35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

 
74 
Arnoldun  (İstiqlaliyyət  müharibəsi  vaxtı  xəyanət  edib,  ingilislərə  satılan  və  ifşa 
edilən  general  –  tərcüməçi)  hərəkəti  ilə  müqayisə  edə  bilərəm.  Horatsi  Menn 
deyirdi ki, “Uebster düşən ulduzdur. Göydən enən Lutsiferdir” (Yerə düşən mələk, 
şeytan  –  tərcüməçi).  Lonqfello  (Henri  Uodsuart  Lonqfello  (1807-1882-ci  illər)  – 
görkəmli  amerikan  şairi  idi,  müharibə,  quldarlıq,  milli  düşmənçilik  və  istismar 
əleyhinə çıxış edirdi – tərcüməçi) dünyadan soruşurdu ki, “Bu mümkündürmü? Bu, 
illərlə  əvvəl  Heyndə  dağları  fırladan  titandırmı?”  Və  Emerson  bəyan  edirdi  ki, 
insanın  damarlarında  axan  qanın  hər  bir  damlası  aşağı  tərəfə  baxan  gözlərə 
malikdir...  Uebsterin  əxlaqi  qabiliyyətinin  yoxluğu  ölkəni  pozur”.  Uilyam  Kallen 
Brianta görə Uebster “əvvəllər müdafiə etdiyi səbəbdən qaçan adam” idi və çirkli 
motivin  kəsilib  atılması,  onu  şəraitə  görə  qaçmağa  məcbur  etmişdi.  Və  Ceyms 
Rassel  Louellə  görə  o,  “mənim  nə  vaxtsa  haqqında  eşitdiyim  əclaf  və  səfeh  olan 
xəyanətkar bir adam” idi. 
Onun  çıxıb  getməsindən  sonra  Senatda  yüksələn  Çarlz  Samner  Uebsterin 
adını  “dönüklüyün  qara  siyahısına”  daxil  etmişdi.  Parlaq  “vicdanlı”  Senator 
Uilyam H.Syuard Uebsteri “azadlıq səbəbinə görə satqın” adlandırmışdı. Feyneyil 
Hollda  keçirilən  kütləvi  mitinq,  çıxışı  “müdrik  dövlət  xadiminə  və  yaxşı  adama 
yaramayan” kimi məhkum etmişdi və belə yekun vurmuşdu ki, “Konstitusiya ilə və 
ya konstitusiyasız, qanuni və ya qanunsuz olsa belə Massaçusets ştatından qaçmış 
qulun  tutulub  geri  qaytarılmasına  biz  icazə  vermərik”.  Massaçusets 
Qanunvericiliyinin Yeddi Mart çıxışının ruhuna bütünlüklə zidd olan qətnamələri 
sonralar  qüvvəyə  mindi,  onun  üzvlərindən  biri  Uebsteri  “Massaçusetsin  satqın 
oğlu, Senatda onu təhrif edən” adlandırmışdı; digəri isə bəyan etmişdi ki, “Deniel 
Uebster  o  vaxt  xoşbəxt  adam  olardı  ki,  onu  Allah  öz  rəhmi  ilə  qorusaydı,  onun 
həyatını  kifayət  qədər  uzatsaydı,  bu  ona  kifayət  edərdi  ki,  öz  hərəkətlərinə  görə 
tövbə etsin və adının üstündəki ləkə silinsin”. 
Bostonun  “Courier”  qəzeti  elan  etmişdi  ki,  Konqressin  “mister  Uebsterə 
oxşayan  hansısa  Şimallı  Viq  üzvünü  tapmaq  qeyri-mümkündür”;  və  onun  köhnə 
müdafiəçisi  “Atlas” qəzeti  bəyan  edirdi ki,  “onun  hissləri  bizim  hisslər  deyildir”, 
“biz cəsarət edib deyə bilmərik ki, bu Yeni İngiltərənin Viqlərinin hissidir”. Nyu-


 
75 
Yorkun  “Tribune”  qəzeti  hesab  edirdi  ki,  bu,  “hadisəyə  bərabər  olan  və  onun 
müəllifinə layiq olan deyildi”; Nyu-Yorkun “Evening Post” qəzeti belə terminlərdə 
danışırdı ki, “satqınlar geri çəkilsinlər,... bu adam əvvəllər müdafiə etdiklərini tərk 
etdi”;  və  “Abolitsionist  Press”  bunu  “Deniel  Uebsterin  qıp-qırmızı  biabırçılığı... 
təsvir oluna bilinməyən alçaq və əxlaqsız çıxış” adlandırırdı. 
Edmund Kvinsi acı şəkildə “şirin spaniyelə (it cinsi – tərcüməçi) çevrilməsi 
ilə  quyruğunu  bulamağı,  ağalarının  ona  atacağı  çirkli  puddinq  hesabına  onların 
əlini  yalaması”  kimi  ifadə  edilə  bilməyən  bir  mənanı  verirdi.  Və  nəticədə  Deniel 
Uebster  bizim  torpağın  ədəbiyyatında  həmişəlik  alçaldıldı  və  adətən  nəcib  olan 
Con Qrinliif Uittier özünün ölməz poeması olan “İçabod”da bunu kəsilmiş sözlərlə 
belə təsvir edir. 
Beləcə düşmüş! Beləcə itirilmiş, işıq çəkildi 
Bu işığı bir dəfə o, daşımışdı! 
Onun çal saçlarını şərəf tərk etmişdi  
Həmişəlik! 
Sevdiyimiz və şərəfləndirdiyimiz hər şeydən 
Gücü xilas edən şıltaqlıq qaldı; 
Düşmüş mələyin fikir iftixarı 
Hələ də zəncirlərdə möhkəmdir. 
Onda təzim ... keçmiş günlərə  
Bircə onun ölməz şərəfinə
Geriyə get, dəyiş baxışını da, 
Və gizlət biabırçılığı! 
İllərlə sonra Uittier şeirdəki sətiri dəyişib öz qələmi ilə bu acı sözləri yazdı: 
“Mənim  həyatımın  ən  kədərli  anlarından  birində”.  Dövrün  lovğa,  nifrət  edilən 
nəhəngi olan Deniel Uebster siyasi inciklikdən yuxarıda dayanaraq özünə inanırdı. 
Ancaq  Uittierin  hücumu  onun  üçün  xüsusilə  acı  idi.  Bəzən  o,  özünə  hücum 
edənlərə çiyinlərini çəkməklə cavab vermək istəyirdi, bəyan edirdi ki, özünə yarlıq 
vurulmasını  və  təhqir  edilməsini  əsasən  abolitsionistlərdən  və  intellektuallardan 
gözləyir,  çünki  onlar  onu  əvvəllər  söymüşdü,  necə  ki,  Corc  Vaşinqtonu  və 


 
76 
digərlərini də ondan əvvəl söymüşdülər. Tezliklə cavab verməyi tələb edənlərə o, 
qoca  keşişin  başına  gələn  əhvalatı  müqayisəli  qaydada  danışırdı.  Həmin  keşiş  öz 
dostlarına demişdi ki, “mən həmişə belə qayda qoymuşam ki, qar kəsməyənə qədər 
cığırı heç vaxt təmizləməyim”. 
Lakin o, Yeni İngiltərə Viqlərindən sadə birinin onun müdafiəsinə qalxanda 
uğursuzluğa uğramasından kədərlənmişdi və qeyd edirdi ki, o, “elə bir ziddiyyətə 
cəlb  olunmuşdur  ki,  nə  ondan  lider  olmuş,  nə  də  bilavasitə  dostlarım  arasında 
ardıcılım olmuşdur... Mən burada dayanmaqdan yorulmuşam, Massaçusetsdən olan 
demək olar ki, tək  adamam ki, ölkə üçün mahiyyətcə  mütləq  qaydada yaxşı olan 
praktiki tədbirlər barədə mübarizə aparıram... Beş ay ərzində kolleqalarımdan heç 
kəs mənim hisslərimlə azacıq üst-üstə düşən bir şey nümayiş etdirmədi... martın 7-
dən  sonra bir  saat belə yox  idi ki, onda həyəcanın  ağırlığını dağıdan  bir şey  hiss 
edim.  Mən  heç  bir  səhər  yeməyinə  və  ya  nahara  laqeyd  və  asan  fikirlə 
oturmurdum”. 
Lakin  quldarlığa  qarşı  davam  edən  müxalifliyin  obyektiv  və  sakitləşdirici 
qaydada dostlarına izah etmək yolunu axtararkən, o, buna baxmayaraq təkid edirdi 
ki,  “axıra  qədər  çıxışımın  prinsipləri  üzərində  dayanıram...  Əgər  lazım  olsa  mən 
Yeni  İngiltərədəki    hər  bir  kəndə  ayaq  döyəcəyəm...  Adamların  ağlında  təlatüm 
yaranacağını  mən  görə  bilmərəm,  lakin  borc  barədəki  öz  məsləklərim  müəyyən 
edilmişdir və möhkəmdir; lakin öz məsləkim ardınca büdrəmədən getməkdə davam 
edəcəyəm...  Çox  sevincli  zamanlarda  yelpiyə  çevrilmək  və  ziddiyyətli  alovla 
qidalanmaq,  onlara  tabe  olmaqdan  çox-çox  asandır;  təhlükədə  mülayimlik 
məsləhətini  verənlər,  öz  partiyası  qarşısında  borcunu  uğursuzluğa  düçar  edənlər 
kimi qiymətləndirilir”.  
Və sonrakı ili, onun yetmiş yaşının əksinə Uebster öz mövqelərini müdafiə 
etmək  üçün  geniş  çıxış  turuna  yollandı:  “Əgər  Vətəndaş  müharibəsi  nəticə  kimi 
min  şansdan  biri  olacaqdırsa,  mən  hələ  də  hiss  edəcəyəm  ki,  istənilən  ağıllı 
məmnunluğun  əksinə  mininci  şans  qorunacaqdır”.  Onun,  həmçinin  Kleyin, 
Duqlasın və digərlərinin kompromissin xeyrinə cəhdləri bütünlüklə uğurlu idi. O, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə