A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə68/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   64   65   66   67   68   69   70   71   ...   82

gəlir.  Hacıyevdə  əxlaqi  norma  (baxmayaraq  sonda  o,  rəh­
bərliklə  razılaşmaq  məcburiyyətində  qalır)  xarakterinin  bir 
elementi  olub  (bəli,  tənqid  etmək,  haqlı  razılaşmaq  və  sa­
ir də  mümkündür;  söhbət  insan  psixikasından  gedir),  qar­
şılıqlı  münasibətlərdə tabeliliyin  müəyyən  sistemində özü­
nü  büruzə  verir  və  Hacıyev  obrazında  fərdi  şüur  kimi  tə­
cəssümünü  tapmışdır.  Bu,  birdən  deyil,  insanlara,  ümu­
miyyətlə  rəhbər  adamlara,  özünün  yaxın  ətrafına  sosial- 
psixoloji  davranışı  -  daxili  narazılıqdan,  barışmazlıqdan 
irəli  gəlmişdir.  Çünki,  həmən  rəhbərlikdə  bir  imperativlik 
əhvalı vardır.  Həqiqətdir ki, sosial birliklərin;  kollektiv, qrup 
və  sairin  mənafeləri,  insanların  quru,  sxematik  tabeçilik 
davranışlarının  ictimai  zəruriliyi  əxlaqi  tələb  olaraq  qəbul 
etdirilirdi.  Məşhur etiklərin  fikrincə:  Bu cür hərəkət et, çün­
ki,  yaxşıdır,  yaxud  lazımdır,  ədalətlidir.  Belə  etmək  yara­
maz,  çünki,  pisdir;  yaxud alçaqlıqdır,  ədalətsizlikdir - belə­
liklə,  düzgünlük  tələbi  eyni  zamanda  həm  qadağa  forma­
sında,  həm  də  müsbət  göstəriş  şəklində  ifadəsini  tapa  bi­
lir.  Necə ki: yalan danışma,  həqiqəti  saxla - daxili  bir səsin 
təzahürüdür.
İstehsalat  prosesində  Sovet  əxlaq-davranış  normaları­
nın  tələblərindən  irəli  gələrək  məsləhətlər verilir,  rəhbərlər 
xatırlanır,  qərarlar  yada  salınır.  Bununla  tabelik,  normala­
rın  iyearxiyası  konfliktli  situasiyadan  uzaqlaşır,  tələblər, 
etirazlar  münaqişələrə  imkan  vermir.  Əksinə...
"Katib qızın  zirək,  dilli-dilavərliyi  haqqında  ilk zənninin 
doğru  olmadığından  məmnun  halda  Ülfətin  əli  ilə  işlənmiş 
düz,  enli  asfalt  yola  baxdı:
-  Siz  bu  maşınları  yaxşı  idarə  etsəniz,  istədiyinizə na­
il  olacaqsız.
___________________________________________________________
268
------------------------------------------------------------------------------------------------------
-  Bizim də cəhdimiz rəhbərlərimizin etimadını  doğrult­
maqdır.
-   İşinizdə  nə çətinliyiniz var?
-   Elə  bir çətinliyim  yoxdur!
Katib  üzünü  yol fəhlələrinə tutdu:
-  Sizin  necə,  yoldaşlar,  təkliflərinizi  eşidirlərmi?
Fəhlələr  razılıq  etdilər..."
Sovet  ideologiyasında,  hansı  ki,  o  dövrün  ən  yaxşı 
nəsr əsərlərindən də yan  keçməmişdir - adamların  ictimai 
şüurunda  möhkəmləndirilmiş  əxlaqi  normaların,  qaydala­
rın,  prinsiplərin  müxtəlifliyi  müəyyən  həcmdə  (dozada) 
çərçivəyə  salınmışdır,  birbaşa  yuxarıya  tabeçilik  münasi­
bətlərində  idi.  Hətta  fərdi,  özünü  anlayan,  asi  insanların 
(vəzifəlilər xüsusilik  təşkil  edir)  malik  olduğu  -  vərdiş  halı­
na  keçdiyi  əxlaqi  şüurun  özünəməxsusluğuna  baxmaya­
raq  mühakimələrdə,  şəxsi  fikirlərdə  və  s.  birtiplilik  özünü 
göstərirdi  və  ictimaiyyətə  bu,  "keyfiyyət  bütövlüyü”  kimi 
sarınırdı.  Roman  da  belə  bir  ideoloji  prinsipdən  irəli  gələ­
rək  bədii  yanaşmada  sosialist  tipli  əxlaqi  şüur  obrazlarda 
ərimişdir:  Kommunizm  işinə,  Stalin əməllərinə,  Lenin prin­
siplərinə  sədaqət,  hətta şəxsi-intim  hissləri,  məhəbbəti  də 
bu  kimi  bu  gün  trafaret  görünən  qayda  və  normalara  qur­
ban  getməliydi.  Lakin  Mir Cəlal  romanın  canını  bu  niyyət­
dən qismən qurtarır:  istehsalatın gedişində Ağabala -  Rey­
han  -  Davud  xəttini  ortaya  atır.  Reyhan  maraqlı  qadın  su­
rətidir və  ilk səhifələrdən  onda diribaşlıq,  komsomolçuluq, 
narahatçılıq  özünü  büruzə  verir.  Şuşalı  olan  bu  qız  ilk  də­
fə  Davuda  rast  gəlir:  "Davud  Reyhanı  birinci  dəfə  Yevlax 
stansiyasında avtobus kassasının  yanında görmüşdü.  On­
lar on  nəfər  idilər  (7 oğlan,  3 qız).  Şuşadan,  rayon  komso- 
___________________ — 2 6 9 -------------------------------------


mol  komitəsinin  məktubu  ilə gəlmişdilər.  Komsomol  komi­
təsi  katibi  Ağdama  zəng  vurub  cavanların  haçan  gedəcə­
yini  öyrənmiş,  öz  adamlarını  Mirzəyevə  tapşırmışdı".
Məhəbbət hissi  (təbii  ki, sevgi  yox)  ilk nəzərdən  impul- 
siv  təsirlidir  və  Davuddan  da  yan  keçmir:  "İstər  avtobus­
dan  düşəndə  və  istərsə  sonrakı  söhbətlərdə  Davud  gözü­
nü  ağbəniz  "şuşalı  qızından"  çəkmirdi” .  Cəsarət  toplayıb 
Reyhanla  söhbətə  başlayır.  Qatarda  Davudda  romantika 
oyanır.  Kəndli balası  şəhərə gedəndə bu hissi yaşayır,  Da­
vud da  həmçinin:  "Dəmir yolunun aşağısını,  Kür boyu uza­
nıb gedən zəmiləri,  bağları, ağacları, sahildə, yaşıllıqda ot­
layan  kolxoz  naxırını,  yol  boyu  toz  qoparan  sıralanmış  tə­
zə maşınları,  haradansa qayıdan,  qatarla ayaqlaşmaya ça­
lışanları  seyr  edir"  və  biz  bu  məqamda  Moskva  qatarı  ilə 
gedən  gənc  Yunisi  xatırlayırıq.
Ağabalada  da  ilk  baxışda  Reyhana  kortəbii  məhəbbə­
ti  duyulur və oxuyuruq:  "Ağabala  Reyhanı  ilk gördüyü gün­
dən,  kəlmə  verib  kəlmə  aldığı  dəqiqədən  unuda  bilmirdi. 
Ona  elə  gəlirdi  ki,  eşidilməyən,  lakin  duyulan  bir  səs  hə­
mişə  onun  qulağına  yox,  qəlbinə  pıçıldayıb  "ağbəniz  qız­
dan xəbər"  istəyir.  0 \ qızın bu saat harada olduğunu və nə 
ilə  məşğul  olduğunu  bilmək  istəyir".
Ağabala  on  ilin  sürücüsü  olsa  da,  Reyhan  bu  "qabiliy­
yətini",  yəni  bərk  sürməsini  bəyənmirdi.  Lakin  işin  gedi­
şində onların  rastlaşması,  arabir danışıqları  aralarında  ün­
siyyəti  daha  da  kövrəldir.
Bu  obrazı  biz  sonralar görmürük,  çünki,  o,  öz  missiya­
sını  yerinə  yetirmişdir.  Reyhanı  sevəndə  və  oxu  daşa  də­
yəndə  qısqanclıqdan  trestdən  başqa  yerə  keçməyə  qərar­
laşsa  da,  fikrindən  daşınır,  Reyhan  isə  Davuda  ərə  gedir.
_______________________
270
----------------------------------------
Belə halda Ağabalaya nə qalır? Adi  işçidir, çalışır, vaxt gə­
ləcək  o  da  hansısa  bir qıza  ürəyini  açacaq,  ailə  quracaq. 
Hələik o,  oxucu  üçün  darıxdırıcı  obraz deyil...
Və artıq  Təzə şəhərin  tikintisinin  həcmi  genişləndikcə 
yeni  gənclər gəlir,  ustalardan öyrənirlər.
Romanda  usta-şagird  münasibətlərində  bir  varislik 
axtarmaq  yerinə  düşür.  Axı,  şəhərsalma,  istehsal  müəssi­
sələrinin  tikintisi  və  ilaxır  hər  bir  dövlətdə  davam  edir  və 
Azərbaycan  da  istisna  deyil.  Mir Cəlal  bu  məsələni  qlobal 
götürür,  məhz  belə  proseslərin  daimiliyini  proqnozlaşdırır. 
Valeri  Mixailovun gənc Davud Qaraqaşlını şagirdi  kimi öy­
rətməsi  fikrimizin  təsdiqidir.  Əgər  əsərin  bu  fəslinə  (IX) 
diqqət  yetirsək,  sosiolojiliyin  eyni  zamanda  şəxsi-məişət 
məqamlarına aydınlıq gətirir.  Davudun fiziki sağlamlığı,  iş­
güzarlığı,  səliqəsi  və  s.  xüsusiyyətləri  ustanın  xoşuna  gə­
lir.  Digər  tərəfdən,  kadrlar  yetişməlidir.  Beloborodov  Mi- 
xailova tapşırmışdı  ki: yoldaş Mixailov,  bizə tikinti  ilə bəra­
bər gərək  adam  da  verəsiniz.  İldə  beş-altı  nəfər cavan  us­
ta  hazırlasanız  mən  sizə  minnətdar  olaram.  Bizim  metal­
lurgiya  mütəxəssislərinə  ehtiyacımız  çoxdur.  Məktəb,  ins­
titut öz  yerində,  istehsalatda  işləmək də öz yerində...
İdarəetmədə  rəhbər  şəxs  cari  məsələnin  fonunda  pe- 
respektiv vəziyyəti görməyi və qiymətləndirməyi  bacarma­
lıdır.  Romanda fikir versək, yaşlı  nəslin  hansı  ki, vəzifə da­
şıyırlar:  əvvəla,  müharibə görmüşlər,  ikincisi,  tapşırılan  işi 
ali  məqsəd  hesab  edirlər,  üçüncüsü,  şəxsi-məişət  maraq­
larını  arxa  plana  keçirmişlər,  dördüncüsü,  gənclərə  qarşı 
həssas,  diqqətli  və  qayğıkeşdilər.  Deməli,  onlarda  yetərli 
əxlaqi  şüur,  ali  seçmə  imkanları  və  davaranış  instintkləri 
güclüdür.
_______________________
2 7 1
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə