14
əzəmətini aləmlərə bildirmiĢlər. Küçələrdə o tərəf bu tərəfdə qan tökən ermənilər
isə ələ keçən əlsiz-ayaqsız müsəlmanları qırıb-kəsməkdə idilər. Müsəlman övrətləri
o tərəf, bu tərəfdə erməni qorxusundan titrəyib, çocuğunu unudurdu. Fəqət yenə bu
əzəmətli bacılar kiĢilərinə qoĢulub min il bir vətəndə yaĢadıqları erməniləri
himayət edirdilər. Buna Ģahid üç nəfər müsəlman övrətinin əlli nəfər ermənini hifz
etməsidir ki, dörd gün müddətində bunların cümləsini yeməklə doyurmuĢdur.
Razılığı imza edən Qaraxanyans adlı bir ermənidir ki, məktubu yazı stolunun
üstündə əmanət saxlanmıĢdır. YaĢasın ismətli və mürüvvətli analarım. YaĢayıb da
insaflı çocuqlar tərbiyə etsinlər. Fevralın səkkizi gecəsi məmuriyyət və Ģöhrətlə
məĢhur olan Bakı Ģəhəri cəhənnəmə çevrilib bir tərəfdən bombaların partlaması,
digər tərəfdən uca və ali imarətlərin yanıb vulkanlara bənzəməsi, bir tərəfdən neft
zavodlarının, budkaların yanğısından səmaya qalxan alovlar insanı çaĢdırıb
qoyurdu. Bu gecə, hər tərəfdən mühafizəçi qoĢun dəstələri götürülüb Ģəhər
mühafizəsiz qalmıĢdı. ġəhər içində qarətçilər və bir də xələflərinin bihudə qana
qərq olmalarını görüb axirətdən Bakı Ģəhərinə tökülmüĢ ruhlar idilər ki, bizim belə
halımızı görüb lənət oxuya-oxuya yerlərinə qayıtmaq arzusunda idilər. Bu gecə
vəhĢilər qətl-qarətə əl açıb bir çox müəssisələr və fabrikaları yandırıb dağıtdılar.
Ən baĢlıca qarət Tsitsiyanovski və Qubernski küçələrində baĢlanıb hər iki tərəfə
böyük xəsarətlər yetirildi. Fevralın səkkizində hər tərəfdə qətl-qarət davam edirdi.
Necə ki, Mirzə Aramyansın maqazininin əĢyaları qarətçilərdən alınıb arabalarla
polis idarəsində mühafizə olunmaq üçün aparılırdı. Saat ona yaxın Suraxanski,
Voronsovski küçələrində Aslanovun evinə tökülüb üç-dörd ev dağıdıb talan etmək
istədilərsə də, mühafizəçilər tərəfindən mane və müdafiə edildi. Yuxarıda qeyd
edilmiĢ küçələrin küncündə və bulvarlarda qarət tam Ģiddətlə davam edirdi. Gecə
qaranlıq düĢdükdə həmən evləri qarətdən sonra yandırmağa baĢlasalar da,
qorodovoylar sandığı atəĢli halda aĢağı atıb söndürürlər. Bu vaxt Suraxanski
küçəsində bir müsəlmanın evi faciəli surətdə qarət olunur və yandırılır.
Bu islam evi ermənilərlə dolu olub ki, hamısı qətl-qarətlə məĢğul imiĢlər.
Bu barədə dördüncü sahənin pristavı lazımi yerinə mümkün olan məlumatı
vermiĢdir.
Ermənilər isə bu tərəflərdə müsəlmanları Ģiddətli surətdə bombardman
edirdilər. Bu halətə heç kəs davam gətirə bilmirdi. Necə ki, bütün qoĢun dəstələri
də atəĢin Ģiddətindən davam gətirə bilməyib hamısı qaçmağa üz qoydu.
AtıĢma getdikcə daha da artdığından iki nəfər müsəlman məzlum surətdə
qətl edildilər. Həmin bu vaxtda pristavlar polismeysterin tərəfindən məmur olub
Dağıstan polkunun bir dəstəsi ilə yanğın komandasına köməkdə bulunacaq idi.
Yanğın dəstəsi təĢəbbüsdə bir az təxir etdiyindən dördüncü sahənin pristavı bir
dəstə qoĢun götürüb Aslanovun evinin həyətinə daxil olur. Pristav və qoĢun əhli
evə daxil olar-olmaz naməlum Ģəxslər tərəfindən ev Ģiddətlə atəĢə tutulur. Pristav
cənabları heç bir tədbir görmədən qoĢun dəstəsini götürüb öz yerinə qayıtmağa
məcbur olur. Qaranlıq düĢdüyündən fərq qoyulmadan erməni və müsəlman əmlakı
15
və əĢyası ya qarət və talan olunur, ya da yandırılırdı. Bu gün Bakının halı elə
təhlükəli, elə qarıĢıq idi ki, atıĢmanın, yanan imarətlərin, alovun Ģiddətli təsirindən
öldürülmüĢləri heç bir tərəfdən yığmaq, yaralıları azarxanaya aparmaq mümkün
deyildi.
Bu növ ilə Bakının hər tərəfində Ģiddətli qətl-qarət və atıĢma baĢlanıb ayın
10-a qədər ardı-arası kəsilmədən cinayətlər baĢ verirdi. Balaxanıda neft
zavodlarında iğtiĢaĢ hökmfərma olub yanğı əməli də Ģiddət tapmaqda idi. Ancaq
Balaxanıda iğtiĢaĢda iĢtirak edən bir çox ermənilər olub, bir çox da müsəlman
fəhlələri hərbə, qətl-qarətə baĢlamaq istərdilər. Fəqət, müsəlman baĢçıları iğtiĢaĢın
qabağını alıb, erməniləri və sair millətdən olan fəhlələri hifz və himayə edər idi.
Müsəlmanların bu insaflı rəftarından razılığa dair bir çox məktublar əlimizə
gəlib çatsa da, bunların cümləsini Rono cəmiyyətinin fəhlələrindən gələn razılıq
məktubları bir daha təsdiq edir. Bu fəhlələri mühafizə edən zatların bir neçəsinin
isimləri aĢağıda yazılır: Hacı Nəcəfqulu Ġbrahimov, Ağa Sultanəli HaĢımov,
Əbdüləli Babayev, Hacıyev qardaĢları, MəĢədi Qulu Ağaməhəmməd oğlu, MəĢədi
Ağahüseyn Molla Həsən oğlu, Hacı Fətəli Ağaəli oğlu və baĢqalarıdır ki, hamısının
adları qaralamada qeyd olunub. Razılıq məktubunu imza edən, ümumən, Rono
cəmiyyətinin fəhlələridir. Əlimizə çatan məlumatlara əsasən müsəlmanlar Bakıda
erməniləri mühafizə etməsəydi, üç minə qədər erməninin qana qəltan olması yəqin
idi.
Müharibə fevralın 6-dan 10-na qədər tam Ģiddətlə davam etdiyindən erməni
və müsəlmandan tələfat min nəfər olmasa da, mal və zəruri əmlaka dəyən zərər
milyonları keçməkdə idi. Hökumət bu mərəkələri sakitləĢdirməyə çıxdısa da, elə
bir ciddi iĢ görmədiyi hamımıza məlum və aydındır.
Bakıda olan bütün əhvalatı bu yerə, yəni bu səhifələrə çıxarmağa gücüm
çatsa da, hər iki milləti belə vəhĢi hərəkətlərdən xəbərdar etməmək niyyəti ilə
bundan artıq məlumat verməyi lazım bilmədim.
Yuxarıda verilmiĢ məlumatlardan anlaĢılır ki, ermənilər büsbütün Bakıda
məğlub olub fəlakətə uğramıĢlar. Digər tərəfdən ermənilərin əvvəlki təĢəbbüs və
tədarüklərinə baxdıqda belə məğlubiyyətə insan son dərəcə təəccüb qalır.
Zənnimcə, həmin bu məğlubiyyətə ermənilərin özləri səbəb olmuĢlar. Belə ki,
müharibədən qabaq bir sıra xırda-para iĢlərlə müsəlmanları duyuq salıb özlərinin
nə xəyalda olduğunu da layiqincə islamlara bildirdilər. Müsəlmanlar da ermənilərin
bu fikrini baĢa düĢüb özlərinin mühafizəsi qayğısına qalıblar...
Hərgah ermənilər bu müharibəni müsəlmanların xəbərsizliyi əsnasında
açmıĢ olsaydılar, o vaxt müsəlmanlara min yox, on minlərlə tələfat verə bilərdilər.
Ancaq burasını da deyək ki, Bakı müsəlmanları ciddiyyətlə iğtiĢaĢda iĢtirak
etməyərək, düĢdükcə mühafizəçi olurdular. Bunları isbat üçün bir çox məktublar
vardır. Amma yuxarıda bir neçə yerdə məlumat verdiyimizdən, burada təkrara
lüzum görülmədi. Ümid ki, bundan sonra bu iki millətin bir-birinə məhəbbət və
sədaqətindən baĢqa bir xəyalı qalmamıĢdır.
Dostları ilə paylaş: |