A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə69/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   65   66   67   68   69   70   71   72   ...   82

Mir Cəlalın  ”Təzə şəhər"  romanı  haqqında danışanları 
isə tamam  roman  nəzəriyyəsinin  bəzi  ünsürləri  maraqlan­
dırmışdır.  Bunlar  inkarolunmaz  elementlərdir,  lakin  yazıçı­
nın  bədii  məqsədi  -  pinsipini  "tutmaq"  daha  vacibdir.  Bü­
tün  sosial,  siyasi  məsələlərin  həlli  insan  əxlaqı  ilə  ölçülür 
və  tənzimlənir.  Sovet  rejiminin  mahiyyətilə  varsaq  və  bu 
kontekstdən  kənar  çıxmağa  haqqımız  yoxdur  və  əksinə 
olarsa,  yazıçını  danmaq  kimi  bir  şeydir.  O  vaxt  norma, 
qayda, qanun, qadağa, tələb və s.  anlayışlar güclü  idi,  bər- 
qərarlığını  qoruyurdu  və  insanı  ideala,  ədalətə,  xoşbəxtli­
yə  və  sairə  səsləyirdi,  ruhlandırırdı.  Onu  da  xatırlamağa 
dəyər  ki,  normaların,  prinsiplərin  dərc  olunmuş  məcmuu 
əxlaq  kodeksini  təsbit  edirdi.  Belə  ki,  tabelik,  yaxud  müs­
təqilliyin  iyerarxiyası  mübahisəli  situasiyalarda,  norma  və 
tələblərin münaqişəyə rəvac verilməsi zamanı aydın nəzə­
rə çarpırdı.  Qüvvədə olan  normalar:  əsasən  rəhbərlik prin­
siplərində  və  istehsalat  prinsiplərində  gücünü  göstərirdi, 
davranışın  hansısa xüsusi  tərəfini  tənzimləyirdi:  vətənpər­
vərlik  və  beynəlmiləlçilik,  yorulmadan  işləmək,  kollektivçi­
lik  və  s.  prinsipləri  şərtləndirirdi.  Bu  nöqteyi-nəzərdən  ro­
manda  personajların  ictimai  şüurunda  xalqa  gərəkli,  fira­
van,  rahat yaşayıb işləməsi  üçün təzə şəhərin,  onun  isteh­
salat müəssisələrinin tikintisi  əsas sosial-mənəvi  motivdir. 
Mir  Cəlal  artıq  zəngin  həyat  yolu  keçmiş,  maraqlı  roman­
lar,  povestlər yazmış bir yazıçı  idi  və qarşısına  "oçerk yaz­
maq"  məqsədini  qoymamışdır;  bu  sonuncu  iddia  absurd­
dur  mənim  qənaətimcə.  Ən  böyük  rəhbər şəxslər fəhlələr­
lə  insani  davranır,  istehsalatı  ümumdövlət  işi  hesab  edir, 
tapşırılan xidməti  vəzifələrini  vicdanla yerinə yetirirlər.  Be- 
loborodov,  Mirzəyev,  Fazilov,  Əhmədov  simasında  bu  gö- 
_______________________
272
----------------------------------------
rünür.  Çünki,  onlarda  ictimai  şüur  daha  üstündür,  nəinki 
şəxsi  marağa yönələn şüur.  Onlardakı əxlaqı  şüurun  struk­
tur elementləri  bir-birinə qarşılıqlı  tabelilik  münasibətlərin­
də qurulmuşdur.
Əsərdə fərdi  əxlaqi  şüurun spesifikliyi  vardırsa da,  hər 
bir  obrazın  mühakiməsində,  söhbətində,  yaxud  dialoqun­
da  bir  ümumilik,  yəni  birtiplilik  də  yox deyildir.  Amma  bü­
töv  yanaşanda  bu  şüur  keyfiyyət  tamlığı  kimi  xarakterizə 
edilməlidir.  Məlumudur  ki,  sosialist  tipli  əxlaqi  şüur  əsas 
prinsiplərə,  məsələn:  kommunizm  işinə sədaqət,  kollektiv­
çilik,  əməksevərlik  və  s.  prinsipləri  əsas  götürürdü.  Belə 
halda Mir Cəlal özündən  "Amerika kəşf etməliydimi?” , elə­
cə də xüsusilə,  istehsalatdan  yazan  digər ədiblər?!  Bunun 
üçün  obrazlardakı  fərdi  təcəssümlərin  az-çox  müxtəlifliyi­
nə baxmayaraq,  onlarda normaların tabeliyinin əsas xətlə­
ri  eyni  xarakterli  təsiri  bağışlayır  və  bu  cür  də  olmalıdır. 
Əxlaqi  şüurun quruculuq  işinə hədsiz sədaqəti  qəhrəman­
ların  sevgi,  ailə  qurmaq  kimi  ciddi  və  zəruri  işlərə  qoşul- 
mağa  da  imkan  vermir.  Əlbəttə,  yazıçı  qarşısına  qoyduğu 
ədəbi  qayəni  kənara  qoyub,  bol-bol  bu  sahələrə  səhifələr 
verməməliydi.
Əgər  əvvələ  qayıtsaq,  iri  həcmli  roman  olan  "Abşe- 
ron"da Tahir-Lətifə xətti  də elə bir gen-bol yer almamışdır. 
Buna  baxmayaraq  Mir  Cəlal  Reyhan-Davud  xəttini  unut­
mur  və  burada  müəllif  mentalitetimizi  gözləyir.  Hətta  rus 
Mixailov  da  gənclərin  məhəbbət  əhval-ruhiyyəsinin  real­
laşmasında  rolunu  görür.  Reyhanı  hətta  qardaşı  oğluna 
yoluxmaq  üçün  gələn  Məmməd  Qaraqaşlı  da  görüb xoşla­
yır və  ürəyindən  keçir ki,  Davuda yaraşan  qızdır.  Ötəri  ün­
siyyət  olsa  da,  həssas  Məmməd  Qaraqaşlı  Davuda  deyir: 
_______________________
2 7 3
----------------------------------------


"Qardaş  oğlu,  mən  səni  özgə  bilmirəm.  Səndən  gizli  bir 
sirrim  də yoxdur.  Reyhan xoşuna  gəlirsə,  ürəyiniz  bir-biri­
nizi  tutubsa,  xeyir  işini  ləngitmə,  ləngitməyə  gəlməz!  Gö­
tür-qoy  eləmə.  O  sənə,  sən  ona  layiqsən,  özü  komsomol­
çu  yoldaşın,  özü  sənət  sahibi,  özü  staxanovçu,  sabah-biri 
gün  kimyaçı,  özü  də çiçək  kimi  təmiz,  mərifətli,  gözəl!  Sə­
ni  də  istəməməyinə  şəkk  şübhə  yox".
Bu  iqtibasa diqqət yetirsək,  məsləhətin,  subyektin  ma­
hiyyətində  komsomol  dəyanəti,  əməksevərlik  də  kənarda 
qalmır.  Bu,  o  deməkdir  və  o  dövrün  yeniyetmə  nəslin  də 
yadındadır  ki,  işləmək  və  oxumaq  prinsipinin  aşılanması 
bağça yaşından  başlayırdı.  Bir həqiqətdir ki,  işləyən  isteh- 
salatçılar maddi  təminatını  alırdılar.  O da  reallıqdır ki,  istər 
kənd təsərrüfatı,  istərsə sənayeyə subyektiv,  şəxsi  maraq­
lardan  rəhbərlik edənlər camaatı  maddi,  mənəvi  sıxıntılara 
düçar  edirdilər...
Romanda  bu  məsələ  düzgün  qoyulmuşdur  və  sosial- 
siyasi  və maddi-mənəvi  ideyaya çevrilmişdir.  Hətta  rəhbər 
adamlar kabinetlərində  görünmürlər,  daima  hərəkətdə,  is- 
tehsalatçıların  yanında  olurlar...
Romanın poetikasında, təbii  ki,  bizim  irəli  sürdüyümüz 
tezisdə  obrazların  əxlaqi  şüurunun  statik  "kəsiyini"  görü­
rük,  onların  hərəkətində,  fəaliyyətində,  tələbatında  əsas 
funksional  mexanizmlər  sırasında  mühümü,  neçə-neçə 
əsərlərdə özünə yer almış sərvətə meyillilik və məişət sap- 
maları  hisslərini  görmürük.  Analitik yanaşmadan  uzaq onu 
deyərdik  ki,  Mir  Cəlal  yeni  bünövrəsi  qoyulan,  gələcəkdə 
əhalinin  yaşayış  məskəninə çevriləcək Təzə şəhərin  əxla- 
qi-dini  təmizliyini  gözləmişdir,  necə  deyərlər,  bünövrədə 
daş  əyri  qoyulursa,  o  bina  uçulacaqdır.  Birinciyə  -  sərvətə 
______________________ 2 7 4 --------------------------------------
meyilliyə  qayıdaq.  Əsas  rəhbər  şəxslərdən  -  obrazlardan 
başlayaraq  onların  həyatlarının  məqsədəuyğunluğu  əxlaq­
larına  hopmuş  mənəvi  sərvətləri,  eyni  zamanda  ümumiy­
yətlə,  insan şüurunu,  iradəsini,  hisslərini  özünə tabe edən 
sərvət  meylinin  nə  olduğunu  yazıçı  ortaya  qoymuş  və  gə­
ləcək  rəhbər  şəxsləri  xüsusilə  təmizliyə  çağırmışdır.  Ro­
manda  bunun  bədii  həllinin  fonunda  qəhrəmanların  adi 
həyatda, yaxud məişətdə özlərini tamamilə: öz peşələrinin 
sirlərinə  yiyələnməyə,  elmi-texniki  problemlərin  həllində 
yaradıcı  axtarışlara  nail olmağa,  gəncləri  arxalarınca apar­
mağa,  dövlətin  tapşırıqlarına  sözsüz  əməl  etməyə  və 
mümkün qədər rifah  halını  yüksəltməyə  meyillilik  məqsədi 
güdülmüşdür.
Romanda  habelə  ictimai  nüfuz qazanmaq,  yaxud,  ixti­
yar  sahibi  əldə  etmək  hallarının  da  müşahidəçisiyik.  Bu 
sadaladıqlarımızın mahiyyətində  isə əxlaqi  sərvət fenome­
ni  dayanır.  Hər bir bədii  əsərdə  müasirlik durur,  baxmaya­
raq  100-200-300...illər keçir;  müəllifin  bədii  proqnozlaşdır- 
ması,  intuisiyası  qarşıya  çıxır.  "Təzə  şəhər"  romanının  ən 
böyük bir dəyəri  də məhz yarım əsrdən sonra  rəhbər şəxs­
lərdən,  məmurlardan,  hətta yaradıcı-pedaqoji  vəzifə tutan­
lardan  cılız  əxlaqi  şüurun  güclü  sərvət  toplamaq  hərisliyi­
nin  şahidliyə  çevrilməsidir.  Bəli,  əsərin  də  canlı,  ömrü  var 
və  öz  əbədiliyini  saxlayır.  Mirzəyev,  Əlizadə,  Əhmədov, 
Beloborodov,  Atakişi  -  bu  obrazlar xalq,  dövlət  malına  ha­
ram  əli  uzatmırlar,  halbuki  imkanları  vardır.  Şəxsiyyət  ola­
raq  onlar həyat fəaliyyətində  ən  ali  əxlaqi  sərvəti:  insanla­
ra  xidmət  etmək,  xalqın  gələcək  həyat  tərzini  yaxşılaşdır­
maq  yollarını  tapmaq,  yeni  nəsilə  nümunə olmaq  və  ilaxırı 
düşünürlər.  Eyni  zamanda  öz  peşə  və  idarəetmə  qabiliy- 
______________________ 2 7 5 --------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə