17
vaxt ki, Senat ancaq yenicə öz yoluna düzəlmişdi, Kapitolinin harada yerləşməsini
müzakirə edirdi) verilmişdi.
Bu
o demək idimi ki, Senat artıq mərd adamlarla öyünə bilməz.
Uolter Lippman (XX əsrin ilk üç rübündə Birləşmiş Ştatların ən məşhur
jurnalisti, naşiri və yazıçısı – tərcüməçi) bu yaxınlarda nəşr edilmiş kitabında
yarım əsrə yaxın bundan əvvəl diqqətli müşahidəsindən sonra, siyasətçilərin və
seçicilərin hər ikisinə xoşagəlməyən mühakiməsini təqdim edir:
“Müstəsnalar o qədər nadirdir ki, onlar təbiətin möcüzəsi və şıltaqlığı kimi,
təhlükəsiz və qorxmaz adamlar olan uğurlu demokratik siyasətçilər kimi
qiymətləndirilirdi. Onlar siyasi cəhətdən yalnız ona görə irəliləmişlər ki,
sakitləşdirici, barışdırıcı, rüşvətxor, şirnikləndirilən olmaqla, öz seçicilərinin
tələbkarlığı ilə seçilən və hədələyən elementlərini aldatmaq üçün başqa üsullardan
da istifadə edirlər. Həlledici müzakirə hansı təklifin yaxşı və populyar olduğu
demək deyildir – görən bu yaxşı işləyəcəkdirmi və ya özünü sübut edəcəkdirmi də
demək deyildir, bu ancaq görən fəal danışan seçicilərin bilavasitə xoşuna
gələcəkdirmi qayəsinə xidmət edir”.
On ilə yaxın müddətdən sonra “uğurlu demokratik siyasətçilərin” arasında
yaşayandan və işləyəndən sonra onların hamısının “özünə arxayın olmayan və
qorxudulmuş” adamlar olmasına o qədər də əmin deyiləm. Mən inanıram ki,
ictimai işin mürəkkəbliyi və ictimai diqqətə layiq olmaq uğrunda rəqabət,
mərdliyin – qoy bu, böyük ya kiçik olsun – saysız-hesabsız nümunələri ilə
zəifləyəcəkdir, bu nümunələr demək olar ki, hər gün Senat zalında baş verəcəkdir.
Mən inanıram ki, tənəzzül - əgər tənəzzül baş versə - siyasət sənətinin,
kompromiss və tarazlıq üçün zərurətin və Senatın təbiətinin, bir qanunverici palata
kimi ictimai qiymətləndirilməsində olduğuna nisbətən, Senatda daha az olacaqdır.
Və nəticədə mən inanıram ki, biz kütlənin arxasınca gedən adamları tənqid
edəcəyik, həm də eyni zamanda o adamları tənqid edəcəyik ki, buna açıq şəkildə
tabe olmadılar – çünki biz Senatorun öz seçiciləri qarşısındakı məsuliyyətini tam
başa düşmür və ya siyasətçinin vicdanla arzuladığı ilə, Uebsterin sözləri ilə desək,
“(onun) skifini (skiflər b.e.ə. 7-ci əsrdən b.e. 3-cü əsrinə qədər mövcud olmuş,
18
Şimali Qara dəniz ətrafında yaşayan və Herodotun “Tarix” kitabında geniş təsvir
edilən qədim tayfadır - tərcüməçi) “tənha sahildən” düşmən kəsilən və coşqun
dənizə atmaq üçün “itələməklə” üzləşdikdə, onun çətinliyini etiraf etmirik. Yəqin
ki, əgər amerikan xalqı siyasi mərdliyin, çaşdırmağa sövq edən hərəkətlərlə ağır
təzyiqlərə məruz qaldığını
bütünlüklə dərk etsə, bunlar isə Senatoru öz vicdanından
uzaqlaşmağa və ya onu yatırtmağa məcbur edir, bu vaxt onlar asan yolu tutmuş
adamlara daha az tənqidi yanaşmalıdırlar – və mərdlik cığırı ilə indiyədək getməyə
qadir olanları daha çox qiymətləndirməlidirlər.
Yada düşən
birinci təzyiq ümumi ictimaiyyət tərəfindən nadir hallarda
nəzərə alınan təzyiq formasıdır. Amerikanlar istəyirlər ki, xoşa gəlsinlər – və
Senatorlar da bu məsələdə istisna təşkil etmirlər. Onlar təbiət etibarilə və
zərurətdən – sosial heyvanlardır. Biz dostluqdan, dostlarımızı və kolleqalarımızı
bəyənməkdən həzz alırıq. Biz, təhqirə görə tərifə, nifrətə görə populyarlığa
üstünlük veririk. Vicdanlı qaydadakı üsyançı yolunun dəfələrlə tənha qaldığına
əmin olduqda, biz öz qanunverici yoldaşlarımızla, klub üzvləri olan sirdaşlarımızla
birgə addımlamaqdan ötəri narahat olmalıyıq, vahid və müstəqil xətti tutmaq isə
digər üzvləri də utandıracaq və qıcıqlandıracaqdır. Buna baxmayaraq, biz belə bir
qərara gəlirik ki, klubdakı nüfuzumuz və öz obyektlərimizə, həm də seçicilərimiz
olanlara çatmağa nail olmaqla onun genişlənməsi, müəyyən ölçüdə digər
Senatorların bizə bəslədiyi hörmətdən asılıdır. Konqressə daxil olanda mənə
demişdilər ki, “yolu birgə getmək, birgə getmək deməkdir”. Birlikdə getmək ancaq
yaxşıdan daha böyük mənanı verir – bu, kompromissi, mümkün olan şeylər
düşüncəsini əhatə edir. Biz bütün kompromissləri pis bir əxlaq kimi çox tez
məhkum etməməliyik. Siyasət və qanunvericilik üçün sarsılmaz prinsiplər və ya
əldə edilə bilməyən ideallar yoxdur. Siyasət, Con Morleyin dərindən müşahidə
etdiyi kimi, “elə bir meydandır ki, orada hərəkət bir saniyə uzunluğunda yaxşıdır
və oradakı seçim daim iki səhvin arasında olur” və həyatın demokratik yolu altında
olan qanunvericilik və hökumətin federal sistemi həm fərdi, həm qrup, həm də
onların ətrafında olanlardan hər birinin istəkləri arasındakı kompromissi tələb edir.