BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2014
UOT 94(479.24)
Y.Z.
TALIBZADƏNİN MİLLİ-İSTİQLAL MÜBARİZƏSİNİN
ƏSAS İSTİQAMƏTLƏRİ
M.R.ƏSƏDOVA
Azərbaycan Turizm İnstitutu
minaxanim.asadli@mail.ru
Burada Y.Z.Talıbzadənin milli-istiqlal mübarizəsinin əsas istiqamətləri tədqiq edilir.
Onun Osmanlı ordusu tərkibində Güney Azərbaycanda və Qafqaz İslam Ordusundakı fəaliyyəti
araşdırılır, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki elmi-mədəni yaradıcılığı təhlil edilir.
Açar sözlər: istiqlal, mübarizə, vətən, tədqiqat, ədəbiyyat, mədəniyyət
Azərbaycanda bir milli ideya var ki, o da əsası XIX əsrdə milli maarifçi-
lərimiz tərəfindən qoyulmuş azərbaycançılıq ideyasıdır. Avropa və Rusiyanın
qabaqcıl universitetlərində və Şərqin dini mərkəzlərində təhsil almış Azər-
baycan mütəfəkkirləri məhz bu ideyaya söykənərək Şərqdə ilk dünyəvi,
demokratik cüm
huriyyətin qurulmasına nail oldular. Azərbaycanda hələ 1918-
ci ildə çoxpartiyalı parlamentə, müstəqil KİV-ə malik ilk müsəlman dövləti
qurulm
uşdur. Azərbaycanda ABŞ və bir sıra Avropa ölkələrindən qabaq qadın-
lara seçim hüququ verilmişdir. Şərqdə ilk baleti, ilk operanı, dünyəvilik ideya-
larını, sekulyar dövlət anlayışını da İslam dünyasına Azərbaycan gətirmişdir.
Azərbaycan cəmiyyətinin belə bir inkişaf səviyyəsinə yüksəldilməsində
müstəsna xidmətləri olan şəxsiyyətlərdən biri də Y.Z.Talıbzadə idi. Bütün
digər fəaliyyətləri ilə yanaşı bunu da qeyd etmək lazımdır ki, XX əsrin əvvəl-
lərində Bakı xeyriyyə cəmiyyətlərinin və “Müsavat” Partiyasının Türkiyə ilə
əlaqələrini saxlayan ən fəal şəxsiyyətlərdən biri məhz Y.Z.Talıbzadə olmuşdur.
Onun Azərbaycan-Türkiyə əlaqələrinin yaradılması sahəsində gördüyü işlər
mənbələrdə, o cümlədən ailə üzvlərinin xatirələrində təsdiqlənməkdədir. K.Ta-
lıbzadənin əlyazması halında olan (1) xatirə yazılarında bu barədə geniş məlu-
mat verilmişdir. Həyat və fəaliyyətindən gətirdiyimiz nümunələr də təsdiqləyir
ki, Türkiyədə hərbi təhsili, Balkan hərbində könüllü iştirakı, Birinci Cahan
savaşında Osmanlı ordusu tərkibində Qafqaz cəbhəsindəki fədakarlıqları ilə
75
bərabər Y.Z.Talıbzadə özünü Azərbaycanın ictimai-siyasi həyatından da təcrid
etməmiş, dövrü mətbuat səhifələrində müxtəlif mövzulu məqalələrlə çıxış
etmişdir.
Əvvəlki illərdə də Türkiyəyə gedib-gəlməsinə baxmayaraq o, 1912-ci ildə
uzun müddətə Türkiyəyə köçmüş, burada hərbi təhsil almış, Birinci dünya
müharibəsində (1914-1918) Qars-Ərdəhan cəbhəsində vuruşmuşdur. Bəzi
mənbələr onun Türkiyəyə gedişinin 1910-cu ilə təsadüf etdiyini göstərsələr də,
əslində o, ailəsi ilə birlikdə 1912-ci ildə Azərbaycanı tərk etmişdir: “1912-ci
ildə Yusif Ziya həyat yoldaşı Cənnət xanım və oğlu Tələtlə Türkiyəyə köçmüş,
orada hərbi təhsil almış, I Dünya müharibəsində Qars Ərdəhan türk ordusu
sıralarında ruslara, ermənilərə qarşı döyüşlərdə (minbaşı-mayor rütbəsində)
qəhrəmanlıqlar göstərmişdir” (2, 12). Onun sonrakı hərbi-siyasi fəaliyyəti Os-
manlı ordusu və Azərbaycan könüllülərindən ibarət “İslam ordusu”nda davam
etmişdir.
1918 ildə Nuru Paşanın başçılıq etdiyi Türkiyə Ordusu sıralarında Bakıya
qayıtmış, Əhməd bəy Ağaoğlunun hərbi müşavir olduğu bir ordunun könüllü-
lərdən ibarət olan Yardım alayının rəisi olmuş (2, 12), “Müsavat” partiyasının
üzvü kimi Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq işlərində fəal
iştirak etmiş, Maarif Nazirliyinin nəzdində əlifba islahatı komissiyasının üzvü
seçilmişdir. Bir sıra məsələlərdə Cümhuriyyət rəhbərləri ilə razılaşmayan
Talıbzadə yenidən Türkiyəyə qayıtmışdır (3, 391). Y.Z.Talıbzadə Türkiyədə
olduğu illərdə ictimai-siyasi və hərbi fəaliyyəti ilə yanaşı, publisistika ilə də
məşğul olmuş, bir sıra yazılar qələmə almışdır. Bunların içərisində onun
“İqbal” qəzetinin xüsusi müxbiri kimi yazmış olduğu “Türkiyə məktubları”
başlıqlı silsilə məqalələri (4) həmin dövrün tarixi-mədəni mühitini öyrənmək
bax
ımından dəyərli bir mənbədir.
Bir müddət Türkiyədə yaşayan Yusif bəy siyasi fəaliyyətini Güney
Azərbaycanda davam etdirir. Zəki Vəlidi Toğan öz xatirələrində qeyd edir ki,
1918-
ci ildə Azərbaycanın birliyi uğrunda “Əncümən mərkəzi” adlı bir siyasi
təşkilat yaranır. Həmin siyasi təşkilatda Azərbaycan nümayəndə heyətinin sədri
tanınmış ədəbiyyatşünas-alim Cavad Heyətin atası Mirzə Əli Heyət olmuşdu.
Osmanlı nümayəndəliyinə isə Axund Yusif Talıbzadə başçılıq etmişdi (5).
Nərman Qocatürk yazır ki, Axund Yusif Azərbaycanın hər iki tərəfindən
siyasətçi kimi tanınsa da, Türkiyədə, eləcə də Türküstanda cəsur döyüşçü kimi
ad çıxarıb məşhurlaşmışdı. Hələ 1910-cu ildə Türkiyəyə səfər edən Yusif bəy
orada hərbi təhsilə yiyələnib paşalıq rütbəsi alır. Birinci dünya müharibəsində
türk ordusu sıralarında Balkanlarda döyüşür. Ruslar tərəfində vuruşan erməni
alayları ilə döyüşdə şücaət göstərib bir sıra ordenlərlə təltif olunur. Düz 8 il
türk ordusuna xidmət eləyir (5).
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili Qoşun-
ların yaranma tarixi və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş-
lərdə iştirakı, habelə şəxsi heyətin ölkənin əksər bölgələrindən keçən cəbhə
zolağında ön cərgələrdə olması, cəsarət və igidlik nümunələri göstərməsinə
76
dair bir sıra arxiv materialları vardır. Bu materiallarda respublika ərazisində
ictimai asayişin bərpası, təhlükəli cinayətkarların zərərsizləşdirilməsi, vətən-
daşların əmin-amanlığının qorunması istiqamətində aparılan xüsusi əməliy-
yatlarda şəxsi heyətin yüksək peşəkarlığına dair faktlar da yer almışdır (2, 10).
Həqiqətən də, Cümhuriyyət Hökuməti asayişin, əmin-amanlığın qorunmasını,
qanunazidd hərəkətlərin qarşısını almağı da vacib hesab edirdi. Belə ki,
Azərbaycan Respublikasının Dövlət Arxivində mühafizə edilən sənədlərdə bu
gün Daxili Qoşunlar adlanan qurumun məhz Cümhuriyyət dövründə yaradıl-
ması barədə məlumatlar vardır. Azərbaycanda milli dövlətin yeni təşəkkül tap-
dığı bir dövrdə əhalini hərbi işlə tanış etmək, şəhərdə sabitlik və nizam-intiza-
mın saxlanması məqsədi ilə Azərbaycan Demokratik Respublikası parlamen-
tinin icazəsi ilə 1919-cu il 1 iyun tarixindən könüllü əsgərlər dəstəsi yaradıl-
mışdır. Bu barədə Bakı şəhərinin komendantı general-mayor F.Vəzirovun 7
sentyabr 1919-
cu il tarixli məlumatında bildirilmişdir. Dəstə Bakı şəhərinin 14
rayonunu: Sabunçu, Mərkəzi, Balaxanı, Zabrat, Suraxanı, Xil, Aşağı Bibi-
heybət, Yuxarı Bibiheybət, Qara şəhər, Ağ şəhər, Tağıyev fabrikası, Binəqədi,
Maştağa və Nardaranı əhatə edirdi. Dəstənin rəisi Yusif Ziya bəy Talıbzadə
təyin edilmişdir. 1919-cu il 10 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti
Dövlət Müdafiə Komitəsinin iclasında qərara alınmışdı ki, Bakı şəhəri və onun
rayonlarının ərazisində yaşayan hərbi çağırış yaşına çatmış şəxslər üçün
hazırlıq təşkil edilsin. Könüllü dəstələrin təşkili üzrə komissiyanın sədri Yusif
Ziya bəy Talıbzadə (beş min rubl əmək haqqı verilməklə) təyin edilmişdir.
1920-
ci il 27 mart tarixində yenə də Azərbaycan Xalq Cümhuriyyəti Dövlət
Müdafiə Komitəsinin qərarı əsasında Bakı təşkilatının Yardım alayının könüllü
dəstələri Daxili İşlər Nazirliyinin sərəncamına verilmişdir (2, 10-11).
Belə bir məsul ictimai-siyasi və hərbi fəaliyyəti ilə yanaşı Y.Z.Talıbzadə
Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilən mətbuat orqanlarında da
fəal iştirak edərək siyasətə, maarif-mədəniyyət mövzularına dair məqalələr də
çap etdirmişdir (6, 51-52). O, həmin illərin dövri mətbuatında, xüsusilə də
“Mü
savat” partiyasının orqanı olan “Azərbaycan” qəzetində mədəniyyətin
müxtəlif problemlərinə dair müntəzəm çıxışlar edir. Bir müddət Azərbaycan
Xalq Cümhuriyyətinin siyasi həyatında qızğın fəaliyyət göstərir. “Azərbaycan”
qəzetində dərc etdirdiyi “Müsavat qurultayında daxili siyasətimiz” (7), “Ək-
mək məsələsi” (8), “Qafqasiyaya bayram təbriki” (9), “Əfqanıstan” (10), və s.
başlıqlı məqalələrindən aydın olur ki, Y.Z.Talıbzadə Azərbaycanla bu və ya
digər şəkildə bağlantısı olan beynəlxalq hadisələrə də biganə qalmamış, milli
höku
mətin yanlış və qüsurlu tədbir və icraatını tənqid etməkdən çəkinmə-
mişdir.
Ümumilikdə, Azərbaycan Xalq Cümhuriyyəti yaranışı ilə ədəbi-mədəni
həyata sövqi-təbii canlanma, ilıq bir bahar nəsimi gətirdi. Uzun onilliklər
Rusiya imperializminin boyun
duruğu altında əzilən, alçaldılan insanlar taleyin
qisməti ilə milli dövlətin təsisindən qürur hissi keçirir, fəxarət duyurdular.
Dövlətçilik quruculuğu istiqamətində özünü büruzə verən ən kiçik yeniliklər
77
cəmiyyətdə böyük maraq və məhəbbətlə qarşılanırdı. Ədəbiyyatda, sənətdə
milli istiqlal ideyalarının, vətənpərvərlik və qəhrəmanlıq mövzusunun tərənnü-
mü ön plana keçirdi (11, 46-51).
Bu dövrdə Y.Z.Talıbzadənin də vaxtaşırı yazılar dərc etdirdiyi “Azərbay-
can”
qəzeti Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı olaraq
Gəncədə, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur.
Əgər əsrin ilk onilliyində Y.Z.Talıbzadənin yazılarında dini mövzular əsas
yer tuturdusa, artıq o, Cümhuriyyət illərində daha çox hərbi-siyasi fəaliyyətə
üstünlük verir. Halbuki bu dövrdə dini fəaliyyət üçün daha münasib şərait
yaradılmışdı.
1921-
ci ilin əvvəllərində Yusif Ziya Naxçıvana hərbi komissar təyin olu-
nur. Fevral-
mart aylarında ailəsi ilə birgə Naxçıvana köçür. Yeni hərbi ko-
missar Naxçıvan torpağına göz dikən, ona əl uzadan daşnak silahlı dəstələrinə
divan tutmaqla Naxçıvanda xeyli məşhurlaşır. Belə məlumatlar da var ki, hətta
Naxçıvanda Yusif Ziya kəndi də olub. Y.Z.Talıbzadə 1921-ci ilin fevral
ayından 1922-ci ilin dekabrınadək Naxçıvanda hərbi komissar vəzifəsində
çalışmışdır (2, 13).
Y.Z.Talıbzadənin Naxçıvandakı fəaliyyətini təsdiqləyən və hərbi komissar
ki
mi şücaətinə işıq salan bir sıra arxiv materialı vardır. Bunların bir hissəsi
“Azərbaycan arxivi” jurnalının 1985-ci il, birinci sayında nəşr olunmuşdur (12,
32-49).
Naxçıvan MSSR-in yaradılmasının 60 illiyi münasibətilə tədqiqatçı Fəx-
rəddin Cəfərov tərəfindən təqdim edilən həmin arxiv materialı Y.Z.Talıbza-
dənin Naxçıvandakı fəaliyyətini öyrənmək baxımından tutarlı mənbədir.
Naxçıvan torpaqlarına iddia ilə yanaşan, sərhədləri tez-tez pozan erməni
millətçilərinə, daşnaklara qarşı sovet rəhbərliyinin liberal siyasəti ilə razılaş-
mayan Yusif Ziya Bakıya qayıdır, N.Nərimanovla görüşür, bu quruluşla
uyğunlaşa bilmədiyini, sovetlərə qulluq etmək istəmədiyini bildirir. N.Nərima-
nov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd verir. Yusif
Ziya Azərbaycandakı fəaliyyətinə son qoyaraq, şəhidliklə başa çatan həyatına
üstünlük verir. Yaxşı tanıdığı Ənvər Paşanın komandanlıq etdiyi, işğalçı Qızıl
ordu ilə vuruşan, Orta Asiya xalqlarının müstəqilliyi uğrunda mübarizə aparan-
lara qoşulmaqla bir daha milli simasını, ictimai-siyasi mövqeyini, əqidəsini
ortaya qoyur (2, 13).
Burada Y.Z.Talıbzadənin əqidə və xarakter bütövlüyü bir daha özünü
göstərir və aydın olur ki, o, məhz siyasi-ideoloji narazılıqlar zəminində Nax-
çıvandan, sonda isə Azərbaycandan ayrılır. Akademik K.Talıbzadə bu haqda
yazır: “Naxçıvan torpağına iddia ilə yanaşan, tez-tez sərhədləri pozan erməni
millətçilərinə, daşnak hərbi hissələrinə qarşı sovet rəhbərliyinin liberal siyasəti
ilə razılaşmayan Yusif Ziya Bakıya qayıdır, Nəriman Nərimanovla görüşür,
Sovetlərə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini
söyləyir. N.Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi
sənəd verir” (13, 45). Beləliklə də Y.Ziya Azərbaycandakı fəaliyyətinə son
78
qo
yaraq, şəhidliklə sonuclanan yeni mühacirət həyatına üstünlük verir.
Y.Z.Talıbzadənin Azərbaycanı tərk etmə səbəbləri içərisində ən mühümü,
heç şübhəsiz, mövcud siyasi quruluşla, bolşeviklərin ideoloji təbliğatı arxa-
sında gizlənmiş bəd niyyətləri, xalqımıza qarşı qərəzli münasibətləri ilə barış-
mazlıq idi. Onun məhz Türküstana, basmaçılar hərəkatına doğru üz tutmasının
mahiyyətində isə, Balkan müharibəsində, I Cahan hərbində, Osmanlı Ordu-
sunun Azərbaycan yürüşündə daima yan-yana olduğu ittihadçı arkadaşları və
onların öndəri Ənvər Paşa ilə isti münasibətləri, onlarla əqidə, məfkurə birliyi,
işğalçı bolşevik qüvvələrinə qarşı birgə mübarizə istəyi dururdu.
Vaxtilə, Balkan hərbində və I Cahan savaşında Osmanlı zabiti, Qafqaz
İslam Ordusunda könüllülərdən ibarət alay komandiri, bolşevizm təbliğatının
göz qamaşdırdığı ilk illərdə Naxçıvanın hərbi komissarı olmuş Y.Z.Talıbzadə
Bakıdan Türküstana, yaxşı tanıdığı Ənvər Paşanın komandanlıq etdiyi, işğalçı
Qızıl Ordu ilə vuruşan, Orta Asiya xalqlarının müstəqilliyi, azadlığı uğrunda
mübarizə aparan basmaçılara qoşulmaqla bir daha ruhi-mənəvi, milli-dini
simasını, ictimai-siyasi mövqeyini ortaya qoyur. Bolşevizm ideallarını belə
hərbi komissarı olduğu xalqın milli mənafelərinə tabe etdirməyə çalışan, hansı
quruluşun əsgəri olmasının fərqinə varmadan qandan, gendən, ilahidən gələn
məslək və amal uğrunda çarpışan Y.Z.Talıbzadənin Türküstanda basmaçılar
hərəkatının fəallarından biri kimi qırmızı rus ordusuna qarşı vuruşması onun
şəxsi mübarizlik keyfiyyətlərinin təcəssümüdür. Türk-islam birliyi uğrunda,
ictimai idealı, əqidəsi, məfkurəsi naminə vuruşanlar üçün qəhrəmanlıq nümu-
nəsi, mübarizə məktəbidir.
ƏDƏBİYYAT
1.
Abdulla Şaiqin Mənzil Muzeyinin arxivi, qovluq 4 (Kamal Talıbzadənin “Yusif Ziya
Talıbzadə” başlıqlı məqaləsinin əlyazması).
2.
Az
ərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları. Bakı: Nurlan, 2007
3.
Az
ərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. II c. Bakı: Lider, 2005
4.
Talıbzadə A.Y. Türkiyə məktubları. “İqbal” qəz., Bakı, 1913-cü il, 4 yanvar, № 253; 10
yanvar, № 258; 23 yanvar, № 268; 25 yanvar, № 269; 28 yanvar, № 271; 30 iyun, № 390.
5.
Qocatürk N. Naxçıvan ordusu ermənilərə hücuma hazırdır. “Ana vətən” qəz., 17-23 iyun
1998-ci il.
6.
Mahmudova V.M. XX
əsr Azərbaycan dramaturgiyasında islam tarixinin bədii inkiası
(A.Y.Talıbzadənin “Xalid ibn Vəlid”, “Ərmənusə”, M.M.Axundovun “Səd ibn Vəqqas”
əsərləri əsasında). Filologiya elm. nam. ... dis. avtoref. Bakı: AMEA, 1996
7.
Talıbzadə Y.Z. Müsavat qurultayında daxili siyasətimiz. “ Azərbaycan” qəz., Bakı, 1919,
№ 343.
8.
Talıbzadə Y.Z. Əkmək məsələsi. “Azərbaycan” qəz., Bakı, 1919, № 326.
9.
TalıbzadəY.Z. Qafqasiyaya bayram təbriki. “Azərbaycan” qəz., Bakı, 1919, № 369.
10.
Talıbzadə Y.Z. Əfqanıstan. “Azərbaycan” qəz, Bakı, 1919, № 350.
11.
Rüstəmli A. Cəfər Cabbarlı Cümhuriyyət dönəmində // “Azərbaycan” jurnalı, 2008-ci il №
1, s. 46-51.
12.
Naxçıvan MSSR-in yaradılmasının 60 illiyi münasibətilə. Naxçıvan İnqilab Komitəsinin
iclas protokolları (Fəxrəddin Cəfərovun təqdimatında) // “Azərbaycan arxivi”, 1985, № 1.
s. 32-49.
79
13.
Talıbzadə K.A., Axund Yusif Talıbzadə / “Mədəniyyət dünyası”, II buraxılış. Bakı:
ADMİU, 2001, s. 42-47
ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ НАЦИОНАЛЬНОЙ БОРЬБЫ Ю.З.ТАЛЫБЗАДЕ
ЗА НЕЗАВИСИМОСТЬ
М.Р.АСАДОВА
РЕЗЮМЕ
Здесь исследуются основные направления национальной борьбы Ю.З. Талыбзаде
за независимость. Исследуется его деятельность в Южном Азербайджане в составе ос-
манского войска и в Кавказской Исламской Армии. Делается анализ его научно-куль-
турного творчества в период Азербайджанской Демократической Республики.
Ключевые слова: независимость, борьба, Родина, исследование, литература,
культура
BASIC DIRECTIONS OF Y.Z.TALIBZADEH’S
NATIONAL STRUGGLE FOR INDEPENDENCE
M.R.ASADOVA
SUMMARY
The article studies dominant tendencies of Y.Z.Talibzadeh’s national struggle for inde-
pendence. His activity in Southern Azerbaijan, in the Ottoman army and in the Caucasian Is-
lamic army is described and his scientific-cultural creativity during the period of Azerbaijan
Democratic Republic is analyzed.
Key words: independence, stuggle, motherland, investigation, literature, culture.
80
Dostları ilə paylaş: |