А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə74/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   70   71   72   73   74   75   76   77   ...   148

 

222


 

 

§ 6.4.  NFLYASIYA SƏVIYYƏSININ QIYMƏTLƏNDIRILMƏSI 



 

Iqtisadiyyatda baş verən inflyasiya prosesləri öz kəmiyyət 

qiymətləndirilməsini – cari vəziyyətdə və perspektivə olan 

qiymətləndirilməsini almalıdır. Bu proqnozlar həm 

qısamüddətli, həm də daha uzunmüddətli mərhələlər üçün 

hazırlanmalıdır. 

Gələcək  mümkün  inflyasiyanın  qiymətləndirilməsi  (inflyasiya 

gözləmələrinin) müəssisə tərəfindən həyata keçirilən qiymət siyasətinin 

hazırlanması və dəyişən şəraitdə adekvat davranış xəttinin formalaşması 

üçün olduqca vacibdir. 

Inflyasiya gözləmələri aşağıdakılar üçün nəzərə alınmalıdır: 

~  Yeni  bazarda  məhsulların  tətbiqi,  köhnə  bazarda  mövqelərin 

qorunması və genişlənməsi və ya bu bazarı tərk etmək üçün; 

~  Müəssisənin  strukturunun  haırlanması,  bu  strukturun  mümkün 

profil 

dəyişmələri, 



istehsal 

güclərinin 

kəmiyyətinin 

müəyyənləşməsi; 

~  Müəssisənin biznes-planın hazırlanması; 

~  Ayrı-ayrı  proqramların  reallaşması  üçüm  biznes-planların 

hazırlanması; 

~  Müxtəlif  təşkilati-texnoloji  tədbirlərin  seçilməsi,  təhlili  və 

qiymətləndirilməsi; 

~  Gəlirlərin və mədaxilin müəyyən edilməsi; 

~  Xammal,  material  və  yarımfabrikatlar  alqısına  xərclərin 

qiymətləndirilməsi; 

~   Əmək haqqının qiymətləndirilməsi; 

~  Mənfəət,  zərər,  likvidlik,  ödəniş  qabiliyyətlilik  göstəricilərinin 

hesablanması; 

~  Müəssisənin məhsulunun qiymətlərinin əsaslandırılması; 

~  Texniki-iqtisadi göstəricilərin hesablanması; 

Beləliklə,  inflyasiya  gözləmələrinin  hesablanması  təşkilati  və 

idarəetmə  qərarlarının  qəbulunun  zəruri  elementidir.  Inflyasiya 

gözləmələrinin  qiymətləndirilməsi  adətən  beş  mərhələdə  həyata 

keçirilir: 



 

223


1) 

Qiymətlərin  dinamikası  göstəricilərinin  dəqiqləşdirilməsi, 

proqnozlaşdırma müddətinin uzunluğunun müəyyənləşməsi; 

2) 


lkin göstəricilərin təhlili və informasiyalar hazırlanması; 

3) 


nflyasiya  templərinə  təsir  edən  faktor  və  şərtlərin 

aşkarlanması 

və 

onların 


təsirinin 

kəmiyyətcə 

müəyyənləşməsi; 

4) 


nflyasiya sürətinin hesablanması; 

5) 


Optimist,  pessimist  və  optimal  proqnozların  hazırlanması 

üçün inflyasiya gözləmələri ehtimalının qiymətləndirilməsi. 

Informasiya 

gözləmələrinin 

proqnozlaşdırılması 

üçün 


göstəricilərin  müəyyən  çeşidini  istifadə  etmək  məqsədəuyğundur.  Bu 

göstəricilər statistika praktikasında hamı tərəfindən qəbul edilir. Onlara 

aşağıdakılar aiddir: 

Məhsul və xidmətlərin qiymətinin toplu indeksi. Bu indeks adətən 

kütləvi  informasiya  vasitələrində  çap  edilir.  Bu  indeks  ötən  ilimn 

dekabrınınqiymətlərinə 

nisbətlə 

statistika 

orqanları 

tərəfindən 

hesablanır.  Hesablamalar  həm  istehlak  məhsullarının  qiyməti,  həm  də 

xidmətlərin qiyməti üzrə aparılır. Iqtisadi inkişafın müəyyən səviyyəsinə 

çatan ölkələrdə bu indeksə əsas göstərici kimi baxırlar. 

Sənaye  məhsulu  istehsalçılarının  qiymət  indeksi.  Əvvəlki 

göstərici  kimi  bu  göstərici  də  eyni  periodikliklə  hesablanır  (və  eyni 

yerdə  çap  edilir).  Ancaq  bu  göstərici  yalnız  sənayedə  istehsal  edilən 

məhsullar  üzrə  hesablanır.  Indeksin  belə  şəkildə  alınan  kəmiyyəti 

verilən  müəssisə  tərəfindən  istehsal  edilən  məhsulun  qiymətinin  təyin 

edilməsində  istifadə  olunur.  Bu  indeksin  xüsusiyyətlərindən  biri  budur 

ki, o, təkcə küçən ilin dekabrına nisbətən deyil, həm də cari ilin bu və 

başqa  müddətinin  keçən  ilin  uyğun  müddətinə  müqayisəsi  ilə  də 

hesablanır. 

Yük daşımaları tarifi indeksi. Ümumi istifadədə olan nəqliyyatla 

yükdaşımalarının  dəyərinin  dəyişməsi  dinamikası  barədə  təsəvvürlər 

yaradır. 

Material  –  texniki  resursların  qiymət  indeksi.  Yuxarıda  adı 

çəkilən indekslər kimi statistika orqanları tərəfindən hesablanır və eyni 

olaraq,  sistematik  çap  edilir.  Bu  indeksdə  buraxılış  qiymətlərinin, 

nəqletmə  tariflərinin,  həmçinin  təchizat-satış  xərclərinin  və  vergilərin 

dəyişmələri  öz  əksini  tapır.  Bu  indeks  ona  görə  zəruridir  ki,  bir  çox 

hallarda  istehlakçılardakı  qiymət  bu  məhsulun  istehsalçılarının 

qiymətindən əhəmiyyətli dərəcədə yüksək olur. 



 

224


Kənd  təsərrüfatı  məhsullarının  qiymət  indeksi.  Bu  məhsulun 

istehsalçılarındakı  qiymət  dəyişmələri  barədə  informasiyalar  verir. 

Kəndə  təsərrüfatı  məhsullarının  istehsalı  aşkar  mövsümi  xarakter 

daşıdığından  bu  halda  daha  uyğun  indeks  bütövlükdə  ötən  ilə  nisbətdə 

hesablanmış orta göstərici olacaqdır. 

Ə

haliyə  xidmətlərin  qiymət  indeksi.  Xidmət  müəssisələri  üçün 

xüsusilə  vacibdir.  RF-nın  iqtisadiyyatının  liberallaşması  zamanı 

xidmətlərə  qiymətlər  indeksi  maddi  istehlak  məhsullarının  qiymət 

indeksindən əhəmiyyətli dərəcədə yüksək oldu. Bu əvvəllər formalaşmış 

qiymət disproporsiyalarının ləğvi zərurəti ilə izah edilirdi. 

Inflyasiya səviyyəsinin daha bir ədəd göstəricisi dfelyator adlanan 

göstərici  –  daha  doğrusu,  hesabat  ilinin  nominal  ümumi  daxili 

məhsulunun  (ÜDM)  baza  ilinin  qiymətlərində  ifadə  olunan  ÜDM-ə 

nisbətini əks etdirən göstəricidir. 

Inflyasiya  meyllərinin  təhlili  və  indekslərinin  hazırlanması  üçün 

informasiyaların tərkibində aşağıdakılar vardır: 

~  Hər  il  parlamentə  təqdim  olunan  və  kütləvi  informasiya 

vasitələrində  çap  olunan  ölkənin  iqtisadi  və  sosial  inkişaf 

proqnozları; 

~  RF hökümətinin cari ilə federal büdcəsi; 

~  RF  mərkəzi  bankının  mümkün  inflyasiya  templərinə  aid  olan 

hesablamaları; 

~  Müxtəlif  analitik  təşkilatlar  tərəfindən  həyata  keçirilən  və 

“ zvestisiya”, “Delavoy Mir”, “Ekonomika i jizn” və s. bu kimi 

qəzetlərdə çap olunan sorğu göstəricələri; 

Inflyasiya  gözləmələrinin  qiymətləndirilməsində  çox  meyarlı  seçim 

etmək  lazım  gəlir.  Bu  o  deməkdir  ki,  bir  indeks  və  göstəricilər  üzrə 

inflyasiyanın bir, digərləri üzrə isə başqa rəqəmini gözləmək lazım gəlir. 

Əldə  olunan  göstəricilərin  kütləviliyində  istiqamətlənmək  və  düzgün 

nəticələr çıxarmaq üçün müxtəlif mütəxxəsislərin təcrübə və ixtisasının 

istifadəsinə əsaslanan metodların tətbiqi gərəkdir. Öz mahiyyətinə görə 

tamamilə  rəngarəng  olan  belə  növ  metodlar  ümumiyyətlə  ekspert 

metodu adını daşıyır. 

Bu  metodların    reallaşması  üçün  ekspertizalar  həyata  keçirilir. 

Ekspertizanın  həyata  keçirilməsi  etibar  olunan  mütəxxəssislər  uyğun 

peşəkar ixtisasa malik olmalıdırlar və xarici mühitdən, bir-birindən asılı 

olmayaraq  öz  qiymətləndirmələrini  formalşdırmalıdırlar.  Ekspertizalar 

fərdi və qrup ola, həmçinin əyani və qiyabi həyata keçirilə bilərlər. 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə