1
1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən
erməni-müsəlman davasının tarixi
Məmməd Səid Ordubadinin əsəri
Bakı sərvət sahiblərindən Ağa Murtuza Muxtarovun ianəsi ilə nəĢr olundu.
HaĢım bəy Vəzirovun "Səda" mətbəəsində. 1911.
Məmməd Səid Ordubadinin 135 illiyinə həsr olunur.
2
Qafqazın Strateji Tədqiqatlar Ġnstitutu
QAFQAZIN KLASSĠKLƏRĠ
MƏMMƏD SƏĠD ORDUBADĠ
QANLI ĠLLƏR
1905-1906-cı illərdə Qafqazda baĢ verən
erməni-müsəlman davasının tarixi
“Qafqaz”
Bakı – 2007
3
Əsəri ərəb əlifbasından çevirən, sadələĢdirən və çapa hazırlayan
Əkrəm Bağırov,
filologiya elmləri namizədi
Rəyçilər
Mahmud Ġsmayılov
Azərbaycan EA-nın müxbir üzvü
ġamil CəmĢidov
filologiya elmləri doktoru
Məmməd Səid Ordubadi. Qanlı illər.
Bakı, "Qafqaz" nəĢriyyat evi, 2007. - 184 s.
ĠSBN 9952-432-05-4
XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız
Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi
təbəddülatlarından keçmiĢ bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən
dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə "Qanlı "Sənələr" adı ilə yazıb baĢa
çatdırdığı kitab ilk dəfə onun "Tazə həyat" qəzeti vasitəsilə millətin sərvət
sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun
maddi yardımı ilə 1911-ci ildə nəĢr olunmuĢdur.
XX əsrin əvvəllərində baĢ vermiĢ erməni-müsəlman davasının müxtəlif
bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqiĢənin məzmunu və
gediĢi haqqında oxucuda tam təsəvvür yaradır.
Həmin hadisələrin eyni ssenari üzrə yetmiĢ ildən sonra təkrarən baĢ verməsi
sadəlövhcəsinə keçmiĢi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən
nəĢri xalqımızın yaddaĢını oyatmağa, baĢ verənlərdən ibrət dərsi almasına xidmət
edir.
© Bakı, 1991.
© Qafqazın Strateji Tədqiqatları Ġnstitutu
Bakı, Azərbaycan, 2007
© "Qafqaz" nəĢriyyat evi, 2007.
4
ÖN SÖZ
*
Etiraf etməli və acınacaqlı bir haldır ki, biz yetmiĢ il ərzində bu və bu tipli
əsərləri nəĢr etməkdən çəkinmiĢik. QorxmuĢuq ki, bizim "Sovetlər birliyimizin"
möhkəmliyinə xələl gətirə bilər. ÇəkinmiĢik ki, bizim qonşularla olan
dostluğumuzu poza bilər. Öz tarixi keçmiĢimizi - həqiqəti öz xalqımızdan
gizlətməyə çalıĢmıĢıq. Bunun nə kimi nəticələr verə biləcəyini isə düĢünməmiĢik.
Hər halda düĢünənləri də düĢünməməyə məcbur etmiĢik... Görənə "görmə", dinənə
"dinmə", - demiĢik. Nəticə də ki, göz qabağındadır və öz fəaliyyətsizliyimizin acı
meyvələrini bu gün dadmağa məcburuq. Bizə daim tövsiyə olunub ki, öz
qonşularımızın səviyyəsinə enməyək, ehtirasları qızıĢdırmayaq, qaçqına "köçkün"
deyək, onun özünü də gizlədək. Bizə qarĢı yazılanlara etinasızlıq göstərək, öz
yazdıqlarımızı isə yeddi qıfıl arxasında saxlayıb mərmər örtüklü möhtəşəm
binadan çıxmağa qoymayaq, "müqəddəs dostluğumuzu" qoruyaq. QorumuĢuq və
nəticədə bütün dünya xalqları qarĢısında təklənmiĢ, vəhĢi, qaniçən, cəllad, zülmkar
bir xalq kimi tanınmıĢıq. Nə qədər böyük bir səhvə yol verdiyimizi indi anlayırıq.
Görəsən, bütün bunlar bizə dərs oldumu? Görəsən, bu gündən belə ağa "ağ",
qaraya isə "qara" demək üçün biz hansı qüvvə ilə çalıĢmalıyıq? Meyarımız nə
olmalıdır? Yəqin ki, həqiqət! Yalnız və yalnız həqiqət! Tarixi həqiqət! Təkcə belə
bir həqiqətlə silahlanmıĢ xalq öz taleyinə biganə qalmayıb gələcəyini qura bilər.
Belə tarixi həqiqətlərdən biri də 1905-ci il erməni-müsəlman müharibəsidir,
məhz erməni-müsəlman müharibəsi. Çünki min bir hiylə ilə Qafqazda yaĢayan
müsəlman əhalisi arasında parçalanma salmağa çalıĢıb, onların qüvvəsini
zəiflətməklə öz çirkin niyyətlərinə nail olmaq istəyən erməni millətçilərinin
qurbanları yalnız azərbaycanlılar olmurdu.
1905-ci il hadisələri ilə bugünkü günümüzdə baĢ verən münasibətləri
müqayisə etdikdə səbəblərin də, nəticənin də eyni olduğunu görürük. Erməni
millətçilərini çirkin məqsədlərə aparan yol və vasitələr də eynidir. Tarix eynilə
təkrar olunur. Tarixin dərslərindən düzgün nəticə çıxarmayanda isə, tarix onu
yaĢayanlarla sərt danıĢır. Tarix heç bir saxtakarlığı sevmir. Zaman keçdikcə onun
"yağı yağ, ayranı ayranlıq" olur.
1905-ci il erməni-müsəlman müharibəsi haqqında yazılmıĢ "Qanlı sənələr"
əsəri də bu tarixin acı həqiqətlərindən biridir. Görkəmli nasirimiz Məmməd Səid
Ordubadinin qüdrətli qələminin məhsulu olan bu kitab ilk dəfə 1911-ci ildə Bakıda
HaĢım bəy Vəzirovun "Səda" mətbəəsində Bakı milyonçularından Murtuza
Muxtarovun pulu və yardımı ilə əski əlifbada çap olunsa da, sonradan məlum
səbəblər və biganəliyimiz üzündən təkrar nəĢr edilməmiĢ, nəinki geniĢ oxucu
kütləsindən, hətla tədqiqatçılardan da uzaqda saxlanmıĢdır. Bu publisistik əsər öz
bədii dəyərindən çox elmiliyi, tarixiliyi və faktların dəqiq təqdimi, lakonik Ģərhi ilə
*
1991-ci il nəĢrində naməlum səbəblərə görə tirajdan qoparıldığı üçün burada çapını məsləhət bildik.
Dostları ilə paylaş: |