26
sındakı yeniliklər, nisyə (kreditə) mal satışında daha əlve-
rişli şərtlərin tətbiqi, ilk vaxtlar əhalinin ayrı-ayrı təbəqə-
ləri tərəflərindən birmənalı qarşılanmayıb, müxtəlif rəylər
doğursa da, lakin zaman keçdikcə insanlar həqiqətən onla-
rın mənafeyinə, maraqlarına uyğun saydıqları stimullara
münasibətlərini yaxşılığa doğru dəyişirlər.
Beşinci prinsip, iqtisadi ticarət əlaqələrinin müxtəlif
ölkələr və xalqlar üçün faydalı ola bilməsi fikrini əsaslan-
dırır. Doğrudur, ölkələr və insanlar arasında fasiləsiz su-
rətdə davam edən iqtisadi-ticarət münasibətləri, habelə bu
əlaqələrin müxtəlif formaları bazarda kəskin, rəqabət mü-
barizəsi şəklində getsə də, bir sıra ziddiyyətli çətinliklər
yaransa da, lakin son nəticə etibarilə bu alış-verişlərin istər
dövlətlər, istər hər birimiz üçün faydalı olduğu, hamılıqla
qəbul edilir. Ticarət əlaqələrinin xalqlar arasında etimad
körpüsü olması, onları yaxınlaşdırılması meyli, qədim
Şərq müdriklərinin hikmətini təsdiqləyir: “Hakim siyasət-
siz, elm mübahisəsiz, ölkə ticarətsiz yaşaya bilməz”. Belə
bir faktı qeyd etmək zəruridir ki, XXI əsrin birinci onilli-
yində dünyada istehsal olunmuş məhsul-xidmətlərin 40%-
ə qədəri dünya ölkələrinin müxtəlif təyinatlı tələbatlarını
ödəmək üçün, beynəlxalq bazara (ixrac və idxal malları -
xidmətləri şəklində) çıxarılaraq satılıb-alınmışdır.
Altıncı prinsip, buna əsaslanır ki, bazarlar cəmiyyə-
tin iqtisadi fəaliyyətinin, təşkili üçün yaxşı, əlverişli bir
üsuldur. Tarixi təcrübədə özünü doğrultmayaraq, iflasa
uğramış sosialist planlı təsərrüfat sisteminin əksi olan ba-
zar iqtisadiyyatı şəraitində mərkəzi planlaşdırıcı orqanla-
rın əmr xarakterli göstərişləri, sərbəst bazar münasibətləri
reallığında milyonlarla ailənin və istehsal-xidmət təyinatlı
şirkətlərinin tələb-təklif qanunu əsasında formalaşan qə-
27
rarları (arzu, hökmü) ilə əvəz olunur. Müəyyən qanunlar
və bazar rəqabəti şəraitində fəaliyyət göstərən çoxsaylı ev
təsərrüfatları, şirkətlər, korporasiyalar nə istehsal etməkdə,
kimi işə qəbul etməkdə, satış bazarları seçməkdə sərbəst-
dirlər. Bu mənada bazar münasibətləri iqtisadi sistemində
mürəkkəb qarşılıqlı əlaqələrdə olan ev təsərrüfatları və
şirkətlər sanki A.Simitin adı ilə bağlı “gözəgörünməz əl”
tərəfindən idarə olunaraq, tədricən onların fəaliyyətini
arzu etdikləri nəticələrə doğru yönəldilir. Həmin prosesdə
qiymət amili çox mühüm bir rol oynadığından, dövlətin
müxtəlif iqtisadi, inzibati yollarla bu işə müdaxiləsi, şüb-
həsiz bazar iqtisadiyyatının normal fəaliyyətinə müəyyən
əngəllər törədir. Çünki bazar iqtisadiyyatı çoxsaylı ailə
təsərrüfatları və şirkətlərin verdikləri müstəqil qərar əsa-
sında fəaliyyət göstərən, eyni zamanda mövcud sərvətləri
(iqtisadi resursları) bölüşdürən bir sistemdir. Lakin müasir
daxili-xarici əlaqələr sisteminin mürəkkəbləşdiyi, iqtisadi
inteqrasiya proseslərinin genişlənib-dərinləşdiyi, qlobal-
laşma istiqamətində vahid dünya təsərrüfat sisteminin for-
malaşdığı bir şəraitdə hakimiyyət orqanlarının dövlət tən-
zimlənməsinin müxtəlif formalarından müəyyən hüdudlar
çərçivəsində istifadə etməsi, tamamilə təbii və məqsədə-
uyğundur.
Yeddinci prinsip, müəyyən hallarda dövlətlərin ba-
zar fəaliyyətinin nəticələrini yaxşılaşdıra biləcəyini nəzər-
də tutur. Sərbəst bazar münasibətlərinin inkişafı üçün əl-
verişli imkanlar yaradan “gözəgörünməz əl” prinsipinin
fəaliyyəti şəraitində də dövlətə müəyyən ehtiyac olduğunu
irəli sürənlər vardır. Onların fikrincə, bazarda alıcıların və
satıcıların təhlükəsizliyini qorumaq, sahibkarların və fer-
merlərin rahatlığı naminə dövlət orqanlarının, polisin,
28
məhkəmələrin olması zəruridir. Eyni zamanda dövlət or-
qanlarının iqtisadiyyata müdaxilə etməsi, cəmiyyətin tə-
sərrüfat həyatında səmərəliliyin, ictimai-siyasi həyatında
isə sosial ədalətin təmin olunması ilə bağlıdır. Dünya öl-
kələrinin təcrübəsi göstərir ki, dövlətin simasında bazarın
və iqtisadiyyatın fəaliyyətinə kənar müdaxilə olmadan,
bazar gücü öz təsirini qiymətlərin artmasında, inhisarçılıq
meyllərində, elm və incəsənət sahələrinə biganəlikdə, ətraf
mühitin çirkləndirilməsi, ekologiya problemlərində hök-
mən göstərəcəkdir. Ona görə də dövlətin həyata keçirdiyi
gəlir vergisi, gömrük rüsumları, əhalinin sosial müdafiə
tədbirləri, iqtisadi resursların və maddi-mənəvi nemətlərin
daha ədalətli bölüşdürülməsinə yönəldilməlidir. Əlbəttə,
ayrı-ayrı müəlliflərin haqlı olaraq qeyd etdikləri kimi
dövlətin bu sahədəki fəaliyyəti, heç də həmişə gözlənilən
nəticələri vermir. Çünki “dövlət siyasətini həyata keçirən-
lər mələklər deyildir, əslində mükəmməl olmayan siyasi
prosesin iştirakçılarıdırlar”. Belə vəziyyətdə isə obyektiv--
subyektiv xarakterli nöqsanlara, “güclü olanların mükafat-
landırılmasına”, tam məlumata malik olmayan liderlərin
iradi “xoş niyyətlərinə” rast gəlinir ki, yalnız bunların qə-
tiyyətlə aradan qaldırılması, cəmiyyətin gələcək demokra-
tik inkişafına, daha yüksək templərlə irəliləməsinə təminat
verir.
Səkkizinci prinsip, ölkə əhalisinin həyat səviyyəsi-
nin orada məhsullar istehsalı və xidmətlər göstərilməsi qa-
bıliyyəti ilə qarşılıqlı əlaqəsini aydınlaşdırır. Bu məsələ
hər hansı bir ölkədə ümumi daxili məhsulun (ÜDM) həc-
mi, əhalinin gəlir səviyyəsi, onun artım templəri, ölkədə
demoqrafik vəziyyət, məşğulluq və inflyasiya səviyyəsi ilə
Dostları ilə paylaş: |