Hans M. Ewoldsen, Ph.D., P.E.
-
İstismar ehtiyatının təxmin edilməsində və ya hesablanmasında istifadə edilən metodologiyalar
İstismar ehtiyatının təxmin edilməsində və ya hesablanmasına əsasən 4 metodologiya istifadə edilir:
-
Oxşar hövzələrin istismar ehtiyatının keçmişdə hesablanması əsasında təxminetmə
-
Tədqiq edilən hövzədə quyulardan əldə olunan məhdud məlumatlara əsaslanan təxminetmə
-
Hövzədən əldə olunan məlumatların geniş kompyuter modelləşdirməsində hesablama
-
Oxşar hövzələrdən məlumatların geniş kompyuter modelləşməsi əsasında təxminetmə
Üç pilot hövzənin istismar ehtiyatının hesablanmasında C metodu istifadə edilmişdir
-
İstismar ehtiyatlarının təxminetmələri/hesablamaları – pilot hövzələr
Hövzələrin səthində illik yağıntı, müvafiq hövzələrə illik axım və ya çay axını, illik evapotranspirasiya ilə bağlı məlumatların tədqiqi Bakı-Ceyhan neft kəməri üçün British Petroleum şirkəti tərəfindən tərtib edilmiş ESİA (Ətraf mühit və sosial təsirin qiymətləndirilməsi) sənədindən bəzi məlumatlar hazırlamışdır. Boru kəmərinin marşrutu Türyançaydan keçir və bu çay BP tərəfindən öyrənilmişdir. Bu tədqiqat aşkar etmişdir ki Azərbaycandakı çaylarla bağlı əlçatımtlı məlumatlar azdır (Kür və Araz çayları istisna olmaqla), çaylardakı yüksək axınlar barədə məlumatlar azdır, beynəlxalq ədəbiyyatda da da bu barədə nəşr olunmuş və təhlil edilmiş məlumatlar məhduddur.
BP belə nəticəyə gəlmişdir ki, əsaslı məlumatlar yalnız axınlarda və hövzələrdə birbaşa ölçmələr yolu ilə əldə edilə bilər. BP-nin işi Türyançay çayında ölçülmüş məlumatlarla nəticələnmişdir. Kişçay və Talaçay hövzələri üçün Cədvəl 1-də göstərilmiş məlumatlar Türyançayın məlumatları əsasında təxmin edilir.
Cədvəl 1. Pilot hövzənin çayları üçün ölçülmüş
və təxmin edilən məlumatlar
Çay hövzəsi
|
Hövzənin sahəsi
|
İllik yağıntı
|
İllik çay axını
|
İllik evapotranspirasiya
|
İllik sugötürmə
|
Türyançay
|
75 km2
|
6 milyon m3
|
17 – 18 m3/san
|
80 sm/il
|
Naməlum
|
Kişçay
|
75 km2
|
6 milyon m3
|
12 – 14 m3/san
|
80 sm/il
|
Naməlum
|
Talaçay
|
100 km2
|
8 milyon m3
|
14 – 16 m3/san
|
80 sm/il
|
Naməlum
|
Qeyd: Kişçay və Talaçay çayları üçün illik axınlar müvafiq suayrıcı sahələri, hövzələrin ərazilərində yağıntı dəyərləri x illik yağıntı dərəcəsi (Azərbaycanın Xarici işlər Nazirliyi tərəfindən verilmiş) əsasında hesbalanır. Transpirasiya dəyərləri British Petroleum ESİA sənədindən götürülüb. Müvafiq hövzələrdə sugötürmə miqdarları məlum deyil.
Hazırda müəyyən edilməmiş istismar ehtiyatının hesablanmasına töhfə verən digər amillər aşağıdakılardır:
-
Yeraltı suların ana süxurlarla hövzələrə illik axını
-
İllik infiltrasiya dərəcəsi (yağış və ərimiş qarın hövzəyə axınının faizi)
-
Süni qidalanma
-
Süzülmə vasitəsilə yeraltı sulara qayıdan suvarma sularının faizi
-
Pilot hövzələrdə gələcək istismar ehtiyatının proqnozlaşdırılması
Geoloji strukturlarda yeraltı su hövzələrinin istismar ehtiyatlarının Azərbaycanın şimal-qərbi Böyük Qafqaz regionunun pilot hövzələrinə oxşar şəkildə tədqiqatı 2012-ci ildə Yeni Zelandiyanın Marlboro Şurası tərəfindən aparılmışdır. Bu tədqiqat Vairau çayının yeraltı su hövzəsini əhatə etmişdir. Bu hövzə kəskin dağlıq sutoplayıcı sahəyə malikdir. Bu sahəyə əhəmiyyətli miqdarda yağış və qar (qışda) düşür. Yeraltı su hövzələri ən yuxarı hissələrdə iri çınqıl və çaylaq daşı ilə səciyyələnir, orta zonada çınqıl və quma keçir və aşağı hissələrdə xırda qum və lilə keçir. Sulu laylar üzümlüklər və digər kənd təsərrüfatı məhsulları üçün suvarma və quyu şəbəkələri ilə geniş şəkildə istifadə edilir. Əsasən yay aylarında istifadə edilir.
Vairau çayının orta illik axını saniyədə 19.5 kub metrdir. Müşahidə və istehsalat quyularının geniş monitorinqi iyirmi il boyunca aparılmışdır. Hövzənin, onun hidrogeologiyasının və məlumat sugötürmə dərəcələrinin kompyuterdə modelləşdirilməsi nəticəsində 2.5m/san standart kimi müəyyən edilmişdir. Bu istismar ehtiyatı səviyyəsində sugötürmə orta illik axının 12-15 faizi çərçivəsindədir.
Marlboro tədqiqatının istismar ehtiyatı
faizlərindən istifadə etməklə, üç pilot hövzə üçün hesablanan istismar ehtiyatları aşağıdakı kimi olacaqdır:
-
Türyançay hövzəsi : 18 m3/san x 12 % = 2.2 m3/san
-
Kişçay hövzəsi : 13 m3/san x 12 % = 1.6 m3/san
-
Talaçay hövzəsi : 15 m3/san x 12 % = 1.8 m3/san
-
Azərbaycanda istismar ehtiyatı təcrübəsi (“Azərsu” ASCI)
“Azərsu”dan və digər quyu operatorlarından məlumatlar bu hesabatın hazırlandığı vaxtadək təmin edilməyib.
-
Yeraltı su hövzəsinin istismar ehtiyatının yoxlanıb təsdiqlənməsi
Yeraltı su hövzəsinin istismar ehtiyatının yoxlanıb təsdiqlənməsi bir neçə illər ərzində pyezometrik quyu müşahidə şəbəkəsi vasitəsilə müəyyən edilə bilər. Yeraltı su hövzəsində su səviyyəsinin illik və mövsümi tərəddüdləri qısa müddətlər ərzində əhəmiyyətli dərəcədə dəyişə bilər. İstismar ehtiyatının müəyyən edilməsi üçün pyezometrik məlumatları bir neçə ildən 10 ilə qədər izləmək mümkündür. Bir neçə il ərzində yerüstü suların statistik azalma tendensiyası baş verərsə, sulu lay(lar)da intensiv boşalma gedir və yeraltı sulardan istifadə azaldılmalıdır ki, hövzə istismar ehtiyatı normasına qayıtsın. İllər üzrə sugötürmə dərəcələri tələb olunan azalma ilə bağlı istiqamət təmin edir, yoxlama isə davamlı monitorinqdən asılıdır.