1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

  
20 
 
********** 
***** 
 
Istintaq 
VI 
            
Hacı  Lətif  kişi  cümə  məscidinin  sağ  tərəfi  ilə  20-30  addım  yuxarı  gedərək, 
Qurcanaçay üzərində salınmış kiçik körpudən keçib daha bir neçə addım irəli yeridi. 
Yolun sağında da, solunda da iki mərtəbəli, yaraşıqlı binalar var idi. İstədi ki, binaların 
kiminki olduğunu xatırlasın, xatırlaya bilmədi. Ona deyildiyi kimi soldakı binanın çox 
vaxt açıq saxlanan orta qapısından içəri keçdi, ikinci mərtəbəyə qalxdı. Yenə də sola 
döndü, yanılmasın deyə  sayaraq üçüncü qapını döydü. İçəridən səs gəldi: 
           - Arə, kimdir? 
          Müracət  formasındakı  kobudluq  Hacı  Lətif  kişini  titrədən  kimi  oldu.  Özünü 
toplayıb qapını yavaşca araladı. İçəridəki stolun arxasında koğaburun birisi oturmuşdu. 
Sanki gözləri də bir qədər qıyıq idi. Üz-gözü xoruz pipiyi kimi qaraqarışıq qırmızı rəngə 
çalırdı.  O,  gözlərini  bərəldib  key-key  gələn  adama  baxırdı.  Hacı  Lətif  kişi  özünü 
toplayıb soruşdu: 
           -Yelyan sizsiniz? 
          - Arə, nə sözün var? 
          - Hacı Lətif kişi mənəm. 
          -Sən müttəhimsən. Arə, bildin? 
          - Yoldaş Yelyan,  nə danışırsınız?! 
           -Arə, məni tanıyirsan? Birdən-ikidən durub oturduğumuz olub? 
           -Xeyr! 
          - Bax, gör, mən sənin yoldaşın ola bilərmmi? Ay musurman, musurman! 
          -  Dədən boyda kişiyəm.   
          - Arə, mən dədə-mədə tanımaram.  
          Hacı Lətif kişi birdən-birə dəyişildi, səsindəki mülayimlik yoxa çıxdı: 
          - Onu hamı bilir. Məni nəyə çağırmısan? 
           - De görüm, zavodun durur? 
           - O, baramaaçan fabrik idi.  1917-ci ilə qədər o işlə məşğul olmuşuq.  
           - Sonra? 
           - Sonra da baramadan eşilmiş ipək almaq üçün bir neçə dəzgah gətirtdirmişdim. 
Onu bir qədər böyütmüşdüm. 
           -Daha sonra? 
          -1920-ci ildən onu Şura hökumətinə bağışlamışam. 
          -Musurman  olasan,  zavod  bağışlayasan.  Heç  ağıla  batan  iş  deyil.  Zavodunda 
hayeslər də işləyirdimi? 
          - Karo, Jora, Hayqı. 
          -Necə idilər? 
          - Çalışırdım ki, yaxşı olsunlar. Nikolaya şikayət eləməsinlər. 
          - Tanıdığın erməni qadınlar da vardımı? 


  
21 
 
          - Hələ sovet qurulmamışdan bir erməni qızı yanıma gəlmişdi. Mənim fabrikimdə 
olan fəhlələrə rus dili dərsi keçmək istəyirdi. Çimnaz Piriyan adında bir qız idi. Təşkil 
etdim,  gənc fəhlələrlə söhbətləşdi, hətta, dərs keçməsi üçün otaq da ayırdım. 
          -Musurmandan çıxmayan iş!  
          -  Hər  dəfə  dərsə  gələndə  Zərixan  və  Züleycan  adlı  iki  erməni  qızı  da  özü  ilə   
gətirirdi.  Fəhlələrə  çox  şey  öyrədirdilər.  Fabriki  hökumətə  bağışlayandan  sonra 
onlardan xəbərim olmadı. 
           - Bəs onlar necə idilər? 
           -Sənin anan, bacın kimi.    Fəhlələr arasında xətir-hörmət qazanmışdılar. 
           - Sən burada müttəhimsən, mən də müstəntiqəm.   
           Yelyan  qarşısındakı  vərəqə  nə  isə  yazırmış  kimi  əlindəki  qələmin  perosunun 
ucuna üfürdü. Diqqətlə Hacı Lətif kişiyə baxmağa başladı. Onun bəbəklərində  
sanki ilan-qurbağa oynaşırdı. Yelyan susmağında davam edirdi. Birdən dilləndi: 
           -Arə, familyanı de! 
           -Məmmədov. 
 
 
 
 
           -Ara, bu, istintaq sənədidir, rusca yazılır. Mamedov. Çimnaz Piriyan sənə rusca 
öyrətməyib? Susursan... Sus! Rusa hörmətin olmayıb, dilini də öyrənməmisən. Yaxşı 
adın necədir? 
            -Hacı Lətif. 
            -Ox, musurman, musurman! Rusca bilmir ki, bilmir. Qadji Latip. 
            -“P” yox, “F”. 
            -Olsun!  Yaxşı, yazıda düzəltdim. Atanın da adını de. 


  
22 
 
            - Rəsul oğlu. 
            -Xoroşo. Rasul oqlı.  
            -Milliyyətin nədir? 
            -Türkəm. 
             -  Rusca  “tyurok”.  Yazdım.  Yaşadığın  ölkə:-  Azərbaycan  Sovet  Sosialist 
Respublikası (ASSR). Yaşadığın qəza:- Nuxinskiy, şəhərin: – Nuxa. Yaşın: -62. Rusca 
bilmirsən. Deməli,  azsavadlısan. Znaçit, maloqramoten. Məktəbə də getməmisən.  İndi 
də ailə tərkibin haqqında. Jenanın adı? 
              -Başa düşmədim. Kimin adı?  
              -Jenanın, yəni, arvadının. 
              - Arvadımın adı Güllüdür. 
              - Vot, şto... Yazıram:-Qulli. Yaşı? 
              -46. 
              -İşi-gücü? 
              -Evdar qadındır. 
             - Oğlun? Neçə yaşdadır ? Nə işə baxır? 
             -Əbdüləli böyük oğlumdur. 23 yaşındadır, 24-ə keçəcək. Müəllimdir 
     
                       
 
 
             -Musurman, özü də müəllim. Yazdım:-Abdul Ali. 
             - O biri oğlumu da yaz. Əbdül Məcid. O hələ oxuyur. 13 yaşı var, 14-ə keçəcək. 
             -Yazdım. Abu Medjit yazdım. Qızların? 
             -Onlar mənim üstümdə deyillər. Ərdədirlər. 
             -Daha bir oğlum da vardır. Hamid. Dörd yaşın içindədir. 
             -Balacadır. Başa düşdüm. Müsavatçısan? 


  
23 
 
             -Xeyr! 
             -Yazıram: bezpartiynıy, yəni, partiyadan kənar. 
             -Sənətin? 
             - Burucu. Baramadan burulmuş, eşilmiş ipək alan. 
             -Şelkokrutilşik. Zavodçik. Hələlik bu qədər.  Zavodun 1920-ci ildən, bağın və 
bostanın  isə  1927-ci ildən  alınıb.  Yenə  də  bura sadovnik,  yəni,  bağban  olduğunu  da 
yazıram. Bu gün 12 mart 1931-ci ildir. Bu gündən sənə iş açıram. Delo nomer 47 sənin 
iş nömrəndir. Delo nömrə 47! Yadında qaldı?  
     Sabah yox, birisi gün  yenə bu vədə gələrsən. davam edərik. Indi isə xoş gəldin. 
            Müstəntiqin otağından çıxıb gəldiyi yolla qayıdan Hacı Lətif  kişi evə necə gəlib 
çatdığını bilmədi.   
 
 
                                          
 
 
Darvazanı döydü. Güllü xanım  gəlib darvazanın bala qapısını açdı, Hacı Lətif kişini 
avazımış görüncə: - Bıy, ay kişi, sənə nə olub?-dedi. 
 
********** 
***** 
 
         Hacı  Lətif kişi erməni müstəntiqlə baş verənləri birər-birər danışmaq istəmirdi. 
Güman edirdi ki, hər necə olsa da, hökumət vardır,  günahsız bir adama qarşı o qədər 
də qəddarlıq etməzlər. Elə ki, axşam oldu, Əbdüləli işdən gəldi,  məsələdən hali oldu, 
Məcid  də  evdəki  söhbətə    qoşulmaq  istədi.  Ona  qulaq  asmağı  və  susmağı  məsləhət 
bildilər. Əbdul Əli bir xeyli fikirləşıb dedi:  
     - Bu olanlar daha ciddi bir məsələyə girişdir. Müstəntiq ola, özü də erməni ola, ondan 
doğruluq gözləməyə dəyməz. Güllü xanım istədi ki, nəsə desin, söz boğazına tıxanıb 
qaldı. Hacı Rəsul kişi hamını bir-bir nəzərdən keçirib əlavə etdi: 
        -Bu söhbət buradaca qalmalıdır. Orda-burda heç nə  danışmayasınız. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə