1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə26/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

54 
 
yerlərdə  ermənilər  müsəlman  evlərinə  və  dükanlarına  hücum  edib  qətl-qarət 
törədirdilər. 
Ermənilər hökumətin qadağanına baxmayıb gecə sahibsiz qalmıĢ evlərə od 
vurur,  anbarlarını  dağıtmaqla  vəhĢi  hərəkətlərdə  bulunurdular.  Müsəlmanlar  isə 
onlara cavab verə bilmirdilər. Zira, onların hərbi hazırlığı və silahı yox idi. AĢağıda 
adları  yazılmıĢ  erməni  evlərindən  güllə  atılırdı.  Mixaylovun  erməni  xeyriyyə 
cəmiyyəti  evindən,  Osipovun,  Yegizarovun,  Avakovun,  Mayılovun,  Antonovun, 
Adamovun evlərindən, gecə olduqda isə Mikayılovun, Yegizarovun, Antonovun və 
erməni  xeyriyyə  cəmiyyəti  otaqlarından  qoĢuna  və  polis  iĢçilərinə  tapança  və 
tüfəngdən atəĢ açılırdı. Yenə, həmən pristavın ərz-halına görə bu iĢlərin hamısının 
səbəbi ermənilərin milli ədavətləridir. Və ermənilər bu iĢə çoxdan hazırlaĢırmıĢlar. 
Bakı  polis  rəisi  cənab  EyzbaĢın  yazılı  məlumatı.  Əvvəlinci  Labinski 
polkunun  üçüncü  sotniya  (yüzlük)  kazakları  və  altıncı  nömrə  toplar  ki,  yanğı 
alayının  yanında  sakindirlər.  Ayın  21-də  Qala  tərəfinə  gedən  ətrafda  yaĢayan 
ermənilər
 
kazakların və topların yerlərinə güllə yağdırmıĢlar. Lakin mənzildə olan 
on altı kazak və top xadimləri 82-ci Dağıstan polkunun köməyilə ermənilərə cavab 
vermiĢlər.  Mənzilin  ĢüĢələri,  divarları  və  tövləsi  güllələrin  Ģiddətindən  bal  Ģanı 
kimi olmuĢdu. Xainlərin gülləsi həyətin içinə yağıĢ kimi tökülürdü. 
Əfsərlərin  komandirin  otağının  qab-qaĢığı  dağılmıĢdır.  Komandirin 
dediyinə görə, soldatlar olan ev Ģiddətlə gülləyə tutulurmuĢ. Bu atıĢmada soldatlara 
və  otaqlarına  284  tüfəng,  yeddi  tapança  gülləsi  atılıbdır.  Polis  rəisinin  hökmü  ilə 
güllə  atılan  qapıları  sındırıb  içəri  girdikdə  ermənilərin  hamısı  qaçıb  getmiĢdi. 
Orada  olan  rusların  Ģəhadətinə  görə,  çoxlu  erməni  var  imiĢ  ki,  hamısı  da  güllə 
yağdırırlarmıĢ. AxtarıĢ əsnasında iki tapança, altı xəncər, yüz patron, üç beĢatılan 
tüfəng  ələ  keçirilmiĢdir.  Polis  rəisi  qayıdan  zaman  yağıların  bəzisi  ona  güllə 
atmıĢlar. XoĢbəxtlikdən özünə yox, yerə dəymiĢdir. 
21  avqust  xəbərləri.  Bakının  üçüncü  sahəsinin  məhəllə  nəzarətçiləri 
həmrəy  olaraq  elan  edirlər  ki,  avqustun  21-də  axĢam  saat  beĢdə  Krasnovodski 
küçəsində  yerləĢən  Bağırovun  evindən  onlara  neçə  tüfəng  gülləsi  atılmıĢ,  ancaq 
heç kəsə dəyməmiĢdir. 
Avqustun  25-də  həmin  evin  Suraxanski  küçəsinə  baxan  balkonunun  qapısı 
arasından  da  onlara  neçə  tüfəng  gülləsi  atılmıĢdır.  AtıĢma  zamanı  bir  türk 
yaralanmıĢdır.  Ġkinci  dəfə  qapılardan  tüfəng  atılan  zaman  soldatlar  həmən  evi 
gülləbaran  etməyə  baĢlayırlar.  Nəticəsi  məlum  deyil.  Ancaq  gülləbarandan  sonra 
yenə  həmən evdən  güllə atəĢi davam edirdi.  Məhəllə  nəzarətçiləri sözün axırında 
deyirlər ki, Bağırovun evi gəlib-gedən polis qulluqçularına və qoĢun əhlinə bir tələ 
olmuĢdur. 
Dördüncü Bakı uçastokunun pristavı Jegintinin məlumatı.  15 avqustda 
Dağıstan polkunun bir rota  soldatı unter-zabit Texmiçenkonun  komandası altında 
4-cü  Bakı  polis  sahəsinə  47  nəfər  erməni  gətirib  bildirdi  ki,  həmən  ermənilər 
Kudikovun evinə yığılıb oradan faytonla və piyada gedən hökumət məmurlarına və 


55 
 
camaata  güllə  atırmıĢlar.  Buna  görə  Dağıstan  polkunun  kapitanı  Dubrovinin 
hökmünə  əsasən  onlar  həmən  evə  daxil  olub  ki,  yoxlama  apararaq  orada  yığılan 
müqəssirləri  ələ  keçirsinlər.  Yoxlama  əsnasında  neçə  berdanka,  revolver  və  bir 
qədər də patron tapılır. Ələ keçən silahların hamısı sahə pristavına təhvil verilir. 
Həmən  polkun  baĢ  unter  zabiti  yarım  rota  soldatla  kapitan  Ġnozemsevin 
hökmünə  əsasən  iğtiĢaĢçıları  ələ  keçirmək  üçün  VarĢapetovun  və  Məhəmmədrza 
Rəsulbəyovun  Maqazinni  küçəsində  yerləĢən  evlərində  axtarıĢ  keçiriblər.  Zira, 
həmən evlərdən yol keçən camaata hədsiz güllə atırlarmıĢ. Ələ keçən adamlardan 
çoxlu  tüfəng  və  tapança  tutulmuĢdur  və  adı  yuxarıda  çəkilən  kapitana  təhvil 
verilmiĢdir. 
Ələ keçənlərin sayı 61 nəfərdir ki, həbsxanada yer olmadığından zindanban 
(?) onları qəbul etməmiĢdir. 
Liman naçalnikinin elanı. Bakı dəniz limanının naçalniki keçən gün təcili 
olaraq  Bakı  qalabəyisinə  elan  edir  ki,  avqustun  24-də  liman  idarəsinin  gözətçisi 
Savili  Muxnatkin  ona  bildirmiĢdir  ki,  Adamovun  Merkuri  və  Milyutinski 
küçələrində  yerləĢən  evinin  balkonundan  həmən  günün  sübh  çağı  saat  altının 
yarısından  tapançadan dörd dəfə  atəĢ açmıĢlar.  Ancaq təsadüfi  xoĢbəxtlikdən  heç 
kimə  zərər  dəyməmiĢdir  və  həmən  gözətçi  göstərib  sübut  edə  bilər  ki,  həmən 
balkondan ona atəĢ açmıĢlar.  AtəĢ edən caniləri üzbəüz durub göstərə də bilər və 
həmən iĢə Ģahid durmaqla da sübuta yetirər. Saat 11-də həmən evin bağlı qapısının 
Ģəbəkəsindən  yol  keçən  müsəlmanlara  iki  dəfə  tüfəng  atmıĢlar.  ġənbə  günü 
avqustun  20-də  həmən  evin  altında  olan  Sergeyev  qardaĢlarının,    Mirzəyansın, 
Parutçiyevin  maqazinlərindən  və  həmçinin  Sasun  iĢrətxanasından  artıq  tüfəng 
atılırdı.  Həmçinin  avqustun  20-də  AfĢarovun  maqazininin  qarĢısında  yerləĢən 
evdən  tüfəng  atılırdı.  AfĢarovun  maqazini  yerləĢən  evin  qarovulçusu  bir  nəfər 
fənərçini qətl etmiĢdir. Liman feldĢeri Laktenov, gözətçi Muxnatkin və dənizçilik 
məktəbinin  kargüzarı  bu  qətlə  Ģəhadət  edə  bilərlər.  Poçt-teleqram  kontorunun 
dalında  yerləĢən  Birjovoy  küçəsində  olan  erməni  evlərindən  atılan  tüfənglərdən 
neçə  nəfər  müsəlman  qətlə  yetirilibdir.  Həmən  evlərdən  qarovulçu  soldatlara  da 
güllə atmıĢlar. Buna görə həmən evlər soldatlar tərəfindən əhatə olunub, ancaq evə 
daxil  olmaq  mümkün  olmadı.  Növbətçi  zabitin  hökmünə  əsasən  qonĢu  evlərin 
balkonundan həmən yerə güllə yağdırılıb, nəticədə 6 nəfər erməni və bir nəfər də 
gürcü qətl edilir. 
Dördüncü  məhəllə  pristavı  Jegintinin  lazımi  yerə  verdiyi  məlumat. 
Avqust ayının 20-də  günortadan beĢ saat keçmiĢ ermənilər öz  yaĢadıqları evlərin 
açıq  pəncərələrindən  və  akoĢkalarından  tüfəng  və  tapança  ilə  küçədən  keçən 
adamlara  atəĢ  açırdılar.  Bu  atıĢma  əsnasında  Morskoy,  Torqovı  küçələrində 
Səfərəliyevin  evi  qarĢısında  bir  rus,  Stanislavski  küçəsində  bir  müsəlman 
faytonçusu  qətl  edilmiĢlər.  Balaxanı  küçəsində  bir  müsəlman  iĢgəncə  ilə 
öldürülmüĢ və Mixaylovski xəstəxanasına gətirilmiĢdir. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə