A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə94/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   90   91   92   93   94   95   96   97   ...   104

deyil  və  kim  ki,  bütün  bu  kimi  zövqləri  təşəkkül  tapma  adlandırır, 
onlar yanılır.  Onlar  hesab  edir  ki,  madam  ki,  həzz  yemək  qəbulu 
zamanı  əmələ  gəlir,  demək  o,  təşəkkül  tapmadır.  Ancaq  bu  belə 
deyil.  Qəlbdə bir hissə var ki,  özümüzə  lazım olan  bir şeyi  istehlak 
etdikdə,  bunun  sayəsində  biz  zövq  alırıq.  Qəlbin  bu  hissəsi 
fəaliyyət göstərir və  hərəkət edir;  onun fəaliyyəti  və onun  hərəkəti, 
zövqün  özüdür  ki,  var.  Qəlbin  bu  hissəsinin  qida  qəbuluna  təsir 
etməsi  üzündən,  yaxud  onun  fəaliyyəti  üzündən  onlar  zövqü 
təşəkkül  tapma  adlandırırlar,  çünki  qida  qəbulu  aşkardadır,  qəlbin 
bu  hissəsi  isə  aşkarda  deyil8.  Görünür,  elə  vaxt  olur  ki,  insanın 
vücud  olduğunu  düşünürlər,  çünki  vücud  hiss  ediləndir,  qəlb  isə -  
yox.  Amma  qəlb  də  mövcuddur.  Belə  bir  şey  burda  da  öz  yerini 
tapır.  Qəlbin  nə  isə  bir  hissəsi  var  ki,  bunun  vasitəsi  ilə  zövq 
duyuruq,  bu  hissə isə yemək yedikdə fəaliyyət göstərir.  Buna  görə 
də heç bir zövq təşəkkül tapma  deyil.
Eyni  zamanda  sübut  etməyə  çalışırlar  ki,  [həzz]-təbii  və- 
ziyyətin  əhəmiyyətli  dərəcədə  bərpasıdır  (apokatastasis). 
Amma  [biz  etiraz edirik],  o  adamlar da  zövq  alırlar ki,  onlar təbii 
olan  şeyi  əvvəlki  vəziyyətinə  qaytarmırlar.  Axı  təbii  olan  şeyin 
əvvəlki  vəziyyətinə  qaytarılması  -   təbii  çatışmazlığın  yerini  dol- 
durmaq  deməkdir.  Zövqü  isə,  biz  təsdiq  edirik  ki,  nədəsə  çatış- 
maziıq  olmadan  da  duymaq  olar.  Axı  bir  şey  çatışmayan  yerdə 
dərd  olur.  Biz isə  deyirik  ki,  dərdsiz və  dərdə  mübtəla  olmamışa 
qədər  həzz  almaq  olar.  Deməli,  zövq  -   əsla  çatışmazlığın  əv- 
vəlki  vəziyyətinə  qaytarılması  deyil,  çünki  bu  cür  [kədərlə  bağlı 
olmayan]  zövqlərdə  çatışmazlıq  olmur.  Beləliklə,  əgər  zövqü 
təşəkkül  tapma  olduğuna  görə  yaxşı  şey  hesab  etmirlərsə, 
həqiqətən  də,  heç  bir  zövq  təşəkkül  tapma  deyii,  onda  burdan 
belə çıxır ki,  zövq tamamilə yaxşı  şey də  ola  bilər.
Digərləri,  bununla  belə,  təsdiq  edir  ki,  hər  zövq  -   yaxşı 
şey  deyil.  Bunu,  çox  güman,  aşağıdakı  qaydada  anlamaq  olar.
378
Biz təsdiq  etdiyimiz  kimi,  hər bir kateqoriyada  bu  iştər mahiyyət 
olsun,  istər  miqdar,  istər  zaman,  istərsə  də,  ümumiyyətlə,  hər 
hansı  bir  kateqoriya,  söhbət  yaxşı  şeydən  getdiyinə  görə  aşa- 
ğıdakılar  bəllidir:  hər  bir  firavanlıq  şəraitində  həzz  olur,  yaxşı 
şey  isə  bütün  kateqoriyalarda  özünə  yer tapır,  buna  görə  zövq 
də  yaxşı  şeydir.  Beləliklə,  madam  ki,  bunlarda,  [kateqoriyalar- 
da],  həm  firavanlıq,  həm  də  zövq  var,  zövq  isə  -   yaxşı  şeylər- 
dən  alınan  həzdir,  onda  hər bir zövq  yaxşı  şey olacaq9.  Burdan 
o  da  aydın  olur  ki,  zövq  müxtəlif tərzlərdə  olur.  Axı  həzzin  özü- 
nə  yer tapdığı  kateqoriyalar da  müxtəlifdir.  Burdakı  məsələ  elm- 
də  olduğundan  fə rq lid ir-  məsələn,  qrammatikada  və  ya  başqa 
bir elmdə  olduğu  kimi  deyil.  Əgər  Lamprın  qrammatikadan  başı 
çıxırsa,  onda  o,  bir  qrammatik  kimi  özünün  qrammatika  sənə- 
tinə  görə  qrammatikadan  başı  çıxan  hər  hansı  bir  adamla  eyni 
keyfiyyətə  malik  olacaq,  çünki  ikinci  ayrı  qrammatika  yoxdur: 
biri  Lamprdan  ötrü,  digəri  İldən  ötrü.  Lakin  həzzə  gəldikdə  hər 
şey  başqa  cür  olur:  sərxoşluğun  gətirdiyi  həzlə,  cinsi  əlaqə  za- 
manı  olan  həzz  eyni  cür  deyil.  Bu  yolla  məlum  olur  ki,  zövqlər 
öz tərzinə  görə müxtəlifdir.
Bəzi  zövqlərin  sarsaq  olması  da  bir  əsas  kimi  həmçinin 
onları  vadar  edirdi  ki,  onlar  həzzi  yaxşı  şey  sayma-sınlar.  Bu 
cür əsas  və  belə  bir qiymət yalnız zövqə  deyil,  həm  də  xassəyə 
və  elmə  aid  edilir.  Xassə  alçaq  (playle)  olur,  məsələn,  soxul- 
canlarda,  böcəklərdə  və  ümumiyyətlə,  iyrənc heyvanlarda,  lakin 
burdan  elə  çıxmır  ki,  özlüyündə  xassə  alcaq  şeylərə  aiddir. 
Aşağı  elmlər  də  belə  olur,  məsələn,  peşələr,  lakin  elm  buna 
görə  yenə  alçaq  şey deyil.  Elm  də,  xassə  də  özünün  mahiyyəti- 
nə  görə  yaxşı  şeydir.  Heykəltaraşın  necə  olduğunu  görməkdən 
ötrü  onda  alınmayan  və  onun  pis  düzəltdiyi  şeylərə  deyil,  onda 
yaxşı  alınan  şeylərə  baxmaq  lazımdır;  elm,  xassə  və  digər 
bütün  şeylər  barəsində  də  bu  tərzdə  mühakimə  yürütmək
379


lazımdır,  onlar sarsaq  növlərinə  görə  deyil,  yaxşı  növlərinə  görə 
necədir.  Həzz  də  bunun  kimi  -   özünə  görə  yaxşı  şeydir,  hər- 
çənd  sarsaq  zövqlərin  olduğunu  da  yaddan  çıxarmırıq.  Madam 
ki,  canlı  varlıqlar  müxtəlif -   yaxşı  və  alçaq  xassələrə  malikdir, 
insanda,  məsələn,  bu  yaxşıdır,  canavarda  və  digər heyvanlarda 
isə  -   alçaqdır,  eləcə  də  at  və  insanın,  eşşək  və  itin  təbiəti  eyni 
deyil,  həzz  isə  -   qeyri-təbii  haldan  təbii  hala  keçməlidir,  hansı 
ki,  hər  kəsin  özünə  məxsusdur,  onda  belə  xüsusiyyət  öz  yerini 
tapmalıdır:  alçaq  xassədə -  alçaq  həzz  olur.  Doğrudan  da,  atla 
insana  eyni  şey xas  deyil,  eləcə  də  digər  [heyvanlara],  lakin  bir 
halda  ki,  xassələr eyni  deyil,  onda  zövqlər  də  eyni  deyil.  Zövq, 
[müzakirə  edilən  fikrin  tərəfdarlarının]  müəyyənləşdiyi  kimi  -  tə- 
şəkkül tapmadır (apokatastasis),  həm  də onlar dediyi  kimi xas- 
sələrin  əvvəlki  vəziyyətinə  qaytarılmasıdır,  belə  ki,  alçaq 
xassənin  əvvəlki  vəziyyətinə  qaytarılması  alçaqdır,  yaxşının  isə
-  yaxşı.
Lakin  özlüyündə  həzzi  yaxşı  bir  şey  hesab  etməyənlər 
təxminən  belə  vəziyyətdə  olurlar,  necə  ki,  nektarın  nə  olduğunu 
bilməyən  adamlar,  düşünür  ki,  allahlar  şərab  içir,  şərabdan  isə 
daha  ləzzətli  heç  bir  şey  yoxdur.  Belə  şey  onlarda  bilməməz- 
likdən  olur.  Bu  cür  şeylər,  kimlər  ki,  bütün  zövqləri  törəmə 
hesab  edir,  onlarla  da  baş  verir,  ona  görə  də  bunları  yaxşı  şey 
saymırlar:  onlara  yalnız cismani  həzz məlumdur,  onlar başa  dü- 
şürlər ki,  bu  təşəkkül  tapmadır,  yəni  dəyərsiz  şeydir,  buna  görə 
də  həzzi,  ümumiyyətlə,  yaxşı  şey  hesab  etmirlər.  Madam  ki, 
həzz  həm  xassənin  əvvəlki  vəziyyətinə  qaytarılması  olan  yerdə, 
həm  də  artıq  onun  əvvəli  vəziyyətinə  qaytarılmış  olduğu  yerdə 
olur,  həm  də  nəzərə  almaq  lazımdır  ki,  harda  çatışmazlığın  yeri 
dolursa,  orda  zövq  əvvəlki  vəziyyətinə  qaytarılmış  olur,  əvvəlki 
vəziyyətinə  qaytarılmış  xassənin  zövqü  isə  -   zövqün  gör- 
mədən,  eşitmədən  və  bu  kimi  şeylərdən  baş  verdiyi  yerdə  olur,
380
onda  artıq  əvvəlki  vəziyyətinə  qaytarılmış  xassənin  fəaliyyəti, 
çox  güman,  ən  yüksək  hesab  ediləcək.  Bu  və  o  biri  tərzin  zöv- 
qü  -  fəaliyyətdir.  Buna  görə  də,  əgər cismani  zövq  -   çatışmaz- 
lığın  yerinin  doldurulmasından  alınan  həzdirsə,  görünür  ki,  gör- 
mədən,  eşitmədən  və  fikirləşmədən  (philotmias)  alınan  həzz 
daha yaxşı olmalıdır.
Həzzi  bir  də  ona  görə  yaxşı  şey  hesab  etmirlər  ki,  guya, 
hər  şeydə  olmaq,  həm  də  hamı  üçün  ümumi  olmaq  yaxşı  şey 
deyil.  Amma  bu  əsas  daha  çox  şöhrətpərəst  adama  və 
şöhrətpərəstliyə  (philotimias)  xasdır.  Şöhrətpərəst  adam 
yeganə  sahib  olmaq  istəyir,  bununla  isə  başqalarını  geridə 
buraxır.  Deməli,  [o  düşünür  ki,]  həzz  də  yaxşı  şey  olmaqdan 
ötrü  təxminən  belə  bir  şey  olmalıdır.  Lakin,  bəlkə  də,  bu  belə 
deyil?  Məgər,  əksinə,  bu  yaxşı  şey  hesab  edildiyinə  görə  hamı 
buna  can  atmırmı? Axı  hamı  təbii  olaraq  yaxşı  şeyə  can  atır.  Və 
əgər  hamı  həzzə  can  atırsa,  onda  həzz  özlüyündə  yaxşı  şey 
olmalıdır.
Həm  də  həzzi  ona  görə  yaxşı  şey  hesab  etmədilər  ki,  o, 
əngəldir.  Zövqü  əngəl  adlandırmağa  vadar  edən,  görünür  ki, 
aparılmayan  araşdırma  üsuludur (me  orthos  skopein)  Doğru- 
dan  da,  həzz  yerinə  yetirilən  işə  əngəl  deyil,  lakin  əgər  bu  nə 
isə  başqa  bir  şeydə  həzdirsə,  onda  əngəldir,  məsələn,  sərxoş- 
luqdakı  həzz  -   işə  əngəldir,  lakin  bu  mənada  elm  də  elmə 
əngəl  olacaq,  ona  görə  ki,  eyni  vaxtda  iki  elmdə  çalışmaq  ol- 
maz.  Amma  elm  zövq  gətirdiyi  halda,  məgər yaxşı  şey  deyilmi? 
Məgər o,  buna  əngəl  törədir?  Yoxsa,  daha  çox,  əksinə -   adam 
çox  iş  görərdi?  Doğrudan  da,  həzz  fəaliyyətdə  daha  səylə  işlə- 
mək  həvəsi  oyadır:  məsələn,  ləyaqətli  adamı  xeyirxahlıq  et- 
məyə,  həm  də  bunları  həzlə  etməyə  vadar  et,  məgər  iş  əsna- 
sında onun  səyi  artmayacaqmı?  Həm də  kim  işi  zövqlə  görürsə,
o,  ləyaqətli  adamdır,  ancaq  çox  gözəl  işi  övqatı  təlx  halda  gö-
381


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə