1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə39/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

80 
 
ġiddətli atıĢma günortaya  qədər davam etdi. Fəqət, tərəflər açıq surətdə bir-birinə 
hücum etməyib ancaq sığınacaqlar arxasından niĢana alırdılar. 
AtıĢmanın  səbəbi  və  hansı  tərəfdən  baĢlandığı  bir  kəsə  məlum  və  aydın 
deyildi.  Saat  12-yə  yaxın  dəstələr  Qalavinski  prospektində  yerləĢən  Kursinin  və 
Nikolayevski  küçəsində  Ter-Sarkisovun  silah  mağazalarını  sındırıb,  içində  olan   
bütün  silahları  qarət  etdilər.  Bu  vaxt  qoĢun  gəldi,  atıĢma  sakit  olar-olmaz  sülh  və 
barıĢıq üzrə komissiya üzvləri ilə bərabər Ģəhər rəisi, hər iki millətin ruhaniləri və 
savadlı arif adamları Alavara gedib həm erməni, həm də müsəlman camaatını sakit 
etməyə baĢladılar. Müsəlmanlar ermənilərdən Ģikayət edib ən əvvəl müsəlmanlara 
Alavardan  güllə  atıldığını  bəyan  etdilər.  Ermənilər  isə  "müsəlman  tərəfindən 
atılmıĢ" deyə Ģikayət etməkdə idilər. 
Hər  iki  tərəfdə  sınmıĢ  ĢüĢələrin  və  atılmıĢ  güllələrin  niĢanələri  qalırdı. 
Gündüz saat üçdə dəmiryol iĢçiləri tətil edib sülh üçün mitinq keçirdilər. 
Mitinqin  təfsilatı.  1905-ci  ilin  21  noyabrında  gündüz  saat  üçdə  dəmiryol 
iĢçiləri  tətil  edib,  sosial-demokrat  partiyası  rəhbərliyi  ilə  ağ  bayraqlar  qaldırıb 
Naxalovkadan  Ağçal  küçəsilə  müsəlman  hissəsinə  tərəf  rəvan  oldular.  Onların 
məqsədi iki milləti barıĢdırmaq idi. Kütlə Voronsovun abidə və heykəlinin yanında 
general-mayor  Rılski  tərəfindən  dayandırıldı.  Bu  mitinq  və  hərəkətin  nəticələrini 
fikirləĢərək  dağılmalarını  tövsiyə  etdi.  Bununla  bərabər  bu  böyük  kütlə  öz 
müqəddəs  niyyətlərini  birbəbir  deməkdən  ötrü  Qafqaz  caniĢini  Voronsov-DaĢkov 
həzrətlərindən izn istədilər. Cənab caniĢin isə izn verib müqəddəs niyyətli ictimai 
hərəkat iĢtirakçılarını Ģad etdi. 
Bundan  sonra  dəstələr  hərəkətə  baĢlayıb  Voronsov  meydanından  Soldat 
bazarına və erməni bazarları ilə ġeytan bazara, Qarpız meydanına tərəf yollandılar. 
Bu  dəstələrin  qabağında  Tiflis  qubernatoru  RauĢ  Fon-ter  Aunberq  gedirdi. 
Dəstə  getdikcə  çoxalırdı.  Qarpız  meydanında  natiqlər  nitqlər  söyləyərək  hər  iki 
tərəfi  sülhə  çağırırdılar.  Natiqlərin  bir  neçəsi  "bu  iğtiĢaĢa  səbəb  camaatı  buna 
təĢviq edənlərdir" - deyib nitqlər söyləyirdilər. Qubernator isə bu bəyənatın əsassız 
olduğunu  açıq  və  adi  bir  nitqlə  camaata  izhar  etdi.  Nəhayət  ki,  ermənilərlə 
müsəlmanları barıĢdırdılar. 
ĠğtiĢaĢa  dair  xəbərlər.  ĠğtiĢaĢın  ilk  günlərində  Mixaylov  xəstəxanasının 
morquna  12  meyit  gətirildi.  Onların  biri  erməni  övrəti,  digəri  erməni  kiĢisi,  10 
nəfər  isə  islam  Ģəhidləri  idi.  Birinin  isə  Ģəxsiyyəti  məlum  deyildi.  Cərrahiyyə 
əməliyyatına  buraxılanlar  isə  on  iki  nəfər  olub  üç  nəfəri  erməni,  beĢ  nəfəri 
müsəlman, dörd nəfəri isə gürcü idi. Mixaylov xəstəxanasında müalicədə bulunan 
Ģəxslərin adları məlum olsa da, adlarının deyilməsi məsləhət görülmədi. 
1905-ci il 24 noyabr hadisələri. Noyabrın 24-də atıĢma təkrar baĢlanıb hər 
tərəfdən  bir  çox  tələfatlar  verildi.  Bu  atıĢmada  Mixaylov  xəstəxanasına  gətirilən 
yaralılar  bunlardır:  13  nəfər  erməni,  2  nəfər  müsəlman.  Bunlardan  baĢqa,  hərbi 
xəstəxanaya gətirilmiĢlər bunlardır: erməni və müsəlmandan 6 nəfər. Noyabrın 25-


81 
 
də  Mixaylov  xəstəxanasına  ArĢaq  Qarapetovla  Əziz  oğlu  və  dörd  nəfər  erməni 
cəsədi gətirdilər. O günlərdə Mirzə Axundovun baqqal dükanı qarət edildi. 
29  noyabr  xəbərləri.  Bu  gün  bağırsaq  zavodunun  sahibi  Sərkis  iki  nəfər 
silahlı  erməni  göndərib  müsəlman  qonĢusunun  bağırsaq  zavodunu
*
  yandırtdırır. 
Bunu  görən  və  eĢidən  maarifpərvər  gürcülər  Sərkisə  həmin  zavodu  tikdirib 
sahibinə  qaytarmasını,  əks  halda  zor  gücü  ilə  tikdirəcəklərini  dəxi  bəyan  edirlər. 
Bu  tövr  ilə  Tiflis  iğtiĢaĢlarına  son  qoyuldu.  Ara-sıra  xırda-para  hadisələr  baĢ 
verdisə də, hərəkata dəxli olmadığından Ģərhi lazım görülmədi. 
Hadisələrin icmalı. 1905-ci il. Tiflisdə ermənilərlə müsəlmanlar arasındakı 
vuruĢmaya  20  noyabrda  təĢəbbüs  göstərilmiĢdir.  Müharibənin  səbəbi  bizə  məlum 
deyilsə  də,  ermənilərin  (məqsədi)  hər  tərəfdən  Tiflisə  yığılıb  müsəlmanların 
qüvvələrini əksik görüb onları pəriĢan etmək istəmələridir. 
Müharibə  zamanı  bir  neçə  erməni  mağazaları  qarət  olundu.  Müsəlmandan 
isə  Sərkis  adlı  erməninin  təhriki  ilə  bir  bağırsaq  zavodu  yandırılıb,  bir  baqqal 
dükanı qarət edildi. Müharibə Ģəhərin 6, 7 bəzən 5, 8-ci sahələrində baĢ verib bir 
çox atıĢmadan sonra erməniləri son dərəcə zəif saldı. Demək ki, müharibə noyabrın 
20-dən baĢlayıb 29-na kimi davam etdi. 
Bu  müharibələrdə  24  nəfər  erməni  qətl  olunmuĢ  və  bir  bu  qədər  də 
yaralanmıĢdı.  Müsəlmanlardan  isə  15  qətl  və  yaralı  olmuĢdur.  Sosial-demokrat 
partiyası tərəfindən sülh bərpa olunub müharibəyə son qoyulmuĢdur. 
 
NOYABRIN 28-DƏ BAġLAMIġ ERMƏNĠ-MÜSƏLMAN HADĠSƏLƏRĠ 
 
QAZAX UYEZDĠ 
 
Qazax uyezdinin əvvəlinci sahəsində erməni və müsəlman kəndlərinin - bir-
birinə qonĢu olan kəndlilərin halına baxdıqda müsəlmanlar son dərəcə imkansız və 
zəif kəndlərdən ibarət idi. 
Buna  görə  də  müsəlmanlar  ermənilərin  rəftarını  baĢqa  tərzdə  görüb 
əvvəlcədən  daĢınıb  güclü  olan  müsəlman  kəndlərinə  yerləĢmiĢdilər.  Həmən 
kəndlər Sofulu, Çaxmaqlı və sair kəndlərdən ibarət idi. KöçmüĢ islam kəndlərinin 
yurdlarını sahibsiz  görmüĢ erməni qonĢular  yuxarıda  adları  çəkilən kəndləri talan 
və  yəğma  edərək  yandırıb,  kəndlərin  mühafizəsinə  qoyulmuĢ  bir  neçə  adamı  da 
qətl  və  əsir  alırlar.  Bu  ağrılı  xəbəri  almıĢ  islam  köylüləri  dəxi  tab  gətirməyərək 
camaatı köçmüĢ Pipis adlı erməni kəndini yandırırlar. Bu hadisələr ardınca 1906-cı 
il  yanvarın  22-nə  təsadüf  edən  qurban  bayramında  Qızılhacılı  camaatı  bayram 
namazının  ədası  ilə  qurban  kəsdikləri  vaxt  erməni  dəstələri  tökülüb  kəndi 
                                                           
*
  Hərçənd  ki,  bu  iğtiĢaĢlarda  hər  tərəf  bir-birinə  daha  çox  zərər  vurmağa  çalıĢırdı,  amma  Sərkis 
cənablarının öz qonĢusunun zavodunu yandırması həmkarlıq ədavətinə əsaslanırdı. Bu isə həmiĢə baĢ 
verən bir əməl olmuĢdur. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə