3
4-10 may 2017-ci il
...Və bu gözlərə nəzər saldıqca,
düşüncələrimdə qor kimi közərən
cümlələr də yol götürüb gedir...
� � � � �
Hə, əzizlərim!..
Bu dünyada, bəlkə də, hər şey
adicə bir heyrətdən başlanır və
sonra Böyük Heyrətə çevrilir.
İndiki dünyamızın özü elə bir
heyrət hissinin nəticəsi deyilmi?!
HEYRƏT - təbiətin sirləri haqqın-
da saysız-hesabsız maraqlarının
ardınca düşən insanın misilsiz ix-
tiralarına, kəşflərinə doğru aparan
yoldur, zəngin mədəniyyətlərin,
böyük sivilizasiyaların başlanğıc
nöqtəsidir.
HEYRƏT - insanın öyrənmək
istəyidir, bilmək ehtiyacıdır, şüu-
run, düşüncənin ətraf aləmlə ilk
tanışlıq anıdır.
Ulu öndər Heydər Əliyevin - öz
ömürlüyü ilə böyük bir tarix
yaratmış bu dahi şəxsiyyətin
uşaqlıq dövrünün fotosu yenə
gözlərim qarşısındadır. Onun
çöhrəsindəki ifadə fotoaparata
baxan körpələrin heyrətinə bən-
zəmir əsla, o, fotoobyektivə yox,
bütünlüklə dünyaya baxır.
Baxın, O, bu təlatümlü, qarmaqa-
rışıq dünyaya öz heyrətini necə
də gizlədə bilmirdi...
� � � � �
Bu şəklin çəkildiyi həmin an qo-
caman tarixin hansı vədəsidir,
görəsən?!
Düşüncələrimə güc verib, xatırla-
mağa çalışıram.
Amma zamanın nə dəxli var ki,
əsas olan bu heyrətin varlığıdır...
...Əsr o qədər də yaxşı başlanma-
yıb, dünya hələ də Birinci Dünya
müharibəsinin sarsıntıları içində-
dir. Üstəlik, yeni təlatümlər bitib
tükənmir və bu təlatümlərin ən
sərt rüzgarları keçmiş imperiya-
nın ucqarlarında əsir.
Bolşeviklər çar Nikolayı yenicə
taxtdan salıblar, inqilabın dağıt-
dıqlarını yenidən qurub-yaratmaq
hələ uzun çəkəcək. İctimai düşün-
cə yerlə-yeksandır. Adamların bu
gündən sabaha ümidi yoxdur.
Vəziyyət o həddə çatıb ki, keçmiş
çar imperiyasının Azərbaycan-
dan uzaq ayrı-ayrı əyalətlərində
adamlar aclıqdan ölməməyin əla-
cındadır.
Silahlı erməni daşnaklarının bir
neçə il əvvəlki fürsətdən yararla-
nıb Azərbaycanın müxtəlif böl-
gələrində soyqırıma məruz qoy-
duqları, min bir sitəm etdikləri
Azərbaycan ailələrinin yaraları
qaysaq bağlamayıb...
Hələ qabaqda repressiya dalğa-
sı var, bu dalğanın Azərbaycanın
ictimai fikir tarixinə vuracağı dəh-
şətli zərbələr var, hələ qabaqda
İkinci Dünya müharibəsinin mü-
dhiş acıları var, bu müharibənin
Azərbaycan ailələrinə yaşadacağı
faciələr, aclıq, məhrumiyyət, min
bir əziyyətlər var...
Heydər Əliyevin uşaqlıq şəklindən
heyrətlə baxdığı dünyanın qurşun
kimi ağır havasına dövrün sərt tu-
fanları qarışıb, param-parça olmuş
insan taleləri uçuşur bu havada, za-
man öz ağırlığı ilə ömürləri, ümid-
ləri, xoşbəxtlikləri əzib keçir...
Və Heydər Əliyev belə bir dünya-
ya heyrətlə baxır, baxırdı...
Bəlkə həyatının ilk böyük sualla-
rıdır onu heyrətləndirən, kim bi-
lir, bəlkə o vaxt bu şəkli çəkmiş
üçayaq fotoaparatın alovundan
gələcəyə düşən işıqdır, bu balaca
işıqda gözlərinə görünən böyük
missiyadır?!..
Tarixi missiyalar da elə bir anlıq
heyrətdən başlamırmı?!
...Və Heydər Əliyevin düşüncələ-
rimi ovsunlayan o uşaqlıq foto-
sunun sirri yavaş-yavaş açılır,
deyəsən...
O, bu dünyada nələr gördü və
nələri görəcəkdi?!
O, nəyə və niyə heyrət edirdi, özü
nələrlə heyrətləndirəcəkdi?!
Bu tarixi yaradan fotoqraf kimmiş-
sə, özü də bilmədən, o çöhrədəki
HEYRƏTDƏ böyük bir xalqın ta-
rixini dəyişəcək aydın, işıqlı yolun
şəklini çəkirmiş...
� � � � �
Bu yol dünyaya heyrətli baxış-
larla başlanmışdı, böyüyüb yaşa
dolduqca Tanrının Heydər Əli-
yevin həyatına və onun şəxsində
Azərbaycan tarixinin böyük bir
dönəminə verdiyi heyrətamiz ni-
zamlarla, bəzən kəskin dönüşlərlə
davam etdi.
TALE ona yüksək rəssamlıq is-
tedadı bəxş etmişdi, üstəlik, orta
təhsilinin son pillələrinə doğru
gələcək peşə-sənət yolunu müəy-
yən etməyə başlayanda böyük
qardaşı artıq Azərbaycanın yenicə
tanınmağa başlayan gənc rəssam-
larından idi. Əgər bu marağın ar-
dınca getsəydi, şəksiz ki, Heydər
Əliyev də zəmanəsinin adlı-sanlı
rəssamlarından olardı.
TANRI yüksək sənət talantını da
ondan əsirgəməmişdi, yeniyetmə
ikən Naxçıvandakı dram dərnəyi-
nin fəal üzvü kimi teatr səhnəsin-
dəki uğurlarına təəccübü gizlədə
bilmirdilər.
Onu Naxçıvan Pedaqoji Texniku-
munun tələbəsi edən HƏYAT
Heydər Əliyevin taleyində bu sa-
həyə doğru bir yol müəyyənləş-
dirmişdi. O zəka, o məsuliyyət,
məşğul olduğu işə o sevgi ilə Hey-
dər Əliyev çox uğurlu bir müəl-
lim, yaxud görkəmli bir Azərbay-
can alimi olacaqdı.
Azərbaycan Sənaye İnstitutunda yi
yə lənməyə başladığı memarlıq sənə
ti də dövrün ən yüksək perspektivli
sənətlərindən sayılırdı. Əgər həyatını
memar kimi davam etdirsəydi, Azər
baycanın ötən əsrdə yetirdiyi ən məş
hur memarların ilk sırasında, yəqin
ki, Heydər Əliyevin də adı gələcəkdi,
Azərbaycanın çağdaş memarlıq ta
rixinin zirvəsində qərar tutan əsərlər
cərgəsində Heydər Əliyevin ucaltdığı
binalar da görünəcəkdi.
Amma yenə HEYRƏT!..
TALE, bu dəfə də, onun həyat
yollarında öz təshihlərini edərək,
Heydər Əliyevi yolların ən çəti-
ninə səmtləndirdi. O, gənc çekist
kimi xüsusi xidmət orqanlarında
fəaliyyətə başladı, kiçik bir vəzifə
ilə daxil olduğu bu sistemdə təd-
ricən irəlilədi, çiynindəki paqon-
larda ulduzların sayı artdı və bu
ulduzların parıltısı da böyüdü.
Bu yolda Heydər Əliyevin uğur-
ları qədər qarşısına çıxan əngəllər
də çox oldu, onun peşəkarlıqdan
doğan imkanlarını, əzmkarlığını,
məqsədyönlülüyünü, liderlik xü-
susiyyətlərini gözü götürməyən-
lər tapıldı.
Amma qəribədir ki, bu məqamların
hər birində sanki hansısa fövqəl bir
qüvvə Heydər Əliyevi qorudu, onu
üzləşdiyi bütün sınaqlardan daha
da güclü çıxardı, tarixin çox az hal-
larda yetirdiyi bu işıqlı şəxsiyyəti
Azərbaycan dövlətinin, xalqının
gələcəyi üçün mühafizə etdi.
Bütün bunların özü də bir insanın
ömürlüyündəki HEYRƏT dolu
anlar deyilmi?!
� � � � �
Əgər böyük şəxsiyyətlərdən və
onların yerinə yetirdikləri missi-
yalardan bəhs ediriksə, gərək ra-
zılaşaq ki, tarixdə bu insanların
yerinə başqasını qoymaq müm-
künsüzdür.
Çünki şəxsiyyətləri yetirən, on-
ların missiyalarını müəyyənləş-
dirən zamandır, mühitdir, insan-
lardan fərqli olaraq bu amilləri
dəyişmək, başqası ilə əvəz etmək-
sə, hətta xəyali də olsa, alınmaz...
HEYDƏR ƏLİYEV öz zəmanəsi-
nin yetişdirdiyi böyük dövlət adamı
idi.
Heydər Əliyev fenomeninin yaranma
sından ötrü, Azərbaycanın milli döv
lətçilik tarixində onun dövrü kimi xatırla
nan intibah mərhələsinin başlanmasından
ötrü bir neçə vacib istiqamət heyrətamiz
şəkildə üstüstə düşürdü.
Sovet dövründə Heydər Əliyevə
qədər Azərbaycana rəhbərlik etmiş
azərbaycanlı rəhbərlərdən heç biri-
nin siyasi taleyində zaman, şəxsiy-
yət və missiyanın bu qədər uzlaş-
masını, ahəngini görə bilməzsən.
Ötən əsrin 60cı illərində müharibə
dən yenicə çıxmış SSRİnin mühüm
regionlarından biri kimi Azərbaycanı,
bu respublikanın axsayan iqtisadiy
yatını dirçəltmək lazım gəlirdi. Azər
baycan yeni bir yolun başlanğıcında
idi. İkinci istiqaməti seçib irəli apar-
maq xalqına, milli dəyərlərinə sevgi-
dən savayı, yüksək liderlik qabiliy-
yəti, qətiyyət, əzmkarlıq, güzəştsiz
idarəçilik istedadı və eyni zamanda,
ziyalılıq, müdriklik tələb edirdi.
Bütün bunlardan əlavə, dünyada və
keçmiş sovetlər məkanında müəy-
yən dəyişikliklər, nisbətən yum-
şalmalar da baş verməli idi ki, milli
məsələlərin inkişafından, cəmiyyət-
də haqq-ədalətin öz yerini tutması
üçün atdığın səs-küylü addımlardan
dolayı üzərinə yönələn təzyiq və təh-
didlərdən də özünü qoruya biləsən.
Belə bir məqamda məhz HEYDƏR
ƏLİYEV öz şəxsiyyəti, ideoloji
baxışları, işə münasibəti, qətiy-
yəti, peşəkarlığı ilə bütün zəruri
istiqamətləri zərgər dəqiqliyi ilə
tamamlayan ümummilli lider ob-
razı kimi tarix səhnəsinə çıxdı.
� � � � �
Bundan sonrasında isə yenə HEY-
RƏT başlanır...
Ölkənin geridə qalmış sosialiqtisadi
həyatını qısa zamanda nizama sal
maq, bütün fəaliyyət sahələrinə dəmir
intizam gətirmək, cəmiyyətdə haqqə
daləti bərqərar etmək, insanlarda sa
baha inam yaradıb bu inamın gücü ilə
Azərbaycanı bütün ittifaq məkanında
qabaqcıllar cərgəsinə yetirməkdən ötrü
Heydər Əliyevin heyrətamiz liderlik
bacarığına sahib olmaq lazım idi.
Ötən əsrin 50-ci illərinin ortaları-
na qədər gərgin psixoloji sarsıntı-
lar yaşamış, repressiya xofundan
illərlə özünə qapanıb öz içinə çə-
kilmiş cəmiyyətdə milli şüurun
oyanışına nail olmağı, ana dilimizi
dirçəltməyi, bu xalqın əsrlər boyu
yetişdirdiyi tarixi şəxsiyyətlərə,
vətən tarixinə, ədəbiyyatına, mə-
dəniyyətinə, elminə, milli-mənəvi
dəyərlərinə sahib çıxmağı, xalqın
azadlıq ruhunun daşıyıcısı olan
ziyalıları repressiya maşınından
qorumağı, onların fəaliyyətini is-
tiqamətləndirməyi ancaq Heydər
Əliyev bacarardı.
Mərkəzin min bir maneələrinə
baxmayaraq, Azərbaycanın in-
kişafı ilə bağlı böyük proqram-
ların qəbul etdirilməsi, ölkənin
gələcəyi üçün milli kadr poten-
sialının formalaşdırılması, mə-
dəniyyət diplomatiyasının gücü
ilə Azərbaycanın dünyada tanı-
dılması, cəmiyyətin tədricən, ad-
dım-addım müstəqil həyata ha-
zırlanması və indiyə qədər bütün
bu sadaladıqlarımın bir-birinə
paralel, bir-biri ilə həmahəng
həyata keçirilməsi kimi çətin bir
missiyanın mərkəzində də Hey-
dər Əliyevdən savayı başqa bir
LİDERİ təsəvvür edə bilmirsən.
Moskvada çalışmağa başlayarkən, hə
min illərdə xarici mətbuatın da yaz
dığı kimi, Heydər Əliyevin şəxsində
Kremldə parlayan türk ulduzu tarixi
heyrətləndirmişdi.
Keçmiş imperiyanın ucqar bir şə-
hə rində, sadə əməkçi ailəsində
dünyaya gəlmiş insanın, üstəlik
Azər baycan türkünün, İslam üm-
mətinin köməksiz, dəstəksiz, yalnız
zəkasının gücü ilə addım-addım
irəliləyərək SSRİ boyda uc suz-
bucaqsız nəhəng imperiyanın əsas
rəhbərlərindən olması nümu nəsini
türk və İslam dünyası tarixində ye-
ganə olaraq, yəqin ki, ancaq Hey-
dər Əliyev yarada bilərdi.
� � � � �
Ötən əsrin 70ci illərində Azərbaycanın
taleyi digər şəxslərin əlində olardısa,
baş verəcəkləri təsəvvürünə gətirməyə
çalışırsan. 1987ci ildə dünya ermənilə
rinin əli ilə və keçmiş ittifaq rəhbərliyi
nin, xüsusilə də Qorbaçov kimilərinin
qısqanclığı ucbatından vəzifəsindən
uzaqlaşdırılandan, respublikaya təsir
imkanları məhdudlaşdırılandan sonra
Azərbaycanın başına gətirilən fəlakət
lər, Dağlıq Qarabağ düyünü daş kimi
adamın ürəyindən asılır.
Müstəqilliyin ilk illərində üzləş-
diyimiz faciələr, çətinliklər, ya-
şadığımız ictimai sarsıntılar gəlir
adamın gözünün önünə.
Real vətəndaş müharibəsi, par-
çalanma təhlükəsi ilə üz-üzə qal-
mış, ucqarlarında düşmənlə savaş,
mərkəzində isə hakimiyyət uğrun-
da dartışmalar gedən kövrək bir
Vətənin yaşadıqları düşür yadına.
İndiki dünyamızın mü səlman ölkələ
rində çağdaş səlib yürüşləri nin törət
diyi fəlakətləri izlədikcə, dünyaları
əllərindən alınmış körpələrin gözlə
rindəki kədərinə, anaların göz yaşla
rına, bombalardan canını qurtarmaq
is tə yərkən, dənizlərdə qərq olan zavallı
müha cirlərin mü sibətinə şa hid olduq ca
taleyin 1993cü ildə Azərbayca nı Hey-
dər Əliyevin əli ilə nə qədər böyük fə
lakətdən hifz etdiyinə əmin olursan.
Və yenə heyrətlənirsən!..
Birdən o həlledici məqamda Hey-
dər Əliyev olmasaydı?..
Bəs, onda Azərbaycan indiki gün-
lərinə gəlib çıxa biləcəkdimi?!
Bəs, bütün ömrü boyu sovet siste
mində çalışmış dövlət xadiminin si
yasi hakimiyyətə qayıdışından sonra
müstəqil dövlətin gələcəyini, inkişaf
istiqamətlərini bu qədər aydınlıqla
təsəvvür edə bilməsi, cəmiyyətdə de
mokratik dəyərlərin bərqərar olmasın
dan ötrü apardığı islahatlar, həyata
keçirdiyi hüquqi dövlət quruculuğu
prosesləri, azad bazar iqtisadiyyatı
yolunda qısa müddətə ölkəyə qazan
dırdığı böyük nailiyyətlər?!
İndi Siz deyin, bunların hərəsi
bir HEYRƏT nümunəsi deyilmi?!
***
Heydər Əliyev dünyanın bütün
kamil insanları kimi ömrü boyu
zora, silaha deyil, ağla, zəkaya bel
bağlamağı təlqin edirdi, kamalın
zor üzərində üstünlüyünü dövlət
rəhbəri kimi şəxsi nümunəsində
bütün dünyaya sərgiləyirdi, döv-
lətə silah çəkənlərin üstünə hə-
mişə ağlı, müdrikliyi ilə gedirdi və
hər dəfəsində də qələbə qazanırdı.
Lider üçün gərək olan bütün xüsusiy
yətlərin onun şəxsiyyətində birbirini
uğurla tamamlamasının özü də Tan
rının bir möcüzəsi idi...
Uca və şux qamət, yaraşıqlı sima,
sağlam bədən və ruh, mahir natiq-
lik qabiliyyəti, dərin zəka, əhatəli
biliklər, öyrənmək həvəsi, məqsəd-
yönlülük, kübar davranışlar, yük-
sək zövq. Bunların hansısa biri
olmasaydı, Heydər Əliyevin tarix-
dəki obrazı natamam qalardı bəlkə,
amma bu xüsusiyyətlərin hər biri bu
böyük dövlət adamının şəxsiyyətin-
də bir-birini incəliklə tamamlayırdı.
Bir də uzaqgörənlik!..
HEYDƏR ƏLİYEV XXI əsrin or
talarına doğru dünyada hansı külək
lərin əsəcəyini, yer üzünün hansı
gərginliklərlə üzüzə qalacağını ay
dın bəsirəti ilə irəlicədən görürdü və
bilirdi ki, belə laübalı bir dünyada
Azərbaycanı ancaq onun siyasi xət
tinə sadiq qalan, qurucu Atanın yetiri
olan qətiyyətli lider qoruyaraq inkişaf
etdirə bilər.
2003-cü ildə ulu öndərin Azərbay-
can Respublikasının Prezidenti
cənab İLHAM ƏLİYEVİ nəzərdə
tu taraq söylədiyi “MƏN ONA
ÖZÜM QƏDƏR İNANIRAM!..”
əminliyi ATANIN öz ÖVLADI-
NA olan inamı ilə bərabər, həm
də Azərbaycanın bugünkü qüd-
rətli günləri ilə bağlı aydın təsəv-
vürlərdən irəli gələn bir xatircəm-
lik idi...
Heydər Əliyev xoşbəxt ATA idi -
çünki bu gün öz xoş əməlləri ilə
onun inamını doğruldan, üzünü
ağ edən saleh övladları var, arzu-
larındakı Azərbaycanı qurub ya-
radan, Vətəni tarixinin ən qüdrətli
çağlarına yetirən, Heydər Əliyev
missiyasını yaşadan və davam et-
dirən Prezident İlham Əliyev var!..
...Və bu məfkurəni indi layiqin-
cə yaşadan, ailə ocağının qoşa
qanad kimi cəfakeş qoruyucusu
Mehriban xanım Əliyevanın mil-
yonlar tərəfindən sevilməsi, qə-
bul olunması ulu öndərin cənnət-
məkan RUHUNA, həm də əbədi
rahatlıq bəxş edir...
Heydər Əliyev uğurlu dövlət ada-
mı idi - bir liderin öz xalqının milli
dövlətçilik tarixində görə biləcəyi
bütün nəcib işləri yerinə yetirmiş-
di çünki. Öz missiyası ilə tarixin ən
yüksək ucalıqlarına yüksəlmişdi.
Heydər Əliyev qalib şəxsiyyət
idi - bütün sınaqlardan mətinlik-
lə çıxmışdı, həyatının ən böyük
ideallarını gerçəkləşdirə bilmişdi,
onu yetirən XALQI öz milli hədəf-
lərinə çatdırmışdı.
...Və yəqin ki, bu da bir Tanrı qis-
məti idi...
***
İllər öncə bir yaz günü Naxçıvana
ziyarətim zamanı şəhərin mərkə-
zindəki Heydər Əliyev Muzeyin-
də diqqətimi çəkən bir şəkil də
düşüncələrimi
ovsunlamışdı...
Adi bir şəkildən daha çox insanın
alın yazısına işarə, qismət dediyi-
miz sirrin hansısa formada şifrələ-
nib qabaqcadan əyan olması faktı
kimi gözlərimə köçürmüşdüm o
şəkli də...
Seyrinə və sehrinə daldığım eks-
ponat böyük rəssamlıq istedadına
malik Heydər Əliyev o vaxtın pe-
ro-qələmi ilə yeniyetmə bir qızın
rəsmini çəkib və altında da öz dəst-
xətti ilə beləcə yazıb: “Zərifənin
şəkli 12 yaşında çəkilib. 1942-ci il
aprelin 27-də, axşam saat 9.30-da”.
Əvvəl təəccüblənmişdim, axı Hey-
dər Əliyev gələcək ömür-gün yol-
daşı Zərifə xanım Əliyeva ilə illər
sonra rastlaşıb peyman bağlaya-
caqdı, o zaman bu rəsm 1942-ci
ildə necə çəkilə bilərdi?!
Yenə HEYRƏT məni bürümüşdü...
Həmin rəsmi çəkərkən Heydər Əli-
yev 12 yaşlı qızdan adını soruşur,
qız özünü Zarya kimi təqdim edir,
belə məqamlara həssaslıq göstərən
(bir telegörüntüdə çay süfrəsi arxa-
sında ulu öndərin “kəklikotu” sö-
zünün “kəkotu” kimi tələffüzünə
iradını xatırlayıram) Heydər Əli-
yev təhrif olunmuş adla təqdimata
etirazını bildirir və rəsmin altında
da öz əlləri ilə məhz belə yazır:
“Zərifənin şəkli...”
HEYRƏTDƏN necə donmaya-
san?!.
Tanrım, ilk baxışdan adi görünən
ömür faktı ilə, bəlkə, öz sevimli bən-
dənə yazdığın Yazını, günlərin birin-
də qarşısına çıxaracağın ömür-gün
qismətinin adını əvvəlcədən əyan
edirmişsən və öz qismətini Ona öz
əlləri ilə yazdırırmışsan...
Heydər Əliyevin o dövrdən dünya-
ya heyrətlə baxan gözləri də bəlkə
Azərbaycanın bu baxışlarla o tarixə
düşən xoş bir yazısı imiş, kim bilir...
İmamverdi İSMAYILOV,
Milli Məclisin deputatı,
əməkdar jurnalist
Azərbaycanın özü qədər ƏBƏDİ
...Və bu şəkil qarşısında ayaq saxladığım həmin o an!..
...Aman Allah, bu nə şəkildir, bu nə baxışlardır?!
Uzun zaman xəyala dalıram...
Foto qəhrəmanımın dünyaya heyrətlə baxan gözlərinin ifa-
də gücündən sehirlənirəm...
...Bu - həyatın bir anı, həm də bir anın əbədiyyətidir və
ağ-qara rəng çalarlarından Vaxtın, Əbədiyyətin özü sənə
baxır...
Qəlbimdəki sözlər bitib tükənmir və adi kəlmələrlə təsviri
mümkünsüz əbədiyyət anı qarşısında sözün gücsüzlüyünü
də... boynuma alıram...
...Hə, əzizlərim...
...Bir də, bir də baxışlarınızı
qaldırıb bu şəklə baxın, gələ-
cək dühanın sabaha heyrətlə
baxdığı bu şəklə bir də diqqət
yetirin...
O, bu dünyaya gəldi və bu
dünyaya HEYRƏTLƏNDİ...
O, bu dünyaya gəldi və bu
dünyanı HEYRƏTLƏNDİR-
Dİ...
Bəlkə bu heyrətli baxışlar sa-
bahkı günlərə bir ismarıc idi?..
Bəlkə bizim bu heyrətdən baş-
lanan Ulu Tarix qarşısında
gördüklərimiz, eşitdiklərimiz,
bildiklərimiz və düşündüklə-
rimizdir?..
...Hər şey, hər şey, həqiqətən də,
düşündürücü və heyrətləndiri-
cidir!..