8
əsası olan iqtisadi nəzəriyyənin müxtəlif problemlərini bil-
mək, qarşıya çıxan gündəlik, habelə gələcək qayğıları sə-
riştəli həll etmək yolunda dövlət xadimlərinə, siyasətçilə-
rə, diplomatlara, işgüzar bizneslə məşğul olanlara, gələcək
mütəxəssislərə sadə peşə sahibi insanlara da, şübhəsiz fay-
dalıdır. Tanınmış iqtisadçı Q.Mənkyü (ABŞ) qeyd edir ki,
sadə işlərdən başlamış ən yüksək məsuliyyətli vəzifələri
yerinə yetirərkən “iqtisad elminin sərt qayda-qanunlarına
bələd olmaq” həmişə yardımçı və köməkçi rolunu oynaya-
caqdır.
Mütəxəssislərin fikrincə, iqtisad elmi mütləq hökm-
lər vermək və uzunömürlülüyü ilə öyünə bilməz. Çünki,
həyat inkişaf edib irəlilədikcə, iqtisadi sistemlər dəyişdik-
cə, elm-texnika sahəsində yeni nailiyyətlər qazanıldıqca,
daha mükəmməl materiallar və resurslar meydana çıxdıqca,
istehsalın və insanların tələbatları, zövqləri dəyişdikcə,
şübhəsiz iqtisad elminin (nəzəriyyənin) qarşısında duran
problemlər də yeniləşir. Lakin iqtisadiyyatın əsas vəzifəsi -
insanların müxtəlif təyinatlı tələbatlarını ödəmək üçün
maddi (mənəvi) nemətlər istehsal etmək və müxtəlif təyi-
natlı xidmətlər (servis dairəsi) göstərməkdir.
Bu iqtisadi vəzifə isə təbii resursların müəyyən məh-
dudluğu və insanların maddi, habelə mənəvi tələblərinin
artması, hətta sonsuzluğu ilə bağlıdır. Müasir anlamda iq-
tisad elmi mövcud resursların məhdudluğu və tələblərin
sonsuzluğu şəraitində, maddi nemətlərin (xidmətlərin)
istehsalı, bölgüsü, mübadiləsi, istehlakı prosesində in-
sanların iqtisadi fəaliyyətinin təhlilidir.
Cəmiyyətdə baş verən geniş əhatəli iqtisadi proseslər
təbiidir ki, ümumi tələblə təklifin qarşılıqlı əlaqəsi, qiymət-
lər mexanizmi vasitəsilə, bazar rəqabəti şəraitində müəyyən
9
enib-qalxmalarla həyata keçirilir. Ona görə də, müxtəlif
istiqamətli iqtisadi nəzəriyyələrin qarşısında cəmiyyət
üçün son dərəcədə vacib əhəmiyyətə malik olan belə bir
suala ən səmərəli cavab tapmaq durur: “nə istehsal etməli,
necə istehsal etməli, kim üçün istehsal etməli?” Deməli,
iqtisad elmi və nəzəriyyəsi qısa şəkildə “kim, nə, necə?”
sualına cəmiyyət miqyasında optimal cavab axtarır. Bu isə
o qədər də asan bir məsələ deyildir.
Müxtəlif istehsalçılardan, çoxsaylı alıcılardan, ümu-
mi və fərdi maraqlardan, daxili və xarici amillərdən asılı
olaraq, iqtisadi nəzəriyyə öz qarşısında duran vəzifələri
uğurla həll etmək üçün, şübhəsiz bir sıra şərtlərlə, subyek-
tiv-obyektiv maneələrlə, ciddi əngəllərlə rastlaşır. Lakin
iqtisad elmi, bəşəriyyətin inkişafının müxtəlif mərhələlə-
rində həmişə bu problemlərə cavab axtarmışdır.
Cəmiyyətin təsərrüfat həyatı problemlərinə yanaşıb,
onları konkret şəraitə uyğun həll etmək yolunda iqtisad
elminin rolunu yüksək qiymətləndirən Amerika iqtisadçısı
P.Samuelson, iqtisadi nəzəriyyəni elmlərin şahı adlandır-
mışdı. Nobel mükafatı laureatı M.Fridmen (ABŞ) iqtisadi
nəzəriyyəni insanı heyran edən maraqlı elm kimi səciyyə-
ləndirmişdir.
Riyazi məntiqin banilərindən biri B.Rassel (İngiltərə)
iqtisad elmini xeyli asan hesab edərək, bu sahədə məşğul
olmaq istəməmişdi. Əksinə, alman fiziki M.Plank iqtisad
elminin çətin olduğunu söyləyərək, fizika-riyaziyyat sahə-
sinə keçmişdi. İqtisadçı A.Heylbronner bu peşə üçün “də-
və dözümü və müqəddəs adamlara xas səbr” lazım oldu-
ğunu qeyd etmişdi. Təbiidir ki, iqtisadçı daim öyrənməli
və öz üzərində çalışmalıdır, çünki belə olmasa, iqtisadçı
musiqi əsərini qiymətləndirən kar adama oxşayacaqdır.
10
Müasir mərhələdə, planlı sosialist inzibati amirlik iq-
tisadi sisteminin dağılıb, bazar münasibətlərinin formalaş-
dığı postsosialist və postsovet ölkələrində, o cümlədən də
Azərbaycan Respublikasında iqtisad elmi, habelə onun ay-
rı-ayrı sahələri qarşısında mühüm vəzifələr durur.
Bütövlükdə bir sistem halında iqtisad elminin həm
nəzəri, həm də əməli (təcrübi) istiqamətləri vardır. Bu mə-
nada iqtisadi nəzəriyyə pozitiv və normativ kimi hissələ-
rə ayrılır.
İqtisadi nəzəriyyə əksər hallarda cəmiyyətin başlıca
iqtisadi problemlərinin həlli və bunun üçün necə fəaliyyət
göstərildiyi ilə məşğul olub, izah edir. İqtisadi nəzəriyyə
bir elm kimi ilk növbədə cəmiyyət həyatında gedən pro-
sesləri hərtərəfli təhlil edir, faktları izah edir və yaranmış
vəziyyətin dolğun mənzərəsini yaradır. Lakin obyektiv
yaxud subyektiv səbəblər üzündən apardığı təhlil əsasında
öz məsləhət və tövsiyələrini vermir. Cəmiyyət həyatında
baş verən iqtisadi proseslərə belə yanaşma üsuluna pozitiv
mövqe deyilir və bu cür təhlil pozitiv nəzəriyyəyə aid edi-
lir. Məsələn pozitiv iqtisadi nəzəriyyə konkret bir ölkənin
timsalında istehsalın azalması, işsizlik səviyyəsinin artma-
sını göstərə bilər, lakin bu mənfi proseslərin necə aradan
qaldırılması yolları haqqında öz tövsiyələrini vermir.
Pozitiv nəzəriyyədən fərqli olaraq, normativ iqtisadi
nəzəriyyə yaranmış vəziyyəti təsvir etməklə yanaşı, ondan
çıxış yollarını da göstərir. Normativ nəzəriyyə iqtisadi ha-
disə və proseslərin gələcək meyllərini, inkişaf istiqamət-
lərini görərək, öz konkret məsləhətlərini, tövsiyələrini ve-
rir. Təbiidir ki, normativ iqtisadi nəzəriyyə pozitiv iqtisadi
nəzəriyyəyə nisbətən iqtisadçılar və mütəxəssislər arasında
daha çox mübahisələrə səbəb olur. Çünki həmin proseslər
Dostları ilə paylaş: |