9
qalan isə həlak olur. Haqq budur. Çünki Nuhun gəmisinə Peyğəmbəri təsdiq edən və
ona tabe olanlar minmişlər. Ona minməyənlər isə Peyğəmbəri yalan saymışlar. Sünnətə
tabe olmaq Allah qatından gələn risalətə tabe olmaq deməkdir. Dolayısı ilə risalətə tabe
olan, Nuhla bərabər gəmiya minən kimsə durumundadır. Risalətə tabe olmaqdan
ayrılan kimsə də Nuha tabe olmaqdan və onunla bərabər gəmiyə minməkdən qaçan
kimsə durumundadır»
18
. Bu batiniyyə firqələrin yoluna uymamaq, onların ardınca
getməmək üçün, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
in yoluna uymaq, hidayət
yolunda olan cəmaatdan olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz əqidəsini gözəl
bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl etməlidir.
Bu baxımdan da mən bu kitabı topladım. Bu kitabı yazmaq, toplamaq üçün Quran
və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək
Allahın izni ilə əlimizdəki bu kitabın yazılmasına nail oldum. Bu kitabda İslamın və
İmanın əsaslarından danışaraq, onlara geniş bir şəkildə yer vermişəm və hər oxucu
ondan faydalansın deyə aydın, dəlillərlə göstərməyə çalışdım. İlk növbədə Allahdan bu
çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan
əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları
faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və
şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-
nəsihət verməkdən çəkinməyə-cəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və
nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni
yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur!
Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də
Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim!
Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə
yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmmədə - sallallahu aleyhi və səlləm
-, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh
möminlərin üzərinə olsun.
ƏHLİ SÜNNƏ VƏL CƏMAAT
SƏLƏFİ SALİH
Əqidə
–
Əqd sözündəndir. Bağlamaq, yaxşı bağlamaq, düyün vurmaq deməkdir.
İnsanın qəlbində kəsin olaraq qəbul etdiyi şey istər haqq, istər batil olsun əqidədir.
İstilahi Mənası
–
Əqidə insanın heç bir şəkk-şübhə və tərəddüd olmayaraq kəsin
olaraq inanması deməkdir. Əgər bir inanc yəqinlik dərəcəsinə çatmazsa ona əqidə
deyilməz
19
.
İslam əqidəsi deyildiyi zaman Əhli Sünnə vəl Cəmaatın əqidəsi başa düşülür. Çünki
Allahın qulları üçün bəyənib seçdiyi İslam budur. Peyğəmbər - sallallahu aleyhi və
səlləm -, Səhabə, Tabiin və onlara gözəl bir şəkildə tabe olanların yoludur.
Sələf
–
keçən, keçib gedən, keçmiş deməkdir. Keçmiş cəmaatdır. «
…
Və onları
sonradan gələnlər üçün sələf (keçmiş) və ibrət dərsi etdik». (əz-Zuxruf 56). əl-Kaşani
sələfi belə tanıdır: «Sələf bu ümmətin Allah Rəsuluna uyan, elm və fəzilətdə dəyər
18
Məcmuul Fətava 4/137.
19
«Lisanul Ərab», «Kamusul Muhit», «Mucəmul Vəsit» Ayn, Kəf, Dəl maddəsi.
10
sahibi olan ilk zümrəsidir. Allah onları Rəsulunun dostları etdi. Onlarla dinini yer
üzündə yaydı. Onlar mallarıyla, canlarıyla Allah yolunda cihad etdilər. Yaxşılığa və
xeyirə dəvətdə hər zaman bu ümmətə yol göstərdilər. Sonra gələnlər də onlara uyub,
onları sevdilər. Allah onları kitabında tərif etmişdir. Belə isə onların yoluna uyub onlar
üçün dua etməli və istiğfar etməlidir»
20
. İmam Qazzali
–
rahmətullahi aleyhi
–
deyir ki:
«
Sələflər
–
Səhabə və Tabiinlərdir»
21
. əl-Bəycuri
–
rahmətullahi aleyhi
–
deyir ki:
«
Sələf
–
Nəbilər, Səhabə, Tabiin, onlara uyanlar və dörd imamdır»
22
.
Mən Sələfiyyəm? – Şeyx əl-Albani
–
rahmətullahi aleyhi
–
ona sual verən kimsəyə
bu kəliməni belə açıqlayır: «Əgər sənə: «Məzhəbin nədir?» deyə soruşsalar cavabşn
necə olar? Sual verən: «Mən bir müsəlmanam» deyərəm. Şeyx: «Bu kifayyət deyil».
Sual verən: «Allah bizləri müsəlman olaraq adlandırıb – deyib bu ayəni oxudu: «(Ey
Muhəmməd ümməti) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda da
(Quranda) da sizə müsəlman adını verdi». (əl-Həcc 78). Şeyx: «Bu cavab İslamın ilk
dövründə, müxtəlif firqələrin ortaya çıxmadığı və yayılmadığı bir zamanda deyilsəydi
doğru olardı. Günümüzdə isə (müxtəlif məzhəb və təriqətlərdə) olan birisinə bu sualı
versək cavabı sənin verdiyin cavabdan fərqli olmayacaqdır. Əşari, Mətrudi, Xəvaric,
Ələvilər və s. deyəcəklər ki: «Mən müsəlmanam!». Sual verən: «Mən Quarn və
Sünnəyə uyğun əməl edən bir müsəlmanam». Şeyx: «Bu cavab da kifayət deyirldir».
Sual verən: «Niyə görə?». Şeyx: «Bu adı çəkilən firqələrdən hər hansı birinin belə
dediyi mənə göstərə bilərsən: Mən Quran və Sünnəyə tabe olmayan bir müsəlmanam –
(sözsüz ki, bu mümkün deyil). Onlar da: «Mən Quran və Sünnəyə tabe olan
müsəlmanam» deyəcəkdir. Sonra Şeyx Quran və Sünnəyə tabe olmağın ancaq Sələfi
Salihin anlayışı ilə olması lazım olduğunu göstərir. Daha doğrusu: «Mən Sələfiyyəm»
deməkdir.
Yaşca və fəzilətcə sizdən böyük olan ata və babalarınız sizin sələfinizdir
23
. Buna
görə də ilk müsəlmanlara Sələfi Salihin adı verilmişdir. Peyğəmbər
- sallallahu aleyhi
və səlləm - Səhabəsi və gözəl bir şəkildə onlara tabe olanlar bu ümmətin sələfidirlər.
Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
in səhabələrinin və onlara gözəl bir şəkildə
uyanların dəvət etdiyi şeylərə dəvət edən hər bir kəs də sələfi yolu üzərindədir.
İmanlarındakı sədaqətləri və ibadətlərindəki ixlasları ilə onlar uyulmağa ən layiq
insanlardır ki, Allah İslam məsajını bütün yer üzünə təbliği üçün onları seçmişdir.
Sələfi Salihə uyan və onların metodunu (Quran və Sünnəni) təqib edən digər
müsəlmanlar da sələfə nisbət olaraq Sələfi deyilir. Quran və Sünnə ilə yaşayan hər bir
kəs sələfə tabe olan kimsədir. İstər zaman və məkan etibarı ilə onun ilə onlar arasında
uzun bir müddət olsun. Onlara müxalif olan isə onlar arasında yaşamış olsa da belə
onlardan deyildir. «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz
döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola
yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115).
Sələfi Salihin əvvəli Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
dir. «Muhəmməd
Allahın Peyğəmbəri. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-
birinə (öz aralarında) isə mərhəmətlidirlər». (əl-Fəth 29).
20
əl-Miğrari «Tahrirul Məkan» 1/18.
21
İkanuul Avam və İlmil Kəlam s. 62.
22
Şərhul Cəvhərə s. 111.
23
«Lisanul Ərab», «Kamusul Muhit» Sin, Ləm, Fə maddəsinə bax.