A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə76/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   71   72   73   74   75   76   77   78   79

185 
 
fevralında  «Trud»  qəzetindəki  məqaləsində  yazılır:  «Müharibə  illərində 
prespektivli layihələr haqqınla deyil, döyüĢ səhnələrində sovet silahlı qüvvələrinin 
fasiləsiz  yanacaqla  təmin  olunması  barədə  daha  çox  düĢünürdük.  Ona  görə  ki, 
HəĢtərxandan  göndərilən  neft  ehtiyacları  ödəmirdi.  Stalinqrad  ətrafında  ağır 
müharibələr  gedirdi.  Biz  faĢist  təyyarələrinin  atəĢləri  altında  KuybuĢevdən 
Saratova  neft kəməri  çəkirdik.  ĠĢə  baĢladıqda bizi  bir  sual  düĢündürürdü,  boruları 
hardan əldən etmək? 
Bu  vaxt  biz  Bakı-Batumi  neft  kəmərinin  borularını  demontaj  edərək  bu 
borular vasitəsilə Saratovdan da KuybuĢevə neft kəmərini çəkə bildik». 
Yaxud,  müəllif  məqalədə  qeyd  edir  ki,  M.C.Bağırov  1931-ci  ildə  Stalin 
tərəfindən Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsinə təyin edilir və sonra yazır 
ki,  Bağırov  çar  ordusunun  zabiti  olubmuĢ.  Mən,  (müəllif)  həmin  məqalə  yazana 
xatırladıram  ki,  M.C.Bağırov  1933-cü  ildən  AK(b)P  MK-nın  I  katibi  seçilir  və  o 
heç  vaxt  çar  ordusunun  zabiti  olmamıĢdır.  YaxĢı  olar  ki,  məqalənin  müəllifi 
kitabda M.C.Bağırov haqqındakı, tərcümeyi-halı diqqətlə oxusun. 
Məqalədə  guya  müstəntiqlər  tərəfindən  M.C.Bağırovun  ünvanına 
söylədikləri  söyüĢləri  müəllif  tərəfindən  hərfbəhərf  verilməsi  məni  (A.  M.)  çox 
hiddətləndirdi.  Axı  sual  olunur  ki,  harda  görünüb  ki,  istənilən  müttəhimin 
müstəntiq  tərəfindən  söyülsün  və  söyüĢlər  olduğu  kimi  istintaq  protokoluna 
yazılsın.  Ona  görə  də  bütün  mətbuat  iĢçilərindən  xahiĢim  odur  ki,  bu  cür 
məsələlərə  diqqətlə  yanaĢsınlar  və  heç  kimin  də  M.C.Bağırovu  təhqir  etməyə 
hüquqi cəhətdən əsası yoxdur. 
Məhkəmə  prosesi  barədə  danıĢmaq 
və  orada  olan  ittihamlara 
münasibətimizi biz kitabın müəyyən  bölmələrində bildirmiĢik. Ancaq  yenə də bu 
məhkəmədə  M.C.Bağırova  qarĢı  səslənən  kitabda  toxunmadığımız  ittihamlara 
münasibət  bildirmək  istəyirəm.  Belə  ki,  «M.C.Bağırovun  məhkəməsi»  kitabında, 
səh. 33 - 37, 37 - 40-da qeyd edilir: 
«Biz  artıq  göstərmiĢik  ki,  1917-ci  ildə  Qubada  Əlibəy  Zizikskinin 
Bağırovdan  baĢqa  köməkçisi  iri  mülkədar  ailəsindən  olan  əksinqilabçı,  müsavat 
parlamentinin üzvü Qazı Əhməd bəy Məmmədbəyov idi. 
Azərbaycan  sovetləĢəndən  sonra  Məmmədbəyov  heç  bir  repressiyaya 
uğramayıb, Mahaçqala Ģəhərində yaĢayıb, hüquq  məsləhətçisi iĢləyirmiĢ. Bağırov 
bundan xəbərdar olmaya bilməzdi. Çünki 1936-cı ilin fevralında Məhəmmədbəyov 
Triniçin  iĢi  üzrə  Ģahid  sifətilə  dindirilirmiĢ.  O  vaxt  öz  ifadələrində 
Məhəmmədbəyov  göstərirdi  ki,  Bağırovla  birlikdə  o,  qəza  komissarı  Əlibəy 
Zizikskinin  müavini  vəzifəsində  çalıĢırmıĢ.  Ancaq  Bağırov  Zizikskinin  birinci 
müavini olduğundan o, Əhməd Əfəndinin (Triniçin) 1918-19-cu illərdə Qubadakı 
fəaliyyəti barədə daha ətraflı məlumat verə bilər. Bağırov Məhəmmədbəyovun bu 
ifadələrindən xəbərsiz ola bilməzdi. 


186 
 
Əlində  həmin  Ģəxsləri  cinayətkar  kimi  xarakterizə  edən  kifayət  qədər 
material  olmasına  baxmayaraq,  Bağırov  uzun  illər  boyu  qolçomaq  Camal 
Mirzəyevə, onun oğulları Cəmil və ġamilə himayədarlıq etmiĢdir. 
Bağırovun antisovet ünsürləri qorumağına və onlara himayədarlıq etməsinə 
daha bir nümunə keçmiĢ müsavat pristavı və siyasi bandit, çar zamanı xidmət etmiĢ 
Qiyas  bəy  Cahangir  bəy  oğlu  ġıxlinskinin  üzə  çıxarılmasıdır.  Bağırov  onu  nəinki 
üzə çıxartdı, hətta Qazax qəzasında milis rəisi vəzifəsinə də təyin etdi. 
O  illərdə  Azərbaycan  BSĠ  iĢçiləri  arasında  ġıxlinski  daima  Bağırovla 
yaxınlığını qeyd edirdi. 
1930-cu  ildə  ġıxlinski  öz  qohumları  ilə  birgə  Türkiyəyə  qaçdı,  orada  türk 
kəĢfiyyatı ilə əlaqə yaradıb, SSRĠ ərazisinə silahlı basqınlar etdi. 
Ġstintaq zamanı Bağırov təsdiq etdi ki, ġıxlinskini o, üzə çıxarıb. Ancaq ona 
himayədarlıq  etmək  və  müdafiə  etmək  faktını  dandı.  Bağurovun  bu  ifadələrini 
1954-cü  ilin  28  avqustunda  dindirilmiĢ  Ģahidlərdən  Əliyev  Zeynal  Mehrəli  oğlu 
təkzib etdi: 
«Bağırov  çox  vaxt  keçmiĢ  müsavat  fəallarını  öz  tərəfinə  çəkir  və  məsul 
vəzifələrə  təyin  edirdi.  Belə  ki,  Bağırovun  Qazax  qəzasında  milis  rəisi  vəzifəsinə 
keçmiĢ  müsavat  pristavı  Qiyas  bəy  ġıxlinskini  təyin  etməsi  mənim  yaxĢı 
yadımdadır.  Milis  rəisi  iĢləyərkən  ġıxlinski  sovet  hökümətinə  heç  bir  yardım 
göstərməyib və heç bir xeyirli iĢ görməyib. 
Bağırov  ġıxlinskiyə  hər  cür  himayədarlıq  göstərirdi.  Bundan  istifadə  edən 
ġıxlinski  yerli  sovet  hakimiyyəti  orqanları  ilə  hesablaĢmır,  yalnız  Bağırova  tabe 
olduğunu bildirirdi. 
Təqribən  1930-cu  ildə  yerli  hökümət  cinayətkar  fəaliyyətini  ifĢa  etməyə 
baĢlayanda ġıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı». 
Bu  ifadələri  istintaq  zamanı  müttəhim  BorĢev  də  təsdiq  etdi:  «ġıxlinskinin 
sözləri mənə aydın oldu ki, Bağırov onu yaxĢı tanıyır. O vaxtlar ġıxlinski bununla 
fəxr edirdi. 
Ġndi yadıma düĢür ki, o illərdə ġıxlinski Azərbaycan BaĢ Siyasi Ġdarəsinin 
rəhbər iĢçiləri arasında dəfələrlə Bağırovla yaxın münasibətindən danıĢırdı». 
Bağırovun ġıxlinskiyə himayədarlıq etməsi sənədlərlə sübut olunur. 
Gəncə  vilayət  Ģöbəsi  rəisi  ġıxlinskinin  ağır  cinayətlərdə  iĢtirakı  ilə  bağlı 
məlumat versə də o, məsuliyyətə cəlb olunmadı. Bundan əlavə, ġıxlinski 1930-cu il 
mayın 12-də müttəhim Bağırova Ģəxsi  məktub yazıb, onu  sıxıĢdırıldıqlarından və 
antisovet  fəaliyyətində  Ģübhələndiklərindən  Ģikayətlənəndə,  Bağırov  həmin 
məktuba aĢağıdakı dərkənarı qoyur: 
«YoldaĢ Neverova. Bir daha vilayət Ģöbəsi vasitəsilə bu biabırçılıqlara son 
qoyun. Nəticəsi barədə mənə mayın 21-dək məlumat verin». 
Bu  məktubdan sonra 1930-cu ilin  29  iyulunda həmin  ġıxlinskiyə  o  vaxtlar 
Azərbaycan  BSĠ  Gəncə  silayət  Ģöbəsinin  keçmiĢ  rəisi  Quliyevin  imzası  ilə  1345 
Meli arayıĢ verildi. Həmin arayıĢda ġıxlinskinin 7 nəfər silahlı yoldaĢı ilə birlikdə 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə