rus-İran  müharibəsinin  iştirakçısı 
polkovnik  Pavel  Mixayloviç  Karyaginin 
(1752—1807)
      şərəfinə  Garyagin  qəzası 
adlandırılması,  Şamaxı  qəzasının  Nağaraxana  kəndi  və  İsmayıllı  kəndi  ərazilərinə,  o 
cümlədən  Biləsuvara,  Gədəbəyə    rusların  və  diğər  etniklərin  köçürülməsi,  nəticədə 
Azərbaycanda  Novosaratovka,  İvanovka,  Slavyanka  adlı  yerlərin  çoxalmasına  səbəb 
olmuşdu. 
         Əlbəttə  ki,  bu  da  Azərbaycan  tarıxi  üçün  yeni  bir  şey  deyildi.  Abşerondakı 
Ramana,  Ağdaşdakı  Ərəblər,  Ərəb  Bəsrə,  Ərəb  ocağı  və  sair  kəndlər  belə  kənardan 
gələn etniklər hesabına yaranmamışdımı? Təkcə Azərbaycanda deyil, tarixlər boyunca 


  

 
dünyanın  hər  yerində    belə  olmuşdu  və  indi  də  belə  olmaqda davam  edirdi.    Çaylar 
göllərə və dənizlərə, dənizlər okeanlara qarışıb axdığı kimi xalqlar da hansısa bir zaman 
kəsimində bir-biri ilə qarşılaşır, çarpazlaşır və axına qoşulub axırlar. ...    
         Miladi tarixlə 1918-ci ilin mart ayının sonları idi... 
         Bakıdan, Qubadan, Şamaxıdan, Göyçaydan, Yelizavetpoldan və başqa yerlərdən 
gələn  tükürpədici  xəbərlər  Nuxanı  da  silkələyirdi.  Haçansa  Suriyadan,  Livandan  və 
Fələstindən  qaçıb  Türkiyəyə  və  İrana  sığınan  ermənilərin  “yersiz  gəldi,  yerli,  qaç” 
siyasəti yeridən Rusiyanın təkidi ilə Azərbaycanda məskunlaşdırılması yerlilərin  başına 
bəla olmuşdu.  Rus bolşevikləri, erməni daşnakları və gürcü menşevikləri hər yerdə at 
oynadırdılar.  Azərbaycanın  yerli  xalqı  azər-türklər  olduğundan  və  ermənilər  yer 
üzərindəki bütün türkləri özlərinə düşmən hesab etdiklərindən kimə rast gəlsələr, belə 
bir sual verirdilər: “Hayes, türkes?” Son günlərin xəbərlərinə görə, “türkes” deyənləri 
də, deyə bilməyib susanları da qətl edirdilər. Əli yalın müsəlman-türk isə ot kimi biçilir, 
ağac kimi qırılır, odun kimi doğranırdı.   
          Nuxada    da  adamlar  narahat  idilər.  Ağ  camaat  da,  qara  camaat  da  erməni 
amansızlığından ehtiyatlanmağa başlamışdı.  Axı, ortada bizim bilmədiyimiz işlər vardı. 
Xoy hakimi, adına Cəfərqulu xan Dünbüli deyilən bir naxələf  rus çarına şəxsi müracəti 
əsasında 10 dekabr 1806-cı ildə  öz kəndliləri ilə birlikdə rus təbəəliyini qəbul etmişdi. 
Çünki  onun  kəndliləri  arasında  Yaxın  Şərqdən  qaçıb  gələn  çoxsaylı  erməni  ailələri 
vardı.  Bundan  çox-çox  qabaqca  ermənilərin  Şimali  Azərbaycana  köçürülməsində 
təşkilatçılıq  və  canıyananlıq  göstərən  Cəfərqulu  xan  Dünbüli  erməni  havadarlarının 
hesabına  çarın fərmanı ilə Şəkiyə  xan təyin edildi və general-leytenant rütbəsinə layiq 
görüldü.  Şəkinin  xan  nəslindən  gələn  Səlim  xan  isə  didərgin  salındı.  Şəki  camaatı 
bundan  sonra,  bir  qayda  olaraq,  Cəfərqulu  xanın  xan  nəcabətinə  şübhə  ilə  yanaşdı.  
Vaxtı  ilə  Şah  I  Təhmasibə  qoşulub  Şəkiyə  hücum  çəkən  Levonda  “Ləvənd”  deyən 
Şəkililər yaramaz saydıqları hər bir kişini və qadını “ləvənd” adlandırdılar. Cəfərqulu 
xan Dünbülinin üzünü görən Şəkililər isə həm “Cəfərqulu”, həm də “xan” sözlərindən 
yan keçərək “Dünbüli” sözünü “dübül” və ya “dünbül”  şəklində işlətməyə başladılar. 
“Ləvənd”  sözü  nəticə  etibarilə  “əxlaqsız”  anlamına  gəldiyi  kimi,  “dübül”  və  ya 
“dünbül” sözü də “quyruğu kəsik” anlamına gəldi.  Şəkililər Cəfərqulu xan Dünbülini 
“quyruğu rus çarı tərəfindən kəsilmiş köpək” yerinə qoydular. O təkcə Şəkililəri deyil, 
onu rus tabeçiliyindən çıxmağa çağıran dağlı tayfaları da it kimi tuturdu. Cəfərqulu xan 
Dünbülinin  Şəkiyə özü ilə gətirdiyi 1000 ailədən 556-sı erməni ailəsi idi. Onlardan 53-
ü  Ağpilləkənkənddə,  134-ü  Göybulaqda,  100-ü  Dünbülünün  şərəfinə  adlandırılan 
Cəfərabadda,  156-sı  Daşbulaqda,  31-Aydınbulaqda,  12-si  Xanabadda,  40-ı 
Qayabaşında, irsi olaraq Cəfərqulu xan Dünbülilərə xidmətkar olan erməni ailələri isə 
şəhərin mərkəzində yerləşdirilmişdi. Yerli əhali oranı “Ermənikənd” adlandırırdı. 
           Çox  təəssüflər  olsun ki,  Saka  yurduna  da  “dübüllərin” və  “dünbüllərin”  əli ilə 
erməni toxumu səpilmişdi.  Elə buna görə  də Saka yurdunun saxalı kişilərindən ehtiyat 
edən  Xoylular  22  avqust  1814-cü  ildə  qızdırma  xəstəliyindən  vəfat  edən  Cəfərqulu 
xanın da, 24 iyul 1819-cu ildə anasının qızlıq familiyası ilə Madatov kimi tanınan 1817-
ci  ildə  Əlahəzrət  İmperatorun  fərmanı  ilə  Zaqafqaziyada  üç  müsəlman  xanlığının  – 
Qarabağ,  Şəki  və  Şirvan    xanlığının  hakimi  və  hərbi  dairə  rəisi  təyin  edilən  erməni 
general-mayor  və  ya  general-leytenant    Valeriyan  Qriqoryeviç  və  ya  da  Madatyan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə