|
31 Açıq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar
|
tarix | 14.09.2018 | ölçüsü | 1,17 Mb. | | #68234 |
|
31 Açıq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar
Açiq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar - Qapalı iqtisadiyyat dünyadakı digər iqtisadiyyatlarla əlaqəyə girməyən iqtisadiyyatdır.
- İxracat, idxalat və kapital axınları yoxdur.
- Açıq iqtisadiyyat dünyadakı digər iqtisadiyyatlarla azad şəkildə əlaqəyə girən iqtisadiyyatdır.
Açiq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar Açıq iqtisadiyyat - Açıq iqtisadiyyat digər iqtisadiyyatlarla iki yolla əlaqəyə girir.
- Dünya əmtəə bazarlarında əmtəə və xidmətləri alıb-satmaq.
- Dünya maliyyə bazarlarında kapital aktivlərini alıb-satmaq.
ƏMTƏƏ VƏ KAPİTALIN BEYNƏLXALQ AXINI Açıq iqtisadiyyat - ABŞ çox böyük və açıq iqtisadiyyatdır – o böyük miqdarda əmtəə və xidmətləri idxal və ixrac edir.
- 40 ildən çoxdur ki, beynəlxalq ticarət və maliyyənin əhəmiyyəti daim artmışdır.
Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac İxrac ölkə daxilində istehsal olunan və xaricə satılan əmtəə və xidmətlərdir. İdxal xaricdə istehsal olunan və daxildə satılan əmtəə və xidmətlərdir.
Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac Xalis ixrac (NX) a ölkənin ixracının dəyəri ilə idaxlının dəyəri arasındakı fərqdir. Həmçinin ticarət balansı adlanır.
Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac Ticarət defisiti xalis ixracın (NX) mənfi olduğu vəziyyətdir. Ticarət profsiti xalis ixracın (NX) müsbət olduğu vəziyyətdir. Balanslaşdırılmış ticarət xalis ixracın (NX) sıfıra – ixracın və idxalın tamamilə bir-birinə bərabər olduğu haldır.
Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac - Alıcıların yerli və xarici əmtəələrə olan marağı / zövqü.
- Yerli və xarici əmtəələrin qiymətləri.
- İnsanların yerli və xarici valyuta alması qərarına təsir edən valyuta məzənnəsi.
- Yerli və xarici alıcıların gəlirləri.
- Əmtəələrin bir ölkədən digərinə daşınması xərcləri.
- Dövlətin beynəlxalq ticarət siyasəti.
Qrafik 1: ABŞ iqtisadiyyatının beynəlmiləlləşməsi
Maliyyə resurslarının axını: xalis kapital axını Xalis kapital axını xarici aktivlərin daxili rezidentlər tərəfindən alışı ilə daxili aktivlərin xarici rezidentlər tərəfindən alışı arasındakı fərqdir. - ABŞ rezidenti “Toyota”nın və Meksikalı isə “Ford”un səhmini alır.
Maliyyə resurslarının axını: xalis kapital axını ABŞ vətəndaşının “Telmex” və ya Meksika telefon şirkətinin səhmlərini alması ABŞ-ın xalis kapital axınını artırır. Yapon vətəndaşı ABŞ hökumətinin buraxdığı qiymətli kağızları aldıqda bu ABŞ-ın xalis kapital axınını azaldır.
Maliyyə resurslarının axını: xalis kapital axını Xalis kapital axınına təsir edən amillər - Xarici kapital üzrə ödənilən faiz dərəcəsi
- Yerli kapital üzrə ödənilən faiz dərəcəsi
- Aktivləri xaricdə saxlamağın qavranılan iqtisadi və sosial risqi
- Yerli aktivlərin xaricilər tərəfindən idarə olunmasına təsir edən dövlət siyasəti
Xarici kapital axını ilə xalis ixracın bərabərliyi Xalis ixrac (NX) və xalis kapital axını (NCO) mühüm dərəcədə əlaqəlidir. Bütövlükdə iqtisadiyyat üçün NX və NCO bir-birinə bərabər olmalıdır: NCO = NX - Bu bərabərlik ona görə doğrudur ki, hər bir alqı-satqı əməliyyatı bərabərliyin bir tərəfinə təsir edərkən digər tərəfə də eyni dərəcədə təsir etməlidir.
Əmanət, investisiya və onların beynəlxalq axınlarla əlaqələri Xalis ixracat ÜDM-nin bir komponentidir: Y = C + I + G + NX Milli əmanətlər əhalinin gəlirlərinin cari istehlak və dövlət xərcləri dəyərini ödədikdən sonra yerdə qalan hissəsidir: Y - C - G = I + NX
Əmanət, investisiya və onların beynəlxalq axınlarla əlaqələri Milli əmanətlər (S) bərabərdir Y - C – G və S = I + NX və ya
Qrafik 2: Milli əmanətlər, daxili investisiya və xalis xarici investisiya
BEYNƏLXALQ SÖVDƏLƏŞMƏLƏR ÜZRƏ QİYMƏTLƏR: REAL VƏ NOMİNAL VALYUTA MƏZƏNNƏLƏRİ Beynəlxalq sövdələşmələrə beynəlxalq qiymətlər təsir göstərir. Ən mühüm iki beynəlxalq qiymətlər nominal və real valyuta məzənnələridir.
Nominal valyuta məzənnəsi hər hansı şəxsin bir ölkənin valyutasını digər ölkənin valyutasına dəyişə biləcəyi dərəcə (məzənnə).
Nominal valyuta məzənnəsi Nominal valyuta məzənnəsi iki yolla ifadə edilir: - Bir dollara düşən xarici valyuta vahidi.
- Bir xarici valyutaya düşən dollar vahidi.
Nominal valyuta məzənnəsi Fərz edək ki, ABŞ dolları ilə Yapon yeni arasında mübadilə məzənnəsi 80 yen 1 dolardır. - Bir dollar 80 yenə satılır.
- Bir yen 1/80 (= 0.0125) dollara satılır.
Nominal valyuta məzənnəsi Dəyər qazanma (Appreciation) bir valyutanın digər valyuta qarşısında dəyərinin artması. Dəyərdən düşmə (Depreciation) bir valyutanın digər valyuta qarşısında dəyərinin azalması.
Nominal valyuta məzənnəsi Əgər dollar daha çox xarici valyuta satın alırsa, demək dollar dəyər qazanmışdır. Əgər dollar daha az xarici valyuta satın alırsa, demək dollar dəyərdən düşmüşdür.
Real valyuta məzənnəsi Real valyuta məzənnəsi hər hansı bir şəxsin bir ölkənin əmtəə və xidmətlərini digər ölkənin əmtəə və xidmətlərinə dəyişə biləcəyi dərəcə (məzənnə).
Real valyuta məzənnəsi Real valyuta məzənnəsi daxili bazarda daxili və xarici məhsulların qiymətlərinin müqayisəsinə əsaslanır. - Əgər bir qab Alman pivəsi bir qab Amerikan pivəsindən iki dəfə bahadırsa, real valyuta məzənnəsi hər qab Amerikan pivəsinə düşən ½ qab Alman pivəsidir.
Real valyuta məzənnəsi Real valyuta məzənnəsi nominal valyuta məzənnəsindən və hər iki ölkədə yerli valyuta ilə ölçülən əmtəələrin qiymətlərindən asılıdır.
Real valyuta məzənnəsi Real valyuta məzənnəsi ölkənin nə qədər ixrac və idxal edəcəyinin başlıca determinantıdır. Real valyuta məzənnəsi= (Nominal valyuta məzənnəsi x Daxili qiymət) / Xarici qiymət
Real valyuta məzənnəsi ABŞ dollarının real valyuta məzənnəsində dəyərdən düşmə ABŞ əmtəələrinin xarici əmtəələrə nisbətən ucuzlaşması deməkdir. Bu, ABŞ məhsullarının həm ölkə daxilində, həm də xaricində digər ölkə məhsulları ilə müqayisədə daha çox satın alınmasına səbəb olur.
Real valyuta məzənnəsi Nəticədə ABŞ-ın ixracı artır, idxalı isə azalır və bu dəyişikliklərin hər ikisi ABŞ-ın xalis ixracını artırır. Əksinə, ABŞ-ın real valyuta məzənnəsinin dəyər qazanması ABŞ məhsullarını xarici məhsullarla müqayisədə daha bahalı edir və beləliklə ABŞ-ın xalis ixracı azlır.
VALYUTA MƏZƏNNƏSİNİN TƏYİN EDİLMƏSİNİN BİRİNCİ NƏZƏRİYYƏSİ: ALICILIQ QABİLİYYƏTİ PARİTETİ Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi valyuta məzənnələrindəki dəyişiklikləri açıqlayan ən sadə və ən geniş qəbul edilmiş nəzəriyyədir.
Bu nəzəriyyəyə görə, hər hansı bir valyuta bütün ölkələrdə eyni alıcılıq qabiliyyətinə malik olmalıdır.
Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi vahid qiymət qanunu adlanan prinsipə əsaslanır. - Bu qanun hər hansı bir əmtəənin hər yerdə eyni qiymətə satılmalı olduğunu nəzərədə tutur.
Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi Əgər vahid qiymət qanunu işləmirsə, mənimsənilməmiş mənfəət üçün imkanlar yaranır. Müxtəlif bazarlarda qiymət fərqliliklərindən əldə olunan üstünlük arbitraj adlanır.
Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi Əgər arbitraj mövcuddursa, nəticədə müxtəlif bazarlarda fərqlənən qiymətlərin bir məxrəcə gətirilməsi zəruridir. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə görə valyuta bütün ölkələrdə eyni alıcılıq qabiliyyətinə malik olmalıdır və valyuta məzənnələri bunu təmin etmək üçün hərəkət edir.
Alıcılıq qabiliyyəti paritetinin məntiqi nəticələri Əgər dolların satınlama gücü ölkə daxilində və xaricində həmişə eynidirsə, demək valyuta məzənnəsi dəyişə bilmir. İki ölkə valyutaları arasında nominal valyuta məzənnəsi o ölkələrdəki müxtəlif qiymət səviyyələrini göstərməlidir.
Alıcılıq qabiliyyəti paritetinin məntiqi nəticələri Mərkəzi bank böyük həcmdə pul emissiya edərsə, onda pul həm ala biləcəyi əmtəə və xidmətlər cəhətdən, həm də ala biləcəyi digər valyutalar cəhətdən öz dəyərini itirir.
Qrafik 3: Alman hiperinflyasiyası dövründə pul, qiymətlər və nominal valyuta məzənnəsi
Alıcılıq qabiliyyəti paritetinin məhdudiyyətləri Bütün əmtəələr asanlqla alınıb-satıla bilmir və ya bir ölkədən digərinə daşına bilmir. Hətta alınıb-satıla bilən əmtəələr belə müxtəlif ölkələrdə istehsal edildikdə bir-birilərinin mütləq əvəzləyicisi olmurlar.
Xülasə Xalis ixrac xaricə satılan yerli əmtəə və xidmətlərin dəyəri ilə daxildə satılan xarici əmtəə və xidmətlərin dəyərinin fərqinə bərabərdir. Xalis kapital axını daxili rezidentlər tərəfindən alınan xarici aktivlərin dəyəri ilə xarici rezidentlərin aldığı daxili aktivlərin fərqinə bərabərdir.
Xülasə İqtisadiyyatın xalis kapital axını həmişə onun xalis ixracına bərabər olur. İqtisadiyyatın əmanətlərindən daxildə investisiyaları maliyyələşdirmək üçün və ya xaricdən aktivlərin satın alınması üçün istifadə edilə bilər.
Xülasə Nominal valyuta məzənnəsi iki ölkənin nisbi qiymətləri, real məzənnə isə iki ölkənin əmtəə və xidmətlərinin nisbi qiymətidir.
Xülasə Əgər nominal valyuta məzənnəsi dəyişərsə və hər dollar daha çox xarici valyuta ala bilirsə, onda dollar dəyər qazanmış, yaxud güclənmiş hesab edilir. Əgər nominal valyuta məzənnəsi dəyişərsə və hər bir dollar daha az xarici valyuta alırsa, onda dollar dəyərdən düşmüş, yaxud zəifləmiş hesab olunur.
Xülasə Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə görə, dollar bütün ölkələrdə eyni kəmiyyətdə əmtəə ala bilməlidir. Bu nəzəriyyəyə görə, iki ölkənin valyutalarının nominal məzənnəsi bu ölkələrdə qiymət səviyyələrini əks etdirməlidir.
Dostları ilə paylaş: |
|
|