A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə77/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   71   72   73   74   75   76   77   78   79

187 
 
Gəncəyə  tərəf  hərəkət  etməsi  göstərilir  və  ona  heç  bir  maneçilik  göstərilməməsi 
tövsiyə olunurdu. 
Çox çəkmədi ki, qohumları və həmin elementləri qorumasına bir nümunə də 
Əlipənah  bəy  ġəfibəyovdur.  Bəy  nəslindən  olan  ġəfibəyov  sovet  hökümətinin 
düĢməni  idi.  Müsavat  zamanı  Qubada  müsavat  partiyası  qəza  komitəsi  sədrinin 
müavini  idi.  ġəfibəyov  ilk  dəfə  1927-ci  ilin  aprelində  həbs  olunmuĢdu,  lakin 
Beriyanın təsdiq etdiyi qərara əsasən, istintaq aparılmadan həbsdən azad edilmiĢdi. 
ġəfibəyovun  hansı  sənədlərə  əsasən  həbs  olunması  barədə  materiallara  rast 
gəlmədik. 
Ġkinci  dəfə  ġəfibəyov  1930-cu  ildə  həbs  olunub.  Bu  dəfə  ġəfibəyov 
antisovet  fəaliyyətdə  ittiham  olunurdu.  Həbsə  alınarkən  ondan  türk  nümunəli 
tüfəng və ona müvafiq 30 patron alınmıĢdı. 
Lakin cinayət dəlilləri olmasına baxmayaraq Bağırovun sədrliyi ilə 1930-cu 
ilin  16  martında  keçirilmiĢ  Azərbaycan  BSĠ-nin  kollegiyası  ġəfibəyovun  iĢinə 
xitam verdi. 
Müsavat partiyası Ģöbəsinin təĢkilatçısı Rüstəmov Əbil Qasım da repressiya 
olunmadı.  Sovet  ordusu  Qubaya  daxil  olanda  o  qaçıb  gizləndi,  1923-cü  ildə  isə 
Bağırov  tərəfindən  üzə  çıxarıldı.  Bundan  sonra  o,  Qubada  yaĢayır,  11  №-li 
sovxozda yanğından mühafizə idarəsinin rəisi iĢləyirdi. 
Bağırovun  Azərbaycan  BSĠ-də  xidməti  müddətində  dəfələrlə  Rüstəmovun 
həbsi  və  məsuliyyətə  cəlb  olunması  məsələsi  ortaya  çıxardı,  ancaq  Bağırov  buna 
icazə vermirdi. Bu məsələ ilə bağlı Ģahid A.M. QASIMOV belə ifadə vermiĢdir: 
«Mən özüm bilirəm ki, Qubada müsavat partiyasının təĢkilatçısı Əbil Qasım 
Rüstəmovu üzə çıxaran Bağırovdur. Müsavatçıların Quba üzrə baĢçısı 1920-ci ilin 
27 aprelində (sovet ordusu daxil olan gün) Qubadan qaçıb haradasa gizləndi. 
Onun  harada  gizlənməsi  Bağırova  bəlli  olmalıdır.  1923-cü  ildə  o,  yenidən 
peyda oldu və Bağırovun köməyi ilə üzə çıxdı. 
1925-ci  ildə  mən  Azərbaycan  BSĠ  aparatında  iĢlədiyim  vaxt  Bağırov 
qarĢısında onun məsuliyyətə cəlb olunması barədə məsələ qaldırdım, Bağırov buna 
qol qoymadı və dedi ki, qoy o yaĢasın». 
Qasımovun  verdiyi  bu  ifadəni  müttəhim  AtakiĢiyev  də  təsdiq  etdi.  O 
göstərdi 
ki, 
Əbil 
Qasım 
Rüstəmov 
barədə 
materiallarda 
Bağırov 
məlumatlandırılırdısa da, Rüstəmovun həbs edilməsi haqda göstəriĢ vermirdi. 
Bu  barədə  Bağırovun  özünə  sual  veriləndə  göstərdi  ki,  o,  Əbil  Qasım 
Rüstəmovu müsavatçı kimi tanıyır və ona elə gilir ki, o artıq güllələnmiĢdir. 
Ġstintaqdan həmçinin məlum olub ki, Bağırov iri mülkədar, bəy ailəsindən 
çıxmıĢ  Məmməd  Aslan  oğlu  Sarıcalinskiyə  (Mirzəyevlərin  qohumu)  də 
himayədarlıq  etmiĢdir.  1917-ci  ildən  1920-ci  ilədək  Sarıcalinski  müsavat 
ordusunda  zabit  kimi  xidmət  edib,  orada  da  hərbi  məktəbi  bitirib.  Sarıcalinskinin 
qardaĢı Qiyasbəy də müsavat ordusunda zabit olub və həmin üsyanda iĢtirak edib: 
1929-cu ilədək onun qolçomaq təsərrüfatı olub. 


188 
 
O biri qardaĢı - Zülfüqarbəy sovetləĢmə dövründə əhaliyə divan tutur, mal-
qaranı qaçırdırmıĢ, buna görə də həbs olunub və Ağdam həbsxanasında vəfat edib. 
Sarıcalinskilərin yaxın qohumlarından biri - Sürxanbəy Sarıcalinski sürgün 
olunub, digəri - MəmiĢbəy Kələbədinski Ġrana mühacirət edib. 
Bütün  bu  məlumatlar  Azərbaycan  XDĠK  iĢçilərinin  1938-ci  ilin  25 
iyununda tərtib etdikləri arayıĢda göstərilib. 
Bu cür tərcümeyi-hal göstəricilərinə baxmayaraq, Sarıcalinski 1921-ci ildə 
«ÇK»ya iĢə götürüldü - əvvəlcə suvari diviziyasına, sonra isə sərhəd qoĢunlarına. 
O, bir müddət Bağırovun özü ilə birgə xidmət sıralarına da soxulmuĢdur. 
1938-ci  ildə  Sarıcalinski  nəhayət  ki,  XDĠK  orqanlarından  qovulanda 
Bağırova ərizə yazıb, onunla düzgün rəftar etmədiklərindən Ģikayətləndi. Yuxarıda 
göstərilən 25 iyun 1938-ci il tarixli arayıĢ da elə bu ərizə ilə bağlı tərtib olunmuĢ, 
orada Sarıcalinskinin XDĠK orqanlarından qovulma səbəbləri göstərilmiĢdi. 
Ġyunun  26-da  Sarıcalinski,  Bağırovun  adına  teleqram  vurdu  və  bildirdi  ki, 
Sarıcalinskinin iĢə göndərilməsi barədə Bağırovun Xalq Daxili ĠĢlər komissarlığına 
göstəriĢi yerinə yetirilmir, odur ki, o, Bağırovun müvafiq sərəncamını gözləyir. 
Bu  teleqramın  üzərində  Bağırov  1938-ci  ilin  26  iyununda  aĢağıdakı 
dərkənarı qoyub: 
«Yol, Rayevə və BorĢevə. Üzr istəyirəm ki, sizin ikinizə də birdən müraciət 
edirəm.  Xatırlaya  bilmirəm  ki,  onu  iĢə  düzəltmək  barədə  hansınızdan  xahiĢ 
etmiĢdim. Təkrar xatırladıram, xahiĢ edirəm - insanı tamamilə məhv etməyə lüzum 
yoxdur». 
Bağırov  Sarıcalinski  barədə  suala  belə  cava  vermiĢdi  ki,  o,  Məmməd 
Sarcalinskini  1921-ci  ildən  tanıyır.  Sancalinski  müsavat  zabiti  olub,  1938-ci  il 
iyunun  25-də  tərtib  olunmuĢ  arayıĢdan  onun  xəbəri  yoxdur,  dərkənarı  da 
Sarıcalinskinin ərizəsinə və teleqramına əsasən yazıb. 
Ġstintaqdan məlum olub ki, əvvəllər Triniç türk ordusunun zabiti olub. Onun 
baĢçılığı  altında  bolĢeviklərə  qarĢı  Bakıda  və  Qubada  fəal  mübarizə  aparılıb. 
Bundan  sonra  bir  müddət  gizlənib,  1919-cu  ilin  əvvəllərində  isə  «Ġttihad» 
partiyasının  məsul  katibi  olub.  Əsl  tərcümeyi-halını  gizlədən  Tirniç  Azərbaycan 
K(b)P-na da daxil ola bilib. 
Azərbaycan  Respublikası  dövlət  arxivindəki  iĢlərin  arasında  vaxtilə 
Tarniçin  Azərbaycan  müsavat  partiyası  sədrinin  adına  öz  dəsti-xətti  ilə  yazdığı 
ərizə  aĢkara  çıxarılmıĢdır.  Həmin  ərizədə  Triniç  Quba  Ģəhərinin  komendantı 
olduğunu,  Xırdalandakı  döyüĢlərdə  iĢtirakını,  Qubada  könüllülər  dəstəsi  yaradıb, 
Azərbaycana  türk  ordusunun  hücumunadək  bolĢeviklərə  qarĢı  fəal  mübarizəsini 
əsas  tutaraq,  müsavat  parlamentinin  mühafizəsi  üçün  dəstə  yaradılmasını  ona 
tapĢırmağı xahiĢ edirdi. 
Yalnız bundan sonra, Triniçin tutulmasını tələb edən ərizələrin təsiri altında 
o, həbs edildi. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə