А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə96/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   92   93   94   95   96   97   98   99   ...   148

 

285


etməsindən gedir. Əks halda, həmin texnikanı istifadə edən müəssisəyə 

ciddi  ziyan  dəyəcəkdir.  Çox  hallarda  bu  жür  texnikanı  müvafiq  olaraq 

alan  zaman  mövcud  normativ  və  ya  onun  keyfiyyət  tələbləri  ilə 

yoxlamaq mümkün olmur. Belə hallarda istehsalçınin ticarət markasının 

böyük  nüfuzuna  və  hörmətinə  arxalanmaq  lazımdır.  Beləliklə,  nüfuzlu 

ticarət    markasını  təmsil  edən  istehsalçı  öz  rəqiblərilə  müqayisədə  öz 

mallarına  daha  yüksək  qiymət  qoya  bilər.Belə  halda  onlar  rəqiblərə 

münasibətdə daha aşağı qiymət təklif etməklə malın real dəyərini alıcıya 

deməkdə  çətinlik  çəkmiş  olarsınız.Alıcılar  tərəfindən  müəyyən  vaxt 

müddətində daha yüksək qiymət səviyyəsinə razılaşmaq da olar. Bu, ilk 

növbədə bu və ya  digər məhsulun keyfiyyəti haqqında informasiyanın 

kifayət  qədər  olması  və  ictimai  həyatda  meydana  gələn  texniki  tərəqqi 

ilə  bağlıdır.  Bu  və  ya  digər  malın    alınmasına  qədər  keyfiyyətin 

ümumilikdə  müqayisə  edilməsi  zamanı  xüsusi  test  xidmətləri  müxtəlif 

malların  satışının  təşkil  etdiyi  dövründə  potensial  alıcıların  müqayisəli 

reytinqini  dərc  edirlər.  Həmin  nəşrlər  adətən  xüsusi  jurnallarda  dərc 

edilir ki, onlar da alıcı sorğularına həlledici təsir göstərir. 

 

Qiymə



vasitəsi 

ilə 

məhsulun 

keyfiyyətinin 

əyyənləşdirilməsi.  Bir  sıra  hallarda  alıcı  bu  və  ya  digər  malın 

keyfiyyəti  haqqında    qiymətdə  olduğu  kimi  mülahizə  yürüdə  bilməz. 

Xarakterik  nümunə  kimi  yad  bir  şəhərdə  mehmanxana  seçimini 

göstərmək  olar.  Bir  qayda  olaraq  mehmanxana  xidmətləri  yüksək 

olduğu  yerdə  onlarkeyfiyyəti  də  yaxşı  olacağı  haqqında  müştəri 

düşünür.  Bütün  məhsullar,  hansı  ki  qiymətinə  görə  keyfiyyətinin 

müəyyənləşdirilməsi haqqında mülahizə yürütmək lazımdır ki, onlar da 

üç  qrupa  bölünür:  nüfuzlu  məhsullar,  ekskluziv  mallar,  alıcılar  üçün 

digər keyfiyyət göstəriciləri olmayan mallar. 

 

Müşahidələr  göstərir  ki,  potensial  alıcılar  məhsulun  qiymətini 



daha  çox  keyfiyyət  göstəricisi  kimi  qəbul  edirsə,  onlar  mütləq  qiymət 

həddini  və  ya  qiymət  artımına  daha  az  həssaslıq  göstərirlər.  Həmçinin 

əksinə,  alıcıların  təsəvvürünə  görə  yüksək  qiymət  verilmiş  məhsulun 

alınması üçün əsas sübut kimi xidmət göstərə bilir. 

 

Xüsusi  olaraq,  bunları  kifayət  qədər  nüfuza  malik    malların 



(məsələn,  bahalı  avtomobillər),  həmçinin  bir  sıra  eksklйuziv  malların, 

yəni ki, müstəsna kimi müəyyən şəxslər üçün nəzərdə tutulmuş malların 

nümunəsində  görmək  olar.  Axırıncı  halda  qaldırılmış  ödənişlər, 

(məsələn,  biznes-klasda  uçmaq  üçün  aviabileti)  alıcıların  əhatəsindən 

daha imkanlı şəxsləri kənarlaşdırmaqdır. 



 

286


 

Məhsulun  (malın)  bahalıq  ölçüsü.  Yəqin  etmək  olur  ki, 

alıcının imkan daxilində mövcud olan vəsaitdən və ya mütləq həcmdən 

məhsulun  qiyməti  çox  olduqda  alıcı  həmin  məhsulun  qiymət 

dəyişilikliyinə daha həssas olur. Bu sadə şəkildə onunla izah olunur ki, 

məhsul nə qədər baha olsa, onun daha ucuz  əmtəə ilə əvəz etməli böyük 

əhəmiyyət  kəsb  edir.  Əksinə,  müxtəlif  satıcılar  arasında  eyni  bir 

məhsulun  müxtəlif  qiymətlərlə  satılması  zamanı  ən  ucuz  qiymət 

həddində  satılan  həmin  mala  bir  qayda  olaraq  alıcılar  tərəfindən 

əhəmiyyət verilmir.Bu cür mallar sadəcə olaraq təsadüfi hallarda alınır 

və  satıcılar  orta  bazar  qiymətində  uçotunun  aparılması  üçün  dəqiq 

qaydada məşğul olmaya da bilərlər. 

 

xtisaslaşdırılmış  nüfuzlu  dükanlarda  adi  məhsulların  yüksək 



qiymətlərlə satılması digər xarakterə malikdir. Bu cür dükanlarda adətən 

ümumi istifadə üçün nəzərdə tutulmuş dükanlardan fərqli olaraq alıcılar 

daha  imkanlı  olurlar.  Həmin  alıcılar  öz  vaxtlarına  qənaət  etmək 

məqsədilə etibarı  qazanmış alıcıdan daha yüksək qiymətə malı almağa 

hazırdır. 

 

Tələbat  effekivliyinin  nəticələndirilməsinin  əhəmiyyəti.  Çox 

zaman alınmış mal sonuncu zəruri nəticəsini əldə etmək üçün texnoloji 

zəncirin  elementlərindən  biridir.  Məhz  sonuncu  nəticəyə  görə  istehsal 

edilmiş  malın  satışı  zamanı  xərclərin  effektivliyini  qiymətləndirmək 

olar.  Ümumi  xərclərin  həcmində  bu  aralıq  məhsula  nə  qədər  çox  xərc 

payı düşərsə, onda alıcı bu məhsulun qiymətin dəyişilməsində daha çox 

həssaslıq  göstərəcəkdir.  Məsələn,  bağ  sahibi  nəticədə  tələb  olunan 

tərəvəz məhsulunu yetişdirmək üçün kübrə alır. Bol məhsulu əldə etmək 

üçün  sahibin  nöqteyi-nəzərinə  görə  bağına  kifayət  qədər  xərc 

cəkməlidir.  Yüksək  məhsuldarlığa  nail  olmağa  görə  çəkilən  xərclər 

arasında  kübrə  üçün  ödənilən  vəsait  kifayət  qədər  az  olduğundan  və 

yetişdirdiyi  məhsulların  dəyərinin    artırılması    bağ  sahibi  üçün  nəzərə 

çarpacaq qədər görünmür. 

 

Malların  alınmasında  xərclərin  bölüşdürülməsi  imkanları. 

Bir sıra hallarda  alqıya görə tam ödəmə alıcı tərəfindən deyil, üçüncü 

şəxs  tərəfindən  icra  edilir.  Nadir  hallarda  xərclərin  müəyyən  hissəsini  

bu  və  ya  digər  fiziki  şəxs,  qalan  hissəsini  isə  öz  müəssisəsi  ödəyir. 

Məsələn  bu  mənzil  alınması  (az  həcmdə  xərcləməklə)  və  ya  hava 

nəqliyyatına  biıet  alınan  zaman  ola  bilər.  Bu  cür  hallarda  alıcılar 

müəyyən malın  qiymətinin artmasına o qədər də həssaslıq göstərmirlər. 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə