424
Əgər istehlak malları istehlakçıya müxtəlif komplektasiyalarda
və ya müxtəlif yığılma varmantları ilə çatdırıla bilərsə, onda müxtəlif
növ komplektasiya düzəlişlərindən istifadə olunur. Problem ondan
ibarətdir ki, bu və ya digər komplektasiyaların tərkibinə daxil olan bir
sıra detallar ayrı-ayrılıqda satılır. Buna görə belə detallar üçün
dəqiqləşdirilmiş dünya qiymətlərini təyin edilmiş hesab etmək olmaz.
Bu detallar üçün adətən orta və xüsusi göstəricilərdən istifadə edərək
hesablaşma metodundan istifadə edilir. Belə orta və xüsusi göstəricilər
adətən beynəlxalq statistik topluda göstərilir.
Seriyalı məhsullar üçün bu məhsulun seriyasının çox olması
üçün güzəştlərdən istifadə edilir. Bu növ düzəlişlər elə sahələrdə geniş
yayılmışdır ki, burada heç olmasa bir məmulatın hazırlanması üçün
elmi-tədqiqat və sınaq-konstruktor işlərinin yerinə yetirilməsi üçün
istehsal güclərinin yaradılması üçün və texnoloji hazırlıqlar üçün çox
böyük miqdarda vəsaitin xərclənməsi zəruridir. Belə vəziyyət
gəmiqayırma və aviotikinti kimi sahələr üçün xarakterikdir. Yuxarıda
adı çəkilən xərclər onsuzda sərf olunmalıdır. Amma əgər məhsul böyük
seriyalarla buraxılarsa onda bu xərcləri çox sayda məmulatlar arasında
bölüşdürmək olur, belə oduqda bir məmulatın qiyməti aşağı olur.
Bundan başqa, əgər məmulat seriya ilə sifariş edilirsə, onda istehsal
bazasının yaradılması üçün avadanlıqlar topdansatış şəkildə sifariş
edilir ki, bu da ucuz başa gəlir və istehsal metodlarının
təkmilləşdirilməsi nəticəsində son vaxtı məmulatların istehsal xərcləri
aşağı düşür. Beləliklə, saziş qiymətləri sifariş edilmiş seriyaların
artırılması zamanı azalmalıdır.
Yuxarıda qeyd etdiyimiz bütün bu düzəlişlər təyin edilərkən
qiymət sürüşməsini də nəzərə almaq lazımdır. Iş burasındadır ki,
sövdələşmə qiymətləri sazişlər bağlanarkən təyin edilir, amma
çatdırılması arasındakı müddət uzandıqda bu qiymətlər əsaslı şəkildə
dəyişə bilər. Məmulatlar üçün belə qiymət dəyişikliyi adətən
qiymətlərin xammala, yanacağa və işçi qüvvəsinə dəyişilməsinə gətirib
çıxarır. Buna görə də sazişin mətninə belə bir əlavə edilir ki, saziş
qiymətlərinə bu sazişin yerinə yetirildiyi müddətdə əgər əvvəlcədən
razılaşdırılmış şərtlər dəyişilərsə, yenidən baxılmalıdır. Belə əlavələr
xüsusilə informasiya prosesi şəraitində daha da zəruridir.
Beləliklə, idxal və ixrac sazişlərindəki qiymətlər fəaliyyə olan
dünya qiymətlərinin səviyyəsi və onların inkişaf dinamikasının uçotu ilə
birgə göstərilir.
425
Sazişlərdə həmçinin daşınma və malların yüksəlməsi və
boşaldılması
işləri
üzrə
xərclərin
hesablanması
yolları
da
göstərilməlidir. Başqa sözlə desək, sənədlərdə məhsulun qiymətinə daxil
edin. Həm də daxil edilməyən xərclər göstərilməlidir.
Şə
kil 10.10. Beynəlxalq sazişlərdə göstərilən qiymətlər
Buna görə də beynəlxalq sazişlərdə həmin saziş üzrə məhsulun
çatdırılması zamanı istifadə edilən qiymət növləri göstərilir. Xarici
ticarət sazişlərində göstərilən qiymət müxtəlifliyi şəkil 10.10.-də olduğu
kimidir.
Demək olar ki, bütün ölkələrdə hakimiyyət öz istehsalçılarının
beynəlxalq bazara çıxması üçün həvəsləndirmə işləri aparır.
Ixracatçıların dünya bazarına çıxışı ölkənin büdcəsinə valyuta daxil
olmasını yüksəldir və istehsalın inkişafına gətirib çıxarır.
Ixracatçıların
stimullaşdırılması
ixracat
resurslarının
azaldılması, müxtəlif subsidiyaların verilməsi iilə əldə edilir. Belə
imtiyazların əldə edilməsi üçün ixracatçılar ixrac faktını təsdiqləyən
sənədlər yığılmalıdır. Belə olduğu halda ixracatçının saziş qiymətləri
ixracda qiymətin ən yüksək həddini bildirəcəkdir.
Ixrac prosesində qiymətlərin ən aşağı həddi istehsal xərcləri,
istehsalçının təyin edilmiş mənfəəti, məhsulun sazişində göstərildiyi
məntəqələrə çatdırılması xərcləri, həmçinin sənədləşməsi üçün məhsula
görə alınan müxtəlif yığımlardan ibarətdir. Idxal prosesi zamanı
qiymətin yuxarı həddi daha böyük əhəmiyyət kəsb edir, çünki bu zaman
Saziş
qiymətləri
Möhkəm
təsbit edilmiş
Düzəlmiş
imkanına
malik olan
Sonda təsbit edilən
qiymətlər
Sürüşkən qiymətlər
426
alıcı nöqteyi nəzərindən daxil edilən məhsul üçün bi qiyməti ödəmək
məqsədəuyğundur.
Idxal edilən məhsul üçün həmin məhsulun yuxarı qiymət həddi
o qiymət sayılır ki, həmin qiymətlə məhsulu daxil olduğu ölkənin daxili
bazarında satmaq mümkün olsun.
Daha mühüm, lazımlı və ya defesit olan məhsulların idxal
prosesinin stimullaşdırılması məqsədi ilə bəzi gömrük rüsumların
azalması və ya tamamilə aradan qaldırıla bilər.
§ 10.4. NKIŞAF ETMIŞ APARICI SƏNAYE ÖLKƏLƏRINDƏ
QƏ9 VƏ QIYMƏTLƏRIN TƏNZIMLƏNMƏSI.
Dünyanın iqtisadi inkişaf təcrübəsi həm inzibati – kamanda
iqtisadiyyatının, həm də xalis bazar iqtisadiyyatının səmərəsiz olduğu
bir daha sübut etdi. Bundan başqa, hesab etmək olar ki, hal-hazırda bu
iki iqtisadi fikirdən heç birisi təmiz şəkildə yoxdur.
Real şəkildə fəaliyyət göstərən iqtisadiyyatda ən inkişaf etmiş
ölkələrdə belə elə bir vəziyyət yaranır ki, dövlət orqanları iqtisadiyyatın
tənzimlənməsi sistemini yaradır, amma bununla belə bazarın
tənzimlənməsi mexanizmi məhv olmur.
Dövlət tənzimlənməsi sisteminin əsas vasitəsi kimi maliyyə -
valyuta, büdcə, kredit, vergi və qiymət tənzimlənməsi hesab edlir. Bütün
bu tənzimlənmə metodları yalnız ona yönəldilmişdir ki, əmtəə və pul
kütləsi arasında, istehlak və yığım arasında balans saxlanılsın və son
hesabda tələb və təklif arasındakı balanın saxlanılmasını stimullaşdırır.
Qiymətlərin dövlət tənzimlənməsinə birbaşa və dolayı yolla ən müxtəlif
faktorlar öz təsirini göstərir. Bu faktorların sırasında xammal resursları
ilə təmin edilmə səviyyəsini, siyasi vəziyyəti, həmçinin dünya bazarında
həmin ölkənin yerini xüsusilə qeyd etmək lazımdır.
Indi isə gəlin müxtəlif ölkələrdə QƏ9-nin və dövlət tənzimlənməsinin
necə həyata keçirilməsi ilə tanış olaq.
ABŞ-da son vaxtlar qiymətlərin birbaşa və ya dolayı yolla
tənzimlənməsi cəhdləri qəbul edilir.
XX əsrin 70-ci illərinin əvvəllərində inflyasiya prosesi, yəni daxili
bazarda qiymət artımı yavaş-yavaş çox kəskin inflyasiyaya gətirib
çıxara bilərdi. Buna görə də 1971-ci ildə ABŞ-da o zaman krediti
R.Niksolun səyi ilə əmək haqqının dondurulması ilə birgə qiymətlərə
birbaşa mərkəzləşdirilmiş nəzarət təyin edildi.