35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri


partiyasından və onu seçmiş əhalidən asılı olmayan bir xətti aparacaqdır. Bu əsasda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

 
56 
partiyasından və onu seçmiş əhalidən asılı olmayan bir xətti aparacaqdır. Bu əsasda 
Adams  çox  artıq  səslə  seçildi  və  Nümayəndələr  Palatasında  ölənə  qədər  xidmət 
etdi. Burada öz tarixinin güman ki, ən parlaq fəslini yazdı. “Bəlağətli nitq söyləyən 
Qoca  adam”  kimi  o,  özünün  gözəl  nüfuzunu  və  yorulmaq  bilməyən  enerjisini 
quldarlığa qarşı mübarizəyə həsr etdi. 
Konqressdə öz müstəqil müstəvisinə qayıtmaq üçün, hansı ki, ondan iyirmi 
iki  il  əvvəl  elə  biabırçılıqla  uzaqlaşdırılmışdı,  bir  igid  eks-Senator  təcrübəsi  ilə 
dərindən  düşünməklə  hərəkət  edirdi.  O,  öz  gündəliyində  iftixarla  qeyd  edirdi  ki, 
“Mən İyirmi İkinci Konqressin seçilmiş üzvüyəm. Heç bir seçki və ya təyinat mənə 
çox  həzz  versə  də,  mükafata  çevrilməyəcəkdir.  Mənim  Birləşmiş  Ştatların 
Prezidenti  seçilməyim  ürəyinin  dərinində  olanı  mükafatlandıranın  heç  yarısı  da 
deyildir”. 
 
İkinci hissə 
 
Zaman və yer 
 
Böyük böhranlar böyük adamları və böyük mərdlik əməllərini 
meydana çıxarır
Bu ölkə 1861-ci ildə Şimalla Cənub arasındakı qardaş qətli 
ilə müşayiət olunan müharibənin kulminasiyası kimi belə böyük böhranla heç vaxt 
qarşılaşmamışdı. Beləliklə, amerikan tarixinin digər dövrlərinə az əhəmiyyətli olan 
kimi baxmaq barədə bir niyyətim olmadan, onun təbiəti haqqındakı heç bir əsər üç 
görkəmli siyasi mərdlik hərəkətinə diqqət yetirməmiş olmayacaqdır. Onlar Birliyi 
müəyyən şəraitlərdə dəstəkləmək üçün həyati əhəmiyyətə malik olmuşdur. Bu 
hərəkətlər Vətəndaş müharibəsindən əvvəlki taleyüklü onillikdə baş vermişdi. İki 
hadisəyə - Texasdan olan Senator Sem Hyuston və Missuridən olan Senator Tomas 
Hart Benton daxildir. Onların hər ikisi çox illər ərzində öz ştatlarında siyasi 
ağalıqdan istifadə etmişdilər – məğlubiyyət onların mükafatı idi. Üçüncüyə 
Massaçusetsdən olan Deniel Uebster cəlb olunmuşdu, - onun böyük qərarından iki 


 
57 
il sonrakı dövrdə gələn ölümü belə düşmənlərinin onun üstünə atdıqları böhtanları 
dayandıra bilmədi, belə vəziyyət isə ömrünün son günlərində onu kədərli şəkildə 
qəzəbləndirirdi.
 
Bu  təəccüblü  deyildi  ki,  həmin  on  illik  dövründə  böhran  baş  verdi,  Birliyi 
bağlayan  saplar  uğurlu  qaydada  qırılırdı,  hadisələr  bizim  siyasi  liderlərimiz 
arasında ən pis olanları üzə çıxardığı kimi, ən yaxşıları da irəli çıxarmalı idi. Bütün 
bu  məsuliyyətlilik  mövqeyində  millətə  və  ya  öz  ştatına  və  regionuna  loyallığı 
saxlamaq  üçün  qərar  vermək  tələb  olunurdu.  Hər  iki  tərəfdən  –  Şimalda 
abolitsionistlərdən  (quldarlığı  ləğv  etməyə  çalışanlar  –  tərcüməçi),  Cənubda  isə 
alov  udanlardan  (fokus  çıxardanlar  belə  adlanırdı  –  tərcüməçi),  hansılar  ki, 
özlərinin ayrılma səbəbinə tamamilə inandırılmışdılar – qərar asanlıqla gəldi. 
Lakin  öz  ştatına  və  ölkəsinə  ikili  loyallıq  hiss  edənlər  üçün  –  hansılar  ki, 
kompromiss axtarırdılar, onların başının üstünü kəsən ya müharibə kölgəsini geri 
çəkəcək,  ya  da  bütünlüklə  uzaqlaşdıracaqdılar,  bu  vaxt  qərar  aqonizə  edən  idi, 
çünki  ümumi  seçimə  köhnə  loyallığı  və  dostluğu  pozanlar  və  alçaldıcı  siyasi 
məğlubiyyət perspektivi cəlb olunmuşdu. 
Şimal və Cənub arasındakı bu mübarizədə xoruz döyüşü – Birləşmiş Ştatlar 
Senatının zalındakı çarpışma idi. Cənub Şimalın əhalisinin möhkəm artması ilə üz-
üzə  gəlmişdi,  bu  isə  Nümayəndələr  Palatasında  çoxluğun  böyüməsində  əks 
olunacaqdı. Beləliklə, görünürdü ki, onların qüdrətinin və nüfuzunun saxlanmasına 
bəslənən yeganə ümid Senatın üzərinə düşür. Bu səbəbdən də yeni ştatların Birliyə 
qəbul edilməsi ardıcıl olaraq azad və quldarlıq ştatları arasındakı, manufaktura və 
kənd təsərrüfatı regionları arasındakı etibarsız tarazlığı poza bilərdi, həmin məsələ 
isə on doqquzuncu əsrin birinci yarısında Senatın bəzi böyük debatlarının özəyində 
olmuşdu. 
1820-ci  ildə  Men  və  Missuri  ştatlarının  bir  yerdə  Birliyə  qəbul  olunması 
Konqressdən  keçdi,  onlardan  biri  azad,  digəri  isə  quldarlıq  ştatı  idi.  Bu,  Henri 
Kleyin  ilk  böyük  kompromissi  idi.  1836-cı  və  1837-ci  illərdə  Arkanzas  və 
Miçiqan,  1845-ci  və  1846-cı  illərdə  Florida  və  Ayova  Qanunvericilik  tərəfindən 
cüt  qaydada  Birliyə  qəbul  edildilər.  Lakin  kompromiss  görünüşü  1850-ci  ildə 


 
58 
partladı, Meksika müharibəsi nəticəsində alınmış geniş yeni ərazilər quldarlığa əks 
olan  və  sürətlənən  addım  atdılar.  Millətin  diqqəti  Senata  və  xüsusən,  amerikan 
tarixinin  ən  böyük  istedadlı  parlament  liderlərinə  -  Kleyə,  Kalhouna  və  Uebsterə 
cəlb  olunmuşdu.  Onlardan  yalnız  Deniel  Uebster  Benton  və  Hyustonla  birlikdə 
seçicilərin biabırçı qəzəbinə şərik olmalı idi və siyasi iflasın alçaltmaq vasitəsi isə 
onların sevdikləri və müdafiə etdikləri ştatların əlində idi. Biz Uebsterin, Bentonun 
və Hyustonun igidliyini də qeyd etməliyik; lakin əgər biz o dövrü başa düşsək və 
onların qəhrəmancasına igidliyini etsək, birinci növbədə Senatda Uebsterlə birlikdə 
iki  Senat  nəhənginin  formalaşdırdığı  liderliyi  qeyd  etməliyik,  onlar  Uebsterlə 
birlikdə  Senatın  nə  vaxtsa  tanıdığı  ən  görkəmli  triumviratın  üzvləri  olan  Henri 
Kley və Con K.Kalhoun idi. 
Kentakkidən olan Henri Kley cəsarətli kübar və maqnetizmə malik olan bir 
adam  idi,  manerasındakı  məlahətlə  yanaşı,  tez  özündən  çıxan  olmaqla,  öz 
opponentini  görüşdən  nəhayət  boyun  qaçırmağa  məcbur  edirdi,  buna  görə  ona 
Qərbin Harrisi kimi müraciət edirdilər. Abraham Linkoln bu siyasətçini “o, mənim 
gözəl idealım idi” kimi qiymətləndirirdi. Ronaokdan olan yarı-dəli, yarı-dahi Con 
Randolfa görə, bəlkə də tarixdəki şəxsi təhqirin daha çox yadda qalan və qəzəbli 
sözlərinə  layiq  olmaqla,  “o,  parlaq  məxluq  olmaqla  yanaşı,  həm  də  elə 
pozulmuşdur ki, ay işığındakı skumbriya (balıq növü – tərcüməçi) kimi parıldayır 
və üfunət yayır”. Onunla bir neçə il ərzində vuruşan Con Kalhoun belə ona heyran 
olmaqdan  kənarda  qala  bilmirdi:  “Mənim  Henri  Kleydən  xoşum  gəlmir.  O,  pis 
adamdır,  yalançıdır,  bəd  sxemlərin  yaradıcısıdır.  Mən  ona  deməyəcəyəm,  ancaq, 
ay Allah, mən onu sevirəm”. 
Con  Kalhounla  yanaşı  digərləri  də  onu  sevirdi.  Çarlz  Ceyms  Foks  kimi  o, 
həyat üçün məhəbbətdə olmaqla bayram edirdi, öz həmvətənlərinin – yoldaşlarının 
–  və  qadınların  ürəyini  fəth  etməkdə  və  bunu  qoruyub  saxlamaqda  müqayisə 
olunmaz  istedada  malik  idi.  Konstitusiyanın  indiyədək  tələb  etdiyi  otuz  yaşına 
çatmamış  o,  Senata  seçilmişdi  və  dəfələrlə  Nümayəndələr  Palatasına 
göndərilmişdi, burada o, otuz beş yaşında tezliklə spiker seçilənə qədər və ondan 
sonra heç vaxt ikili qaydada hərəkət etməmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə